Nizami Gəncəvi yaradıcılığına yeni baxış: leksikadan sənətkarlığa

 

Nizami Gəncəvi irsinin leksikasının tədqiqi onun möhtəşəm yaradıcılığının, fikir dünyasının araşdırılması üçün ən önəmli açarlardan biridir. Təəssüf ki, bizdə bu məsələyə son dövrlərə qədər yetərli dərəcədə fikir verilməmişdir. Filologiya üzrə fəlsəfə doktoru Mənzərə Məmmədova Nizami əsərlərinin leksikasının tədqiqi sahəsində məhsuldar fəaliyyət göstərmiş, 2009-cu ildə “Şərəfnamə” poeması əsasında iki cildlik iri həcmliNizami Gəncəvi dilinin lüğətiadlı iktabını çap etdirmişdir. Burada “Şərəfnamə” məsnəvisinin leksik tərkibinin lüğətini yazmaq məqsədini qarşısına məqsəd qoymuş müəllif əsərdəki sözlərin, söz birləşmələrinin, frazeoloji ifadələrin, məcazların, bədii obrazların və s. dil vahidlərinin mənalarının müqabilini azərbaycanca vermişdir. Lüğətin hazırlanması prosesi iki mərhələdən keçmişdir: Birinci mərhələdə “Şərəfnamə”dəki dil vahidlərinin sözlüyü fars əlifbası sırası ilə tərtib edilmiş, ikinci mərhələdə onların azərbaycanca mənaları müəyyənləşdirilmişdir. Növünə görə farsca-azərbaycanca bu ikidilli lüğət Nizami əsərlərinin dil və üslub məsələləri ilə, ümumiyyətlə, dahi şairimizin yaradıcılığı, dövrün ədəbiyyatı ilə məşğul olan mütəxəssislər üçün zəngin material verir. Bu lüğət Nizaminin yaradıcılıq laboratoriyasını, söz üzərində necə çalışdığını öyrənmək üçün də əvəzsiz mənbədir.

Mənzərə xanımın bu yaxınlarda çapdan çıxmışNizami Gəncəvi dilinin leksik üslubumonoqrafiyasında tədqiqat obyektişairin dilinin leksik üslubunu formalaşdıran dil amilləriİsgəndərnaməpoeması əsasında müəyyənləşdirilmişdir. Şairin ədəbi irsinin leksik vahidlərin araşdırılması yolu ilə öyrənilməsi sahəsində bu, ilk təşəbbüsdür. Monoqrafiyanın diqqətəlayiq cəhəti ondan ibarətdir ki, burada bədii sözün çoxsahəli qatlarını ehtiva edən məcazların şairin dilinin əlvanlığı, bədiiliyi, zənginliyi yeni mənaların yaranmasındakı rolu geniş göstərilmiş, bununla əlaqədar meydana gələn bədii təsvir vasitələrinin təkrarsızlığı müəyyənləşdirlmişdir.

Bir sıra tədqiqatçılar, o cümlədən, görkəmli rus alimi Y.M.MeletinskiOrta əsrlər  romanıadlı kitabında Nizami poemalarını nəzmli roman hesab etdiklərini bildirmişlər. Sübut kimi bu əsərlərdə (eləcə FirdovsininŞahnamə”sində) epik təsvirin mühüm rol oynaması, tarixi mənbələrdəki faktların bədiiləşdirilməsi göstərilir. Lakin Nizami əsərlərini diqqətlə nəzərdən keçirdikdə görürük ki, onun hər beyti dərin mənalarla bərabər, yüksək zövqlü, misilsiz poetik obrazlarla zəngindir. Başqa sözlə, Nizami məsnəviləri əsl poeziya nümunələridir. M.Məmmədova  şairin söz yaradıcılığını, üslubiyyatını araşdırmaqla, beytlərini bir-bir nəzərdən keçirməklə, əslində, onun təkrarsız poetik dünyasını tədqiq etmişdir. Alim bu fikirdədir ki, bir neçə cəhətinə görəİskəndərnaməpoeması onun digər məsnəvilərdən daha bitkin üstündür: Əvvəla, mövzu əhatəliliyinə, hadisə epizodların zənginliyinə, ikincisi, şairin yaşının daha kamil dövründə yazıldığına, daha təcrübəli, daha bişmiş qələm sahibinin məhsulu olduğuna görə. Bu səbəbdən əsər elmin bir sıra sahələrində çalışan tədqiqatçılar üçün zəngin material verdiyi kimi, XII əsr fars dilinin leksik-qrammatik xüsusiyyətlərini öyrənmək baxımından da misilsizdir.

Monoqrafiyada Nizaminin söz yaradıcılığı sahəsindəki fəaliyyəti, onun sözdən istifadə sənətkarlığı araşdırma predmetinə çevrilir. Nizami gözlərimiz önündə ilk növbədə dahi şair kimi canlanır. Sözləri, ifadələri beytlər tərkibində məna çalarlarıyla nəzərdən keçirən M.Məmmədova belə nəticəyə gəlir ki, Nizami sözü ilk növbədə məntiqiliyi, mənalılığı, yığcamlılığı səlisliyi ilə diqqəti cəlb edir. O, həm bir incə mənanı ifadə etməyə, həm bir mənanı bir neçə variantda oxucuya çatdırmağa qadirdir. Tədqiqatçı göstərir ki, şair tarixi hadisə rəvayətləri təsvir etsə , onun əsərləri orijinal, poetik bir dillə nəzmə alınmış, sözlər sənətkar qələminin gücüylə yeni forma məzmun kəsb etmişdir. Monoqrafiyada Nizaminin söz üzərində işləməsindəki orijinallığı, onun özünəməxsus üslubu barədə deyilir: “Şair bəzən bir cümləyə sığmayan fikri bir söz ya bir söz birləşməsi ilə verir. Əksinə, bir məfhumun özünü ya ona məxsus xüsusiyyətlərini göstərmək üçün bir sıra söz işlətməli olur”. N.Gəncəvinin poetik söz demək üslubunun digər bir səciyyəvi cəhəti onun sözünü haqqında danışmaq istədiyi mətləbə uyğunlaşdırmaq qabliliyyətindən ibarətdir: “Onun sözü bəzən qılınc kimi kəsərlidirsə, bəzən çox incə, təsvirə aldığı mətləblərdən, hisslərdən incədir”.

Orta əsrlərdən tutmuş günümüzə qədər farsdilli ədəbiyyatda Nizami dilinin leksik tərkibinə həsr olunmuş lüğətlər tərtib edilmişdir.  M.Məmmədova bu lüğətlər barədə ətraflı məlumat vermiş, tədqiqatında bunlardan istifadə etmişdir. Nizami leksikasının səciyyəvi cəhəti kimi tədqiqatçı göstərir ki, şair sözdən istifadə, onun mənalarının ifadə tərzi, yəni üslubiyyatı baxımından leksikoqraflara misilsiz dil materialı vermişdir, toponimik onomastik adlarla, canlı xalq ifadələri, atalar sözləri məsəllərlə zəngindir,  nəhayət, müxtəlif dillərdən, o cümlədən türk dilindən gələn müxtəlif sözlərlə zəngindir. Monoqrafiyanın giriş hissəsində Nizami Gəncəvinin leksikasının öyrənilmə tarixindən danışılmış, göstərilmişdir ki, şairin əsərləri yazıldıqdan az sonra fars dili leksikoqrafiyası mütəxəssisləri onun əsərlərinin leksikasınına dair lüğətlər yazmışlar. Fars dilinin çox zəngin leksikoqrafiya tarixində, leksikoqrafik əsərlərin yaranmasında şairin rolu böyükdür. I fəsilİsgəndərnamə”də işlənən təşbihlərin izah təhlilini əhatə edir. Burada Nizami şeirinin bədiiliyinin çox vacib göstəricisi olan təşbihlər vasitəsi ilə onun obrazlı ifadələrinin yaranma yolları müəyyənləşdirilir. Fəslin sonunda təşbih predmentləri, təşbih obrazları əlamətlərinin cədvəli verilir.

Şair yaradıcılığında təzad poetik fiqurundan məharətlə istifadə etmişdir ki, dilçilik baxımından bunlar üslubi antonimlər hesab edilir. Tədqiqatçı göstərir ki, “İsgəndərnamə”də antonimlər sözə axıcılıq, rəngarənglik, obrazlılıq gətirməklə yanaşı söz təkrarının qarşısını alır. İkinci fəsil bu dil vahidlərinin araşdırılmasına həsr edilmişdir.

Sonuncu, üçüncü fəsildə sinonim cərgədə işlənə bilməyən sözlərinİsgəndərnamə”də mənaca eyni leksik cərgəyə daxil olma səbəbləri aydınlaşdırılır. Sonda istifadə edilmiş ədəbiyyatın siyahısı verilmişdir.

M.MəmmədovanınNizami Gəncəvi dilinin leksik üslubukitabı göstərir ki, dahi şairimizin əsərlərinin dilinin leksik tərkibinin ətraflı tədqiqi onun söz sənətinin, poetik dünyasının öyrənilməsi baxımından çox maraqlı, dəyərli nəticələr verə bilər.

Kitabın redaktorları filologiya elmləri doktorları M.Rəhimov M.Kazımovdur.

 

 

Paşa ƏLİOĞLU,

AMEA M.Füzuli adına Əlyazmalar

İnstitutunun direktor əvəzi

filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2013.- 22 fevral.- S.7.