Dördlüklər
“Bugünnamə”dən sonra yazılanlar
Sən ağ –qara
“Bugünnamə”m, son sözüm,
şeirim, əsərim.
Ömrümün son çağı gələn
qarabuğdayı əsmərim!
Gördüyümü görüb yazdım, görsələr, mənim
uğurum.
Görməsələr də hətta, mən namərd dünyadan küsmərəm.
lll
Haray–həşir salma, cənab, sən naşir ola bilməzsən.
Mürdəşir ola bilərsən, ərdəşir
ola bilməzsən.
Kitab işi fikri-zikri aydınların işidir,
bil!
Qorxaq tülkü ola-ola, sən mərd şir ola
bilməzsən.
lll
Bir yaxşılıq
eləməyə sənin
təmiz qanın yoxdur.
İşə can yandır demişlər,
yandırmağa canın
yoxdur.
Yaxşılığın öz üstünə, başqasına
gün ağlama,
Nə eləsən
özün bais, bu haqda bir
qanun yoxdur.
lll
Filankəs bərk gedəndir, çayda balıq yan gedir.
Arxayındı özünə, deyirsən
“dayan”, gedir.
Ona söz qandırınca, tamam üz–göz olursan
Abra salınca
onu, öz abır–həyan gedir.
lll
Hava tutqun, buludlar boz, Günəşdən
inikas yoxdur.
Qafiyəsi tapılsa da, cinasa bir cinas
yoxdur.
Taleyin tərs işinə bax, biri vardı,
biri yoxdu,
Qədr də var, şünas
da var, amma
qədrşünas yoxdur.
lll
Qalx, oyan ta vaxtdır, oğul, oyanmaq məqamı gəlib.
Bu dar günün
harayına məqamın
muğamı gəlib.
Cilvə–cilvə bəmi–zili Qarabağdan
havalanıb,
Qəmgin görüb, Naxçıvanı,
Şirvanı, Muğanı,
gəlib.
lll
Dərin dəryada üzürük,
aşağıda dərya
yoxdur.
Geniş dünyada sakinik, bəlkə də heç dünya yoxdur.
Bəlkə, adi yuxu imiş,
ya xəyalmış gördüyümüz.
Dünyada dünya varmı ya, fəqət, ya da və
ya yoxdur.
lll
Ya dəcəl
buluduq, ya da köçəri quşuq.
Orda qanad açmışıq, burda
yuva qurmuşuq.
Yerdə nə əsərət var, doğru–dürüst bilmirik.
Bu qədər yaşamışıq,
hələ yenə bihuşuq.
lll
Şair
olmayaydım kaş!
Gərək qaldıraydım daş.
İndi
kitab oxunmur,
Zaman dəyişib,
dadaş.
Yubiley hədiyyəsi
Hər şey bölünüb baxtnan;
Kiminə fəxri fərman.
Kiminə
orden, medal,
Mənə də büllur güldan.
lll
Bu dünya bir bilməcədir,
Gəl, yaşa
gör, bil necədir.
Yaxşı günü ağlamalı,
Yaman günü
zil gecədir.
lll
Gedirəm, qəlbimdə bir
nisgilim var,
Şeiri başa düşən harda, kimim var.
Şeirimin çox qismi kirildə qaldı.
Xalça bura düşdü, orda kilim var.
lll
Məhlə –bazar, küçə
–bazar, meydan –bazar.
Metro-bazar, dalan –bazar, dükan- bazar.
Əgər hər yan bazardısa, söz –müxtəsər,
Onda, mənim
gördüyüm bu dövran –bazar.
lll
Axıdıram göz yaşımı ruzimə.
Baxıb görsən, vurma mənim üzümə.
Mən dərdimi
torpağa da qıymıram.
Öz ağrımı
qaytarıram özümə.
lll
Əvvəllərdə “mən ölüm”lə, “sən
öləsən” sərt
andlardı,
Kimin bəxti
gətirsəydi bir
and içib, at alardı.
Onlar bütün səhvləriylə,
kobud, amma yenə də mərd,
Sözü bütöv adamlardı, yaşamalı dünya vardı.
lll
Fəlakəti soyutmaqçın, tək,
bir səadət bəs edər.
Xəyanəti unutmaqçın, tək,
bir səadət bəs edər.
Tək doğrunun
doğruluğu üzündə
cəmləşib, durur.
Yalanı da tanıtmaqçın tək bir həqiqət
bəs edər.
lll
Ömür gün yoldaşıma
Ümidim,
suçluyam, rəhm et, məni Allaha
bağışla!
Külək samanı sovurdu,
dəni Allaha bağışla!
Sənin
əlinlə ucalan mehr dağıyam, uçurma,
Üstümdəki bu sisi, bu çəni Allaha bağışla!
lll
Bu gün haqqın
dərgahında eyləmişəm
qəsəm mən.
Mənə sənsən haqq işığı, haqq tanıyan kəsəm mən.
Sən bir təmkin qalasısan, bunu bilməsəm, əgər,
Ta onda bu yeri-göyü,
bu dünyanı bilməzəm mən.
lll
Gəl, sözdən
incimə, gülüm,
sözü sözlə
üzə çıxart.
Sözün düzgünü budursa, düzü düzlə üzə çıxart.
Həqiqəti yazmaq olmaz, həqiqəti
pozmaq olmaz.
Ayır doğrudan yalanı, izi izlə üzə
çıxart.
lll
Ürək teli çəkilən üç telli sazım, qopuz.
Özünü xas ər bilən
bəs-bəlli sazım,
qopuz.
Dədə Qorqud əmanəti, ağır dərdli sazım, qopuz.
Ta çox qədimdən gələn türk dilli sazım, qopuz.
lll
Bir parça
dağ çəmənisən,
allı-güllü kəlağayı.
Gün saçaqlı,
ay ləçəkli, doğma,
milli kəlağayı.
Buta-buta
şərq ipəyi, abır-həya baş örtüyü,
Qız-gəlinin yaraşığı ağır elli
kəlağayı.
lll
İşdir, birdən sənə
desəm, eyhana!
Dəbə düşüb, sifarişli
meyxana.
Qafiyə
cod, vəzn qırıq,
söz bəsit.
Əsl yeri toyxanadı, toyxana.
lll
Çoxu
olan çox yedi, azı olan az yedi.
Çoxu olan gizlədi, azı olan gözlədi.
Ruziləri fərqlidir, qoşa ovuc, yan ovuc.
Göydən də iki mələk
bu fərdləri izlədi.
lll
Gəlin əlimdən tutun məni dağa aparın.
Gözümdə donub qalsın dağın axar-baxarı.
Dağı-daşı yandırır bir qocanın gileyi.
“Ömür dağdan
aşağı, ölüm
dağdan yuxarı”.
lll
Kainatın süd yolunda xeyli ulduz yığışıb.
Hərdən-hərdən burdan yağır yerə ulduz yağışı.
Uzaq əşhədi-billaha
insanın səsi çatmır.
Zülmətdə itib-batır alqışı,
ya qarğışı.
lll
Hələ 41-45-də Azərbaycan qadını.
Dava vaxtı
ucaltdı sədaqətlə
adını.
Öz ərini gözlədi, balasını qorudu,
Dul qalmaq da, aclıq da qırmadı qanadını.
lll
Od istidir, bilirəm, bu isti od nədir
ki?
Ot dil-dodaq yandırmaz, bəs istiot nədir ki?
Bizim yaşadığımız, yer
kürəsi adlanan,
Bu ətrafı, altı – su, bu üstü
– od nədir
ki?
lll
Körpəylə bir doğulur beşik mahnısı layla.
Layla tən tutulmalı göydə Günəşlə, Ayla.
Layla eşitməyən kəs
millətini tanımaz,
Ana ana dilimizdir, yaşar bu haqq-sayla.
Fikrət SADIQ
525-ci qəzet.- 2013.- 27 fevral.- S.7.