Qərb və Şərq insanı
Virciniya Vulf və Afaq Məsud
yaradıcılığında
Bu günlərdə filologiya
üzrə fəlsəfə
doktoru Fərqanə Zülfüqarovanın “İngilis
və Azərbaycan ədəbiyyatlarında insan
konsepsiyası (Virciniya
Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında)”
kitabı işıq üzü görüb. Kitabda müəllif bütün
dövrlərdə önəmli
olan insan problemindən söz açır. Görkəmli yazıçı Virciniya
Vulfun yaradıcılığının
timsalında XX əsr
ingilis ədəbiyyatında
insan problemi, Azərbaycan ədəbiyyatında
psixoloji modernist nəsrin
nümayəndəsi Afaq
Məsudun əsərləri
müqayisəli təhlilə
cəlb olunub. Hər iki yazıçının
əsərlərində insan
konsepsiyası ilə bağlı oxşar və fərqli cəhətlər ədəbi-
fəlsəfi, əxlaqi-dini,
ideya-estetik baxışların təlqin
və təbliğ edilməsi şərtləndirilib. Üç fəsildən ibarət olan kitabın birinci fəslində Qərb ictimai-siyasi, elmi-fəlsəfi fikrində
insan konsepsiyaları mövzusunda “Avropada insan problemi və ədəbiyyat”, “V.Vulf və Qərb azadlıq fəlsəfəsi” monoqrafiyaları
yer alıb. “Avropada insan problemi və ədəbiyyat” başlıqlı
yazıda müəllif
Qərb düşüncəsində
insanpərvərlik ideyalarının
pərvəriş tapmağa
başladığı İntibah
dövründən etibarən
ədəbiyyat və
incəsənətin ən
başlıca mövzusuna
çevrildiyini bildirib:
“Kilsə insanın azadlığı, böyüklüyü,
gözəlliyi ideyasını
heç cür qəbul edə bilmir, buna özünün
cəmiyyətdəki nüfuzunun
sona yetməsi kimi baxırdı. Buna görə İntibah
prosesinin yaranmasıyla
azad insan fikri və düşüncəsinə
qarşı inkvizasiya
tonqalları da alovlanıb.
Bir neçə
əsrlik qarşıdurmada
milyonlarla adam
inkvizasiya tonqalında
yandırılsa da azad insan düşüncəsi
bu mübarizədə
qalib gəldi və çağdaş Qərb ictimai-siyasi, elmi –fəlsəfi fikrindəki müxtəlif
insan konsepsiyalarına
gətirib çıxardı”.
Müəllif insanın öz
ruhi, təbii başlanğıcına qayıdışı
zamanı Qərb alimlərinin Şərqə
üz tutduqlarını
qeyd edib: “Rasional məntiqə həddən artıq güvənən Qərb düşüncəsindən fərqli
olaraq Şərqdə
insanın ruhi, təbii xüsusiyyətləri
daha yaxşı qorunub saxlanmışdır”.
“V.Vulf və Qərb azadlıq fəlsəfəsi” başlıqlı
yazısında isə
müəllif insan konsepsiyasının ingilis
ədəbiyyatında öyrənilməsinin çox böyük əhəmiyyətə
malik olduğunu vurğulayıb və XX əsrin əvvəllərində
Qərbi Avropa psixoloq və filosoflarının
insanın öyrənilməsinə
dair xeyli qiymətli əsərlərinin
nəşr olduğunu
bildirib. Yazıda F.Zülfüqarova
insan ruhunun ilahi bir möcüzat
olduğunu da
diqqətə çatdırıb:
“İnsan ruhunun imkanları geniş olduğu üçün çəkinmədən
söyləyərdim ki,
yer üzünün məntiqi insan ağlına deyil, insan ruhunun məntiqinə
əsaslanmalıdır. Virciniya
Vulfun əsərlərində
də məhz bu
məqam özünün
daha geniş ifadəsini tapmışdır”.
Yazıda müəlif Andre Mersyenin, S. Kyerkeqorun, J.P.Sartrın insan azadlığı mövzusundakı baxışlarını
da oxucuların diqqətinə çatdırıb.
Kitabın üçüncü fəsilində yer alan “Virciniya Vulfun yaradıcılığında
şəxsiyyət və
cəmiyyət münasibətləri
fəlsəfəsi, psixoloji
xüsusiyyətləri” başlıqlı
yazıda V.Vulfun əsərlərində
şəxsiyyətin fəlsəfi
psixoloji məqamlarına
nəzər salınıb.
Kitabın üçüncü fəslində
Afaq Məsudun yaradıcılığında insan və sosial
mühit münasibətlərinin
daxili mahiyyəti və məzmunundan söhbət açılır.
Müəllif Azərbaycan ədəbiyyatında
insan konsepsiyasının
tarixi inkişaf yoluna işıq salıb. Sonrakı səhifələrdə Afaq Məsud yaradıcılığı ilə
Virciniya Vulfun yaradıcılığındakı mövzu və ideya-bədii səsləşmələr qələmə
alınıb. Müəllif
yazıda qeyd
edib ki, Virciniya Vulfun yaradıcılığı ilə
müasir ədəbiyyatımızın
tanınmış nasiri
Afaq Məsudun əsərləri arasında
ideya-süjet və məzmun-forma səsləşmələri
və paralelləri tapmaq mümkündür:
“V. Vulfun əsərləri
Azrbaycan ədəbiyyatında
Afaq Məsudun əsərləri ilə analoji və psixoloji aspektdə daha çox səsləşir”.
Kitaba Afaq Məsudun müxtəlif illərdə
Azərbaycanın aparıcı mətbuat orqanlarına verdiyi maraqlı müsahibələr də
daxil edilib.
GÜNEL
525-ci qəzet.- 2013.- 16 fevral.- S.16.