ÇƏKİR
Kəlbəcər gözəlinə
Kövrəlmə
çiçəyim,ağlamağı kəs,
Göz
yaşın gözümün yaşına çəkir.
Ağlamaq
dünyanı kövrəldə bilməz,
Dünya
göz yaşını başına çəkir.
Məni
bu səfərdən saxlama, gülüm,
Nə
də qol-qanadım bağlama, gülüm,
Salamat
dönməsəm – ağlama, gülüm,
Görüm
bu yollarda başım nə çəkir?!
Demə
ki, ümidin zərrə qədərdir,
Zərrədən
yapışmaq özü hünərdir.
Önümüzdə
duran tərs gədələrdir,
Hələ
dayıları döşünə çəkir.
Qoy
düşüm bu yolun izinə doğru,
Doğma
Kəlbəcərin özünə doğru,
Can
atıram ömrün yazına doğru,
Zalım
həyat isə qışına çəkir.
Çoxdandı
gözləyir bizi o yerlər,
Elə alışaram: yanar, yer mələr.
Bir də görərsiniz uca zirvələr
Qənbəri sürmə tək qaşına çəkir.
Mart, 1996
DÖNDÜ
Bir zaman gözümdə elə ucaldın,
Hər kəlmən,
hər sözün qüdrətə döndü.
Neçə minnət ilə
aldığım busə
Ağzımda bal oldu, şərvətə döndü.
Uzaqdan olsa da, səni
görməsəm,
Ürəyimdə danışmasam, gülməsəm,
Dözməyirdim qonşunuza gəlməsən,
Hər günüm,
saatım həsrətə
döndü.
Əməllərin danışıldı yanımda,
Qənbərəm, yox oldu din-imanım
da.
Məhəbbət alovu söndü
canımda,
Sən üçün
tükənməz nifrətə
döndü.
YENƏ
Fikir məni çulğamışdı,
Xəyalıma gəldin yenə.
Gördüm qara gözlərini,
Xəfif-xəfif güldün yenə.
Baxdım
məxmər yanağına,
Zənəxdanda buxağına.
Nəğmə gəldi dodağına,
Kədərimi sildin yenə.
Deyəsən göydən enmişdin,
Bənövşəyə bürünmüşdün
Necə
gəlib görünmüşdün
Elə də yox oldun yenə.
Həyatın sonu catdırıb,
Ömür xoş günlər
itirib,
Qənbərə nələr yetirib,
Əhvalını bildin yenə.
YUSİF
Təbrizli balabançı Yusifə
Müdam
gözü yaşlı
olubdu Dilqəm,
Sən ona qoşulub ağlama, Yusif!
Ondan əl çəkməyib
heç vaxt dərdi-qəm,
Belə
həzin-həzin çağlama,
Yusif!
Əmrah
sazda tanıtdırdı
barmağı,
Kamanla yayıldı
Habil sorağı.
Kamil də qaboyda söylədi ağı,
Sənsə balabanla dağlama,
Yusif!
Yurd-yuva
həsrəti bizi qocaldıb,
Görüşümüz bir az dərdi
azaldıb.
Kədəri, qüssəni belə
ucaldıb,
Təbriz
yolumuzu bağlama,Yusif!
04.01.2013
DÖNƏSƏN
Yaxşı qızsan, xəta
səni görməsin,
Gedən yerdə zimistandan dönəsən.
Naməhrəm olsaq da diləyim budur:
Neçə-neçə toy-nişandan dönəsən.
Nə müddətdi meyli sənə sarıyam,
Mən də süsən-sünbül xiridarıyam.
Təkcə mənəm səni
gəzib, arıyan,
Üz tutduğun
o virandan dönəsən.
Şaxtadan, çovğundan, borandan
keçib,
Sədaqət uğrunda imandan
keçib,
Hər kəs yaddan çıxa, anandan keçib,
Sən görüşə
həmin yerdən dönəsən.
Bilirəm ki, neçə
illər ötsə də,
Aramızda qaratikan bitsə
də,
Köç eyləyib bu dünyadan getsə də,
İnanmıram sən Qənbərdən
dönəsən.
VARDIR
Dağ kəndlərində mənzərə
Yenə
bahar ətri alıb hər yanı,
Qoyunda, quzuda mələşmə vardır.
Günəşdə hərarət artıb, çoxalıb,
Bulaqla çaylarda
birləşmə vardır.
Payızda xırdaca olan danalar,
Xeyli böyüyərək
olub buğalar.
Göy çəməndən yeyib,
dirçəlib onlar,
Hərdən-hərdən isə hölləşmə
vardır.
Şaxtadan, borandan qalmayıb
əsər,
Kimi bel götürüb, kimi də düsər.
Kimi göy-göyərti, kim bostan əkər,
Torpaq üzərində
əlləşmə vardır.
Çıxıb əyinlərdən yun
yapıncılar,
Toplaşıb bir yerə igid çobanlar,
Adətdir ki, bəhsə
girir cavanlar,
Göy çəmən
üstündə güləşmə
vardır.
Qar əriyib, yox olubdur – toz kimi,
Qatıq,
ayran qab-qacaqda buz kimi,
Ulaqlar qışqırır paravoz
kimi,
Atlar cana gəlib,
kişnəşmə vardır.
DÖNDÜM
Qəsidə qəzəl
Zülmün məni yandırdı,
fərağınla tutaşdım,
Andıqca o məsum üzünü pərvanəyə döndüm.
Məcnun kimi “Leyli!” – deyə dağdan-dağa
düşdüm,
Sənsiz gözəlim, mən dəli-divanəyə döndüm.
Bildin sevirəm mən səni, bildin sevilirsən,
Baxdım
ki, mənim sevgimə hüsnündə
gülürsən,
Gördüm unudursan, məni
biganə bilirsən,
Biganə bilirsən deyə, biganəyə döndüm.
Sənsiz
açılan gecələrin
bağrı qan olmuş,
Zənn
edirəm gülləri,
bülbül xara qoymuş,
Hər şey dəyişilmiş
kimi, hər şey unudulmuş,
Mən gülşənə
gəldim ki, viranəyə dönmüş.
Qənbər, o füsunkar, o yalan
gözlərə nifrət,
Dünyada səninçün əbədi
öldü məhəbbət,
Bir sevginin əfsanəsi oldu həqiqət,
Haqdır bu həqiqət ki, mən əfsanəyə
döndüm.
İNDİ
Bahar əhvalımı xatırlayaraq,
Payız əhvalıma dözürəm
indi.
Bir zaman yerləri göydən süzərdim,
Yerlərdən göyləri süzürəm
indi.
O vaxt ki, könlümdə
yar şövqü vardı,
Nərəm göy suları varaqlayardı.
Qollarım dəryanı qucaqlayardı,
Halsızam, dayazda üzürəm indi.
Məhəbbət uğrunda düşdüm
borana,
İstəmişdim bir baş vuram
ümmana.
Bəlkə elə çevriləcək
dastana:
Sözdən mirvarilər düzürəm
indi.
İLLƏRƏ
Əsən yellər, apar məni, amandı,
Dərdi-səri duymadığım illərə.
Busə
nədir?- Xəbər alan gözəlin,
Qoynunda yer qoymadığım illərə.
Qaşlar
qara, gözlər qara, üz narın,
Çiçəyindən dəstə tutan dağların,
Əllərinə tikan batan qızların,
Ağrısına qıymadığım illərə.
Yurd salmışam, qurdurmuşam
alaçıq,
Şehdə gəzdim ayaqyalın,
başaçıq,
Qış günündə sevgilimlə
sarmaşıq,
Qar-boranı saymadığım illərə.
Qənbər deyər: məhəbbət
mən, ürək mən,
Xəzan
yarpaq, solan çiçək, dilək
mən,
Ötən illər xəstəsiyəm,
külək, mən
Yenə qaytar doymadığım illərə.
KEÇDİ
Əsirgəyib, çox azaltma
nurunu,
Yollarından duman keçdi, çən keçdi.
Yar bu qədər incidərmi yarını?!
Necə
oldu vüsal məndən gen keçdi?!
Can bağımı viran qoydu xəzəllər,
Bu qədər də
xəzan ömrü üzəllər?
Dar günümdə loğman
oldun əzəllər,
Şəfqətinlə ruzigarım şən keçdi.
Həsrətimin indi yaşı
bir ildi,
Mənim
sevgim, sənin vəfan bilindi!
Məhəbbətim bir ocaqda gəlindi,
O, səadət qatarından yan keçdi!
Az üz məni, göz yaşımı tökmə,
gəl!
Sinəmə çal-çarpaz dağı
çəkmə, gəl!
Sən Qənbərin loğmanısan,
rəhmə gəl!
Ömür keçdi, dövran
keçdi, gün keçdi!
AXI
Ay könlüm, niyə qəmlisən?!
O, həsrətdən keçib
axı!
Eşq
badəsi hazırlayan
Onu yalqız içib axı!
Quruyub gurlayan bulaq,
Səsini
eşitmir qulaq,
Söyləyən kəs: birgə
olaq-
Özgəsini seçib axı!
Bir təsəlli olan kimsə,
Ürəyində qalan kimsə,
Səni
oda salan kimsə-
Qanadlanıb, uçub axı !
Gözünə işıq sandığın,
Söz deməyə utandığın,
Qənbər, hər saat andığın-
Xəyal
kimi köçüb
axı!
EYLƏR
Nəsil-nəcabəti dürüst olanlar,
Müdam
yaxşılığa dəlalət
eylər!
Yeri gəlsə əsirgəməz
canını,
İgid
ürəyini əmanət
eylər!
Kişi
gördüm: dar ayaqda kişidi,
Dada çatmaq, hova
yetmək işidi.
Müdafiədə sinəsidi, döşüdü,
Min əzaba dözər, dəyanət eylər!
Yeməyin gədanın çayın,
çörəyin,
Süfrə üstə söyləyəcək
diləyin.
Əsirgəməz fırıldağın, kələyin,
Aləmə səs salar, bəyanət eylər!
Çox
dolandım babaların
oymağın,
Görmədim palıdda cökə
calağın,
Gecə
kəsər qonşusunun
qulağın,
Səhər göz önündə
ibadət eylər!
Eşitmişik, biz də gördük
dünyada,
Cəsurlar dost üçün qalanar oda.
Qənbər, söylə, çox
deyilmiş olsa da
Xain üzə gülər, xəyanət eylər!
14. 12.
2012
HƏKİM
Mənsumə həkimə
Minnətdaram, çox əziyyət
çəkdiniz,
Var olsun əllərin, ay Maya həkim!
Göstərdiyin qayğı, əziyyətini
İnan,
dəyişmərəm dünyaya,
həkim!
Səni
sevməyənlər dönüb
buz olsun,
Başının üstündə Ay, ulduz olsun,
Yolun açıq olsun, işin düz olsun,
Heç
vaxt düşməyəsən
qovğaya, xanım!
Şəfalı əllərin var
olsun, görüm,
Sağoldan boynuna çələnglər
hörüm,
Böyük qardaşın tək
təklif göndərim:
Təşrif buyur bizim obaya, xanım!
13. 12.
2012
Qənbər Şəmşiroğlu
525-ci qəzet.- 2013.- 19 fevral.- S.7.