Şamaxıda folklor konfransı
AMEA-nın Folklor
İnstitutunun və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mərkəzindəki
Mədəniyyət Sarayında
“Folklorun toplanması və sistemləşdirilməsi
problemləri” mövzusunda
elmi konfrans keçirilmişdir. Konfransda folklor materiallarının
toplanılması, sistemləşdirilməsi
və araşdırılması
əsas müzakirə
mövzusu olmuşdur.
Tədbiri giriş sözü
ilə Şamaxı
Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Qasım Qasımov açmış, konfransın
işinə uğurlar
arzulamışdır.
Konfransın açılış toplantısında
AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov, AMEA-nın müxbir üzvü, Şamaxı Astofizika Rəsədxanasının direktoru
Əyyub Quliyev, Azərbaycan Müəllimlər
İnstitutunun Şamaxı
filialının direktoru,
filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova çıxış etmişlər.
Sonra elmi praktik konrfrans bölmələr
üzrə davam etdirilmişdir. Bölmələrdə
folklor üzrə alimlərin və gənc tədqiqatçıların
məruzələri dinlənilmiş
və təhlil edilmişdir.
A.Cəmil
525-ci qəzet.- 2013.- 8 iyun.- S.16.