Yoxluğuna və sağlığına” işıq üzü  görüb

 

Bu günlərdə gənc  şairə Nuranə Nurun “Yoxluğuna və sağlığına” adlı şeirlər kitabı nəşr olunub. Kitabda Nuranə Nurun müxtəlif illərdə qələmə aldığı şeirləri öz əksini tapıb. Şeirlərin əsas mövzusunu müasir insanın lirik duyğuları təşkil edir. Şeirlərdə obrazlar yeni səciyyə daşıyır. Xalq şairi Nəriman Həsənzadə kitaba yazdığı ön sözdə gənc şairənin şeirilərində öz iztirablarındakı paklığı, işığı, nuru axtardığını və bu axtarışın olduqca orijinal axtarış olduğunu bildirib və şairənin şeirlərini özünəməxsus tərzdə xarakterizə edib.

Kitaba daxil edilən “Şeir üzlüm”, “Gəlirəm”, “ Yadındadı?”, “Bilmədin”, “Yetməyəcək”, “Getmək”, “Gedənləri yox”, “Yoxluğuna və sağlığına”, “Alatoran”, “Xatırlatmaq qalacaq”, “Yamaq” və digərləri məzmun və məna etibarı ilə oxucunun diqqətini çəkən şeirlərdir.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2013.- 27 fevral.- S.7.