Əsrə bərabər 54 gün
(Əli Əliyevin “Əlli dörd
gün mühasirədə” adlı kitabı haqqında)
Onu 2004-cü ildən tanıyıram. Bir yerdə işlədiyimiz vaxtlarda isə daha yaxından tanıdım. Nə qədər bacarıqlı və qabiliyyətli olduğunun şahidi oldum. Doğulub boya-başa çatdığım Quzanlı kəndi ilə qohumluq əlaqəsini biləndə isə İmdad Əlizadəyə olan münasibətim, sözün doğrusu, yaxşı mənada bir xeyli dəyişdi...
Bu günlərdə öyrəndim ki, Oğuldərənin tanınmış ziyalıları olmuş Müseyib və Zülfüqar İlyasov qardaşlarına Şuşa seminariyasında ana dili fənini əslən Quzanlı kəndindən olan, Üzeyir Hacıbəyovun da müəllimi olmuş Molla Mehdi Məşədi İsgəndər oğlu tədris etmişdi...
On ilə yaxın bir müddətdə tanısam da, özünün və ailəsinin Birinci Qarabağ müharibəsi illərində bu qədər əzab-əziyyət çəkməsindən, atasının mühasirədə qalmasından xəbərsiz idim. Müəllifi tanınmış jurnalist Vəsilə Vahidqızı olan eyni adlı sənədli filmin təqdimatında iştirak etməsəydim, yəqin ki, atasının “komandir” seçildiyi 19 nəfərilk heyyətlə 54 gün erməni mühasirəsində qalması barədə məlumatım olmayacaqdı...
Bu günlərdə isə vaxt tapıb atası Əli müəllimin müəllifi olduğu “Əlli dörd gün erməni mühasirəsində” kitabını oxudum...
54 gün mühasirədə qalmaq bu gün ola bilər bir çox adamlara, xüsusəndə gənclərimizə qəribə gələ bilər. Bir gündə üç dəfə dağ aşaraq doğma kəndi Oğuldərəyə gəlmək üçün insanda torpağına, Vətəninə sevgi hissi və ürəyində təpər olmalıdı. Müəllif çox ustalıqla özüdə daxil on doqquz nəfərin başına əlli dörd gün ərzində gələn müsibətləri, onların torpağa olan sevigisini bədii dildə verə bilib. Hər cümləsində Moskvada və Bakıda aldığı təhsilin hədər yerə getmədiyinin şahidi olursan.
Müəllif Əli Əliyev bəy nəslindən olan qohumu Kərim bəyin və öz mənzilində tənha qalmış qoca qarının Vətən sevgisini, Murov dağın, habelə Oğuldərənin ətrafında olan dağlardakı təbiət mənzərəsini peşəkar qələm sahibi kimi göstərir. Xatirələrdə həmin dövrün siyasi mənzərəsi də yer alır...
Əhalinin evlərinin dolu vəziyyətdə qoyub erməni silahlılarından canını qurtarması ilə bağlı səhnələri həyəcansız oxumaq olmur. Birinci dəfə üçaylıq didərgin düşmüş əhalinin xeyli hissəsinin doğma kəndlərinə qayıtmaları, ev itlərinin belə sahiblərini tapması, bu itlərini öz sahiblərinə sədaqət hissini göstərmələri isə real faktlara söykənir. Diqqətimi çəkən məqamlardan bir də sahibini görən itin səhəri günü sevincindən ürəyi partlaması idi...
Çox gözəl bədii üslublardan istifadə edən müəllif bütün məqamları ardıcılıqla verməyi də unutmur. Müəllifin ən böyük uğuru isə onun ən çətin məqamlarda belə ümidinin itirməməsidi. Bütün atılan addımlara BÖYÜK ALLAHA sığınan müəllif və onun 19 nəfərlik komandası sonucda sağ-salamat mühasirəni yarıb çıxırlar...
Bu kitabda danışılanlar
mənə yad deyil. Mən də o köçkünlük həyatının , döyüşlərin, itkilərin nə demək olduğunu yaxşı bilirəm...
Belə
bir kitabı ərsəyə gətirdiyinə
görə müəllifə
yalnız təşəkkürlər
düşür...
Biz iyirmi ilimizi Qarabağsız yaşadıq. Bundan sonra nə qədər yaşayacağıq
bilmirəm. Amma
o doğma yurdumuzun hər qarışının,
hər metrinin gözəlliyini indiki böyüməkdə olan
nəslllərə çatdırmalıyıq,
təbliğ etməliyik...
Ölkəmizə milyardlarla manat ziyan dəyib, həm maddi, həm də mənəvi. Yeraltı və yerüstü
sərvətlərimiz talan
edilib. Minlərlə soydaşımız döyüşlərdə həlak
olub. Yüz minlərlə həmvətənimiz
doğma yurd yuvalarından didərgin düşüb. Gəlin
razılaşaq ki, ətrafında dostdan çox düşməni
olan bir xalq üçün bunlar təbii prosesdi və itkilərin bərpa olunması realdır. Amma ən böyük itkimiz məncə Azərbaycan mədəniyyətinin
əsas istinadlarından
olan Qarabağ ənənələrinin qırılmasıdır.
Böyüklərə hörmətdən
başlamış, adi
ləhcəyədək olan
məqamlar artıq deformasiyaya uğramaqdadır...
Gənclərimiz üçün dəyərli
bir vasitə olan kitabın sonunda müəllif tərəfindən mühasirədən
çıxmış on doqquz
nəfərin taleyi barədə məlumat daxil edilib. Dörd
nəfərdən başqa
mühasirədə olmuş
on beş nəfər
laçınlı ölkəmizin
on beş yerinə pənah aparıb. Bax əsil faciə
budur. Əsrlər
boyu formalaşmış
xarakter, münasibət,
hətta ləhcə artıq dəyişməkdədir...
Hörmətli millət vəkilimiz
Qənirə xanım
Paşayevanın dəstəyi
ilə işıq üzü görən kitab əsasında yaxın illərdə samballı ssenarilərin
yazılacağı və
filmlərin çəkiləcəyi
gün yəqin uzaqda deyil...
Bu gün Bakımızın
az qala hər
küçəsinə beş
dəfəyədək asfalt
saldığımız, iki dəfə işıq dirəklərini dəyişdiyimiz halda Qarabağ yolları asfaltsız və işıqsız qalıb.
“QARABAĞ” adlı mənəvi
dəyərimizi itirməmək
üçün ilk növbədə
maddi və mənəvi saflığımıza
aparan yolların “abadlaşdırılmasına” başlamalıyıq...
Müəllif qarışıq, bütün
LAÇINLILAR, QARABAĞLILAR və
BÜTÜN AZƏRBAYCANLIAR bu günü səbrsizliklə
gözləyir.
Vüqar Tofiqli
525-ci qəzet.- 2013.- 22 fevral.- S.2.