Qələm Fatehi, yaxud mən
İsa Muğannanın nə dediyini bilirəm...
Dünyanın
dahi yazıçıları çoxdu.Ancaq mənim
idealım İsa Muğannadır!
Belinski yazırdı ki, “Həqiqi istedad heç vaxt “mən”
deyərkən şəxsən özündən
danışmır.Onun “mən” i dünyanın işləri
ilə bağlıdır”.
Xalq yazıçısı İsa Muğanna belə sənətkarlardandır.
Onda övliyalara xas xüsusiyyətləri görənlər
təəccüblənməyiblər.
Heyrətləniblər!
“Yəni
doğrudanmı aramızda belə bir Göy adamı
yaşayır!?”.
Onu təkcə
“İdeal” əsəriylə dahi sənətkar
adlandırıb,Nobel mükafatına layiq
hesab edənlər də yanılmayıblar.
“İdeal”
romanının 2005-ci il nəşrində
son səhifəsində son cümlə belədir:
“Əlavə
xəbər: İşıq gəmilərinin yerə enməsinə
lap az qalıb.”
Son illərdəki
bir hadisənin özüm də şahidiyəm.Ağstafadakı
evində dəmir darvaza ağzında təxminən gecə
saat 12 radələrində görüşüb ayrılarkən
belə dedi:
–Bunlar niyə
gəlib çıxmadılar!?
–Kimləri
deyirsən, ustad?!
Göyə
boylandı:
–İşıq
gəmilərini deyirəm...
Özü demişkən,”İnanmayan inanmasın!”
Bu Prometey
yazıçı, bu “Daaana (Odərcə:”Həqiqət
ün”ü)” hər şeyi bilən kişi”dir.
Necə deyərlər, “İnsanlara Allahların odunu
Prometey, Bağların odunu Muğanna çatdırıb!” (Sevinc Muğanna).
Onunla söhbət elə, (yazdıqlarını oxu!) Beynin açılacaq...
Ətrafında nə baş verdiyini dərk edəcəksən.
Balzak”Napeleonun
qılıncla etdiyini mən Qələmlə edəcəyəm”
deyirdisə İsa Muğanna” əsl Fatehlik Qələm Fatehliyidir!” deyir və fatehlik
edir!
Bir
sözlə, nə yazıbsa Qələmlə-rəmzi taxta
qılıncla yazıb İsa Muğanna!
O taydan bu
taya, bu taydan o taya uçuşan Durnaların (“OdƏrÜn” lərin-Odər
ünlərinin) qanadları altındakı böyük Vətəndən
yazıb(və yazır!)
Babası Hüseyn ağa 200 ilə yaxın
yaşayıb.Əslində Muğannalar əbədi
yaşayan nəsildi.Onlarda ölüm söhbəti
olmayıb.
Deyirlər ki, ilahi insana iki dəfə doğulmaq
imkanı verir.Bu cəhətdən İ.Muğanna ədəbi
aləmdə hər dəfə yenidən doğulan sənətkardır.
İsa
Muğannaya görə
“Həq-Ağ İnsandır”.
O
özü həmin Ağ İnsandır-Həqdir!
Yazıçı”Nəsimi”
əsərində yazır ki,“Fəzl bir dəfə
getdiyi yolla ikinci dəfə getməzdi”
İ.Muğanna
da belədir.Hər dəfə dəyişir,yeniləşir,dəyişilməyi,
yeniləşməyi sevir.Hər dəfə Səməndər
quşutək yanıb öz külü içindən boy
göstərir.
“Bir hərəkətiynən
yox, mübarizələrdə tanınır adam” deyən sənətkarın
özü böyük mübarizdir,qəhrəmandır!
Od deyilən nədirsə
İsa Muğanna bax, odur!
O, deyir:
“Fəzlsiz bir gün də yaşamaq olmaz!”
Mən deyirəm:İsa Muğannasız bir gün də
yaşamaq olmaz!
Çünki
mən Muğannanın (bu” bizim muğlar”ın, “Sirli
adam”ın,Etiqadını gizləyən
adam”ın) nə dediyini bilənlərdən biriyəm.
Elə
özünün dedikləriylə, yazdıqlarıyla!
Barat Vüsal, AYB Qazax zona bölməsinin
sədri, Əməkdar İncəsənət Xadimi.
–1-
...Mən
“Yanar Ürək”in yeni variantı üzərində işləyəndə
birdən-birə dərk etdim ki, bizim və
xalqımızın həyatındakı nöqsanların, fənalıqların
hamısı bəşəriyyətin əvvəlindən,
tarixin, Odər dilinin, Odər
xalqının təhrif olunmasından irəli gəlir.Buna
görə də Azərbaycan xalqının mənşəyini
axtardım.
O
vaxtlardan etibarən mən planetdən Ün eşitməyə
başladım.Sonradan bildim ki, bu Eysardı.Özü etiraf edəndən
sonra ki, mən İsa deyiləm, mən İusus deyiləm,
İsa Məsih deyiləm, mən Eysaram.Uca hökmdardı mənim
rütbəm və Bağ atanın axırıncı
oğluyam...
Bu
Ünü eşidəndən sonra mən tamam dəyişdim
və bütövlükdə bağlandım
OdAğÜz-BağOdƏr planetinə.Eysar mənə bu
planetin adının ilk dəfə necə Yupiterə
çevrilməsini dedi və “İdeal” da bunların
hamısı var.
–2-
Yaxın Şərq OdƏr Ərazisidi.
Odərlər OdAğÜz-Bağ OdƏr (Yupiter)
planetindən gəliblər.
–3-
Mənim yaradıcılığımın
kökündə gizlədilmiş elm və məhv edilmiş
dil dayanır.Mənə Ün gəlir və o elmi helmlə
dirildirəm.
–4-
Mənim OdAğÜz-BağOdƏr planetinə
bağlılığım faktdır.
– 5-
Məndən
soruşurlar!:Dünyada nə ilə fəxr
edirsiniz? “Deyirəm:” Kainata
az-çox bələdliyimlə!
–6-
Bütün
planetdə yaşayan Odər bəşəriyyətinin Elminə,
təhrif dillərdə “Midiya”, ”Maday”
adlandırılan Bağday dövlətimizin SafAğ elminə
qayıtmalıyıq və qayıdırıq.
–7-
Bu millətin
yeganə xilaskarı SafAğ elmidir!SafAğ
elmi insan öldürməyi nəhy edir.
–8-
“Bağ”
sözü hansı dildədi?
Əgər
Allahın adı sənin dilindədirsə,bəs
“Allah” nədir? Nə deməkdi? Heç nə!
Əl
Ağ var.Ağın Əli deməkdir.Yəni Saf Ağ
İnsanın Əli,işləyəni,yaradanı.
Bəs Saf Ağ İnsan kimdi? Bağdı,bağ!İnsanı
insana,bəşəriyyəti Kainata bağlayan Bağ!–9-
Bağlar
əbədidirlər.Nəhəng-nəhəng gəmiləri
var bağların.Torpaqdan yaranmamısan ey, sən, Ordan gəlmisən!
“Bağa qılmısan hərgiz,kəmanın
inkar etmə!(Nəsimi)
–10-
Bağ Atanın 4 oğlu olub. 1.ƏsƏlMən (Suleyman-mənim
yaradan əlim) 2.Ün Ey (Nuh-“Uca Ün) 3.EvƏrim (İbrahim
–“Elm işığı”).4.Ey Sar (İsa
“Uca hökmdar”)
–11-
Od – Həqiqət
deməkdi.Ər – işıq deməkdi.Odər – Həqiqət
İşığı deməkdi.
–12-
Nəsiminin
edamından sonra Hələbdə camaat öz gözüynən
görüb ki,Nəsiminin meyidi göz
qabağında dura-dura,Hələbin səkkiz
darvazasının səkkizindən də dip-diri,sap-sağlam Nəsimi
çıxıb,yox olub.Görüblər!Yazıblar!
–13-
Nəsimi
əbədidi.Edam olunan,dərisi soyulan Nəsiminin
bədəni yerdə qalıb,çürüyüb.Beynindən
çıxan işıq,”ruh” dediyimiz işıq
üçüb Yupiterə-çatana kimi hamança Nəsimi
olub.
Elmdi bu,oğul.Böyük Elmdi.Saf Ağ Elmi!
–14-
Ana bətnində
bir zərrə işıq ananın qanından,canından
necə yaranır?”Ruh” işıq da anası kainatın bətnində
eləcə yaranıb,bizim bu
torpağımız kimicə adi torpağın üstə
enip əbədi yaşayır.Bax,belə elmin var sənin.Saf
AğElmi!Nəsimidən əvvəl Nəimiynən
bağlı olub,Nəimidən əvvəl Nizamiynən.Nizamidən
əvvəl “Babək” adıynan tanınan nəhəng bir
alimimiznən, Babəkdən əvvəl Cavidan adlı daha nəhəng
alimimiznən bağlı olub!
“Silsilə”
deyirlər bu Saf alimlərinə...
Bu silsilə də uzana-uzana gedib Saroddaşa (Ulu Bağ)
bağlanır.
–15-
Mürqəzəb
–Cəllad şəxsən “ustanovka” verirdi,sübut elərdirirdi
ki,indiki Azərbaycan xalqının Midiyaya dəxli yoxdu.Guya nə
qədim dilimiz olub,nə ərazimiz,nə dövlətimiz...
Köçəri qəbilələrdən ibarətmiş
guya Azərbaycan xalqı?!
–16-
Atan “Elm və
Eşq” vəsiyyət eyləyib sənə!
–17-
Yeddi yüz əlli cildlik Bağday tarixi (“Vərəsə”)
Saf Ağ elminin tarixidir.
–18-
Bəşəriyyət
bədbəxtdi.Beyinlər qapalıdı.Bəşəri həqiqətlər
birdən – birə üstünə töküləndə
sarsılır İnsan, beyni tutlur,heç
nə dərk eliyəmmir.
–20-
Mənim xəstəliyimin əsas səbəbi bilirsənmi
nədi?
“İrsidi Xəstəliyim.Babamdan gəlir.Babanda o vaxt
başlayıb ki,yetginlik yaşına
çatıb,xalqıynan, Vətəniynən maraqlanıb,görüb xalqı
öz adını bilmir,vətənini tanımır. Tehranda məcidlərə, mədrəsələrə
gedib.Sarayı gəzib, çalışıb, heç nə
çıxmayıb.Təbrizə qayıdanda boğulma tutub.
O vaxtdan
boğuluruq...
–21-
Bəlalarımızın
çoxu ondandır ki, hər şeyə “adi məntiq”nən
yanaşırıq.”A” hərifindən sonra “B” gəlir
,”B “dan sonra “V” gəlir və
sairə. Bədbəxt bəsit təfəkkürün
xəbəri yoxdu ki, “B” hərifiynən başlayan dil də
var.”B” dan sonra “O” gəlir, “O” dan sonra “Ə” gəlir, “Ə”
dən sonra “E” gəlir, üstəlik,
hərflərin adları heç də “A”, “B”, “Əlif”, “Bey”
deyil, “Bağdı”, “Od” du, “Əl”di, “Ey”di.Odər dilində
minlərlə yox, milyonlarca söz var, oğul.Min bir söz təkcə
Bağ Atanın (ƏlAğın-“Allah”ın) adıyla
bağlıdı.
–22-
Yerdə yüksək sivilizasiyanın məhvi Odər
dilinin mənasının itməsi ilə bağlıdır.
–23-
Bizim planetimizin adı “Yer” deyil, “EyƏr”di. Yaxşı işıq,uca işıq deməkdi.Niyə işıq?! Çünki “Yer”ə hər şey işıqnan gəlir.
–24-
Kainatda 18 min Aləm var.
18 min Aləmin hamısında bəşəriyyət Odər
bəşəriyyətidi.
–25-
Miladdan əvvəl
beşinci əsrdən başlamış bu vaxtı qədər
iyirmi beş əsrdi ki,iki min beş
yüz ildi ki, Saf Ağ elmi gizli qalıb.
–26-
Əlifbamız
“Əlif”, “Bey”nən, “A”, “Be”nən yox, Bağ Atanın
adıyla başlayır:Bağ,Od,Əl,Ey
və sairə.
–27-
OdAğÜzdü
“Yupiter”in adı.Od AğÜz, Yəni Ağ Üz həqiqəti.Ağ
kimdi?Bağ Atadı.Bəs Üz?Bağ
Atanın üzü? Bəli.Bəs niyə
Bağ Odu yox, Ağ üzü qoyublar planetin adını?
Ona
görə ki, üz,sifət mənadı.İnsanın
mənası ilk növbədə üzündən oxunur.
–28-
Bağ nəsliyik
biz!
–29-
Bu xarabada
əzab çəkən işıqlı adamların biri də
“Yer”də qalmır, oğul!Ədalətsizliklər,
murdarlar,iyrənclər çürüyüb torpağa
qarışırlar!
Mən bədbəxt
işıqlının da bədəni çürüyəcək,özüm gedəcəm!Necə gedəcəm?!Saf
Ağ elminin özəyi,canı bax bu necə
getməkdədi...
–30-
İki
sivilizasiyanın yaşı yüz iki min ildi.Yüz iki min!
Demək, Odərlər
102 min il bundan əvvəl gəliblər OdAğÜzdən.
–31-
İnsanın bədəni Saf Ağ işıq
olmalıdı.
Saf Ağ
ışıq beyinə toplanır, insan orqaniziminin
quruluşu, dərisinin,sifətinin,gözlərinin
rəngi,bütün həyatının məzmunu Saf Ağ
işıqnan bir yerdə beyindən çıxır.
“Ruh” adlandırılan ƏrAğ-Ağ işıq-Saf
Ağ işıqdı.Beyindən çıxıb
uçur.OdAğÜzə çatınca hamanca insana
çevrilir.
–32-
“İnsan”
sözünün özü də təhrifdi.Ün Əs var,danışan Ün.Yaradan səs-söz!
Milyonlarnan
sözü olan Odər dilindən cəmisi üç min
söz qalıb, onun da hamısı təhrif...
Bəşəriyyətin
lap cuzi misli gedir Ağ üzə.Lap cuzi misli.Az-çox ədalət
hissi olanlar.
–34-
Odər
dili “təfəkkür dili” adlandırılan dildi.Bəşəriyyətimiz
Saf Ağ elminə yiyələnməsə lap lorusu, Odər
dilinin məğzini,həqiqəti –Odu anlamasa, bir də su
basqını olacaq.(Necə ki, artıq olur!-B.V.)
–35-
“Peyğümbər”,”Peyğünbər”
adlandırılan Bağ ÜnƏrlərinin hamısı Odər
dilində danışıblar, yazıblar!
–36-
Saf Ağ İnsan Əl Eyin-Bağ atanın Evinin
Ünüdü.
–37-
Eyərə
“Yer” deyə-deyə “Yer”də ilk qəbristan salıblar.ƏrƏsOdÜn-həqiqət
ününün danışan işığı Saf Ağ
Evi “qəbristan”a dönüb.Elmin ölüb,oğul! Beyinin!
–38-
Olmamalıdı
qəbristan!Əbədi
yaşamalıdı insan! “Bakı”, “Baki” adlandırılan bu
Bağ Oddan “Həmədan” adlandırılan Həmodvana qədər,Həmodvandan
“Anadolu” adlandırılan ÜnOdƏlə qədər,
ÜnOdƏldən “Qazax”, “Qanzak”,”YanÜz Ağ”
adlandırılan EyÜnÜzAğ a,EyÜnÜzAğdan
“Qafqaz”,”Kafkaz” adlandırılan Qapı AğÜz
dağlarına qədər ilk Bağday ərazisində UnƏs
əbədi yaşamalıdı.İşıq Gəmilərində
uçmalıdı!
–39-
Gərgin
vaxtlarımda az-çox idraknan danışıram.Pessimizmə
qapılanda qanım dəyişir,nəfəs
yolum daralır,beynim işıqdan məhrum
olur,üzülürəm.İndi bu saat,bu dəqiqə bir az Ün Əsəm...
Yəni Ün gəlir
beynimə.
–40-
Odlar
yurdunda bir nəfərin də xəbəri yoxdur Oddan!
–41-
Həqiqətin təhrifinə güzəşt yoxdu.
Məcbur
olub güzəştə gedəcəksən
ölümlü heyvanata.Bax,onda
öldürəcəksən məni!
–42-
İnsanı
ayağa qaldıran OdEydi,Uca həqiqətdi!
–43-
“Yer”də Odər yenidən doğulmalıdı.Beş
vilayətin ərazisi Bağday adlanmalıdı.Millətimiz
Odər dinini dərk eləyənə qədər belə
olmalıdı.
–44-
Bağı
“ Boq”a çevirən sin ətlər!
Beynimə gələn Ün belə sözlər verir dilimə...
Yəqin bilirəm ki,mən deyiləm
danışan,Ey Sarımdı.Beynim Od Ağ Üzə
bağlıdı...
–45-
Cəmi qiblələr yalandır.
İnsanın
bir həqiqi qibləsi var,O da insan
özüdür!
–46-
İnsan
yalanı həqiqət bilir,odur ki,həqiqət
yalan cildində gizlənir və çox vaxt təsirsiz
qalır...
–47-
Səsimə
səs verənlər həsrətiylə qocaldım...Üzümü
balışa sıxıb ağladığım
çox olub, hər dəfə də balışın o biri
üzünü
çevirmişəm ki,həyat yoldaşım Firuzə
görməsin.
–48-
Dörd dəfə
infarkt oldum...
Ancaq Saf Ağ işığıyla müalicə
olunduğumdan qorxusu yoxdu.
–49-
Mənim Hüseyn ağa deyilən babam olub.
Ancaq babam
daha Saf deyildi,kişi təhrif olmuşdu...
bağlarla əlaqə kəsilmişdi,gəmilər işləmirdi,
onunçün...
–50-
1985-ci ildə mən ilk dəfə səs eşitdim.
Üzr
istəyirəm,səs yox,Ün.Odər
dilində Ün deyirlər.Hiss elədim ki,bu fövqəladə
bir şeydi.Beynimə elə bil hardansa Ün gəldi:
“Sağ
ol” Özü də atamın Ünü... Sonra
kinostudiyadakı otağımda bir neçə Ün gəldi.O
vaxt mən Saf Ağ elmindən xəbərsizdim.Odur ki,sarsıldım...
–51-
5-6
yaşım olardı,bağda kəpənəklərlə
oynayırdım.Gördüm ki,rəhmətlik atamla Xanbaba əmim
ətrafımda fırlanırlar.Gördüm ki,söhbət
məndən gedir.
“Odu, ya o ,döy?”
Atam
qayıtdı ki,əşi sən də
bilirsən,mən də, deyəsən,odu...
Onlar
varisi gözləyirdilər.Bağlar xəbər eyləmişdi ki,varis gələsidi
və bu elmi yaymalıdı-Saf Ağ elmini.
–52-
Zülmətdən
qorxu törədib İnsan öz Xaliqindən ayrıldı,böyük ikən kiçildi.
–53-
Mənim
mənsub olduğum Muğanna Bağ nəslinin, daha doğrusu Odər
bəşəriyyətinin, Bağ atamızın SafAğ elmi yalnız irsiyyətcə
Bağ olan adama verilir.
–54-
...Meşədə
hara baxırsan kötükdür.Əsil müsibət isə
burasındadır ki,adamlar da çevrilib
kötük olub.
–55-
“Gedirəm
evə tək-tənha divarlar məngənəyə
dönüb sıxır məni.Neyləyim?Açıram
televizoru.Bir kanal,iki kanal,beş,on kanal.Hamısında
çılpaq insan! Hara gedir bu millət,əzizim?Məncə,daha
heç bir müqəddəslik yoxdu!”
–56-
Tək bir
xalqın yox,bütün dünyanın
idealogiyasıdı Saf Ağ Elmi!
–57-
Mən ancaq yazı stolu üçün
darıxıram.
–58-
Ölüm
yoxdur.İkinci doğuluş var.Saf Ağ elmi tədris olunsa
ölümlü insanlar ikinci həyatın nə şəkildə
başlandığını,həyatın
davamını dərk edər.
–59-
Əl
Ağ –Saf Ağ
insan deməkdir.
–60-
Odər – Kainatın sahibidir.
–61-
Ədəbiyyatın nə qədər ciddi elm
olduğunu hələ yazıçı adı
daşıyanlar da kifayət qədər bilmirlər.Ədəbiyyat
tarixdir.Tarix isə hər şeydir.
–62-
Yazıçı
özünün 40 illik yaradıcılıq yoluna yox,600 il bundan əvvəlki Nəsiminin yoluna,800
il bundan əvvəlki Nizaminin yoluna baxmalıdır.
–63-
İnsanın
Allaha,Ruha yaxınlaşması prosesi
çox uzun çəkir.
–64-
Üzüləndə
saz çalıram!
–65-
Sim
Ündən Ün alan sazım,
Ünə sadiq qalan sazım.
Ax,laylay de,laylay,sazım,
Millət
adlı yatanım var!
–66-
Yer-
yurddan ötrü- Azərbaycandan ötrü ölürəm!
Bu torpağın,bu yurdun dəlisiyəm.
İnsan dəlisiyəm!
–67-
Yer” də
həyat təhrifdir.Bu təhrif mühitdə Bağların
beyni qapanır .Bu təhrifi yalnız marifləndirmə yolu ilə
gənclərə fərəh verməklə düzəltmək
olar.
–68-
Ciddi qələm
toxunulmaz olmalıdır!
–69-
Mənim
arzum Bağların arzusudur!
–70-
İnsan insandan ayrılanda Bağlardan ayrılır. Saf Ağ Elmi bizi göylərə
qaldıracaq, Bağlarımıza bağlayacaq!
–71-
Nəsiminin yaydığı hürufilik Saf Ağ Elminin
hərflər altında gizlədilmiş variantıdır.
–72-
Ey Sar mənə
dedi ki, “Nəsimi”ni nöqtəsindən vergülünəcən mən demişəm sənə!
–73-
Od (uca həqiqət)
alova çevrilərək ilkin mənasını itirib.
–74-
Odər (həqiqət işığı) –bütün
kainatın mənbəyidir.
–75-
Vətənimizin
türkcə adı Bağ Od Ey (Bağday)“Maday”,
“Midiya” sözü ilə əvəz edilib.
–76-
Bəla uzaqdan gəlir.
–77-
Bədbəxtlərimiz
elə bilirlər mən Odər dili öyrətmək istəyirəm
xalqa,bar-bar bağırırlar ki, “Bu
xalqın öz dili var!” Halbuki lap sadə bir şey
lazımdır.Biz ən gərəkli Odər
istilahlarını bilsək,hamı dərk
eləyər özünü, xalqını,vətənini,bəşəriyyətini,kainatını!Bilər
ki,”Söz”ü yaradan mənanı itirmək hər şeyi
itirmək deməkdir.
Əbədiyyət
təsəvvüründən məhrum olmaq diri ikən
çürümək,ikinci doğuluş-ikinci yaranış
əvəzinə torpağa qarışmaq,on səkkiz min
Qalaktikada- Qal Ağda bütün Odər bəşəriyyətini
Dərdə salmaq deməkdir.Budur bax,”Meşə” gəlməsinin
mənasını bilməyən “Torbaşinel Kərəm Əmi”
taleyi, “Əziz Əminin əziz
balası Zümrüt” taleyi, “rəhbəri-katib-
“Yer üzünün Allahı taleyi!”
Budur bax,uzaqdan gələn bəla!
–78-
Bu nə
işdir gəlib başımıza! Kimdir, nədir bizi belə
rəzilləşdirən,məhv edən?!
“Kür”ümüzün,
“Araz”ımızın suları niyə zəhərlidir?Çöl-çəmənliklərimiz,əkin
sahələrimiz,nemətlərimiz niyə zəhərlidir?
İnsan! İnsan! İnsan özü niyə zəhərlidir?!
–79-
Heç
kəs inanmır ki,Od Ağ Üz Bağ
Od Ər planetindən Koroğlunun
sazını,sözünü eşidir Muğanna.Aşıq Ələsgərin
sazının səsini eşidir.İnanmayan inanmasın!
–80-
Ermənistanda Dərəcicək deyilən qədim bir kənd
vardı.Orada Alı adında bir aşıq
yaşayırdı.
1934-44 cü ildə səksən yaşında vəfat
etmiş babamın toyunu etmişdi.Sonra atamın toyunu eləmişdi.Günlərin
birində aşıq Alı Qazağa gəlib
çıxdı və...mənim də toyumda
çalıb-çağırdı.
–81-
Məndən
tərcümeyi-halımı yazmağı xahiş edirlər.Deyirəm:Tərcümeyi halımı yazmaq
üçün mənə bir insan ömrü daha
lazımdır...
Deyirlər:yəni bu qədər uzundur? Gözümüzün
qabağında böyüməmisən?
Deyirəm?Cismən sizin qarşınızda
böyümüşəm,ruhən başqa dünyada!
–82-
...Nəsiminin
nitqi ürək çırpıntısı kimi bir şeydi,danışdıqca danışmaq istəyirdi.
–83-
Dəqiq
deyəmmərəm, nə vaxt, bu son vaxtlar bir səhər
yuxudan oyanıb gördüm özümü itirmişəm,yəni
sözün həqiqi mənasında yoxa
çıxmışam,fikirləşdim ki,harda itmiş
olaram?...çox axtardım,mənzildə
tapmadım.Getdim,Yazıçılar Birliyini axtardım,
tapmadım.Kor-peşman qayıdırdım ki,birdən birliyin
sədri Anarı gördüm,salam verdim,dedi:Niyə
qayıdırsan?İyirmi birinci əsrçilərin
iclasına çağırmamışammı səni?!Dedim:Unutmuşam, gedək.Qısası, getdim
gördüm foyedə oturmuşam.Dedim: ”Şükr,
tapdım,özümü”.Əmma çox sevinəmmədim.İclas
zalına doğru gedirdim ki,birdən yenə özümü
gördüm.Dedim:”Bura bax, mən özümü
itirmişdim,odur, tapdım!”Bə sən kimsən?”Dedi:
“Bıy!
Necə kimsən?!Özünü
tanımırsan?!” Dedim:
“A
kişi,mən bax,o
yazıçıyam,oturmuşam o divarın dibində,siqarət
çəkirəm.Bə sən kimsən, axı,niyə mənsən
sən də?!” Dedi: “İsa mənəm! O deyil.”Dedim:”Odur
İsa.Sən deyilsən!”O dedi, mən dedim. Qısası
bezikdik bir birimizdən,ayrıldıq! Birdən...
baxdım ki,bu nədir,ilahi,bütün zal
dolu İsadır!...lap qısası iyirmi birincilərin
iclasında yox,bir zal dolusu İsaların iclasında
oturdum.Sonra istədim o divar dibindəki İsaya qoşulum gedim
evə.Əmma çox heyif o İsa da zaldakı İsalara
qoşulub itmişdi.Gəldim evə,bir vərəq
kağız götürdüm,yazdım.
“Elan:
İsa Hüseynov özünü axtardı,tapmadı”.
Deyirlər,dönüb Muğanna olub ki,daha bir də itirməsin
özünü!?
–84-
...Şəxsi mükafat ummuram.
Yaradıcılığımın
təhlilini gözləyirəm!
–85-
Mənim
ustadım elə bir Məcnundur ki,Leylasını
qaytarmaq üçün dostları ilə
döyüşür!
Qılıncla
əldə edilən qələbə gərək deyil
ona!Yalan hökmü ilə ayrılmışıq,müsəlman,tərsa,yəhudi,bütpərəs
olmuşuq.Fəzlə görə, Elminin düşməninin
də Həq zərrəsi
var.Fəzl yalanı zər-zibər
edir,cəmi bəşəri,Həq səltənətində(Odər
bəşəriyyətində-B.V.)
Birliyə çağırır.Belə bir aşiq
qılınca istinad edərmi?!.
Vüsal Barat
525-ci qəzet.- 2013.- 1 iyun.- S. 15.