Azsaylı xalqlara məhəbbətin təcəssümü

 

 

Əli Şamilin “Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin fokloru və ədəbiyyatı” (Bakı–2011, Nurlan, 412 səh.) kitabını vərəqlədikcə tələbəlik illərimizi (1968-73) xatırladım. İndiki BDU-nun jurnalistika fakültəsində oxuyurduq. Zəhmətsevərliyi, mübahisələrdə inadkarlığı ilə seçilirdi. Yüksək təqaüdlə oxumasına baxmayaraq, gecələr də Sumqayıt Kimya Kombinatında fəhlə işləyirdi ki, maddi cəhətdən heç kimdən asılı olmasın. Tələbəlik illərində onun sözündə, hərəkətində haqsızlığa etiraz açıq şəkildə hiss olunurdu. Göyçə mahalının İnəkdağ kəndində (İndiki Ermənistan Respublikası) doğulmuş Əli lap uşaq yaşlarından şahidi olduğu qeyri-səmimi münasibətlərə zamanında etirazını bildirmək imkanı olmadığından, aradan 40 ildən çox vaxt keçəndən sonra öz fikirlərini aşağıdakı sətirlərdə belə ifadə etmişdir:

“Rəsmi təbliğat bizə azərbaycanlı olduğumuzu öyrədirdisə, rayon mərkəzinə çıxan kimi, ermənilərin vəzifəliləri də, vəzifəsizləri də rəsmi toplantılarda, küçədə-bacada bizə “türk” deyirdilər. Yaşadığımız Göyçə mahalını bir neçə rayona bölüb hərəsinə də ermənicə bir ad vermişdilər.

Ermənistanın hər yerində yazı-pozu işləri ermənicə olduğu halda, Azərbaycana gələndə başqa mənzərə gördük. Azərbaycanda rus dili hakim idi. Hamı rusca danışmağa çalışırdı. Bir sözlə, qəzetlərdə yazılanlarla, radio-televiziyada, rəsmi dairədə deyilənlərlə həyat həqiqətləri, gördüklərim uyğun gəlmirdi...”

Universiteti bitirdikdən sonra təyinatla Naxçıvandakı “Şərq qapısı” qəzetinə işə göndərilən Əli Şamilov 1993-cü ilədək orada çalışmışdır.

Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön sıralarında olan   Ə.Şamil Naxçıvandan Bakıya köçməli olur. Azərbaycan Milli Ensiklopediyasında işləməyə başlayır və qısa müddətdə elmi-ədəbi mühitə uyğunlaşır.  Özünün qeyd etdiyi kimi, o vaxtlar Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı ondan xaricdə çap olunacaq “Azərbaycan” jurnalı üçün bir məqalə yazmağı xahiş edir və yazı çap olunur.  Şifarişlə yazdığı məqalənin altından ilk dəfə həvəslə imza qoyan müəllif  sonralar da V.Sultanlının  naşiri olduğu jurnallara onun xahişilə  bir neçə məqalə yazır və beləliklə də  əməkdaşlıqları davam edir.

Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı” kitabının necə ərsəyə gəlməsi barədə Ə.Şamil yazır: “Vaqif Sultanlının sifarişi, təkidi ilə yazılmış məqalələr onu göstərir ki, sifarişlə yazmaq heç də həmişə qanıqaraçılıq, əsəbilik yaratmır. Buna görə də qərara aldım ki, həmin məqalələri mövzuya görə toplayıb kitab halında çap etdirim.”

“Qafqazın quzeyini Avropa üçün xalqlar muzeyi” adlandıran araşdırıcı çox böyük olmayan bu ərazidə 50-yə yaxın xalqetnik qrup yaşadığını və bəzi bölgələrdə hətta iki qonşu kəndin sakinlərinin bir-birlərini başa düşmədiklərini təəssüflə vurğulayır. Halbuki yüz illər boyu bu xalqlaretnik qruplar arasında ünsiyyət vasitəsi rolunu türk dili oynayıbdır.

Kitaba Ə.Şamilin Qafqazın quzeyində yaşayan, yazılı ədəbiyyatları olan noqayların, qumuqların, qaraçay malkarların (balkar), keçmiş Bessarabiyadabugünkü UkraynaMoldova respublikalarında yaşayan qaqauzların, Çin Xalq Respublikasında qalan uyğurların ədəbiyyat tarixləri haqqında yazdığı məqalələr daxil edilmişdir. Həmin məqalələrin çoxusu xarici ölkələrdə nəşr olunan jurnallarda çap olunub.

Azərbaycanla bağlı hissələrin kitabda ön sıraya çəkilməsini ədəbi əlaqələrimizin öyrənilməsi baxımından əhəmiyyətli hesab edən müəllif kitabın peşəkarlar üçün nəzərdə tutulduğunu vurğulayır və bu səbəbdən də bir çox iqtibaslar və şeirlərin olduğu kimi saxlanıldığını qeyd edir.

 

Uyğur bayatılarından bir nümunə:

Aymıdu, aylarmıdu –

Aymıdır, aylarmıdır?

Ayğa bulut daldimidu

Aya bulud gəldimi?

Yar yıraktim kəlgüce

Yar uzaqdan gəlincə,

Akkan yığatim deryamidi

Axan yaşım dəryamıdır?

 

Kitabda qeyd olunur ki, hazırda Qaqauzun quzeyində toplu halında yaşayan xalqlardan yeddisiqaraçay malkarlar (balkar), noqaylar, qumuqlar, Krım türkləri, türkmənlər (onların adını truxmenlər kimi yazırlar-Ə.Ş.), eləcə qreklər (Azərbaycanda urumlular, Gürcüstanda berzenlər adlandırılan toplum-Ə.Ş.) öz ailələrində türk dilinin müxtəlif dialektlərində danışırlar. Eyni soydan olan xalqlarda gedən ədəbi prosesləri öyrənmək sərt əngəllərə baxmayaraq, əlaqələrin necə davam etdiyini izləmək baxımından dəyərli mənbə sayılan bu kitabın ərsəyə gəlməsində ona yaxından köməklik göstərmiş insanlara müəllif öz minnətdarlığını bildirməklə yanaşı, onların adlarını da çəkməyi özünə borc sayıb. Bu baxımdan qaynaqların gətirilməsində ona yardımçı olmuş Qənimət Səfərov, bilginlərdən noqay Şagibat Suyunova, Həmid Malkonduyev, Hasan Halkoç, malkarlardan Boris Tetuyev, Burxan Berberov, Ariuka Qelayeva, qumuklardan şair Şeyit Xanım Alişeva, araşdırıcı İmperyat Xalipayeva, uyğurlardan jurnalist Rukiye Hacı, qaqauzlardan araşdırıcı-şair Todur Zanet Tudora Arnaut, özətləri ingilis dilinə tərcümə etmiş Türkay Arifqızı, rus dilinə tərcümə etmiş Afaq Ramazanova Nalilə Əbilova, Türkiyə türkcəsində yazılmış məqalələri Azərbaycan türkcəsinə çevirmiş Elmira Fikrət qızı müəllifin minnətdarlıqla adlarını çəkdiyi insanlardır.

AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuş bu kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Hüseyn İsmayılov, redaktoru, filologiya elmləri doktoru Ramiz Əskərdir.

“Bu kitabı 1920-ci illərdə Bakıda yaşamış, Vahid Türk-Tatar Dövləti qurmaq istədiklərinə görə 1937-38-ci illərdə Sovet rejimi tərəfindən şəhid edilmiş krımlı Bəkir Çobanzadəyə, özbəkistanlı Xalid Səid Xocayevə, tatarıstanlı Əziz Ubaydullinə, azərbaycanlı Əmin Abidə onların məsləkdaşlarına ithaf edirəm!” – deyən yorulmaz araşdırıcı Əli Şamil tutduğu yolun dönməz yolçusu kimi tədqiqatlarını uğurla davam etdirir.

Ensiklopediyada işləyərkənTürk xalqlarının tanınmış adamlarıqrupunun yaradılmasında fəal iştirak edən Ə.Tahirzadə ilə birlikdə həmin adda sözlük hazırlayıb nəşr etdirən Ə.Şamilin bu mövzuda yazdığı məqalələrin bir qismi 2012-ci ildə çapdan çıxmışQırım sevgisi” (Simferopol) kitabında toplanmışdır.

Ə.ŞamilinAxısqalı Xəstə Hasan” (Bakı–2012, 248 s.) kitabında hələ ata-baba yurdlarına dönə bilməyən axısqalıların, bütövlükdə oğuz türklərinin böyük aşığı Xəstə Hasanın ömür yolu, şeirləri fonunda bölgənin tarixinə, orada yaşamış soydaşlarımızın ağrı-acılarına da nəzər salınmışdır.

Sürgün olunmuş soydaşlarımızın taleyinə gənclik illərindən biganə qalmayan Əli Şamil Axısqa mühitini ətraflı öyrəndiyinə görə, onun bu sahədəki araşdırmaları 6 Beynəlxalq Konfransa hazırladığı məqalələrdə, həmçinin 10 elmi-publisistik 5 elmi məqalədə öz dolğun əksini tapmış 2 kitabın ərsəyə gəlməsinə imkan yaratmışdır.

Əli Şamilin  Tanıdığım insanlar”, – Birinci kitab, – Bakı–2000, “Dastanlaşmış ömürlər” – Bakı–2001, “Quzey Kıbrıs”, – Bakı–2000, “Burulğandan çıxmaq mümkündürmü”, – Bakı– 2001, “Aşıq İsgəndər Ağababalı” (Əzizə Şamillə birgə) – Bakı–2006 müəllif kitabları 1938-ci ildə güllələnmiş Əmin AbidinBuzlu cəhənnəmşeir toplusunun,-Bakı-1999, “Koroğlu dastanı (Əli Kamali arxivindəki variantlar). –Bakı- 2009 tərtib kitabları onun uzun illər çəkdiyi zəhmətin bəhrələridir.

Ümumiyyətlə, 10 müəllif kitabı, 6 tərtib kitabı çap olunmuş Ə.Şamilin 200-dən çox elmi məqaləsi keçmiş SSRİ-nin türk xalqları topluluqlar yaşayan respublikalarında, İran İslam Respublikasında, Kuzey Kıbrıs Türk Cümhuriyyətində, İsveçdə, Almaniyada, Albaniyada, Bosniyada, Polşada çap olunub. O, 20-yə yaxın ölkədə keçirilən 80-dan çox beynəlxalq konfransda məruzələr edib.

1995-2000-ci illərdə Azərbaycan Radiosunda ayda bir dəfə türk xalqlarının həyatından bəhs edənQonaq eldən gələrproqramını hazırlamış Ə.Şamil, 2010-cu ildən hər həftənin cümə axşamı günləri TRT “Türkiyənin səsiRadiosunun Azərbaycan İctimai Radiosunun birgə proqramı olanQorqud Ata”daTürk dünyasının məşhurlarıproqramını aparır Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda Xarici Ölkələrlə Əlaqələr bölməsinə rəhbərlik edir.

65 illik ömrünün 40 ildən çoxunu şərəfli bir işə sərf edən yorulmaz tədqiqatçı Əli Şamilə yeni-yeni uğurlar diləyirəm.

 

P.S.

 

Bu məqaləni hazırlayarkən 45 il öncə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin)  jurnalistika fakültəsi 612-ci qrupla bağlı  günlərimizi xatırladım. İlk dərs günü milli mətbuatımızın banisi H.B.Zərdabinin məzarını ziyarət etdikdən sonra auditoriyada (o zaman jurnalistika fakültəsi indiki Azərbaycan Dövlət İqtisad Universitetinin binasında, yan tərəfdəki pilləkənlərin üstündəki otaqlarda yerləşirdi (M.P.) bir-birimizlə həm müəllimlərimizlə-Nurəddin Babayev, Nəsir İmanquliyev, Mir Cəlal Paşayev, Şirməmməd Hüseynov, Qulu Xəlilov, Famil Mehdi, Nüsrət Bağırov, Aydın Əbilov, Zinyət Əlizadə ilə tanış olduğumuz günləri yada saldım. Adını çəkdiyim müəllimlərimizdən indi yalnız bir nəfərin (Allah ona can sağlığı versin), 612-ci qrupu bitirmiş 18 nəfərdən isə 12-sinin həyatda olduğunu fikirləşəndə, yadıma məşhur bir bayatının son misraları düşdü:

Dünya bir pəncərədir, hər gələn baxar gedər”.

 

Maral Poladova

 

525-ci qəzet.- 2013.- 21 iyun.- S.4.