Demokratiya və
layiq olanların hakimiyyəti (davamı)
Bizdə,
digər
xalqlarda olan kimi
Çində
dinə
bağlılıq anlayışı yoxdur, dinə sitayiş həyat hüceyrələrinə, məsamələrinə daxil
olmamışdır.
Çinlilər din əvəzinə, sitayiş etdiklərini müdriklər adlandırırlar və bu, onların gündəlik həyatını istiqamətləndirir. 1911-ci ildəki
inqilaba qədər
konfutsiçilik Çində əslində dini inamı əvəz edirdi, bu ölkədə konfutsiçilik hələ də Qərbdə xristianlığın
oynadığı
rolu oynayır.
Çinlilər hələ qədim
zamanlardan ruhən
fəlsəfə ilə qidalanmışlar, fəlsəfi
kitablar onlar
üçün beşikdəki yastıq altına
avropalıların
qoyduqları
“İliada”
və
“Odisseya”nı əvəz etmişdir. Konfutsi
və buddizm
fəlsəfələri geniş yayılmışdır və əhalinin
mənəvi həyatında, Çin
sivilizasiyasının uzun ömürlülüyündə, onların təsiri danılmazdır.
Çinlilər eyni
vaxtda bu fəlsəfi cərəyanların hər birinə hörmətlə yanaşır, gündəlik həyatda
onlardan istifadə
etməkdə elə bir çətinlik
hiss etmirlər. Belə ki, onlar mağazanı açanda gözə görünməyəni sakitləşdirmək üçün
daoistə müraciət edir, yaxın adamının ruhunun
düzgün istiqamətləndirmək tələb
olunduqda buddistin yanına
gedirlər.
Konfutsiçilik
isə cəmiyyətdə davranış kodeksi
rolunu oynayır, əhalisi
olduqca çox
olan bir ölkədə bu təlim yaşamağa tamamilə uyğunlaşmışdır.
Sonrakı
dövrlərdə Çin
imperiyasında
Konfutsi təlimi
dövlət fəlsəfəsinə çevrilmişdir.
Dinə
sitayiş
və
ibadət
olmasa da, ölkədə həm də eyni
zamanda dindar olmağın
zahiri əlamətləri mövcuddur, onlar məbədlər, rahiblər, mərasimlər kimi Qərb anlayışlarına yaxındır. Bununla
yanaşı, burada
kulta tam başqa
münasibət vardır, söhbət daha çox xahiş barədə, dialoq
barədə olan müraciətdən gedir. Görünməyən qüvvələrə münasibəti isə olduqca dünyəvi
xarakter fərqləndirir. Çində yeganə həqiqi din – bu, imperatorun, Göy oğlunun kultudur, sifəti
olmayan varlığın
bu gücü ilin mövsümlərini dəyişdirməklə yanaşı, Yer üzərində hökmdarlıq edəni qoyur. Beləliklə, yenidən kəndin ənənəsinə qayıdış müşahidə olunur. Böyük fransız
filosofu Volter
çinlilər
barədə maraqlı fikirlər söyləmişdir. Volterə görə çinlilər adətən başqa
hallarda mövcud
olan hansısa
cəhalətə və şarlatanlığa
görə özlərini məzəmmət edə bilməzlər.
Çin
dövləti dörd min il
ərzində öz
xalqını aldatmadan, onu necə idarə etmək yolunu
göstərmişdir. İdarə edənlər inanırdılar ki, həqiqət Allahına
yalanla xidmət
etmək
olmaz. Çində bir belə əsrlər boyu bütün nəcib
adamların
dini, Göyə hörmət etmək və ədalətli olmaq
idi. O, göstərir ki, Konfutsi – Kun-fu-tszı bizim
eradan 550 il
əvvəl yaşamış və özünü peyğəmbər adlandırmamışdı. O, ancaq qədim qalan
qaydaları bir
yerə toplamışdı. Bu təlim bütün adamları təhqiri bağışlamağa, hərəkətlərinə daim
fikir verməyə, dünən buraxılan səhvləri bu gün düzəltməyə çağırırdı.
Konfutsi
öyrədirdi
ki, bir
neçə adam
bir adamdan daha məlumatlı, məsələlərdən baş çıxarandır. O, təlqin
edirdi ki, “başqaları ilə özünlə necə davranmağı istədiyin
kimi hərəkət et”. O, sadəcə təvazökarlığa
deyil, həm də itaətkarlığa öyrədirdi və bütün comərdlikləri təbliğ edirdi.
Çinə və çinlilərə az qala pərəstiş qaydasında yanaşan Volter ölkəsinin
idarə edilməsindəki eybəcərliklərə isə kəskin nifrətini
bildirirdi, onları bütünlüklə məhkum
edirdi. Günəş Kral öldükdən sonra
taxta çıxan
nəticəsi, az yaşlı XV Luinin
regenti olan və
sonralar əyyaşlıqda, əxlaqsızlıqda ad çıxaran
Orlean hersoqu
özünü xalqa qənaətcil kimi
qələmə vermək üçün, idarəçiliyinə başlayan
kimi sarayın
tövləsində saxlanan
atların
sayını iki dəfə azaltdı. Bunu eşidən Volter
yazmışdı ki, yaxşı olardı ki, o, sarayın atlarının sayını ixtisar
etməkdənsə, saraydakı eşşəklərin sayını yarıbayarı azaldaydı.
Volter Fransanın
idarəçiliyinə belə sərt yanaşdığı halda, Çində mövcud olan
qaydalara böyük hörmət bəsləyirdi və buradakı dövlət imtahan
sisteminə və layiq
olanların
hakimiyyətinə vurğunluğunu gizlətmirdi.
Başqa, hətta bəzi müasir dövlətlərdən fərqli
olaraq, Çin
heç də öz
keçmişinə inkar, istehza və ifşa qaydasında yanaşmır, əksinə, nəcib ənənələrə hörmət bəsləyir. Çin
heç də şərqdəki qonşusu, adalar ölkəsi olan
Yaponiya kimi özünü dünyadan
izolyasiya olunmuş
şəkildə
saxlamamışdı. Burada həmin qonşudan fərqli
olaraq müasirliyi
feodal intizamı
ilə
birləşdirməyə cəhd
edilmir. Öz
keçmiş ənənələrini fetişləşdirməkdən, əndazədən çıxarmaqdan
da uzaqdır. Burada keçmişin yaxşı nümunələri zamanın tələbləri üçün
istifadə edilir. Son
vaxtlarda Çinin
dünya
iqtisadiyyatına
təsiri
artdıqca, əslində bu ölkə indi dünya əhalisi üçün
hər
cür
müasir
tələblərə cavab verən mallar
istehsalı və təchizatı ilə məşğul
olan qlobal emalatxana rolunu oynayır, ABŞ ilə Çin
arasında
rəqabətin gündəliyə çıxması labüddür.
Əlbəttə, Birləşmiş Ştatlar
iqtisadi, elmi, hərbi və texnoloji
nöqteyi-nəzərdən dünyanın yeganə fövqəldövləti olaraq
qalmaqdadır.
Lakin
Çinin nəfəsi ən azı iqtisadi
sahədə onun peysərində hiss
olunmaqdadır. Burada təəccüblü bir şey də yoxdur. Hələ yarım əsr bundan
əvvəl İsrailin
ilk baş naziri
David Ben-Qurion
peyğəmbərcəsinə demişdi ki, faciəli və qəhrəmanlıq tarixinə malik
olan Çin
gələcəkdə fövqəldövlət olacaqır.
Əgər tarix nəyəsə öyrədirsə, onda Çinin inkişafı Amerika üçün
həqiqətən bir çağırış təsiri
yaratmalıdır. Lakin onu
da nəzərə almaq lazımdır ki, qüdrəti solan
dövlətlər bir
qayda olaraq səhnəni nadir
hallarda döyüşsüz tərk edirlər.
Çin
iki min il bundan əvvəl
imperiyaya Tsin dövründə, imperator Şi Xuan-dinin
vaxtında
vahid mərkəzi
hakimiyyət
altında
birləşmişdi.
İmperiya
dövrü müxtəlif
qabiliyyətlərə malik
olan liderlər
görmüşdü.
Qədim Çin hərb nəzəriyyəçisi
Sun-tszının rəyinə görə liderliyin üç növü vardır: humanist
hakimiyyət, hökmranlıq və tiraniya. Humanist
hakimiyyət
həm
Vətəndə, həm də xaricdə insanların qəlblərini və zəkalarını fəth edir. Yəqin ki, xalqların əksəriyyəti, mürgüləmələrinə son qoyub, belə hakimiyyət növünü arzu edərdi.
Birləşmiş Ştatların görkəmli siyasətçisi Henri
Kissincer demişdir
ki, hansısa bir
xarici ideologiya deyil,
qədim Çin
ideologiyası aparıcı intellektual
gücə çevriləcəkdir və bu, Çin
xarici siyasətinin
dayağı olacaqdır. Onda görən Çin bütün dünyada
insanların
qəlbini
necə fəth edəcəkdir? Qədim Çin
filosoflarının sözlərinə görə, humanist
hakimiyyət
Vətəndə xalqın arzu
etdiyi modeli yaratmaqla fəaliyyətə başlamalıdır ki, bu yolla
xaricdə olan
adamları da
ilhamlandırsın.
Humanist hakimiyyət ölkənin öz xalqı tərəfindən bütünlüklə və cəmiyyətin hər bir
seqmentində açıq şəkildə hiss
olunmursa, onun
elan edilməsi
də saxta şüardan
başqa
bir şey
deyildir,
çünki o,
gerçəklikdə öz
əksini
tapmır.
Bu o deməkdir
ki, Çin öz
prioritetlərini
iqtisadi inkişafından
harmonik birliyin yaradılmasına dəyişməlidir. Belə cəmiyyət varlılarla kasıblar arasındakı bu gün mövcud olan
uçurumdan
azad olmalıdır.
Merkantil təfəkkür ənənəvi əxlaqla əvəz edilməlidir.
Bu
ölkənin
sakinlərini
düşündürən məsələlərdən biri də Çinin
dövlət quruluşunu
yorulmadan təkmilləşdirməkdir: siyasi
sistemin islahatını sakitcə, addımbaaddım aparmaqdır. Öz mədəniyyətinin qədimliyi
ilə öyünən bir ölkədə mədəni
quruculuğun
əhəmiyyətini də qiymətləndirməmək olmaz. Bütün bu vəzifələr onu göstərir ki, Çin
millətini
həqiqətən də böyük intibah
epoxası gözləyir.
Çin özünün ənənəvi
meritokratiyasına
arxalanmalıdır. Yüksək dövlət vəzifələrini
tutmaq
üçün adamlar sadəcə texniki və inzibati
uyğun
gəlmələrinə görə deyil, ləyaqətlərinə və müdriklərinə müvafiq
olaraq seçilməlidir.
Əlbəttə, Çin
dövləti
meritokratiyaya bir sistem
şəklində
yanaşdığından, onun faydalı nəticələrinin də şahidi
olurdu. Belə güman
edilir ki, ABŞ-la rəqabətdə Çin
meritokratiyası
qalib gələcəkdir.
Çin yaxşı nə varsa, onu əxz etmək və Vətəndə əlavə yaxınlaşdırmaq və təkmilləşdirmək
qabiliyyətinə də malikdir. Bu xüsusiyyət ona
iqtisadi yüksəlişdə çox
kömək etmişdir.
Demokratiya və meritokratiya – onlar dinc
yanaşı yaşaya bilərlərmi?
Demokratiya
çox sayda xalqların
can atdığı
dövlət
quruculuğudur
və özünün şübhə edilməyən üstünlüklərini dünyanın bir sıra qabaqcıl ölkələrində hərtərəfli nümayiş etdirə bilmişdir. Həqiqi
demokratik ölkələrdə xalq üçün
hakimiyyətin
təşəkkül tapması ilə yanaşı, xalq
hökumətin fəaliyyətinə ən
başlıcası, çox
vaxt birbaşa
olmasa da, real
nəzarət etmək hüququna
yiyələnir. Belə bir şəraitdə hökumət daim
xalq qarşısında məsuliyyət daşıdığını, cavabdeh
olduğunu
hiss edir və ona
görə də özünü başqa dövlətlərdə addımbaşı baş verən əllaməliklərdən qoruyur.
Lakin demokratiya pərdəsi altında əslində avtoritar
sayılmalı hakimiyyətin bərqərar olduğu ölkələrdə xalq əslində dövlətin idarə edilməsində ya bütünlüklə iştirak
etmir, yaxud
da bu iştirak
cüzi
və əhəmiyyətsiz bir əlavəyə çevrilir. Bütün seçkilər qanun
pozuntuları ilə, saxtakarlıq şəraitində keçdiyindən həmin vacib
demokratik tədbir
nəticədə xalqın iradəsini ifadə etmir, dövlətin
hakimiyyətdəki və ona yaxın olan
bir qrup adam tərəfindən idarə olunması özünü nümayiş etdirir. Ona görə də bu
qaydada seçilmiş ali dövlət vəzifəsinin, qanunvericilik
və bələdiyyə orqanlarının
legitimliyi daim
şübhə
altında
qalır. Həm də böyük rus
tarixçisi
V.O.Klyuçevski
demişkən: “Böyük ideya səfeh mühitdə bir sıra cəfəngiyyatlara çevrilir”. Buradan
belə görünür ki, demokratiya
kövrək çiçək
növü kimi müasir dünyanın heç də hər yerində çiçək
aça
bilmir. Alaq
otu isə
çox yerdə
və
sürətlə böyüyür.
Əlbəttə, nadir nümunələr istisna
olmaqla, beynəlxalq təşkilatlar
və demokratik
dövlətlər hansısa
geosiyasi və ya
iqtisadi maraqları
nəzərə alaraq, demokratiyanı pozan həmin
rejimlərlə tam
normal əlaqələrini
davam etdirir, onların ikili
sifətinə məhəl
qoymamaqla, can
atdıqları demokratik
imicini qorunub saxlanmasına şərait
yaradırlar. Yalnız “ərəb baharında” olduğu kimi, xalq ayağa qalxdıqda, etiraz çıxışları qan axıdılması ilə müşayiət olunan
tədbirlərlə yatırdıldıqda, diktatorların və ya
avtokratların
sonunun çatması qənaətinə gəldikdən sonra, onların dəstəklənməsinə son
qoyulur, həmin
xalqların
uzun illər çəkdikləri əzablara göz
yumduqları halda, bu vaxt
onların
tərəfində olduqlarını bildirirlər. Qüdrətli dövlətlər Qəddafinin
və ya
Mübarəkin necə varlandıqlarını, misli görünməmiş sərvət topladıqlarını laqeyd
seyrçi
kimi müşahidə etdikləri halda, sonradan
bu vəsaitlərin
miqyası barədə hay-küy qaldırdılar.
Müəllifliyi
Hannibala aid edilən
belə bir
mühakimə vardır: “Elə bir qala
yoxdur ki, onu
qızılla yüklənmiş eşşək
almasın”. Sərvət bəzən kənarda
olan və acgöz sayılmayan
adamların
da ayıq
gözlərini kor
edə bilir.
Digər
tərəfdən həmin ölkələrdə elə konstitusiyalar
qəbul
edilirdi ki, bu, diktatorların ayaqları altına sərilən yumşaq xalçanı xatırladırdı.
Belə
bir
şəraitdə
Mübarək, əlbəttə ki, özünü yeni
faraon adlandıra
bilərdi. Başqa ölkələrdə də konstitusiyalar
hakimiyyətin
istəyinə uyğun olaraq
lakmus kağızı kimi rəngini bir
andaca dəyişir. Vaxtilə Yuli
Sezar Rubikonu keçəndə atdığı addımın nələrə gətirib çıxardığını bildiyinə görə, yalnız özünə təsəlli vermək üçün
demişdi: “Alea
jacta est” – “Püşk
atılmışdır”. Hər gün
Rubikonu keçənlər isə heç belə təskinlik sözlərinə də ehtiyac
duymurlar,
çünki
özlərinin
cəzasız
qalacaqlarına
və heç bir sarsıntı baş verməyəcəyinə tam əminlik
tapırlar. Addımbaşı yol
verilən
qanun pozğunluqları demokratiyanın boynuna
bağlanan
dəyirman
daşı effekti
yaradır
və bunu
edənlərin dillərində adı mantra
kimi səslənən bu
quruluşun
bir daha həyata
qayıtmasına, yaşamağına
bütün ümidlər ölür.
(Ardı
var)
Telman
Orucov
525-ci
qəzet.- 2013.- 29 iyun.- S.18.