Darıxma
Məni darıxmağa qoymaz bu dünya,
Könül davasında durmaz boş-bekar.
Söz atar buluda, göz
dikər aya,
Zalımın balası fağır, davakar.
Oda qundaqlanıb körpə bələyi,
Di gəl o baxışın
odu başqadı.
Sevgi kitabını yazıb lələyi,
Dərdləri mindirsə, adı başqadı.
Səhra
yoxuşudu dəvə
karvanı...
İlğım harayına nəfəsi çatmaz.
Günəşin şər vaxtı
çırtlayan qanı,
Lalə oyatmağa həvəsi çatmaz.
Ürəyim ahını dağa
yetirir,
Bulaqda durulur gözümün yaşı.
Cığırlar özünü elə itirib,
Qəriblik cücərdir hər addımbaşı.
Həsrətim gah aran, gah dağ köçündə...
Şuşasız gecə də pozulub yuxum.
Tərsinə yaşadım bu
dünyanı mən,
Odur ki, tərsinə yozulur yuxum.
Canım necə sığsın
de, dar köynəyə?
Nə gündüz
gündüzdü, nə
gecə-gecə.
Vətəndə qürbətə düşməyim
deyə,
Yarama duz basdım, susum ölüncə...
Savaş...
Bir damın
altında gör necə yadıq?
Üstəlik bu dalan, qapı, pəncərə...
Axır
qəlbin kimi açıldı sözün,
Məni darıxdıran soyuq günlərə.
Demirəm asandı tale savaşı,
Niyə belə çəkdik ömrü cəzaya?
Güzəştli yaşadım hər
addımbaşı,
Cavabım ləngidi itkin haraya.
Sükutu
ləngidən oğul-uşaqmı,
Bunu anlamağa
çatmırmı gücüm?
Mənim
gözlərimdə sönən
işığa,
Qaranlıq qoşubdu çoxdandı
köçün.
Bəlkə daha gecdi bu sirri açmaq,
Tale qazanmışam köks
ötürməyə.
Bircə
həqiqəti bilirəm
ancaq,
Canım libas imiş kədər örtməyə.
Sınıq ümidlərlə barışmaq
çətin,
Görən nə söyləyir çək-çevir sənə?
Üz-üzə sussaq da, amma baxışın,
Cavabsız ayrılıq danışır
yenə...
Fikirli, fikirli...
Canımı mürgüdən xilas
eyləyib,
Axır ki, özümlə başladı davam.
İndi
kölgələri elə
qovmuşam,
Köhnəlmiş bir evə köklənib
havam.
Yaddaşla cığırın izinə düşüb,
Yuxudan oyatdım
addımlarımı.
Bir tənha, bir könül qəribliyində,
Tüstülər doqqaza yığır axşamı.
Baba sorağında qoca armudun,
Buludla dərdləşir cavan pöhrəsi.
Rəhmətlik nənəmi necə unudum?
Zamana dolaşıb
qırıq cəhrəsi.
Peşiman olmuşam bu ögeyliyə,
Mənəmmi taleyin yad nişanəsi?
Anadil yuxuya getməyim deyə,
Bağlı pəncərəmdə çırpınır
səsi.
Dağlar
da dayanıb əli qaşında,
Tanıya bilməyir doğmanı, yadı.
Mən suçlu düşmüşəm
ahıl yaşımda,
Yüz yerə
yozulur günahın adı.
Dərdi
təzələndi bu
şeirin də,
Gözümü daşlara sıxıb gedirəm.
Mürgüsü pozulmuş bu yurd yerindən,
Fikirli-fikirli çıxıb gedirəm...
2013
Sökər qaranlıqları...
İşığı elçi düşən,
Gözüm davaya düşməz.
Eşqə muştuluq olan,
Sözüm davaya düşməz.
Qəlbi
ocaq küsdürən,
Yurdu külləyib
gedər.
Könül xəlvət görüşə,
Gülləri əyib gedər.
Ümid
gözdən qoyarmı,
Gözlədiyi səhəri?
Sökər qaranlıqları...
Bəxtin
qonşu çəpəri.
2013
Atama
Yenə
səni düşündüm,
yorğun təbəssümünlə...
Çözələdim aramla sükut sökmüş fikrini.
Dünya
elə dəyişib çətin ki, baş çıxaram,
Bilmirəm bu günahda topa tutursan kimi.
Qurumuş ağaclarım cavab
tapmır zəhminə,
Sıyrılmış baxışınla qılıncladın
suçumu.
Şum açılmış torpaqtək
qarşında dayanmışam,
Üzümdən tər axıdır töhmətinin hücumu.
Bilirəm qəzəblisən xəbərin
var, xəbərdən...
Sənə haram eylədik, oyatdıq daş yuxunu.
Qəbrinlə qolboyundu istəkli
oğulun da,
Qoşamı dərdləşirsiz yurda
çökmüş qorxunu.
Hər əkilən ağacın
barını kim gözləməz,
Yurdu şənliyə
dönən ölümdən
uzaq düşür.
Ata, qürbət havası qapı, baca qoymadı,
Ocaqbaşı olanlar ocaqdan
qaçaq düşüb.
Muştuluq ha düşməyir dərdi korun çəkənə,
Sözü qərib sanana söz qınağı gərəkdi.
Neyləyim ki, mənim də qəm,
kədərdi külfətim,
Bu tanrının, bir
də ki, sən verdiyin ürəkdi.
Tərpənim yaz ağrıdı,
bağa enir həvəsim,
Çiçəklənmək istəyir qurusu da adamın.
Pöhrələnmiş ağacla, süfrə açmış
ocaqla...
İncik ruhu barışa bəlkə onda atamın.
2013
Elə yaman gündəyəm
ki...
(Kəlbəcərli
qələm dostum Surxay Məhəmməd oğluna)
Surxay kişi, Kəlbəcərə,
Getsək,
nolar qoşa gedək.
Elə yaman gündəyəm ki...
Nə vaxtacan huşa gedək?
Dəlidağa diz çökməsək,
Dağlar bizə yol verərmi?
Bulaqlarla
barışmasaq,
Ağlar, bizə yol verərmi?
Necə
baxaq göy üzünə,
Üzümüz üzdən utanır.
Gözümüzə torpaq çəkək,
İşığı gözdən utanır.
Oba nədir, baba bilər,
Cənnəti arı azdırar.
Nəvələri yurd olanlar,
Bəxtinə yazı yazdırar.
Yuxulara yalvarıram,
Buludları qovsun deyə...
Künc-bucaqda ömür gülməz,
Canım
kürdü qəribliyə...
Çox
yalvarıb susma qoca,
A dərdləri yurda
çəkən...
Vətən də balıq ömrüdür,
Neyləsin quruda çəkən?
Surxay kişi, Kəlbəcərə,
Getsək, nolar qoşa gedək.
Elə yaman gündəyəm ki...
Nə vaxtacan huşa gedək?
Dərdi
dərdə salmadım...
Nəfəsim də köhnəlib,
Daha yerişim
də ləng.
Qəfəsdə milçək qovur,
Ömrü ovlanmış pələng...
Sabahın da adında,
Hardasa şər dolaşır...
Bəxtə qəhmər durmağa,
Bəxtsiz günlər savaşır...
Yollarım yol ayrıcı...
Fikirlər pərən-pərən...
Taleyin bəd üzünü,
Nə çox imiş göstərən...
İndi
bütün fəsillər,
Pıçıldaşır solmağa...
Dərdi
dərdə salmadım,
Çəkdim xoşbəxt olmağa...
Sözüm sözə baxan
deyil...
Qaralandı bu ağ
vərəq...
Dilbilməzə elçi oldu...
Bu daş, mizan, bu tərəzi,
Qara günə ölçü
oldu...
Eşq
yolumu bulud tutub,
O buluda əl yetərmi?
Tanrı
məndən gizli saxlar,
Söz obamı, söz qitəmi...
Sətirlərim kəlmə başı,
Göz yaşımdan keçib gəlir...
Sonalayıb dərdlərimi,
Fağırını seçib gəlir...
Bəxtə yolçu könül
çayım,
Bilmir hara axır indi...
Sözüm sözə baxan
deyil,
Sözümə kim baxır indi?
Dünya, fikrin hayandadır?
Elə fəndgir, zalım oğlu
Bir bərəsiz zamanı
yox...
Dünya
od tutub
alışa,
Bir xotmalıq samanı yox...
Baxırsan ki, oyunbazdı,
Yüz qapıya açarı var...
Elə kefcil, tox dayanıb,
İnanmırsan, naçarı var...
Öz-özünü öyüb gedər,
Boş çuvalı dən üçündü...
Qaşını güzgüdə çatıb,
Kim deyir ki, qəm
üçündü...
Başı elə baş qatmaqdı,
Tilsimləri başa keçir...
Kürsü-kürsü sözünə
bax,
Sözü də birbaşa
keçir...
Adı fürsət ovçusudu,
Gözü dağda, arandadı...
Dünyanı qurd-gödən yedi,
Dünya, fikrin hayandadı?
Buyruğa tələsən bıçaq...
Boyumu kəsən bıçaq,
Buyruğa tələsən bıçaq...
Əhsən sənə, əhsən
bıçaq,
Məni
yol yox, qan aparır...
Üzü yola əzmənə
bax,
Baxır,
baxır, ərz mənə bax,
Doğra
məni, əz məni bax,
Demə ki, xoxan aparır.
İti ağrın hələ kütdü,
Ağrımı belə kiritdi.
Bu nə qıfıl,
nə kiliddi?
Sirrini insan aparır.
Əyri
getmə, düzünə
gəl,
Öz ağlına,
sözünə gəl.
Daha bəsdi, özünə gəl,
Gör kimi dövran aparır...
2013
Bu yazın ağrısı...
Can havası vurulub,
Burunlanıb budağı...
Deyən
belə doğulur
Yazın
hamilə çağı...
Oyanan yaddaşımdan,
Xəbər çatıb ağaca.
Mürgülü baharım da
Ayılır ehmallıca...
Deyən
bəxti üzdədir,
Bu yorğun ürəyimin.
Solmaq qorxusu da var
Sükut
boylu çiçəyin...
İndi
dünyanın yazı
Güldə açır Hələbdə...
Körpə alnına tale
Güllə açır Hələbdə...
Görən davalı dərdim
Qoyarmı ağrı sına?
Mən də belə susdum,
Bu yazın ağrısına...
2013
Göyü uçmuş yuvalar...
Dərdi
içimə çəkdim,
Göylə oyandı adı...
Yenə
bulub gətirər,
Sınmış bir quş qanadı...
O buludlar boşalsa,
Göz yaşı utandırar...
Bir çiçək də bitirməz
Qanadı
küsmüş bahar...
O qanadın ahından
Qaçmaz insan günahı...
Dərdə qanad verməyə
Niyə doğulduq axı?
Hər quşun baxışında
Öz səması, göyü var...
Yerdə
də göy axtarır
Göyü uçmuş yuvalar...
2013
İnqilab İsaq
525-ci qəzet.- 2013.- 8 iyun.- S.30.