Evliya Çələbi səyahətnaməsində Azərbaycan”ın təqdimatı olub

 

Qafqaz Universiteti Elmi Şurasının qərarı Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fondunun dəstəyi ilə nəşr olunmuşEvliya Çələbi səyahətnaməsində Azərbaycanadlı kitabın təqdimatı keçirilib. Görkəmli türk səyyahı Evliya Çələbinin Azərbaycana səfərlərinin əhatə olunduğu kitabda XVII əsr Azərbaycan tarixi, coğrafiyası, ölkədəki siyasi durum, əhalisi, onun məşğuliyyəti, məişəti barədə qiymətli məlumatlar yer alıb.

Təqdimatda Türkiyənin Azərbaycandakı səfiri Alpər Coşkun Evliya Çələbinin səyahətlərindən ibarət olan sərginin kitabın Azərbaycanda təqdim olunmasından qürur duyduğunu bildirib. Səfir Evliya Çələbinin öz səyahətnamələrində adını çəkdiyi Təbriz, Ərdəbil, Dərbənd digər şəhərlərin qədim Azərbaycan torpaqları olmasına diqqət yönəltdiyini vurğulayıb tarixin dərinliklərindən gələn sözləri bir səyyahın qələmindən oxumağın xoş duyğu olduğunu deyib. A. Coşkun bu dəyərli toplunun ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusən Mehmet Rıhtıma, Yaqub Mahmudova minnətdarlığını bildirib.

Kitabı nəşrə hazırlayan, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mehmet Rıhtım Qafqaz Universitetinin fəaliyyət göstərdiyi yeddi ildə Türkiyə-Azərbaycan ortaq tarixinin araşdırılmasına dair bir sıra səmərəli işlərin görüldüyünü bildirib, Evliya Çələbinin səyahətnaməsinin isə Azərbaycanla bağlı müşahidələr məlumatlardan ibarət səyahətnamələr içərisində əhəmiyyətli bir yerə sahib olduğunu vurğulayıb: “Düşünürəm ki, kitab Azərbaycan tarixi üçün qaynaq mahiyyəti daşıyacaq. Evliyanın səyahət yolu qədim Azərbaycan torpaqlarındanUrmiyadən başlamış, Naxçıvanı, İrəvanı keçməklə Təbrizə, Bakıya uzanır. Onun səyahətnaməsinin avropalı səyyahların eyni janrda olan əsərlərindən üstün cəhəti budur ki, o gəzdiyi, görə-görə keçdiyi aləmin adamı idi, gördükləri ona həm doğma, həm tanış idi. Bu nəşrdəSəyahətnamənin müxtəlif cildlərində yer alan Azərbaycana aid qeydlərin hamısı bir araya gətirilib. Qafqaz Araşdırmalar İnsitutu olaraq 2011- ci ildə Evliya Çələbinin 400 illik yubileyi münasibəti ilə nəşrə hazırladığımız bu kitab Türkiyə Azərbaycan arasında tarixi mədəniyyət araşdırmaları sahəsindəki əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inanırıq. Bu münasibətlə çalışmalarımızı dəstəkləyən Qafqaz Universitetinin rektoru professor Əhməd Saniçə, professor Niftalı Qocayevə, əsərin nəşrinə dəstək verdiyi üçün Türkiyənin Azərbaycandakı səfirliyinə, Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fonduna əsərin hazırlanmasında, materialların təminində, əməyi keçənlərə səmimi təşəkkürlərimi bildirirəm”.

Kitabın elmi redaktoru olan AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Yaqub Mahmudov bu nəşrin Azərbaycan oxucusuna təqdim olunmasını çox böyük hadisə kimi qiymətləndirib, yeni müstəqillik qazanmış, tarixini təzədən yazmağa başlayan bir ölkə üçün bu dəyərli mənbənin nəşrinin ümumi konsepsiyaya uyğun olduğunu diqqətə çatdırıb: “Bu əsər xalqımızın əsl tarixini bizlərə olduğu kimi çatdırır. Evliya Çələbi böyük bir dövrün coğrafiyasını öz gözü ilə görən bir səyyahdır. O qələmə aldığı səyahətnaməsində Anadoludan tutmuş, Dərbəndə, Təbrizə, İrəvana qədər olan qədim Azərbaycan torpaqlarının adını çəkib sübut edib ki, bu torpaqlar qədim türk-Azərbaycan torpaqlarıdır”. Tədbirdə AMEA-nın müxbir üzvü, memarlıq elmləri doktoru Cəfər Qiyasi, kitabı azərbaycancaya uyğunlaşdıran Minəxanım Təkləli çıxış edərək nəşrin əhəmiyyətindən danışıblar.

Rəsmi hissədən sonra qonaqlar Evliya Çələbinin səyahətlərini əks etdirən sərgi ilə tanış olublar.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2013.- 22 fevral.- S.7.