“Azərbaycanda qarşılıqlı
etimada əsaslanan milli və dini münasibətlər sistemi
formalaşıb”
(davamı)
Müsahibimiz
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri
şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru
Sakit Hüseynovdur. Söhbətimizin məğzini islam dininin
Azərbaycanda yayılması, müstəqillik dövründə
Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində,
ölkəmizdə dini tolerantlıq mədəniyyətinin
yüksəldilməsində Heydər Əliyevin, həmçinin
Qafqaz Müsəlmanları İdarəsinin rolu, dinlərarası
və mədəniyyətlərarası dialoqun davamlı
inkişafa təsiri təşkil edir.
– Müstəqillik
dövründə Azərbaycanda dövlət-din münasibətlərinin
tənzimlənməsində, ölkəmizdə dini
tolerantlıq mədəniyyətinin yüksəldilməsində
ümummilli lider Heydər Əliyevin rolu ilə bağlı ən
çox hansı məqamları önə çəkərdiniz?
– Azərbaycan
dövlət müstəqilliyini bərpa etdikdən sonra
ökəmizdə dövlət-din münasibətlərinin
yeni istiqaməti formalaşıb, respublikamızda dini
tolerantlığın daha da inkişaf etdirilməsində
hüquqi baza yaradılıb. Müstəqil
respublikamızın ilk dövrlərində dini ənənələrimizin
bərpası və möhkəmləndirilməsi, Azərbaycan
dövlətinin din siyasətinin qarşısında duran əsas
vəzifələrdən biri olub. Azərbaycan
öz müstəqilliyini bərpa etdikdən sonra ümummilli
lider Heydər Əliyevin azərbaycançılıq
konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din
münasibətlərinin, millətlərarası və dinlərararsı
dialoqun genişlənməsi üçün əlverişli
şərait yaradılıb, bu sahədə beynəlxalq
hüquq normalarına uyğun qanunvericilik bazası bərqərar
olub. Bu sahədə Heydər Əliyev tərəfindən
yaradılmış müdrik siyasi-mənəvi xətt
hazırda Prezident İlham Əliyev tərəfindən bu
gün uğurla davam və inkişaf etdirilir. Ulu öndər
hələ 1994-cü ildə Təzəpir məscidində
dindarlar qarşısında çıxış edərkən
ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra
milli-dini ənənələrimizin möhkəmləndirilməsindən
bəhs edərək deyib: “Azərbaycan müstəqil dövlətdir.
Azərbaycan xalqı öz milli
azadlığına, müstəqilliyinə nail olub. Bu milli, mədəni, dini ənənələrimizin
bərpasına şərait yaradıb. Biz bu şəraitin
möhkəmlənməsi üçün bundan sonra da
çalışacağıq və əmin ola
bilərsiniz ki, prezident kimi mən bu yolda əlimdən gələni
əsirgəməyəcəm”.
Şeyxülislam Hacı Allahşükür Paşazadə
müstəqil Azərbaycan dövlətinin yaranmasında, Azərbaycanda
din siyasətinin və dövlət-din münasibətlərinin
formalaşmasında Heydər Əliyevin rolunu şərh edərək
bildirib: “Müstəqil dövlətimizin yaranmasında,
möhkəmlənməsində və nüfuzunun
artmasında Heydər Əliyev həzrətlərinin müstəsna
xidmətləri olub. O, hakimiyyətə yenidən
qayıtdıqdan sonra ölkəmizdə dini sahədə
sabitliyə nail olunması, konfessiyalar arasında
dözümlülük mühitinin qorunub saxlanmasında və
daha yüksək səviyyədə bərqərar olunması
istiqamətində böyük işlər görülüb,
dini icmaların fəaliyyəti üçün hüquqi-mənəvi
şərait yaradılıb. Bu məqsədəuyğun fəaliyyətin
nəticəsi olaraq, Azərbaycanda mövcud dinlərin
nümayəndələri öz ayinlərini sərbəst
yerinə yetirir, tam hüquqlu vətəndaşlar kimi ölkənin ictimai
həyatında yaxından iştirak edirlər”.
Məlumdur ki, Azərbaycan dünyəvi dövlətdir
və bu baxımdan din dövlətdən və dövlət
dindən ayrıdır. Bütün bunlar Azərbaycan
konstitusiyasında da öz əksini tapıb. Azərbaycanda dövlətin din siyasətinin həyata
keçirilməsini təmin etmək məqsədilə ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə
2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi yaradılıb. Bu komitə
ölkəmizdə mövcud olan dini strukturların fəaliyyətinin
tənzimlənməsi və dövlətin din siyasəti sahəsində
müxtəlif funksiyaları yerinə yetirir. Dövlətin
din siyasətinə aid olan məsələlərdə dinlə
bağlı qanunvericilik aktlarında dini icmaların və dini
təşkilatların dövlət siyasətinə müdaxilə
etməsinə yol verilmir. Bu vəziyyət bir
daha onu göstərir ki, Azərbaycan respublikasında həm nəzəri,
həm də əməli cəhətdən din dövlətdən,
dövlət dindən ayrıdır və bu siyasətin
formalaşması ulu öndər Heydər Əliyevin fəaliyyətinin
nəticəsidir. Heydər Əliyev
dövlət –din münasibətlərini dindarların
maraqlarını gözləməklə, ölkəmizdə
qüvvədə olan qanunlar əsasında qurulmasını
tövsiyə edib.
Heydər Əliyev respublikamızda insan hüquq və
azadlıqlarının təmin edilməsində,
xalqımızın milli-mənəvi dəyərlərinin,
dinlərarası dialoqun inkişafında və dini
tolerantlıq ənənələrinin qorunmasında
böyük rol oynayıb. Ümummilli liderin Azərbaycana
rəhbərlik etdiyi vaxtda respublikamızda dini etiqad
azadlığı tam təmin edilib, milli-mənəvi dəyərlərə
münasibət kökündən dəyişib, dini ayin və
mərasimləri yerinə yetirmək üçün
bütün dinlərə mənsu olan insanlara bərabər
şərait yaradılıb. Uu öndər ölkəmizdə
yaşayan bütün xalqlara, bütün millətlərə,
dilindən, dinindən, siyasi mənsubiyyətindən
asılı olmayaraq başqa dinin nümayəndələrinə
qarşı olan münasibəti belə bəyan edib: “Azərbaycan
Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı,
başqa dinlərə mənsub olan vətəndaşlar da
yaşayır. Azərbaycan müstəqil,
demokratiya prinsipləri mənsub olan bir dövlət kimi öz
ərazisində yaşayan bütün xalqlara, bütün
millətlərə dinidən, dilindən, irqindən, siyasi mənsubiyyətindən
asılı olmayaraq azadlıq, hürriyət imkanları
verir”. Ulu öndər başqa dinlərə
qarşı dözümlülük və tolerantlıq
münasibətini həmişə öz fəaliyyəti və
öz əməli ilə sübut edib. Heydər
Əliyev Azərbaycanda yaşayan dini icmalara həmişə
hörmət və ehtiramla yanaşıb, onların dini
bayramlarını təbrik edib, adət-ənənələrinə
sayğı ilə yanaşıb.
Tarixən
Azərbaycanda islam dini ilə yanaşı
xristianlıq, yəhudilik dinlərinə mənsub olan insanlara
həmişə əmin-amanlıq şəraitində
yaşayıb və bir-birini dini əqidəsinə ehtiramla
yanaşıblar. Azərbaycanda müxtəlif
dinlərin birgə yaşayış şəraitinin nümunəvi
xarakter daşıdığını vurğulayan
ümummilli lider bu xüsusiyyətlərin
xalqımızın dini dözümlülüyünü
göstərən əsas şərt hesab edib. Heydər Əliyev iştirak etdiyi bütün beynəlxalq
tədbirlərdə tolerantlıqla bağlı fikirlərini
bildirib. Xüsusən indiki qloballaşma
dövründə dinlərarası, mədəniyyətlərarası
dialoqa həmişə üstünlük verib. Heydər Əliyev həmçinin müsəlman
ölkələri arasında həmrəyliyin və əməkdaşlığın
gücləndirilməsinə həmişə önəm
verib. Xüsusən, Azərbaycan
torpaqlarının erməni işğalından azad edilməsi,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli
şəkildə həll edilməsində müsəlman
ölkələrinin, o cümlədən İslam Konfransı
Təşkilatının səylərinin
artırmasını önə çəkirdi. Dini dözümlülüyü və
tolerantlığı daim dəstəkləyən Heydər Əliyev
gənclərimizin bu ruhda tərbiyə olunmasını həmişə
tövsiyə edirdi. Bununla bağlı ulu öndər
fikirlərini belə ifadə edib: “Məlumdur ki, yüksək
tolerantlıq ilk növbədə yüksək mədəniyyətin
təzahürüdür. İnsanlarda belə
bir mədəniyyətin formalaşdırılmasını
uşaqlıq illərindən başlamaq lazımdır.
Ölkəmizdə yetişməkdə olan nəslin
təhsillənməsində müasir elmi pedaqoji konfranslar
daxilində biz ünsiyyət mədəniyyətini
formalaşdırmağa cəhd göstəririk və ümumən
desək, buna nail oluruq. Bunu demək
çox asandır, lakin gerçəkləşdirmək kifayət
qədər mürəkkəb bir prosesdir”. Azərbaycanda dini tolerantlıq mədəniyyəti
və başqa millətlərə qarşı milli
dözümlülük tarixən çox yüksək səviyyədə
olub. Qeyd edək ki, müstəqillik
dövründə Heydər Əliyev başqa dinə mənsub
insanların öz dini mərasimlərinin keçirilməsinə
qayğı ilə yanaşıb. Məsələn,
xristianların Milad və Pasxa bayramının keçirilməsini
ulu öndər dövlət səviyyəsində dəstəkləyib.
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı
Yeparixiyasının yepiskopu Aleksandr İşein Heydər Əliyevin
pravoslavlara qarşı göstərdiyi bu qayğıdan bəhs
edərək deyib: “Heydər Əliyevin hakimiyyətə gəlməsi
ilə Azərbaycanda həyatın stabilləşməsinə
doğru istiqamət formalaşdı. O stabilliyin möhkəmlənməsi
işində tolerantlığı strateji cəhətdən
mühüm istiqamətlərdən birinə çevirdi. 1994-95-ci illərdə Heydər Əliyev bizə
öz mərasimlərimizi kilsələrimizdən xaricdə
daha geniş şəkildə keçirməyimiz təklifi ilə
müraciət etdi. O vaxt bizə çox qəribə
görünürdü, çünki iqtisadi və siyasi
böhran dövründə belə mərasimlərin
keçirilməsi bizim üçün çox çətin
idi. Lakin Heydər Əliyevin yardımı ilə
biz bu tədbirləri keçirdik. Get-gedə bu tədbirlər
bizdə ənənəvi hal aldı və hər il keçirilməkdədir. Milad
və Pasxa bayramları rəhbər dairələrin dəstəyi
ilə artıq Azərbaycanda geniş şəkildə
keçirilir”.
Azərbaycanda
dövlət-din münasibətlərinin düzgün
qurulmasında, respublikada dini sahədə əmin-amanlığın
və sabitliyin yaranmasında Heydər Əliyevin mühüm
rol oynadığını sabiq Moskva və Ümumrusiya
Patriarxı mərhum II Aleksi Azərbaycanın bu sahədə
nümunə olması ilə bağlı öz fikirlərini
belə şərh edib: “Azərbaycan qədim dini ənənələrə
və mədəniyyətə malik bir ölkədir. Bu gün Azərbaycan dini əmin-amanlığa və
sabitliyə ilham verən örnəkdir. Bunun
əsası Azərbaycan Prezidenti Heydər Əliyevin
müdrik siyasəti sayəsində qoyulub. Dünyəvi hakimiyyət və ənənəvi
dini icmaların konstruktiv fəaliyyəti və
qarşılıqlı ünsiyyəti nəticəsində
yaranmış dövlət-din münasibətlərinin nadir
modeli Azərbaycanda öz əksini tapıb. Belə zənn edirəm ki, bu sahədə Azərbaycanda
toplanmış təcrübə diqqətlə öyrənilməli
və təhlil olunmalıdır”. Bu
çıxışdan göründüyü kimi, dövlət-din
siyasətinin formalaşmasında Azərbaycan modelini nümunə
kimi göstərən II Aleksii bu siyasətin
yaradılmasında Heydər Əliyevin rolunu önə
çəkib və bu sahədə Azərbaycanda
toplanmış təcrübənin öyrənilməsini
tövsiyə edib. Xalqımızın dini
cəhətdən tolerant olduğunu respublikamıza səfərə
gələn tanınmış dünya dini liderləri də
təsdiq edirlər. Qeyd edək ki, 2010-cu
ilin 26-27 aprel tarixində Bakıda keçirilən dünya
dini liderlərinin sammitində iştirak edən qonaqlar da bunun
şahidi olublar. Sammitdə iştirak etmək
üçün Bakıya gələn Moskva və
bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Prezidenti
İlham Əliyevlə görüşərkən ona
müraciət edərək Azərbaycanda dinlərarası
münasibətlərin yaxşı olduğunu və bu işdə
İlham Əliyevin rolunu xüsusi vurğulamışdı.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.-
22 iyun.- S.22.