“Ümummilli lider Heydər Əliyev-90” mövzusunda
konfrans keçirilib
21 fevral tarixində
“Azərbaycan” qəzeti
və Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı
ilə “Ümummilli lider Heydər Əliyev - 90” mövzusunda
konfrans keçirilib.
Tədbirdə çıxış edən Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin
direktoru Fərhad Məmmədov qeyd edib ki, bu
gün Azərbaycan Respublikasının elə
bir sahəsi, elə bir fəaliyyət
istiqaməti yoxdur ki, Heydər Əliyevin irəli sürdüyü dövlətçilik
prinsiplərinə söykənməsin.
“Heydər Əliyevin
iqtisadi siyasətinin, eləcə də neft strategiyasının əsas məqsədi də Azərbaycanın davamlı iqtisadi tərəqqisini təmin etməkdir. Bu baxımdan, Azərbaycanın perspektiv
fəaliyyət proqramı
olan, yeni strateji hədəflərinin
müəyyənləşdirilməsi zərurətindən yaranan
“Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf
Konsepsiyası kimi mühüm sənədin
fəlsəfəsi də
ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının
mənafelərinə yönəldilmiş
siyasətindən qaynaqlanır”.
Azərbaycan Prezident Administrasiyası
rəhbərinin müavini,
xarici əlaqələr
şöbəsinin müdiri
Novruz Məmmədov bildirib ki, Heydər
Əliyev qarşısında
duran vəzifələri
həll etmək üçün yalnız
siyasi-diplomatik üsula
üstünlük verib
və ən çətin anlarda belə Heydər Əliyev danışıqlar,
diplomatiya yolunu seçib:
“Heydər Əliyev
Azərbaycanın xarici
siyasət kursunun əsas istiqamətlərini
konkret geosiyasi və tarixi şəraitə uyğun
müəyyənləşdirməyə başladı. O, uzaqgörən
gedişlərlə faktiki
olaraq Azərbaycanın
xarici siyasət kursunu sistemləşdirdi,
ona yeni məzmun verdi
və zamanın tələbləri səviyyəsinə
qaldırdı”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, Ümummilli
lider Heydər Əliyev hakimiyyətə
gələndən sonra
Azərbaycan sürətlə
inkişaf etməyə
başladı və qısa zaman ərzində keçmiş
sovet məkanında ən inkişaf edən ölkəyə çevrildi:
“H.Əliyevin ikinci
dəfə hakimiyyətə
gəlişindən sonra
isə Azərbaycanın
inkişafında yeni bir mərhələ başladı. Hazırda Cənubi Qafqaz
ölkələri üzrə
ümumi gəlirlərin
80%-i yalnız Azərbaycanın payına
düşür”.
Millət
vəkili, "Azərbaycan"
qəzetinin baş redakrotu Bəxtiyar Sadıqov tədbirin açılışında bildirib
ki, bu il Azərbaycanda baş verəcək ən əhəmiyyətli
hadisə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunmasıdır. Sadıqov bu
tədbirlərin keçirilməsi
ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncam imzaladığını xatırladıb.
"Dövlət müstəqilliyinin
iki şərti var. Heydər Əliyev həm daxili, həm də xarici siyasətdə Azərbaycanın qüdrətlənməsinə
nail olub", - Sadıqov
bildirib.
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, ümummilli lider Heydər Əliyevin fəaliyyət
istiqamətlərindən birini
onun sosial siyasətində gender bərabərliyinin
gücləndirilməsi təşkil
edirdi:
“Ölkəmiz genderlə
bağlı yeniliklərə
ilk imza atan dövlətlərlə bir
sıradadır. Ona görə ki,
digər sahələrdə
olduğu kimi gender problemində də bizim əlimizdən tutan bir böyük
siyasi irs və siyasi məktəb var. Bu dahi Heydər Əliyev irsi, Heydər Əliyev məktəbidir”.
“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev Ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi
diqqət və qayğıdan danışıb. Onun sözlərinə görə,
Ulu Öndər Heydər Əliyev istər Azərbaycana birinci rəhbərliyi dövründə, istərsə
də 1993-cü ildə
ikinci dəfə ölkəyə rəhbərliyə
başlaması dövründə
ən çox güvəndiyi etibar etdiyi sosial qrup
məhz gənclər
idi:
“Heydər Əliyev hakimiyyətə gəldikdən
sonra Azərbaycanda
gənclər siyasətinin
təməli qoyuldu. Məhz onun dəstəyi nəticəsində gənclər
cəmiyyətin avanqard
qüvvəsinə çevrilməyə
başladılar. Gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildi. 2003-cü ildə Heydər Əliyev məktəbinin yetirməsi, İlham Əliyevin Azərbaycan Respublikasının prezidenti
seçilməsindən sonra
Azərbaycan gənclər
siyasətində yeni mərhələnin başlanğıcı
oldu. Əsası Ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulmuş
gənclər siyasəti
hal-hazırda Prezident İlham Əliyev tərəfindən ən
uğurlu formada davam etdirilir. Artıq əminliklə qeyd etmək olar ki, bu gün
Azərbaycan gəncliyi
qarşısına qoyulan
məqsədlərə asanlıqla
nail olmaq iqtidarındadır.
Bu gün Azərbaycan
prezidentinin ətrafında
birləşən peşəkar
gənclər ordusu vardır”.
525-ci qəzet.-
2013.- 23 fevral.- S.11.