Don vurmuş arzular
– Mətiş, vallah heç nəyə həvəsim yoxdur. Mənim Xocalıda 15 sinif nəfər yoldaşım olub. Sinifdə mənlə bərabər 16 uşaq olmuşuq... On altımız da həmin gecə eyni müsibətlə üzləşmişik. Fərid, Səadət, Rəvan, Esmira, Rəşad, Könül, Sahib, Rəsul, Günel, Toğrul, Şəfiqə, Bəxtiyar, Çingiz, Rahim, Şahmar və mən birlikdə birinci sinfə getmişik. 16 uşaq qayğısız məktəbli dövrümüzə eyni vaxta və eyni məktəbdə başlamışıq. Taleyimiz də eyni oldu... Hər birimiz həmin gecənin dəhşəti ilə üzləşdik. 16 nəfərdən on nəfərimiz – Fərid, Səadət, Rəvən, Esmira, Rəşad, Könül, Sahib, Rəsul, Günel və mən Allahın möcüzə və Ağdamdan gələn köməyin hesabına sağ qaldıq. Sinif yoldaşlarımdan altı nəfəri – Toğrul, Şəfiqə, Bəxtiyar, Çingiz, Rahim və Şahmar isə həmin dəhşətlərin içindən sağ çıxa bilmədi. Sağ qalan onumuzun hər biri isə əzizlərimizi itirdik... Sağ qalan sinif yoldaşlarımla ara bir görüşüb, dərdləşirik. Bir-birimizə 25 fevral gecəsi başımıza gələn müsibəti dəfələrlə anlatmışıq. Demək olar ki, həmin gecə hər birimizin başına gələn dəhşətləri hamımız əzbər bilirik. – deyən Xəyalə stuldan qalxaraq pəncərəyə yaxınlaşdı. Əllərini qoynuna qoyaraq, ani fikrə gedib. Sonra:
– On altı nəfərdən altısı həmin gecə dünyasını dəyişdi. On nəfərimiz isə sağ qaldıq. Ancaq onumuzun da arzumuzu don vurdu. Altı sinif yoldaşım həmin müdhiş gün öldülər. Ancaq sağ qalanlarımız isə hər gün ölürük... Bu 20 ildə ölə-ölə yaşayırıq, yaşaya-yaşaya ölürük... – deyərək dərindən ah çəkdi. Bu ah Xəyaləni xeyli yüngülləşdirdi. İş yoldaşı Mətanət həkimə danışdığı bu dəhşətli epizodlar, sanki onun üzərindən böyük bir yükü götürmüş oldu. Mətanət həkim isə dinib, danışmırdı. İş yoldaşından eşitdikləri onu şoka salmışdı. Düşünürdü ki, o boyda dəhşətləri yaşamış Xəyalə bu 20 ili necə dözüb. O dəhşətləri unutmadan, orta məktəbi necə oxuyub, necə bitirib, necə fikrini cəmləyərək test imtahanından 600 bal toplayıb? Bütün bu sualları düşünərək öz-özünə dedi: “Sən qəhrəman qızsan Xəyalə!”
Bu fikirdən Mətanət həkimi Xəyalənin səsi ayırdı:
– Nə fikrə getmisən, Mətiş? Heç sən ömrün boyu bu cür qorxulu nağıllar eşitmişdin?
– Baxdığım verilişlərdən, oxuduğum yazılardan Xocalıda dəhşətli hadisələrin olduğunu bilirdim. Ancaq sənin danışdıqların qədər insanlığın əleyhinə yönəlmiş hadisələrın olduğunu bilmirdim.
Pəncərənin qarşısından masaya yaxınlaşan Xəyalə boş fincanları götürərək:
– Danışdıqlarımla səni üzdüm. Keç otağa, mən də təzə çay süzüb gəlirəm, televizora baxaq.
Mətanət həkim, mətbəxdən otağa keçib və bayaq əyləşdiyi divanda əyləşdi. Gözü divardan asılmış və böyüdülmüş bir fotoya sataşdığından bir anlıq düşündü: Yəqin etdi ki, Xəyalənin atasıdır.
Əlində çay otağa daxil olan Xəyalə iş yoldaşından soruşdu:
– Danış, görək, şəxsi işlərin necədir? Oğlun necədir?
– Yaxşıdır, baxçaya gedir. Anam aparıb, gətirir.
– Mətiş neçə vaxtı səndən soruşmaq istəyirəm ancaq heç imkan olmur. Sən, həyat yoldaşından niyə ayrılmısan?
– Biz başqa-başqa adamlarıq, ona görə də bizim ki, tutmadı. Mən sonuncu kursda olanda nişanlandıq, Universiteti bitirdim, işlədiyimiz klinikaya işə düzəldim. Sonra da evləndik. vlənən kimi, məndən tələb etdi ki, işdən çıx. Dedim niyə? Dedi mən işləyirəm bəsdir, sənin işləməyinə ehtiyac yoxdur. Altı aydan sonra məzuniyyət götürdüm, oğlum dünyaya gələndən üç ay sonra uşağı anamın yanına qoyub işə dönmək istədim. Elə əsl müharibə onda başladı. Dedi, sənə nə məcburdu ki, körpə uşağın ola-ola işləyirsən? Dedim, anam uşağa məndən də yaxşı baxır, bir də axı mən həvəslə Tibb Universitetinə qəbul olmuşam, yeddi il əziyyətlə oxumuşam ki, həkim olum. İndi sən deyirsən ki, mən evdə oturum, uşaq saxlayım, piş-düşlə məşğul olum? Yeddi il təhsil almışam ki, evdar qadın olum? Dedi nə olar ki, evdar qadın olanda? Mən belə istəyirəm.
Son sözüm bu oldu ki, sən istədiyini də mən istəmirəm – deyib, uşağımı da götürüb gəldim anamgilə. İndi də peşman deyiləm. Çünki onun heç bir hərəkəti mənə xoş gəlmirdi. Əvvəllər onun narkotikaya qurşandığını bilmirdim, ayrılandan sonra eşitdim. Əvvəl-əvvəl anam məni qınasa da, sonradan onun narkoman olduğunu eşidəndən sonra, mənə haqq qazandırdı. İndi özümü xoşbəxt hesab edirəm, bir oğlum var, sevdiyim peşəmlə məşğulam, gözəl kollektivdə çalışıram, bir növ sərbəstəm – işdən sonra, hara getdim, hardan gəldim, soruşan yoxdur. Ömür insana bir dəfə verilir, onu da bir narkomanla keçirdəsi deyildimki. Xəyalə, sən də ailə quranda yüz ölç, bir biç. Hər adama razılıq vermə. İndi pis zamanədir. Heç kimi tanımaq olmur.
– Mən hələ ailə həyatı qurmağa hazırlaşmıram. Nə vaxt bu qərara gəlsəm, onda ölçüb, biçmə işinə baxarıq. İndi isə yaxın əyləş çayımızı içək. Bayaq da soyuq içdin.
Mətanət həkim divandan qalxaraq, masaya yaxınlaşıb, stula əyləşdi. Bu arada Xəyalə də çay içdiyi üçün hər ikisi susurdular. Bu susqunluğa Mətanət həkim son qoyur:
– Bilirsən bacı, mənim sözümü necə qəbul edirsən et, ancaq bir şey bil ki, bayaq dediyim kimi, ömür insana bir dəfə verilir və ömrün hər bir səhifəsinin açılmasının da, qapanmasının da öz vaxtı var. Sənin uşaqlıqda keçirdiyin şoku da, yaşadığın faciələri də, itkilərıni də anlayıram və bütün bunların sənin həyatında yaratdığı mənfi fəsadları da başa düşürəm. Ancaq keçmişdə nələrin olmasından asılı olmayaraq, insan gələcəyə nikbin nəzərlərlə baxmalıdır. Gələcəyə nikbin baxa bilməsən sən heç kimi xoşbəxt edə bilməyəcəksən. Xoşbəxt edə bilmədiyin insandan da xoşbəxtlik gözləmə...
İş yoldaşının bu sözlərini Xəyalə xəfif təbəssümlə qarşıladı. Mətanət həkim isə Xəyaləyə 28 yaşının tamam olduğu gün həyata baxışını dəyişdirmək istəyirdi. Ona görə də fikrini davam etdirdi:
– Sən gözəlsən, cazibəlisən, ancaq bu gözəlliyin həmişə olmasını istəyirsənsə sevməli və sevilməlisən. Xanımı gözəl və cavan saxlayan sevgidir, sevgi...
Xəyalə yarı zarafat, yarı gerçək dilləndi:
– Ay bacı, bəs səni belə gözəl, şux və cavan saxlayan nədir?
– Sevgidir, canım sevgi... Mən sevməsəm və sevilməsəm, bir gün də yaşaya bilmərəm.
İş yoldaşından eşitdikləri Xəyaləni əməlli-başlı çaş-baş salmışdı. Ona görə də maraqla soruşdu:
– Necə yəni sevgi? Bəs sən axı ayrılmısan.
– Ey, ayrıldığım
kişini Allah vursun. Heç onu mən zərrə
qədər də sevməmişəm. Əsl sevgini
indi yaşayıram.
– Necə?
Xəyalənin maraqdan gözləri böyümüşdü. Mətanət
həkim isə sərbəst halda cavab verdi:
– Çox sadə... Mən birini dəlicəsinə sevirəm, o da məni lap Məcnun kimi sevir.
– O sevdiyinlə ailə həyatı quracaqsan?
– Yox, ay qız, ailə nədir? Bir dəfə ailəli olmuşam bəsimdir.
Həm də sevdiyim oğlan mənim yanımda uşaqdır.
23 yaşı var, onunla evlənsəm
hamı mənə gülər. Heç oğlanın
ata-anası da razı olmaz. Tələbədir, atası da
rayonların birində
prokurordu. İkimizdə həyatımızı yaşayırıq.
Oda, məndə cavanlığımızın
dadın çıxardırıq.
İş yoldaşından eşitdikləri
Xəyalə üçün
arzuolunmaz olduğu üçün, mövzunu
dəyişmək istədi. Televizorun
pultunu götürərək
dedi:
– Görək televiziyada maraqlı nə var – deyərək pultun düyməsin basaraq televizoru işə saldı. Televizor ekranında ölkə prezidentinin siması canlandı. Prezident çıxış edərək,
xalqa müraciət edirdi:
“Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi
Xocalı faciəsi haqqındakı həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılması və beynəlxalq aləmdə soyqırımı
kimi tanıdılması
istiqamətində iyirmi
ilə yaxındır
ki, məqsədyönlü
və sistemli iş aparır. Son illərdə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində soydaşlarımızı təmsil
edən çoxsaylı
vətəndaş cəmiyyəti
institutları, gənclər
təşkilatları və
diaspor qurumları bu sahədə hakimiyyət strukturları
ilə birgə səmərəli fəaliyyət
göstərirlər. Artıq yalan və saxtakarlıq üzərində qurulmuş
erməni təbliğat
maşınının iç
üzü ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul
etməyə başlayır.
İslam
Əməkdaşlıq Təşkilatı
Parlament İttifaqı
bu faktı “insanlığa qarşı
törədilmiş kütləvi
cinayət” hadisəsi
kimi tanımış
və üzv dövlətləri həmin
faciəyə müvafiq
siyasi-hüquqi qiymət
verməyə çağırmışdır.
Pakistan və Meksikanın parlamentlərində
bu qətliamın soyqırımı aktı
kimi tanınması barədə qətnamə
qəbul edilmişdir.
Azərbaycan Respublikası hazırda
dünya təhlükəsizlik
sistemində və beynəlxalq terrorizmə qarşı mübarizədə
mühüm rol oynayır. Harada baş verməsindən asılı olmayaraq, biz hər cür irqi ayrı-seçkiliyi, etnik və dini
zəmində düşmənçiliyi
bütövlükdə bəşər
cəmiyyətinə qarşı
cinayət hesab edirik. Dövlətimiz
bundan sonra da Xocalı soyqırımına, Azərbaycan
torpaqlarının Ermənistan
tərəfindən işğalına
obyektiv qiymət verilməsi və tarixi-hüquqi ədalətin
bərpası üçün
öz fəaliyyətini
davam etdirəcək, bütün siyasi və hüquqi vasitələrlə belə
hallara qarşı barışmaz mübarizə
aparacaqdır. Xocalı
soyqırımını törətməkdə
düşmənin məqsədi
Azərbaycan xalqını
sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda
mübarizədən çəkindirmək
və torpaqlarımızı
zorla ələ keçirmək olsa da, bu ağır
faciə xalqımızı
daha da mətinləşdirmiş,
qəhrəman oğul
və qızlarımızı
müqəddəs Vətən
və milli dövlətçiliyimiz naminə
qətiyyətli və
mütəşəkkil mübarizəyə
səfərbər etmişdir.”
Prezident
çıxışını qətiyyətli fikirləri
ilə tamamladı:
“Bu ümummilli hüzn
günündə bir daha Xocalı faciəsinin günahsız
qurbanlarının əziz
xatirəsini ehtiramla yad edir, bütün
şəhidlərimizə Allahdan
rəhmət diləyirəm. Sizi əmin
etmək istəyirəm
ki, Xocalı soyqırımını həyata
keçirənlər gec-tez
ədalət məhkəməsi
qarşısında cavab
verərək layiqli cəzalarını alacaq,
şəhidlərimizin qanı
yerdə qalmayacaqdır.”
Prezidentin çıxış etdiyi
müddətdə nə
Xəyalə, nə də Mətanət həkim bir kəlmə belə olsun dillənmədilər. Hər ikisi
sükut içində
çıxışı dinlədilər.
Prezident xalqa müraciətini bitirdikdən sonra, Xəyalənin çöhrəsinə
təbəssüm qondu.
Gülüş dolu bu təbəssüm Mətanət
həkimin diqqətindən
yayınmadı.
– Şükür Allaha ay Xəyalə sənin də gözlərinə gülüş qonarmış...
Bayaqkı bədbin əhval-ruhiyyəsindən
əsər-əlamət qalmayan
Xəyalə nikbinliklə
dilləndi:
– Mənin don vurmuş
arzularımın çiçəklənməsınə,
20 ildir batmış günəşimin yenidən
doğmasına az qalıb. Mənim belə bir qətiyyətli prezidentim və onun əmrinə
hazır durmuş qüdrətli ordum var. İnanıram ki, prezidentimin bir əmri yetərlidir ki, qüdrətli Azərbaycan Ordusu ildırım sürəti
ilə erməni qaniçənlərıni doğma
yurd-yerlərımizdən qovsun.
Onda Xocalımızda,
Ağdamımızda, Şuşamızda,
küllü Qarabağımızda
şən və xoşbəxt həyat bərpa olunacaq. Bu gün prezidentimiz öz qətiyyətli və cəsarətli çıxışı ilə,
bizlərə xoş günlərin müjdəsini
verdi.
Toğrul Etibar
525-ci qəzet.- 2013.- 22 fevral.- S.5.