Qənbər Şəmşiroğluna
Özü
gələ bilmir göndərin gəlsin,
Duman
bəri dağlar, çən bəri dağlar...
Dolan
buludları döndərin gəlsin,
Dön
deyən olmadı, dön bəri, dağlar...
Necə
səbr eyləyim dözüm yoxdusa,
Dözümü
görməyə gözüm yoxdusa...
Dağlara
baxmağa üzüm yoxdusa,
Siz o
yana baxın, mən bəri, dağlar...
Kim idi,
boylandı, baxdı o yandan,
Qəlbimi
yandırdı, yaxdı o yandan...
Bu
yanın xəbəri yoxdu o yandan,
Qalırmı
dağların ənbəri dağlar...
Allah Allah
deyil bizi görməsə,
Qulağı
duymasa, gözü görməsə...
Üz
tutub gəlməsə, sizi görməsə,
Ölsə,
bağışlayın Qənbəri, dağlar...
Özgəyə yaxınam
özümə yadam
...Suallar
quşların qanadlarında,
Cavablar quşların dimdiyindədi.
Günahlar
buğdanın dənələrində,
Savablar
quşların dimdiyindədi.
Özgəyə
yaxınam özümə yadam,
Haçansa
başıma uçacaq bu dam,
Cəsədi
qurd-quşa yem olan adam,
Əzablar
quşların dimdiyindədi.
Girsin
öz içinə azmaq istəyən,
Gördüyü
yuxunu yozmaq istəyən.
Min ildi o
şair yazmaq istəyən
Kitablar
quşların dimdiyindədi...
Sonsuz qoşma
...O
dünya anadı bu dünya bala,
Min ildi
ağlayır göz balasını.
Təqvası
olanlar basar bağrına,
Səbr
balasını döz balasını.
Dinməyən
bəs niyə dinmək istəyir,
Gedənlər
qayıdıb dönmək istəyir.
Görürsən
o ocaq sönmək istəyir,
Kül
etmək istəmir köz balasını,
Baş əyib
Allaha salam deyənlər,
Sonsuzam əliylə
lalam deyənlər.
Özgə
balasına balam deyənlər,
Alsın
qucağına öz balasını...
Şeytan hardan girir
qəlbə görəsən
...Güllələr
açıla yaralanasan,
Damarında
gəzən qəlpə görəsən.
Nə ola
bir dəfə ölüb-dirilib,
Başının
üstündə türbə görəsən.
Kimdənsə
nəyisə umub susuruq,
Verməsə
üstünə cumub susuruq.
Biz ki
ağzımızı yumub susuruq,
Şeytan
hardan girir qəlbə görəsən,
Əri
olmayacaq nədən o qızın,
Ruh
yaradanındı bədən o qızın.
Yaxşı
bax yaxşı bax gedən o qızın,
Gələndə
yanında körpə görərsən...
Bir palıd yıxıldı qayadan
öldü
Səndən
məndən qabaq körpələr olub,
Səndən
məndən sonra körpələr oldu.
Bizim
aramızda olan körpələr,
Bizim
aramızda körpülər oldu.
Doluya dəymədi
boşlara dəyən,
Başlardı
daşlardan daşlara dəyən.
Elə
zaman-zaman başlara dəyən,
Zərbələr
çevrilib türbələr oldu.
O bizi
yuxudan oyadan öldü,
Fırçaynan
kətanı boyadan öldü.
Bir
palıd yıxıldı qayadan öldü,
Şahidi
dərələr təpələr oldu...
Deyəsən
alnımda qırış yeridi
...Dərələr
təpələr ağaclar quşlar,
Gördüyün
o yerlər örüş yeridi.
Ağacda
sevişmək quşların haqqı,
Budaqlar quşların
görüş yeridi.
Bu
ömür yoludu bax kələ-kötür,
Bu yolda
gör yaxşı nə varsa götür.
Adamlar hər
yanda bir-birin ötür,
Dünyanın
hər yeri yarış yeridi.
O kimdi
çağırdım səsə tərpəndi,
Tərpəndi
əlində əsa tərpəndi.
Elə
bil alnımda nəsə tərpəndi,
Deyəsən
alnımda qırış yeridi...
Atamın canından can
qurtarmışam
...Varı
yox eyləyən yoxu var edib,
O mənim
yolumu açıb gəlmişəm.
Doqquz ay
dözmüşəm işıqdan ötrü,
Qaranlıq
bir yerdən qaçıb gəlmişəm.
Səhərin
əlindən dan qurtarmışam,
Xəstəyə
vermişəm qan qurtarmışam.
Atamın
canından can qurtarmışam,
Anamın
canından keçib gəlmişəm.
Axtar gəz
ömrümün uzunluğunu,
Tapsan kəs
ömrümün uzunluğunu.
Mən ki
öz ömrümün uzunluğunu,
Anamın
bətnində ölçüb gəlmişəm...
Kor balıqçı
...Mənnən
balıq tutan o kor balıqçı,
Mənə
qurdurubdu toru bu gecə.
Mən
yola salardım mən də gedirəm,
Kim yola
salacaq koru bu gecə.
Görünmür
balıqlar görünə bəlkə,
Bəlkə
çəkiliblər dərinə bəlkə.
Ümidnən
yaşayır toruna bəlkə,
Düşə
gözlərinin nuru bu gecə.
Hər
şeyi görəndi, biləndi Xalıq,
Kimin qismətidi
qalan bu qalıq.
Gözlərində
işıq əlində balıq,
Gedər
evlərinə sarı bu gecə.
Verdiyin
işıqdan yarıya bilər,
Yarıyıb
qocalıb qarıya bilər.
Sabah
öz özünü qoruya bilər,
İlahi
sən onu qoru bu gecə...
Məni basdırarsız sətirin
altda
...İlahi
bilirəm nəsə bir şey var,
Edilən
hörmətin xətirin altda.
Görəsən
insanlar nəyin gizlədir,
Üstünə
səpdiyi ətirin altda.
Qışdan
yazdan çıxıb yaya giririk,
Yayda da
çırmanıb çaya giririk.
Su ki
aydınlıqdı niyə giririk,
Hər
yağış yağanda çətirin altda.
Ölüm
gəlsə ayıq-sayıq deyiləm,
Şeir dəniz
heyif qayıq deyiləm.
Gözəl
bir cümləyə layiq deyiləm,
Məni
basdırarsız sətirin altda...
Su səsi Allahın səsidi bəlkə
...Adamlar
düşünüb dərk edə bilsə,
O səsi
Allahın səsidi bəlkə.
Adamlar kar
olub eşidə bilsə,
Bu səsi
Allahın səsidi bəlkə.
Çox
şükür nə verib nədirsə ona,
Gələnlər
üz tutub gedirsə ona.
Dalğalar
ibadət edirsə ona,
Qu səsi
Allahın səsidi bəlkə.
Min ildi
oyaqdı yatmır su səsi,
Səsini
səslərə qatmır su səsi.
Bütün
səslər batır batmır su səsi,
Su səsi
Allahın səsidi bəlkə...
Heç asan deyilmiş asan adamlar
Sən
çətin adamsan mən də bilirəm,
Heç
asan deyilmiş asan adamlar.
Sözümüzü
qulaq ardına vurdu,
Sənə,
mənə qulaq asan adamlar.
Yandırmazlar
sönən şamları niyə,
Buymuş
arzuları kamları niyə.
Yaddan
çıxardılar damları niyə,
Saraylara
ayaq basan adamlar.
Bu
ağac şikəst yox, kor ağacıymış,
O korda lal
imiş-kar ağacıymış.
Kəndiri
boynunda dar ağacıymış,
Özünü
özündən asan adamlar.
Yatan
oyaqların altında qalar.
Duran
dayaqların altında qalar.
Qalar
ayaqların altında qalar,
Millətin
başından basan adamlar.
Könlümdən
söz gəlir dilimə doğru,
Gəlirsə
gedəcək əlimə doğru.
Üz
tutub getdilər ölümə doğru,
Olumdan
inciyib küsən adamlar.
Ağzı
var, dili var bu niyə dinmir,
Od-ocaq lal
olub su niyə dinmir.
Sən
dindin mən dindim o niyə dinmir,
Haçan
dillənəcək susan adamlar...
Öpsün Yer kürəsi
üzümdən mənim
...Adamlar
nə bilir mən nə çəkirəm,
Gəl
soruş özümü özümdən mənim.
Hələ
o dünyaya getməyə çox var,
Salma bu
dünyanı gözümdən mənim.
O gecə
qapını döymüşəm sənin,
Bacandan
başımı əymişəm sənin.
Bilirəm
xətrinə dəymişəm sənin,
İnciyib
küsmüsən sözümdən mənim.
Giribdi qəlbimə
şeytan gəlmişəm,
Qəlbim
şeytan üçün meydan gəlmişəm.
Haçansa
gedəcəm göydən gəlmişəm,
Öpsün
Yer kürəsi üzümdən mənim...
O kimdi hey
məni daşlayır Allah,
Məni
daşlamağı xoşlayır Allah.
Sənə
məhəbbətim başlayır Allah,
Alnımdan
qəlbimdən dizimdən mənim.
Yağış yağır
...Əgər
Yer döşəmə Göy tavandısa,
Niyə
başımıza qar-yağış yağır.
Yağış
yağdırırsa demək istəyir,
Hər
şeydə bir hikmət var yağış yağır.
İstidə
isinin soyuqda əsin,
Ona qurban
deyin qurbanlıq kəsin.
Buludun
harayın yağışın səsin,
Eşidir
görməyir kor yağış yağır.
Keçirib
ilməni vurub naxışı,
Hər naxış
üstündə Onun baxışı.
O
çaxan şimşəyi yağan yağışı,
Görsədə
eşitmir kar yağış yağır...
Dağlar sərxoş olub
aşır deyəsən
...Sərxoşluğun
görüb dağlara qarşı,
Dərələr
təpələr çaşır deyəsən.
Yağan
qardan yeyib yağışdan içib,
Dağlar
sərxoş olub aşır deyəsən.
Gedənlər
qayıdır dönür beləcə,
Dönənlər
dillənir dinir beləcə.
Hardasa bir
ocaq sönür beləcə,
Hardasa bir
qazan daşır deyəsən.
Yemək
üstə dava düşən qazanda,
Yeməyə
nə qaldı aşan qazanda.
O sönən
ocaqda daşan qazanda,
Bişməyən
payımız bişir deyəsən.
Yetişib
çartlamış nardı bu dünya,
Bəlkə
o dünyanın ardı bu dünya.
Hava
doldurulmuş şardı bu dünya,
Hər
gün bir az bir az şişir deyəsən.
Yumruqla
sinəni döy qurşağını,
Qurşaq
ki sənindi öy qurşağını.
Atıb kəndir
kimi Göy qurşağını,
Tanrı
göydən yerə düşür deyəsən...
Nə vaxt o qapını açan
olacaq
...Deyəsən
o deyən olmadı axı,
Sən
deyən mən deyən haçan olacaq.
...Çıxa
bilməsəndə baxa bilərsən,
Qapın
olmasada bacan olacaq.
Uçmaq
istəyibdi uça bilməyib,
Qol
açıb dünyanı quca bilməyib.
Açmaq
istəyənlər aça bilməyib,
Nə
vaxt o qapını açan olacaq.
Nələr
salar ömür-gün yada bir gün,
Yada
düşər o səs, ün yada bir gün.
Qoyub
ayağını dünyada bir gün,
Başını
götürüb qaçan olacaq...
Nənəm danışardı, babam
deyərdi...
...Qışda
ağarsa da yazda göyərdi,
Payızda
yarpaq tək saraldı hava.
Nənəm
danışardı babam deyərdi,
Getdi
göydən bizə qar aldı hava.
Hamı
lal olanda susa bilmədim,
Susmamaq
danışmaq busa bilmədim.
Nəsə
oldu mənə nəsə bilmədim,
Havam
çatışmadı daraldı hava.
İndi mən
dünyanın harasındayam,
Yaralı
yerində yarasındayam.
Gecəylə
gündüzün arasındayam,
Bayaqdan
ağ idi qaraldı hava...
Hoppanıb keçəsən çəpər
gecəni
...Hava
qaralanda şər qarışanda,
Səpən
Yer üzünə səpər gecəni.
Gecə
qucaqlayıb öpər gündüzü,
Gündüz
qucaqlayıb öpər gecəni.
Gündüzlər
üstündən atır gündüzü,
Gecələr
üstünə örtür gündüzü.
Qayıdıb
gələndə gətir gündüzü,
Gedirsən
özünlə apar gecəni.
Qışdan
yazdan çıxıb yaya hürən it,
Su səsi
eşidib çaya hürən it.
Ulduza
ulayıb aya hürən it,
Zəncirin
qırarsa qapar gecəni.
Qoy
düşsün üstümə ölüm
işıqdı,
Ölmək
də zülümdü zülüm işıqdı.
İçim
qaranlıqdı çölüm işıqdı,
Bağrımın
başından qopar gecəni.
Bu
dünya şamdandı şamı içində,
Şamın
da ərimək kamı içində.
Doğulandan
bəri hamı içində,
Axtarar
gündüzü tapar gecəni.
Nizami
aldığı kəniz kim idi,
Utanıb
qızaran bəniz kim idi.
Gözündə
göz yaşın dəniz kimidi,
Qırpsan
kipriyini çırpar gecəni.
...Nə
xeyir gündüzdən nə şər gündüzdən,
Gör nələr
çəkibdi bəşər gündüzdən.
O kimdi o
kimdi düşər gündüzdən,
Minib səhərəcən
çapar gecəni.
Sevinc dar
ağacı... dindir kimindi,
Kədər
boynumuzda kəndir kimidi.
Dan yeri
qızarmış təndir kimidi,
Tanrı
o təndirə yapar gecəni.
Mən əyriyə
sarı sən düzə sarı,
Mən
dönə bilmədim dön düzə sarı.
Üz
tutub qaçasan gündüzə sarı,
Hopbanıb
keçəsən çəpər gecəni...
Anar Amin
525-ci qəzet.-
2013.- 22 iyun.- S.30.