Üç qoruq şəhəri
Ordubad
Naxçıvan Muxtar Respublikasının İranla sərhədində
yerləşən Ordubad
memarlıq, ekoloji və coğrafi baxımdan üç qoruq şəhəri kimi Ginnesin rekordlar
kitabına düşməyə
layiqdir.
Keçmişdə Ordubadda 72 yeraltı çeşmə olub ki, bu yaxınlarda
da onardan 30-u bərpa edilib. Şərqşünas Cabir Cəbiyevlə onlardan birinin dərinliyinə enirik.
Dərinlikdən heyrətamiz duruluqda
olan sərin su çıxır.
O sudan içmək
üçün daşın
üstə stəkan qoyulub. Yayın qızmarında bura
şəhərin ən
sərin yeri sayılır. Adəti üzrə
hər qəsəbənin
meydanında məscid,
məscidin yanında isə kəhriz və çinar var. Köhnə şəhər
çiy kərpicdən
tikilib. Buradakı məscidlərdən heç birində minarənin olmaması da elə bununla
izah edilir. Evlər isə saman kərpiclərdən inşa
olunub. Ev dayaqları möhkəm
qoz ağacından olduğuna görə zəlzələyə və
bu yerlərdə tez-tez baş verən sürüşmələrə
dözümlüdü. İkimərtəbəli evlər üstünlük
təşkil edir, özü də mütləq ərzaq saxlanılması üçün
buzxana adlandırdıqları
zirzəmisiylə birlikdə.
Şəhərin köhnə
məhəlləsindəki ailələr Sevilya, yaxud Kordova şəhərlərindəki
tipik ispan patiosu şəraitində
yaşayırlar: pəncərəsi
çölə baxan
ikimərtəbəli ev, evlə üzbəüz yay mətbəxi, saxlanc və hamamın yerləşdiyi birmərtəbəli
tikili və bu dördkünc sahənin ortasında meyvə bağı. Ordubad memarlıq üslubunun zirvəsi Cümə-məscid
hesab olunur. Bu bina özündə
16-cı əsrdə İrəvan,
Şuşa və Şəki memarlığında geniş
yayılmış ideyaları
ehtiva edir. Odur ki, 1977-ci ildə Bakının İçərişəhəri,
Şuşanın və
Şəkinin memarlıq
abidələriylə yanaşı
Ordubadın tarixi hissəsi də memarlıq qoruğu statusu aldı.
Ordubadın tarixinin bir şərəfli
səhifəsi də var ki, bu,
şəhərin və
şəhərlilərin Şərq
intibahı dönəmində
oyandıqları əhəmiyyətli
roldan xəbər verir. Belə ki, Yuxarı Aza kəndinin 6 kilometrliyində,
Ordubadla 22 kilometrlik məsafədə orta əsrlər şəhəri
olan Gilanın dağıntıları yerləşir.
Qalayla möhkəmləndirilən bu
şəhər V əsrdə
yaradılıb. Arxeoloqlar
burada zəngin saxsı qablar, dəmir əşyalar, XI Mitridat (eramızdan əvvəl 123-88-ci illər)
dövrünün gümüş
dirhəmlərini və
s. aşkar etmişlər
ki, bu da
şəhərin Aralıq
dənizi ölkələriylə
sıx ticarət əlaqələri qurmasından
xəbər verir. 1912-ci ildə burada
təxminən 500 qızıl
sikkədən ibarət
xəzinə tapılıb.
Onlardan beşi hal-hazırda Sankt-Peterburqun Ermitajında, beşi Moskvanın Tarix Muzeyində, ikisi Tbilisinin muzeyində nümayiş olunur. Qalan 488 sikkənin harda olması məlum deyil. Xəzinənin əsas hissəsi
XII-XIII əsrlərdə Eldəgizlərin
hakimiyyəti dövrünü
əhatə edir.
Həmin
dönəmlərdə Naxçıvan
paytaxt, Gilan isə əhəmiyyətinə
görə ikinci şəhər idi. Sonra Gilan monqolların hücumu zamanı dağıdıldı və
bir daha bərpa olunmadı. Ordubad da zaman-zaman
monqolların, farsların
hücumlarına məruz
qalıb, amma hər dəfə bərpa olunub. Bəs, bu qonşu
şəhərlərin belə
fərqli tale
yaşamasına səbəb
nə idi? Buralarda neft yoxdu, qızıl
xəzinələrinə gəlincə,
onlar elə Ordubadda var idi.
Səbəb odur ki, Ordubad ən azı 12 əsr ən qiymətli valyuta hesab olunan
ipək istehsalı emalatxanası sayılıb. İşğalçılar ustaları özləri
ilə aparırdılar,
şəhər isə
fabrik və ya zavod kimi
yenidən işini bərpa edirdi. Burada İpək yolu ölkələrinin bütün
şah sarayları üçün ən dəbdə olan məşhur Ordubad koşenili (qırmızı
boyaq) istehsal olunurdu. Sonralar Naxçıvan da
onun istehsalına başladı və koşenil Naxçıvan
adıyla tanındı.
Bu dəbdəbəli materiala görə Ordubadın sorağı Bizans, Misir, İspaniya, İtaliya kimi ölkələrəcən
yayılmışdı. Yerli sakinlər uzun illər saray libasları üçün
istifadə olunan bu materialın istehsal texnologiyasını
məxfi saxlamışdılar.
Bir adı da karmin
olan bu boya
orta əsrlərin ən uğurlu İpək yolu layihəsində nəhəng
rol oynadı. Bu dahiyanə İpək yolu layihəsində koşenilin əhəmiyyəti
heç də ipəkdən az
olmadı. Hələ Bibliya rəvayətlərində
qırmızı qurddan
alınan al boyadan söhbət açılır.
Bu boyanı Nuhun törəmələri hazırlayıb.
Bu mənada koşenilin
Ordubadda istehsalı faktı özü Nuhun bu yerlərdə
olduğu mülahizəsini
bir daha təsdiqləyir.
Üçüncü əsrdə İran hökmdarlarından biri
Roma imperatoru Avreliana qiymətli hədiyyələr
yollamışdı. Və bütün
bu qiymətli hədiyyələrin arasında
ən qiymətlisi kimi al qırmızı rəngə boyanmış
ipək parça qəbul olundu. Bu parça romalıları
necə valeh etdisə, onu sonralar rəsm əsərlərinin asıldığı
Kapitoliyadan asdılar.
Koşenil Bizansda da da tələb olunan mal idi. Beləcə,
Ordubad imperator sarayları,
patriarxat kilsələri
üçün koşenil
mənbəyi kimi qəbul olunurdu. Orta əsrlərin ərəb əlyazmalarında
Naxçıvan qiymətli
boya olan “qırmızı”nın istehsalçısı kimi
xatırlanır. Ordubadda bu
möcüzə boyanın
tətbiqi get-gedə müxtəlif sahələri
əhatə edirdi.
Xəttatlar və rəssamlar
kitabın qravüründə
bu rəngdən istifadə etməyə başladılar. Təbriz miniatürçüləri
kitablara çəkdikləri
məşhur illüstrasiyalarında
koşenildən gen-bol
istifadə edirdilər.
XVI əsrdə Avropada
Meksika koşenili peyda oldu. Onun istehsalı
ucuz başa gəlirdi, boya isə daha parlaq
idi. Meksika koşenili öz
ucuzluğuna görə
Ordubad koşenilini müəyyən müddət
sıxışdırdı. Sanki həmişə belə olacaqdı. Amma XX əsrin 30-cu illərində
Stalinin təşəbbüsü
ilə Sovet rəhbərliyi xarici ölkələrdən olan
idxalı bir qədər azaltmaq barədə qərar qəbul etdi. Tanınmış entomoloq Boris Kuzinə
həvalə olundu ki, boyaya qiymətli
bioəlavə kimi koşenilin istehsalını
bərpa etsin. Rusiya İmperator Akademiyasının
akademiki İosif Tamslın işləri yada salındı. Onun monoqrafiyalarında koşenilin
“diri boya” kimi iqtisadiyyatda, incəsənətdə, kulinariyada
əhəmiyyətindən bəhs olunurdu. 1971-ci ildə də
koşenilin istehsalının
bərpasına cəhd
olundu. Koşenilə bu gün də tələbat var. Qədim xalçaların,
miniatürlərin, qravür
və kitabların bərpaçıları ondan
istifadə edirlər.
İpək istehsalının inkişaf perspektivləri ilə bağlı Özbəkistanda, Çində
və Qazaxıstanda konfranslar təşkil olunur. Bu konfranslardan
birini də Azərbaycanda keçirməyin
vaxtı çoxdan çatıb. Bu zaman dünya bir daha koşenilin
İpək yolunun çiçəklənməsində necə böyük rol oynadığının
şahidi olacaq.
Bir vaxtlar koşenilin sayəsində
Ordubad ipəkçiliyin
mərkəzinə çevrilərək,
bu sərfəli biznesə Gəncəni, Şəkini, Şuşanı
və Dərbəndi də “qoşmuşdu”. Hələ Böyük
Oktyabr inqilabına qədər Ordubad ipəyi 14 dəfə beynəlxalq sərgidə
mükafata layiq görülüb. Bu şəhərdə AMEA-nın
təbii bioresurslar bazasının nəzdində
Aydın Qəmbərlinin
rəhbərliyi altında
bir vaxtlar Bizans imperatorlarının
Ordubad tacirlərinə
əvəzini qızılla
ödədikdəri koşenil
üzərində tədqiqatlar
aparmaq olar. Özü də son illər dünya sintetik qida əlavələrindən
uzaqlaşır və
koşenil yenidən gündəmə gəlir.
Bu laboratoriyada təhqiqata
cəlb olunan ikinci mövzu kəhriz suları ola bilər.
Ordubadlılara ta uşaqlıqdan
indi çox dəbdə olan vitamin və minerallar kompleksi havayı verilir. Buradakı yeraltı çeşmələrin
– kəhrizlərin suyu
və yerli meyvələr əsl dərmandır. Zəngin mineral sulara və meyvələrə malik olması Ordubadın əsas özəlliyidir.
Buradan dünya elminə böyük töhfələr
vermiş neçə-neçə
alimin çıxması
da məhz bununla əsaslandırılmalıdır.
Bu şəhərin hər
üç muzeyi özündə bu mövzu ilə bağlı xeyli sayda maraqlı məlumatlar gizləyir.
Əgər 1978-ci ildə Ordubada
və onun ətrafında 31 memarlıq
abidəsi siyahıya alınmışdısa, 2011-ci ildə artıq siyahıda 292 abidə var.
Elə təkcə Ordubadın özündə
52 abidə dövlət
nəzarətinə götürülüb.
Onlardan
1-i dünya, 15-i respublika,
36-sı yerli əhəmiyyət
kəsb edir. Bu şəhərdə ümumilikdə 600 memarlıq,
tarixi və arxeoloji abidə var. Bura coğrafı abidələri də əlavə etmək olar. AMEA-nın
mütəxəssisləri Abşeronla yanaşı, Ordubadı da dünya əhəmiyyətli
coğrafi qoruq elan etməyi təklif edir. Azərbaycanın bu ərazisində
dağlar nadir minerallarla
zəngindir. Kəhrizdəki suların heyrətamiz keyfiyyəti də məhz buna görədir. Həmin
su yod, natrium
və s. ilə zəngindir.
Xalq yazıçısı
Məmməd Səid Ordubadinin muzeyi 1972-ci ildə açılıb. 1975-ci ildə
isə burada böyük kimyaçı
alim Yusif Məmmədəliyevin ev muzeyi fəaliyyətə başlayıb.
Şirin Manafov,
Nurməmməd Rəhimov
525-ci qəzet.- 2013.- 22 fevral.- S.8.