Neyləyim?
“Əsən
rüzgarın da yoxdur vəfası...”
Ala
gözlüm, səndən ayrı gecələr
Bir il
kimi uzun olur neyləyim?
Bağçamızda
qızılgüllər hər səhər
Tezdən
açır, vaxtsız solur, neyləyim?
Nərgizlərin
gözü yaşla dolanda,
Bənövşələr
baxıb qəmgin olanda,
Qərənfilin
gözü yolda qalanda
Yasəmən
saçını yolur, neyləyim?
Əsən
rüzgarın da yoxdur vəfası,
Düşmüşdür
başına özgə sevdası.
Lalənin
cırılıb qəmdən yaxası,
Saçları
pərişan olur, neyləyim?
Bəlkə
tez gələsən, əlac verəsən,
Sünbülün
saçını yığıb hörəsən,
Əlvan
çiçəkləri özün dərəsən,
Gözləri
yollarda qalır, neyləyim?
Çəkir
çiçəklərin gözü intizar,
Ayrılıqdan
betər dünyada nə var,
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır, neyləyim?
Nigar Rəfibəyli
525-ci qəzet.-
2013.- 29 yiun.- S.21.