1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

 

AZƏRBAYCANDA MÜSTƏQİL UŞAQ MÜDAFİƏSİ MEXANİZMİ KİMİ OMBUDSMANIN ROLU

 

Cəmiyyətin həssas üzvü olan uşaqların xüsusi müdafiəyə ehtiyacları var. Bu gün uşaqlar insan hüquqları subyekti olaraq beynəlxalq səviyyədə diqqət mərkəzindədir. Uşaq hüquqları sahəsində fəaliyyətin səmərəli şəkildə həyata keçirilməsi üçün aidiyyəti icra strukturlarının əlaqələndirilmiş şəkildə fəaliyyəti çox zəruridir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı uşaq hüquqları sahəsində müstəqil monitorinq mexanizmi, əlaqələndirmə vəzifələrini icra edir Müvəkkilinin fəaliyyətinin əsas istiqamətlərindən biri uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi müdafiəsi, pozulmuş hüquqların bərpasından ibarətdir. Uşaq hüquqlarının müdafiəsi təbliği, onların problemlərinin həll edilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə Müvəkkil fəaliyyətə başladığı gündən uşaq hüquqları üzrə ixtisaslaşmış müşavir təyin edib. O, uşaq hüquqları üzrə fəaliyyətini Bakı şəhərində yerləşən mərkəzi Aparatı əhatə etdiyi  34 şəhər rayon olmaqla Gəncə, Cəlilabad, Şəki Qubada yerləşən dörd regional mərkəzi vasitəsilə həyata keçirir. Müvəkkilin Regional Mərkəzlərinin rəhbərləri uşaq hüquqları üzrə əlaqələndirici şəxs kimi təyin olunub. Uşaq hüquqlarının etibarlı müdafiəsi üçün Müvəkkil əsasən uşaq hüquqlarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin araşdırılması, uşaqların vəziyyətinin monitorinqi dövlət müəssisələrində uşaqların vəziyyətinin öyrənilməsi məqsədilə araşdırmanın aparılması, bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması, maarifləndirmə təşviqat tədbirlərinin həyata keçirilməsi, uşaqların iştirakçılığının təmin edilməsi, istedadlarının üzə çıxarılması inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən dövlət qurumları, qeyri-hökumət təşkilatları beynəlxalq təşkilatlarla əməkdaşlıq kimi istiqamətlərdə fəaliyyət göstərir. Təsisat yarandığı gündən etibarən Müvəkkilin ünvanına uşaq hüquqlarının pozulması ilə bağlı müxtəlif məzmunlu şikayətlər daxil olmuş, araşdırılmış müvafiq tədbirlər görülüb. Ombudsman təsisatında yaradılmış 24 saat ərzində xidmət göstərən 916 nömrəli qaynar xətt vasitəsilə uşaqların hüquqlarının pozulması ilə bağlı böyüklərlə yanaşı, uşaqların da çoxsaylı müraciətləri daxil olub. Bununla əlaqədar hüquqi məsləhətlər verilərək, araşdırmalar aparılıb bir çox şikayətin təmininə nail olunub. Uşaqların yaşadığı saxlanıldığı dövlət müəssisələrdə onlara qarşı baş verən zorakılıq hallarının araşdırılması məqsədilə Ombudsman Aparatı tərəfindən UNİCEF- birgə həmin müəssisələrin monitorinqi aparılıb. Bu qurumla imzalanan Birgə İş Planına əsasən həyata keçirilən layihə çərçivəsində əlilliyi olan şəxslərin, o cümlədən uşaqların vəziyyətinin, habelə qanunla ziddiyyətdə olan uşaqlara qarşı işgəncə pis rəftar hallarının öyrənilməsinə dair, o cümlədən Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institutlaşma) alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər) həyata keçirilməsi vəziyyətinin öyrənilməsi məqsədilə təsisat tərəfindən monitorinq aparılıb.

Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə Müvəkkil onun tapşırığına əsasən, Aparatın əməkdaşları müntəzəm olaraq, MPM-in yurisdiksiyasının şamil olunduğu müəssisələrə, o cümlədən uşaqlar yaşadıqları saxlanıldıqları  müəssisələrə başçəkmələr həyata keçirir, onlara qarşı ayrı-seçkilik, zorakılıq hallarının aradan qaldırılması istiqamətində daim monitorinqlər aparır. Başçəkmələr zamanı şikayət daxil olduqda dərhal yerində araşdırma aparılaraq, müvafiq tədbirlər görülmüş, günahkar şəxslər cəzalandırılıb. Uşaq hüquqlarının məktəblərdə tədrisi ilə bağlı Müvəkkilin təşəbbüsü ilə Təhsil Nazirliyi ilə birgə pilləli təhsil üzrə tədbirlər planı indiyədək 57 ümumtəhsil orta məktəblərində tətbiq olunub. 2010-cu ildə Bakı şəhərinin Nəsimi, Yasamal Nərimanov rayonlarındakı 3 pilot məktəbində, 2011-ci ildə isə Bakı şəhəri üzrə hər rayonun bir məktəbində respublikamızın Quba, Şabran, Cəlilabad, Biləsuvar, Şəki, Qəbələ, Gəncə Göygöl şəhər rayonlarında layihə uğurla həyata keçirilib. 2012-ci ildə Masallı, Lənkəran, İmişli, Fizuli, Mingəçevir, Gəncə, Quba Qusar şəhər rayonlarda olmaqla 24 orta ümumtəhsil məktəbində, 2013-cü ildə isə Bakı şəhərinin hər bir rayonunda seçilmiş yeni məktəbində uşaq hüquqları üzrə pilləli tədris layihəsi həyata keçirilib. Layihənin davamlılığını təmin etmək məqsədilə həmin təhsil ocaqlarında Uşaq Hüquqları Tədrisi Mərkəzləri yaradılmış uşaqların böyük marağına səbəb olmuşdur.

Bütün bu tədbirlərin əsas məqsədi hər bir uşağın, o cümlədən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan, qanunla ziddiyyətdə olan, qaçqın məcburi köçkün uşaqların, miqrant ailələrdəki uşaqların hüquq maraqlarının daha etibarlı təmin olunmasıdır belə tədbirlərin həyata keçirilməsi ölkəmizdə uşaqların hüquqlarının daha etibarlı müdafiə olunmasına xidmət edəcək.

 

 

Nigar Şəbiyeva,

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin müşaviri 

 

525-ci qəzet.- 2013.- 1 iyun.- S. 11.