Ruh yelkənli şair
Tanınmış Azərbaycan
şairi Barat Vüsalın yaradıcılığı mənə
çox doğmadır.Şairin mətbuatda çap olunan məqalələrini,publisist
yazılarını,radioda
çıxışlarını
da maraqla izləyirəm.
Onun çıxışlarında,yazılarında hər
dəfə yeni söz,yeni məna olur.
Bu ilin əvvəllərində Əməkdar
incəsənət xadimi şair Barat Vüsalın AMEA-nın
muxbir üzvü Nizami Cəfərovun redaktorluğu ilə
“Ruh ğəmisi” adlı
kitabı çapdan çıxıb. Bu kitab oxucular tərəfindən
maraqla qarşılanıb.Bu əsər ədəbiyyatımıza
yeni ruh, yeni nəfəs gətirib.Şairin yeni
yazdığı şeirlər poemalar,hekayələr,ballada və
yeni seçdiyi mövzular yüksək poetik düşüncə
tərzi ilə qələmə alınıb.O, heç kəsi
təkrar etmir.O, ancaq öz qəlbinin səsini
yazır.Şairin öz səsi,öz duyğusu, Nizami,Səməd
Vurğun kimi klassiklərə söykənən ədəbi
düşüncələri var.
İnsan həyatda nikbin ruhla yaşayıb
yaradır.Bəzən İnsan ruh
düşkünlüyünə düçar olanda ruh onu
yenidən həyata qaytarır.İnsanın həyatında hər
şey ruha,qismətə bağlıdı.Bunu insana Yaradan
verir.Ona görə də şair Allahın adından öz
könlünə üz tutur.
Ruhum,ağılım,Allahım!
Əvvəl-
axırım Allahım,
Səni
çağırıb Allahım,
Mən
könlümə üz tutmuşam!
Şair ruhu göylərdə Yaradana,yerdə
mənəvi nemətlər yaradan müdrik klassiklərin ədəbi
duyğularına bağlanır.Dərin dəryalarda şairə
ilham verən ruhun yelkənində bəşəri
duyğularla yola çıxır,billur sularda ülvü hisslərə
qoşulur.
Bir vaxt
düzəltmişdim Nuhnan bir gəmi,
Zornan-gücnən,
varnan-
yoxnan
bir gəmi,
İndi
düzəltmişəm Ruhdan bir gəmi,
Dur,mənim
yanıma gəl,yola çıxaq.
Vətən qayğıkeşliyi,türkçülük
şair amalının səsidi, könül
çırpıntılarıdı. Ruh insanı hünər
göstərməyə, qələbə çalmağa, qəhramanlığa
səsləyir. Harda inam,ruh yüksəkliyi varsa orada zəfər
var.Torpaqlarımızın işğal olunması,
xalqımızın öz doğma yurdundan qovulması şair
qəlbini göynədir.Müzəffər ordumuza ruh verən
xalqımızın vahid birliyi düşmən üzərində
qələbə çalmağa inam yaradır.Şəhidlərin
ruhuna bağlı qələbə əzmli ordu həmişə
qalib gəlir.
Ruhsuz
xalq qalib olmaz,
Haqqına
talib olmaz.
Heç
vaxt yurd məğlub olmaz,
Ruhunda
bir ordu var!
Ruhumda
bir ordu var!
Şair müxtəlif janrlarda mənalı,
insanı dünyəvi hisslərə bağlayan
,düşündürən poeziya nümunələri
yaradıb.Qartalın qayada yanıqlı səsində,yarpaqların
pıçıltısında,arıların
sızıltısında musiqi səsi var.Saz,tar səsi
var.Bağlarda cəh-cəh vuran quşların səsində
dahi Üzeyirlərin musiqisinin ahəngi var, onu ruhun səsi ilə
dinlə.
Sızlamır,saz
çalır arı da,dinlə,
Könlünü
yarıda –yarıda dinlə
Saza da
qulaq as,tarı da dinlə,
Bir ruhun
səsini eşitmək üçün.
Şair azərbaycançılığa,türkçülüyə
candan, qandan bağlıdır.Onun ürəyində Azərbaycan,arzularında
türk dünyasının vahid birliyi,qüdrətli
olması yaşayır.O bunu öz
çıxışlarında, yazılarında təbliğ
edir,yeni nəsli bu sahədə maarifləndirir, türkü
bu müasir dünyada öz kökünə,
türkçülük ənənələrinə
qayıtmağa çağırır.
Bulağın
gözünə dön,
Ocağın
közünə dön.
Türk
oğlu,özünə dön.
Millət
özünə gəlsin!
Türk Allaha yaxındır.Allaha
çatan birinci səs türkün səsidir. Tanrı
şairə qüdrətli səs verib.Quşlar şən
yaşamaq üçün türk ellərinə üz
tutur.Türklər tarixi yaradanlardı,
yaşadanlardı.Türkün ziyalı qələmi göydən
gəlib.Bu qələmi ilk dəfə Allah tutub.Ona görə
də türk şan – şöhrətlidi,qüdrətlidi.
Tutan əldə
şah tutubdu,
Qələm
deyil,baxt tutubdu,
İlk
dəfə Allah tutubdu
bu qələm
Türkün qələmi
bu qələm
İlkin qələmi!
Şairin yaradıcılığında
qadın gözəlliyi, nəcibliyi,incəliyi,türk gözəlinin
saf eşqi,məhəbbəti,sədaqəti,etibarı
Yaradanın verdiyi ruha bağlıdı.
Çatma qaşlı,alma
yanaqlı,şux qamətli,incə belli,şirin ləhcəli,
vəfalı qəhrəman ana türk gözəlidi.Türk
qadını öz sevdiyi yarı ilə at belində
döyüşlərdə qılınc çəkib hünər
göstərib.
İnsan ruhən sevir, sevilir,
yaşayır.Şair eşqə bağlı sevgi yelkəni
könüllər mülkünə nur səpələyir.İnsanı
rühən gözəlləşdirir,
saflaşdırır,nikbinləşdirir.Təbiət gözəlliyi,
qadın gözəlliyi həyatın müqəddəs
varlığıdır.Bunu insanlara Yaradan verir.Türk gözəli
naz edir.Şairin şeirlərini özündən çox
sevir.Çünki türk gözəlinin könlündə,ruhunda
şairin şeir dünyası,onun əbədiyyata qovuşan
sevgisi durur.
“Bir
gözəl dedi ki...” şeirində şair deyir:
Qoysana
eyləyim hələ naz, Barat,
Bu
nazın axırı pis olmaz, Barat,
Sənə
qurban olum, şeir yaz, Barat
Səndən
çox sevirəm,şeirlərini!
Şairin “Ruh ğəmisi” kitabında təcnis
janrında bir neçə
şeirləri çap olunub.Bu şeir janrı bizə Qurbanidən,Xəstə
Qasımdan, Aşıq Ələsgərdən və s.dən
miras qalıb.Bu şeir növündə müasir şairlər
az da olsa yazırlar.Oxucu çox vaxt bu şeir növündə
yazılan təcnisləri
çətinliklə başa düşür.Şair Barat
Vüsal bu çətin şeir janrını daha sadə dildə,
mənalı və musiqiyə yatımlı edib.
O
gün yaxalayıb dedim özünə,
Üzü
olmayanın sözü, özünə
O qədər
sayıqla özün-özünə,
Qədər
deməyəni o qədər de ki!
Yaxud
Sıçrayıb
baxasan ata belindən,
Atan
şeşbərini ata, belindən!
Oğullar
gəlibdir ata belindən,
Nə
ki, kişilər var, Koroğludandı!
Şair Barat Vüsal ruhən dinə-imana
bağlı, yeniliklərlə yaşayan şairdir.Zəhmət
sevərdi, hədsiz təmiz adamdır.Sözü ilə əməli
bir olan ziyalıdır.Özü demişkən, kişi kimi
öz sözünü üzə deyir.Başqaları kimi
şaha xoş gəlmək üçün dəridən,
qabıqdan çıxmır.Çalışır Allah verən
ruha bağlı olsun.
Şairin “Ruh gəmisi” kitabında əslində
Ruhdu, Eşqdi, Könüldü oxucularına demək istədikləri.
Onun yaradıcılığı çox əhatəlidir.Onları
bütünlüklə təhlil etmək mənim qələmimin
gücündə deyil.Onu araşdırmaq,təhlil etmək,
yazmaq vəzifəsi bizim çox hörmətli, görkəmli
şairlərimizin,yazıçılarımızın,tənqidçilərimizin
üzərinə düşür.
“Veto”-poema Monoloq 20-il bundan əvvəl
1993-cü ildə yazılıb.Vətən ağrılı
bu əsəri həyəcansız oxumaq olmur.Bu poemanı
oxuyanda insan qəmli düşüncələrə qərq
olur.Könüllərə dərd gətirən Vətən
nisgili insan qəlbini göynədir.Düşmənlə
varlanmaq döyüşünə girən bəzi Vətən
satqınları vətənə bağlı ruhdan,qürurdan
uzaqdılar.O pul hərisləri Azərbaycan deyəndə,Azərbaycan
haqda düşünmürlər.Özləri
üçün düşünürlər.Vətənin bir
milyondan çox qaçqını var, hara baxırsan şəhid
qəbirləridir.Bu torpağı hamı qorumalı idi.Deməli
idik ki,ana torpaq mərd dayan.Ölənəcən səni
qoruyacağıq.Çox heyif ,gecikdik.Hazırda Vətən
dardadı.Vətən torpağını azad etmək
üçün hamı müsəlləh əsgər
olmalıdı.
Vətən
yaman hala düşüb.
Vətən
hardan hara düşüb?
Ölək
gəlin, itək gəlin.
Əldən
gedən torpaqların
Köməyinə
gedək, gəlin!
Bunu bizə Vətənin yaraları, Vətənin
dərdi-səri, anaların ah-naləsi, şəhidlərin
ruhu deyir.
B.Vüsalın böyük şair Əli
Kərimin xatirəsinə həsr etdiyi “Yarım santmetr”-
balladası müəllifin
yaradıcılığında
yeni bir uğurdur.Düşmən türkü, müsəlmanı
doğma yurdundan qovub. Təkcə yarım santimetr torpaq
qalıb işğal olunmamış.Buradansa tar,saz səsi,Muğamatın
həzin avazı,şeirin könüllərə yol açan
səsi gəlir.Bu səs xalqın səsidi.Qisas səsidi.
Ruhun Vətən səsidi.Düşmən mətəəl
qalır, vahiməyə düşür.Yarım santimetr
torpağın gücünə bax,millətin qüruruna bax.
Bu, harda
görünmüşdü,
Nəğmələri
döyüşdü,
Düşməni
məğlub etdi.
Yarımca
santimetr
Hamıdan
şanlı imiş,
Hamıdan
canlı imiş
Yarımca
santimetr!
Şairin “Təpəgöz” hekayəsi
çox maraqlıdı.Adət-ənənələrə
görə əsrlər boyu müdrik ağsaqallar yeni
doğulan övladlara ad qoyublar.Hekayədə Elbaba Vətən,
millət təəssübü çəkən el
ağsaqqalıdı.Hər gün şəhidlərin qəbrini ziyarət edir.Onların
ruhuna dualar oxuyur.Vətən, torpaq satan Mürdəşir
kişinin nəvəsinə
gedib ad vermək istəmir.Evdə qarısına deyir ki,
elə adamların uşağının bircə adı olur:Təpəgöz!Elbabanı
yandıran odur ki, o cür oğlan uşaqları millətin
kişi kimi oğulları həlak olandan sonra doğulmağa
başlayırlar. Türk
adları elələrinə yaraşmır.
B.Vüsalın
yaradıcılığında fransız sərkərdəsi
Napaleon haqda yazılmış “Napoleonluq” essesi öz üslubu
və mahiyyəti ilə yenidir.
P.S. Bir vaxt bəşəriyyəti
Ümumdünya Tufanından Allahın lütfi ilə Nuhun gəmisi
xilas etmişdi.Barat Vüsal hesab edir ki, indi
dünyamızı xilas etmək üçün Ruh gəmisinə
böyük ehtiyac var! O, inanır ki, Ruh var olduqca insan
yaşayacaq, qəlbi Allah sevgisiylə, torpaq, Vətən
eşqi ilə aşıb-daşacaq,böyüyəcək və
böyüdəcək!
...Ən
böyük Vətəni Analar doğur,
Ən
böyük Adamı şeir doğacaq!
Yunus
Qaraoğlu
Qazax
525-ci
qəzet.- 2013.- 13 iyul.- S.30.