Günel Anarqızının kitabı
Bazeldə təqdim olundu
İsveçrənin Bazel şəhərində
Azərbaycan yazıçısı
və publisisti, “Ölkəm” jurnalının
baş redaktoru Günel Anarqızının
alman dilinə çevrilmiş “Qarabağ
hekayələri” kitabının
təqdimatı olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən
verilən məlumata görə Bazeldə fəaliyyət göstərən
“Azərbaycanın Dostları”
Cəmiyyətinin təşəbbüsü
və Azərbaycan Respublikasının İsveçrədəki
səfirliyinin dəstəyi
ilə reallaşan təqdimat mərasimi şəhərin tarixi və nüfuzlu yerlərindən birində
- 1787-ci ildə yaradılmış
Mütaliəni Sevənlər
Cəmiyyətində keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının
İsveçrədəki səfiri
Əkrəm Zeynallı,
diaspor nümayəndələri,
ictimai xadimlər, tələbələr iştirak
ediblər.
Təqdimat mərasimini açan və aparıcılıq
edən məşhur jurnalist Markus Bodmer layihə haqqında məlumatdan sonra sözü müəllifə
verib.
Qonaqları salamlayan Günel
Anarqızı da layihənin ideyası və məqsədlərindən,
Azərbaycan xalqının
uzun illərdir yaşadığı Qarabağ
problemindən, təcavüzkar
Ermənistanın torpaqlarımızı
işğal etməsindən
və bu problemin ədəbiyyat vasitəsilə bütün
dünyaya çatdırılmasının
vacibliyindən danışıb.
Daha sonra aktrisa Mariya Txorjevskaya Günel Anarqızının kitabından
iki hekayəni – “Atama məktub” və “Qadın üzlü şəhər”i
səsləndirib.
Tədbirdə isveçrəli jurnalist və fotoreportyor Andre Vidmerin Qarabağa və Azərbaycan torpaqlarının işğalına
həsr olunmuş fotoalbomu təqdim edilib. Jurnalist Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri
ilə bağlı təəssüratlarını bölüşüb, Azərbaycan
ərazilərində dağıdılıb
talan edilmiş və planlı şəkildə məhv edilmiş tarixi abidələrimizin şəkillərini
nümayiş etdirib.
İsveçrəli jurnalistin 2010-cu ildə çəkdiyi və ekranda nümayiş olunan fotoları azərbaycanlı
yazıçının 2002-ci ildə Qarabağ, Şuşa haqqında
qələmə aldığı
hekayələri əyani
olaraq göstərib. Nümayiş və qiraət o qədər təsirli olmuşdur ki, tədbirə toplaşanlar göz yaşlarına hakim ola bilməmiş və uzun müddət
erməni işğalını,
onun ağır nəticələrini müzakirə
etmişlər.
Tədbirdə Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq Yazıçısı
Anar və Azərbaycanın İsveçrədəki
səfiri Əkrəm
Zeynallı çıxış
ediblər.
Sonda Günel
Anarqızı təqdimat
mərasiminin təşkilatçılarına
və qonaqlara təşəkkürünü bildirdirib.
GÜNEL
525-ci qəzet.-
2013.- 19 iyun.- S.7.