Azərbaycan ədəbi dilinin üslubiyyatına bir töhfə

 

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini , filologiya elmləri üzrə fəlsəfə doktoru Sevinc xanım Əliyeva Respublikamızın elmi ictimaiyyətini, jurnalistləri, ümumən müasir Azərbaycan ədəbi dilinin üslubiyyatını öyrənən və ona maraq göstərən mütəxəssislərini, tələbələrini öz yeni kitabı ilə sevindirdi. “Müasir Azərbaycan ədəbi dilinin mətbuat üslubuadlanan dərs vəsaiti müasir dövr mətbuatının ən mühüm və aktual dil və üslub problemlərinə həsr olunub. Vəsaitdə qəzet səhifələrindən toplanmış zəngin faktik materialdan əlavə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasında Dövlət dili haqqında  Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı da öz əksini tapmışdır.

VəsaitGiriş”, 12 mövzu, “Nəticə əlavələrdən ibarətdir. Hər mövzudan həttaGiriş”dən sonra ədəbiyyat siyahısı seminar üçün  konkret suallar verilir. Bu mövzularda üslubun mahiyyəti açılır; publisistik, epistolyar, fərdi üslublar konkret nümunələr əsasında şərh olunur. Beynəlxalq Ana dili günü Azərbaycan dili” termini ətrafında aparılan müzakirələrə xüsusi yer verilir. Müəllif öz münasibətini bildirərək çox gözəl düzgün yazır ki, anaya məhəbbət dilə münasibəti formalaşdırır, dilə məhəbbət isə Vətən sevgisi deməkdir. Gərəkdir ki, hər kəs öz doğma dilində mükəmməl səlis danışmağı bacarsın.

Məlumdur ki, mətbuat dilində qrammatik normalar mühüm məsələlərdən biridir. Ona görə müəllif  bunu xüsusi qeyd edir müxtəlif mətbuat səhifələrindən götürülən  faktları leksik, morfoloji sintaktik səviyyədə çox ciddi formada şərh edir tez-tez təsadüf olunan səhvləri aşkar edir. Sevinc xanım çox  haqlı olaraq göstərir ki, mətbuat dilində bəzən təəssüf ki, sözçülük nəzərə çarpır. Məna mətn ilə əlaqəsiz bir sıra artıq sözlər cümlələrə əlavə yük olur, fikrin ifadəsinə oxucuya çatdırılmasına heç bir xidmət göstərmir. Bəzən belə sözlər trafaret, şablon ifadələrin daxilində özünü göstərir, bəzən müəllifin diqqətsizliyi ya dilə, sözə etinasızlığı nəticəsində mətbuatda özünə yer tapa bilir. Sevinc xanım belə misalları şərh edir bu vəziyyətdən çıxma yollarını konkret məntiqi formada göstərir.

Müstəqil mətbuat ədəbi dil normalarımövzusu xüsusi maraq dogurur. Burada qəzet mətnlərində məntiq məna səhvləri, söz, ifadə, termin yaranma səbəbləri, alınma sözlərin işlədilməsi, artıq sözlərin  mətbuat materiallarına ciddi xələl gətirməsi, abzas, cümlə daxilində eyni sözlərin təkrarı kimi ciddi məsələlər öz düzgün həllini tapır.

Mətbuat dilində sintaktik kateqoriyaların, dialekt sözlərinin işlənməsinə xüsusi diqqət yetirilib. Müəllif ədəbi dilimizə dialekt şivələrdən mətbuat vasitəsi ilə yeni sözlərin keçməsi prosesini izləyir, konkret misallar gətirir qeyd edir ki, bu proses Azərbaycan ədəbi dili ilə dialektlərin qarşılıqlı əlaqəsi məsələsinin uğurlu həlli baxımından  böyük əhəmiyyət daşıyır. Əlbəttə mətbuatın əsas kütləvi təbliğat vasitəsi olması ona ədəbi dilin üslublarının differensiallaşmasına, qrammatik normalaşmaya, lügət tərkibinin, xüsusilə terminoloji vasitələrinin zənginləşməsinə kömək göstərməyə geniş imkan verir. Çox maraqlıdır ki, müəllif qəzet dilində milli kolorit yaratmaq üçün işlənilən dialekt sözlərini nümunə verir (pörtələnmək, sivişmək, hellənmək, dələmə, qənşər b.) qeyd edir ki, belə sözlərin qəzet səhifələrinə gətirilməsi müsbət hadisədir, çünki bunlar publisistik üsluba koloritlik keyfiyyəti verir.

Mətbuat dilində obrazlıqmövzusu da xüsusi vurğulanmalıdır. Bəllidir ki, ədəbi dilin təmizliyi, gözəlliyi, zənginliyi, gücü ilk növbədə tükənməz mənbəyinəxalq dilində bağlılığındadır. Təsvir vasitələri isə bədii dilin çox mühüm tərkib hissəsidir. Sevinc xanım çox düzgün haqlı olaraq  göztərir ki, qəzet dilində, xüsusən bədii-publisistik janrlarda təsvir vasitələrindən geniş istifadə olunur. Buna görə hər bir jurnalist məcazların xüsusiyyətlərini, bütün incəliklərini bilməli, yeri gəldikcə düzgün istifadə etməyi bacarmalıdır. Müəllif epitet, təşbeh, metonimiya, metafora, sinekdoxa, oksümorn, evfeizmlərə aid maraqlı nümunələr şərhlər verir.

Nəticə”də müəllifin elmi fikirləri, müddəaları ümumiləşdirilir. Sevinc xanım çox düzgün göstərir ki, müstəqil Azərbaycan mətbuatının dili hər şeydən əvvəl ilkin törəmə nominasiyalar üçün geniş imkanlar açır; yeni görünən leksik-terminoloji vahidlər müstəqillik qazanmış xalqların suverenliyi şəraitində meydana çıxır.

Sevinc xanımın dərs vəsaiti bir çox aspektdən dəyərli əhəmiyyətlidir. Bu yüksək səviyyədə məntiqi ardıcıllıqla sistemli şəkildə yazılmış dərs vəsaitindən jurnalistika həmçinin filologiya fakültəsinin tələbələri, KİV- çalışanlar ümumən ana dilinə, onun üslubiyyatının incəliklərinə maraq göstərən, ana dilini sevən şəxslər istifadə edə bilərlər. Tələbələr isə  bu dərs vəsaitindən bəhrələnib Ana dilinin qədrini daha da çox biləcəklər.

Sevinc xanım bu lazımlı, dəyərli əhəmiyyətli dərs vəsaiti ilə təkcə gözəl istedadlı alim kimi yox, həmçinin öz Ana dilini ürəkdən sevən, duyan bilən vətəndaş kimi çıxış edir.  Əminik ki, Sevinc xanım müstəqil respublikamızın elm ictimaiyyətini bir çox yeni əsərləri ilə gələcəkdə yenə sevindirəcək.

 

 

Sevinc MƏHƏRRƏMOVA,

BDU-nun professoru

 

525-ci qəzet.- 2013.- 20 fevral.- S.7.