“Zəngəzur toponimləri” adlı
kitabın təqdimat mərasimi keçirilib
Dünən Milli Məclisin
deputatı Musa Urudun müəllifi olduğu “Zəngəzur toponimləri”
adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə
Yeni Azərbaycan Partiyasının (YAP) sədr
müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavinləri Siyavuş
Novruzov, Mübariz Qurbanlı, millət vəkilləri, ziyalılar
və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş nitqi ilə YAP icra katibinin müavini Mübariz Qurbanlı açaraq deyib ki, uzun müddətdir
ki, millət vəkili Musa Urudla birgə parlamentdə, Qara Dəniz Əməkdaşlıq Təşkilatının
(QƏT) tədbirlərində çıxışları olub.
Həmin
tədbirlərdə də
Musa Urud çıxışı
zamanı yalnız bir məqama toxunub. Burada da Ermənistanın Azərbaycana qarşı işğalçılığını ifşa edən faktlar önə çəkilib:
“Kitabda tarixi faktlarla yanaşı, epizodlarda öz dəqiqliyi ilə təqdim olunub. Hamıya məlumdur
ki, zaman-zaman ermənilər Azərbaycan
torpaqlarını zəbt
ediblər. Bununla da
tariximiz saxtalaşdırıldı.
Tarixdə həqiqət qızıla
bərabərdir, yalan
isə həmişə
çürüyəcək. “Zəngəzur toponimləri”
ilk dəfə deyil ki meydana gəlib.
Bununla bağlı xeyli sayda kitablar, əsərlər, faktlara söykənən dəlil
və sübutlar var”.
Daha sonra “Zəngəzur toponimləri”
adlı film nümayiş
etdirilib.
Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov kitabın əhəmiyyətini
vurğulayaraq qeyd edib ki, bu
kitab tariximizin gələcək nəsillərə
düzgün çatdırılması
baxımından mühüm
əhəmiyyət kəsb
edir:
“Kitabı oxuyarkən
Zəngəzur haqqında
böyük təəssürat
yaranır. Bu, kitabı
yazan insanın qəlbində həmin torpağın ağrı-acısı
hiss olunmaqdadır. Bu bir daha onu
göstərir ki, adı çəkilən
bu kitab böyük qəlblə,
sevgi ilə ərsəyə gəlib.
Əminəm ki, tezliklə
biz əzəli torpağımız
olan Dağlıq Qarabağı erməni işğalçıların tapdağı
altından azad edəcəyik. Azərbaycanın ildə-ilə qüdrətlənməsi,
iqtisadi imkanlarının
getdikcə artması hesab edirəm ki, bunu daha
da tezləşdirəcək.
Kitab özlüyündə çox
dəyərlidir. Zəngəzuru görməyən hər bir insan bu
kitab vasitəsilə həmin bölgə haqqında ətraflı məlumat əldə edəcək”.
Daha sonra millət vəkilləri Nizami Cəfərov, Fəzail Ağamalı və digərləri çıxış edərək
kitab haqqında fikirlərini bölüşüblər.
Kamil Həmzəoğlu
525-ci qəzet.- 2013.- 20 iyun.- S.2.