Qarabağın göz yaşları...
ÇOX TƏƏSSÜF
Kİ, DÜNYA BU GÖZ YAŞLARINI GÖRMƏK İSTƏMİR
Tarix ermənilərin xalqımıza qarşı olan düşmənçiliyini, ədavətini, xain və məkrli niyyətlərini bir əsrdə dəfələrlə sübuta yetirib. Hər dəfə də ermənilərin törətdikləri vəhşiliklər,çirkin əməllər, terror, qanlı faciələr, işğalçılıq, deportasiya və soyqırım faktlarla təsdiq olunsada onlar cəzasız qalıblar. Böyük rus şairi A.S.Puşkin deyib: “Sən köləsən, sən qorxaqsan, sən ermənisən.” Öz havadarlarının köməyinə arxalanan Ermənistan təcavüzkar niyyətini həyata keçirir. Bu isə yüz minlərlə insanın taleyinə faciə gətirir. Onlardan biri də mənim anamdır. Onun 80 yaşı var. Düz 20 il bundan əvvəl Ermənistan bu qadının ata-baba yurdunu işğal edib, oğlu torpaqlarımızın müdafiəsi uğrunda şəhid olub, doğmaları, əzizləri məcburi köçkünə çevrilib. 20 ildir ki, anamın göz yaşları qurumur, elə hey gecə-gündüz öz yurdunu haraylayır. Ona təsəlli verə bilmirik. Anaların göz yaşı elə Qarabağın göz yaşıdır.
Ən yaxın tariximizin səhifələri erməni vandalizmini, insanlıq tarixinə ləkə gətirən vəhşilikləri özündə əks etdirir. Ürək ağrısıyla olsa da bu faktları yenidən xatırlatmalıyıq. Erməni terror təşkilatları və Ermənistan silahlı qüvvələri 1986-1993-cü illərdəAzərbaycan vətəndaşlarına qarşı çoxlu terror əməli törətmiş və dinc əhaliyə qarşı soyqırım törətmişlər. Hər sözündən ağrı, faciə,göz yaşları süzülən faktlara diqqət yetirək.
1986-cı ilin ortalarında Bakıda 106 nömrəli marşurutda işləyən avtobus partladılmış, bir nəfər ölmüş, bir neçə nəfər yaralanmış, 1989-cu il avqustun 10-da Tbilisi-Ağdam, həmin il sentyabrın 16-da Tbilisi-Bakı, 1990-cı il fevralın 18-də Şuşa-Bakı reysləri ilə işləyən avtobuslar partladıldı. Üç avtobusun partladılması nəticəsində 40 nəfər həlak olmuş, 74 nəfər yaralanmışdır.
1990-cı ildən 1992-ci ilə qədər Moskva-Bakı marşrutunda hərəkət edən 6 qatar partladılmış, 64 nəfər ölmüş, 220 nəfər yaralanmışdır. 1992-ci il yanvarın 8-də Krasnovodskdan Bakıya gələn bərədə törədilmiş partlayış nəticəsində 23 nəfər həlak olmuş, 86 nəfər yaralanmışdır. 1994-cü il martın 19-da Bakı metrosunda törədilən partlayış nəticəsində onlarca adam həlak olmuş, 80 nəfərə yaxın yaralanmışdır.
Bundan başqa, ayrı-ayrı illərdə törədilmiş terror hadisələrinin qısa xronologiyasına nəzər salaq. 1988-ci ilin martın 10-da Yerevan ətrafında 10 nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Elə həmin gün Zəngibasarın Mehmandar kəndində ermənilər 5 nəfər azərbaycanlını öldürdü. 25 mart. Vedibasarda elo ağsaqqalı Seyid Ağabala ermənilər tərəfindən vəhşicəsinə öldürüldü. 11 dekabr. Ermənistan zəlzələsinə köməyə göndərilən (?!) 78 nəfər Azərbaycan oğlu ermənilər tərəfindən vurularaq partladılan təyyarədə həlak oldu. Yalnız bir nəfər möcüzə nəticəsində sağ qalmışdır. Dekabrda Quqarkdakı 70 nəfər azərbaycanlı ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirildi. Təkcə 1988-ci ildə Ermənistanda 186 nəfər azərbaycanlı ermənilər tərəfindən görünməmiş vəhşilik, qəddarlıq və amansızlıqla öldürüldü. Və həmin qədim Azərbaycan torpaqları azərbaycanlılardan zorla alındı... Yüz minlərlə insan yurdsuz-yuvasız qaldı...
1989-cu ilin avqustunda 6-da Əsgəran rayonunun Meşəli kəndində bir nəfər azərbaycanlı qətlə yetirildi. Noyabrın 17-də Hadrut rayonunun Tuğ kəndində ermənilər kənd sakini Teyyub Süleymanovu vəhşiliklə öldürdülər. Noyabrın 28-də Qubadlı ərazisində 2 nəfər azərbaycanlı öldürüldü. Noyabrda Ermənistanda qalmış 30 nəfər azərbaycanlı kütləvi şəkildə məhv edildi. 1990-cı il yanvarın 12-də ermənilər Todana hücum etdilər və 4 nəfər azərbaycanlı öldürüldü. Həmin gün Xanlar rayonunun Quşçu kəndinə basqın edən ermənilər onlarca azərbaycanlını öldürdü.
Yanvarın 14-də 5 nəfər qətlə yetirildi. Yanvarın 15-də Todan kəndində 2 nəfər, Kərkicahanda üç nəfər öldürüldü. Yanvarın 16-da Xanlar rayonunun Şəfəq kəndində 1 nəfər, Laçın rayonunun Hacılar kəndində bir nəfər azərbaycanlı öldürüldü. Yanvarın 1-20-si. Naxçıvanın Sədərək rayonunda faciə törədildi. 10 nəfər azərbaycanlı xüsusi qəddarlıqla öldürüldü. Həlak olanlar arasında 4 və 6 yaşlı körpələrdə var idi. Mart ayında Qazax rayonunda 1 nəfər, Bağanis Ayrım kəndində isə Dadaş Əliyevin 5 nəfər ailə üzvü vəhşicəsinə öldürüldü. Martın 29-da Babək rayonunun Gərməçatax kəndində 1 nəfər öldürüldü. Aprel ayında ermənilər Gürcüstanda yaşayan azərbaycanlılardan 2 nəfəri, iyulda 1 nəfəri, avqust ayında isə 1 nəfəri öldürdülər. Mayın 19-da Naxçıvanın Yayçı kəndində 1 nəfər azərbaycanlı vəhşiliklə qətlə yetirildi. İyunun 11-də Xankəndidə bir nəfər azərbaycanlı öldürüldü. Həmin gün Kəlbəcərdə də bir nəfər qətlə yetirildi. İyunun 21-də Laçın rayonunun Köhnəkənd kəndində 2 qardaş xüsusi qəddarlıqla öldürüldü. İyulun 21-də Mardakert-Kəlbəcər yolunda sərnişin avtobusu gülləbaran edildi. 3 nəfər həlak oldu, onlarla azərbaycanlı yaralandı. Avqustun 17-21-də Qazax rayonunda üç nəfər vəhşicəsinə qətlə yetirildi. Sentyabrın 8-də Laçın rayonunda 2 nəfər yurddaşımız vəhşicəsinə öldürüldü. Ağdam rayonuna pənah gətirmiş qaçqın Mehbalı Əliyev sentyabrın 13-də öldürüldü. Oktyabrın 21-də Laçın rayonunda 1 nəfər azərbaycanlı qətlə yetirildi. Noyabrın 3-də Laçın rayonunun Zabux kəndində 3 nəfər azərbaycanlı öldürüldü. Həmin gün Laçın rayonunun Zabux kəndində iki soydaşımız vəhşiliklə qətlə yetirildi. Noyabrın 24-də Martuni rayonunun Qaradağlı kəndində 3 nəfər azərbaycanlı öldürüldü. Noyabrın 30-da Xanlar rayonunun Matunaşen kəndində 5 nəfər azərbaycanlı polis işçisi qətlə yetirildi. Dekabrın 14-də Ağdərə rayonunda bir nəfər azərbaycanlı öldürüldü. Dekabrın 15-də Əsgəran rayonunun Cəmilli kəndində üç nəfər qəddarlıqla qətlə yetirildi. Dekabrın 17-də Şərur rayonunda 2 nəfər öldürüldü. Erməni terrorunun qurbanı olmuş yurddaşlarımızın tam siyahısını vermək mümkün deyil. Ona görə ki, onlarca azərbaycanlı oğurlanmış, itkin düşmüşdür. Bu adamların taleyi haqqında heçə nə bəlli deyil.
1991-ci il oktyabrın 29-da saat 15 radələrində Xocalıdan Yevlağa uçan “AN-2” təyyarəsi Əsgəran rayonu ərazisində ermənilər tərəfindən vurulmuş, bütün heyət həlak olmuşdur. Təyyarəni və meyitləri yandırmışlar. Erməni terrorunun qurbanları:
1. Hamlet Rəcəbov
2. Ceyhun Bəşirov
3. Yuris Misirov
4. Əhmədağa Baxşiyev
5. Azad Sadıqov
6. Hikmət Muradov
7. Əsəd Əsədov
20 noyabr 1991-ci il. Erməni əsgərləri və rus muzdluları keçmiş Martuni rayonunun Qarakənd kəndi üzərində hərbi vertolyotu raket qurğusu ilə vurmuş və sonra onu partladaraq yandırmışlar. Azərbaycanın dövlət və hökumət rəhbərlərinin, jurnalistlərin və hərbçilərin uçduğu vertolyot erməni terrorunun qurbanı olmuşdur. Qanlı faciə və beynəlxalq miqyaslı sui-qəsd törədən ermənilərin vəhşiliyi Azərbaycanın o vaxtkı rəhbərləri, Azərinform və respublika televiziyası tərəfindən ilk günlər ört-basdır edilərək bütün dünyaya bildirmişdir ki, guya “vertolyot dumana düşmüş və dağa dəyərək partlamışdır”.
Bundan da böyük nankorluq, xalqın taleyinə biganəlik olardımı?! Axı xalqın say-seçmə oğullarını qanına qəltan edən erməni-rus terrorunu gizlətməklə o zamankı rəhbərlər Azərbaycan xalqını daha böyük fəlakətlərə və qırğınlara ürcah etdilər.
Beynəlxalq miqyaslı erməni terrorunun qurbanları:
1. Tofiq İsmayılov- dövlət katibi.
2. İsmət Qayıbov- baş prokuror
3. Məhəməd Əsədov- daxili işlər naziri
4. Zülfü Hacıyev –baş nazirin müavini
5. Qurban Namazəliyev-nazir müavini
6. Vaqif Cəfərov-nazir müavini
7. Vəli Məmmədov – xalq deputatı.
8. Osman Mirzəyev-Prezident aparatının şöbə müdiri
9. Alı
Mustafayev- jurnalist
10. Fəxrəddin
Şahbazov- operator
11. Arif Hüseynzadə- operator.
Ermənilər tərəfindən xalqın sinəsinə
çəkilmiş bu övlad dağının qisası,
intiqamı yerdə qaldı.
Yanvarın
28-də (1992-ci il) Ağdamdan Şuşaya
uçan sərnişin vertolyotu Xankəndi ərazisində
ermənilər tərəfindən vurulmuşdur. Vertolyotu yerə endirmək mümkün
olmamış, bütün sərnişinlər və heyət
həlak olmuşdur. Erməni terroru nəticəsində
47 nəfər (qadınlar, uşaqlar, qocalar), o cümlədən
bütöv bir ailə qətlə yetirilmişdir.
Ermənistanın və dünya erməni lobbisinin, eləcə
də onların himayədarlarının Azərbaycana
qarşı apardığı müharibə hələ
başa çatmayıb. Yandırılan, dağıdılan,
tar-mar edilən yurd yerlərinin harayını,
öldürülən, ömürlük şikəst edilən
soydaşlarımızın ah-naləsi eşidilmirdi. Və
elə bu səbəbdən də erməni işğalı o
dövrdə Qarabağı Azərbaycandan qopardı... İmarət-Qərvənd, Tuğ, Xocavənd, Kərkicahan,
Cəmilli, Meşəli, Nəbilər, Günəşli kəndləri
işğala məruz qaldi.
Qaradağlı faciəsi
Elə gün olmurdu ki, bir qanlı hadisə baş verməsin,
azərbaycanlılar qətlə yetirilməsin. Onların
harayını, naləsini isə respublikanın o vaxtkı rəhbərləri
sanki eşitmir, yaxud da heç eşitmək belə istəmirdilər.
Erməni təcavüzünün qanlı izləri və azərbaycanlılara
qarşı törətdikləri soyqrım bizə misli
görünməyən faciələr yaşatmış, qədim
yurd yerlərimizi xarabalığa çevirən erməni
terror təşkilatları minlərlə azərbaycanlının həyatına qəsd
etmiş, ən ağır cinayətlər törətmişlər.
Qeyd etmək
lazımdır ki, XX əsrdə Qaradağlı kəndi beş dəfə ermənilər tərəfindən
dağıdılmışdır. 1905, 1907, 1915, 1918 və
1992-ci il fevralın 17-də.
Hələ sovetlər dövründə dinc dayanmayan ermənilər,
milli münaqişəni qızışdırmaq
üçün ən qanlı terror hadisələrini törətməkdən
belə çəkinmirdilər. 1967-ci ildə milli münaqişə
yaratmaq üçün üç nəfər azərbaycanlıya,
əslən Qaradağlı kəndindən olan adamlara
böhtan ataraq həbs etdirən ermənilər, məhkəmədə
onların bəraət almalarına məhəl qoymayaraq
günün günorta çağı sovet əsgərlərinin
gözü qarşısında həmin adamların
başlarını vəhşicəsinə kəsərək,
üzərlərinə benzin tökərək
yandırmışdılar. Bu, azərbaycanlılara
qarşı hazırlanan və həyata keçirilən
qanlı və ən qatı terror hadisələrinin
başlanğıcı oldu.
Dağlıq Qarabağın Azərbaycandan
ayrılması istiqamətində öz iyrənc məqsədlərinə
çatmaq üçün bütün vasitələrdən
istifadə edən ermənilər Moskvanın yüksək
statuslu antiazərbaycan meyilli məmurlarından güclü
şəkildə dəstək alır və istifadə edirdilər. Hadisələrin
başlandığı ilk günlərdən Dağlıq
Qarabağda yaşayan azərbaycanlılar öz haqq səslərini
hər tərəfə çatdırırdılar. Lakin bunlar heç bir nəticə vermədi. Münaqişə isə getdikcə genişlənir,
daha qanlı xarakter alırdı. Respublikanın
o vaxtkı rəhbərliyi isə yalnız öz hakimiyyət
kreslolarını qorumağa çalışırdı.
Rəhbərliyin bu səriştəsizliyi və
maymaqlığı ermənilərin daha da
azğınlaşmasına gətirib
çıxarırdı. Kəndlər,
şəhərlər yandırılır və talan edilirdi.
Dörd il öz kəndlərini təkbaşına müdafiə
edən Qaradağlı camaatı kəndin hər daşı,
hər qayası uğrunda can verdilər, 800-ə yaxın
sakindən bu yolda 77 nəfər, daha doğrusu hər 10 nəfərdən
biri şəhid oldu, lakin öz məğrurluqlarını
heç zaman itirmədilər. Həmin faciəni
heç vaxt unutmaq mümkün deyil. Azərbaycan
tarixinin ən qanlı səhifələrindən biri
Qaradağlıda yazıldı.
Qaradağlı faciəsinin qısa xronikasına nəzər
salaq.
1990-cu il noyabrın 24-də 3 nəfər azərbaycanlını
(biri Qaradağlı kəndindən, ikisi isə həmin kəndə
qonaq gəlmişdi) Xocavənd-Xankəndi yolunda vəhşicəsinə
qətlə yetirən ermənilər onların sinələrinə
xaç şəkli çəkmişdilər. Kənd sakini Hüseynov Xandəmir Bəbir oğlu
doğma kəndlərində dəfn olundu. Həmin hadisədən sonra kənd sakinləri
Bakıya, Azərbaycan KP MK-ya müraciət etdilər. Yalançı vədlər verildi, heç bir tədbir
görülmədi. Ardınca növbəti qanlı
hadisə baş verdi.
1991-ci il yanvarın 9-da yenidən həmin yerin
yaxınlığında (bu yerlər bütövlükdə
erməni məntəqələrinin əhatəsində idi) kəndə
gələn UAZ markalı avtomaşın erməni
quldurları tərəfindən atəşə tutuldu. Bir nəfər – 4 uşaq atası Bayramov Soltan Rəşid
oğlu öldürüldü və 4 nəfər
yaralandı. Yaralılardan Səmədov
Nemət Əsgər oğlu və Əzizov Əfqar Musa
oğlu sonralar aldıqları yaralardan dünyalarını dəyişdilər.
1991-ci ilin martın 2-də kəndin ətrafinda 2 nəfər
vəhşicəsinə qətlə yetirildi-Hüseynov
Zülfüqar Dəmir oğlu, Quliyev Ələkbər Məmməd
oğlu. Bir qədər
sonra 1991-ci il iyunun 28-də kəndi
dörd bir tərəfdən atəşə tutdular. Üç saata yaxın davam edən atışmada
bir neçə yaşayış evi yandırıldı.
Atəş səngiyəndən sonra kəndin kənarındakı
fermada, Vərəndəli adlanan yerdə güclü
atışma səsləri eşidildi. Hadisə
yerinə gələnlər daha bir qanlı terror hadisəsinin
şahidi oldular. Fermada olan 6 nəfər-3 kişi
və 3 qadın ermənilər tərəfindən diri-diri
yandırılmışdı.
Növbəti
qanlı terror hadisəsi Prezident seçkisi günü-8
sentyabr 1991-ci il tarixdə baş verdi. Ağdamdan Qaradağlıya gələn sərnişin
avtobusu Xocavənd-Xankəndi yolunda pusquda durmuş erməni
quldurları tərəfindən güclü atəşə
tutulur və avtobus güllələrdən deşik-deşik
olur. Avtobusda olan 40 nəfərə
yaxın adamdan 2 gənc oğlan, 6 qadın qətlə
yetirilir.
Yenə də kənd sakinlərindən ibarət
nümayəndə heyəti Ayaz Mütəllibovun qəbuluna
gedir, böyük çətinlikdən sonra onun qəbuluna
düşürlər. O, saxta vədlər verərək gedənləri geriyə
yola salır. Müsibət də elə həmin
vaxtdan sonra başlandı. Cəzasız
qalan ermənilər daha da azğınlaşaraq növbəti
qanlı planlar hazırlayır və həyata keçirirdilər.
Bu tarixdən etibarən kəndə gediş-gəliş
mümkün olmurdu. Ermənilə isə
get-gedi daha da quduzlaşırdı.
1992-ci il yanvarın 8-də kəndin
yaxınlığında Böyük Vətən Müharibəsi
iştirakçısı Əliyev Qasım Hüseyn oğlu
vəhşicəsinə qətlə yetirildi. 100-ə
yaxın qoyun ermənilər tərəfindən qənimət
kimi aparıldı. Həmin gün Milli
Ordumuzun döyüşçüsü, 23 yaşlı Məzahir
Gülverdiyev ağır döyüşdə şəhid
oldu. Kəndin qonşuluğunda olan Xocavənd kəndi
1991-ci il dekabrın 19-da işğal edildi.
Kəndə yaxın olan Malıbəyli kəndi isə 1992-ci
il fevralın 12-də yandırıldı.
Hamıya aydın oldu ki, növbəti hədəf
Qaradağlıdır. Bütövlükdə
20-ə yaxın erməni kəndinin əhatəsində olan
Qaradağlı kəndi keçmiş Martini və Stepanakert
yolunun üzərində yerləşirdi. 4 il 4 ay bu yoldan ermənilərin gediş gəlişi
kəsilmişdir və ermənilər digər erməni kəndlərindən
salınmış yoldan istifadə edirdilər. Kənddə
vəziyyət getdikcə çətinləşir, faciənin
törədiləcəyi gün hər dəqiqə
yaxınlaşırdı. Ağdamda olan kənd
sakinləri özlərini oda-közə vursalarda respublika rəhbərliyi
kömək etmir, insanları yalançı vədlərlə
aldadırdılar. Düşmən isə
çirkin niyyətlərini həyata keçirmək
üçün yeni planlar hazırlayır, qurbanlar
axtarırdı.
1992-ci il fevralın 14-də kəndin bütün
yolları kəsilmişdi. Həmin vaxt 104 nəfər kənd sakini və 14 əsgərimiz
demək olar ki, son anlarını yaşayırdılar. Ermənilər fevral ayının 14-də hücuma
keçdilər. Kənd güclü atəşə
tutuldu. Kənxurd (mənfur Zori Balayanın anadan
olduğu kənd) Qağarza, Ağkənd, Aşan,
Müşkabad, Ninqi-Xankəndi və digər erməni kəndləri
istiqamətində xarici muzdluların, Xankəndidə yerləşən
keçmiş Sovet ordusunun 366-cı alayın texnikasından və
canlı qüvvəsindən istifadə edən ermənilər
köməksiz qalan Qaradağlı kəndinə qəti və
sürətli hücuma keçdilər. Az
miqdarda sadə silahlarla təmin olunmuş qaradağlılar 14
nəfər Milli Ordunun əsgəri ilə birlikdə
amansız və qeyri- bərabər döyüşə girdilər. Qarşıda iki yol dururdu: Şərəfli
ölüm və ya təslim olma. Onlar birinciyə
üstünlük verdilər. Bu yolu seçən qaradağlılar son
patronlarına qədər 4 gün döyüşdülər.
Döyüş vaxtı onlarla erməni
yaraqlısı məhv edildi. Silah
sursatı tükənən soydaşlarımızı sonda
ermənilər əsir götürdü.
Hadisələrin şahidlərini dinləyək. Qaradağlı kənd
sakini İlqar Əliyevin dediklərindən:
– Ermənilər Qaradağlını tutandan sonra əsir
və girov götürdükləri kənd sakinlərindən
33 nəfəri öldürdülər. Sonra öldürdükləri
qadın və uşaqların cəsədlərini kəndin
yaxınlığındakı Bəylər bağı adlanan
yerdə “silos” quyusuna töküb üzərini
torpaqladılar. Həmin
vaxt ermənilər kənd sakinlərini güllələyir,
hələ ölməmiş adamları isə quyuya
doldururdular.
Mənimlə birlikdə yüzdən artıq
Qaradağlı kənd sakini girov
götürülmüşdü. Yolda dəhşətli
işgəncələrlə qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını
toxmaqla yararaq, onları əzabla öldürdülər.
Bizi əvvəlcə Lingin kəndinə gətirdilər.
Orada üç nəfəri, Malıbəylidə
isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan
töküb, piyada Xankəndinə qədər apardılar.
Yol boyu ermənilərin təhqirləri ilə
qarşılaşırdıq.
İ.Əliyev
Xankəndidə yerləşən həbsxanada 8
Qaradağlı sakininin acından öldüyünü
vurğulayıb:
–Ermənilər
fevralın 26-da Xocalını işğal edəndə Xankəndində
həbsxanada idim. Həmin gün ermənilər
yüzdən artıq adamı bu həbsxanaya gətirdilər.
Sonra bildim ki, onlar Xocalı sakinləridir və
bu şəhər də işğal olunub. Səhəri gün gözümün
qabağında 60-a yaxın Xocalı sakininin başını
kəsdilər. Onların arasında
uşaq və qadınlar da var idi.
Qaradağlı
sakini Oruc Əliyev də kənd işğal olunduqdan sonra
şahidi olduğu işgəncə və qətliamlar haqda
danışıb:
– Mən
fevralın 17-də əsir götürüldüm. Yolda qohumlarımın yarısını
öldürdülər. Xankəndidəki
həbsxanada isə dişlərimi zorla çəkdilər.
O, əsirlikdə
olduğu müddətdə ermənilər tərəfindən
hər gün döyüldüyünü və işgəncəyə
məruz qaldığını deyib:
– Həmin
il martın 17-də Allahverdi
Bağırovun köməkliyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin
nümayəndələri həmin günə qədər bir
dəfə də olsun xəstəxanaya gəlmədilər.
Ermənilər sağlam azərbaycanlı əsir
və girovların daxili orqanlarını satırdılar.
Bunu əvvəlcədən tanıdığım
ermənilər mənə demişdi.
O.Əliyevin
sözlərinə görə, Qaradağlının
alınması əməliyyatına və orada baş verən
qətliamlara Ermənistanın keçmiş prezidenti Robert Köçəryan
rəhbərlik edib. O, bunu Əsgəranda xəstəxanada
yatarkən eşitdiyini söyləyib.
Bütün bu deyilənlər Qarabağ dərdli məmləkətimizin
kiçik bir dağ kəndində üzləşdiyi
qanlı faciədir. Dörd il ərzində hər
gün Qaradağlı kəndi ermənilərin hücumuna məruz
qalmış, hər gün kənddə, demək olar ki, bir
qanlı hadisə törədilmişdir. 17 fevral 1992-ci il tarixdə Qaradağlının
işğalı günü kənddə 118 nəfər
olmuşdur ki, onların hamısı əsir
götürülmüşdür. Onlardan 104 nəfəri
Qaradağlı kənd sakini olmuşdur. Bunlardan
54 nəfəri öldürülmüş, 50 nəfəri isə
böyük çətinliklə əsirlikdən azad
edilmişdir. 14 nəfər Milli Ordunun əsgərindən
12 nəfəri öldürülmüş, 2 nəfəri isə
girovluqdan azad edilmişdir. Bu hadisələr
zamanı 10 qadın, 8 məktəbli qətlə
yetirilmişdir. İşğal nəticəsində
Qaradağlı kəndində 200 yaşayış evi əşyalarla
birlikdə, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb,
25 çarpayılıq xəstəxana və çoxlu sayda
digər obyektlər dağıdılmışdır. Kəndin sağ
qalan sakinləri məcburi köçkün
düşmüşdür. 2 ailənin hər
birindən 4 nəfər şəhid olmuşdur. 42 ailə başçısını itirmiş,
140-a yaxın uşaq yetim qalmışdır.
Salman Alıoğlu
525-ci qəzet.- 2013.-
26 fevral.- S.8.