Vilnüsdə
ermənipərəst Litva
tarixçisi tutarlı
cavablarla susduruldu
Sirr deyildir ki, Ermənistan işğal və ilhaq etdiyi Azərbaycan
ərazisində yaratdığı
oyuncaq “dövlət” qurumunun beynəlxalq səviyyədə tanınması
ilə bağlı rəzil məqsədinə
nail olmaq üçün
dəridən-qabıqdan çıxır
və bu yolda hətta ən şərəfsiz üsul və vasitələrdən istifadə
etməyi özü üçün ayıb saymır.
Bu yolda erməni təbliğat qüvvələri
və onların xaricidə fəaliyyət
göstərən havadarları həyasızcasına
tarixi uydurmalar və iftiralar yayımlayır, qara piardan istifadə edərək ictimai fikri özləri üçün əlverişli
yönümdə formalaşdırmağa
çalışır, dünyanın
müxtəlif ölkələrindəki
siyasətçiləri və
medianı heç nədən çəkinmədən
rüşvət və
digər vasitələrlə
satın alır və beləliklə həmin ölkələri
qondarma “Dağlıq Qarabağ Respublikasının”
de jure olaraq tanınması
yönümündə kökləyirlər.
Bu baxımdan erməni ekspansionistləri tərəfindən
Avropada törədilən
qara fitnə-fəsadlar
siyahısına bu ilin 14 mart tarixində daha bir biabırçı
fakt əlavə olundu. Belə ki, həmin tarixdə Litva Respublikası Seymində
12 nəfər məsuliyyətsiz
millət vəkili “Dağlıq Qarabağla parlament dostluq qrupunu” yaratdıqlarını
bəyan etdilər.
Qeyd edək
ki, bu fakt Litvadakı Azərbaycan diasporunu və Azərbaycanın bu ölkədəki səmimi
dostlarını da hiddətləndirdi
və onların qəti etirazlarına səbəb oldu. Litva parlament üzvlərinin bu cür dağıdıcı
fəaliyyətini tamamilə
zərərsizləşdirmək və üzdəniraq “Dostluq qrupunun” ləğv edilməsi məqsədi ilə Litva azərbaycanlıları cəmiyyəti
və “Litva – Azərbaycan”
Assosiasiyası tərəfindən
birgə tədbirlər
görülməyə başlandı.
Həmin tədbirlər
çərçivəsində Litva Respublikası Seyminin sədri Vidas Gedvilasa, Seymin Xarici İşlər
Komitəsinin sədri
Benediktas Yuodkaya və
Hüquq və Hüquq qaydaları komitəsinin sədri Yulyus Sabatauskasa Seymin Nizamnaməsində müvafiq dəyişikliklərin
olunması yolu ilə Parlamentlərarası
dostluq qruplarının
təsis qaydalarının
optimallaşdırılması və qanunla nəzərdə tutulmamış
“Dostluq qrupunun” ləğv olunması barədə təklif və tələblər ehtiva olunmuş rəsmi müraciətlər
ünvanlandı. Seymin
sədr müavini və Parlamentin İdarə heyətinin üzvü İrena Degutene,
Seymin Konservatorlar – xristian demokratlar fraksiyasının sədri
və Parlamentin İdarə heyətinin üzvü, keçmiş
Baş nazir Andryus Kubilyus,
Liberal Sayudis fraksiyasının
sədri, sabiq nəqliyyat naziri Eligiyus Masyulis, Seymin Xarici İşlər
komitəsinin sədr müavini, sabiq xarici işlər naziri Audronyus Ajubalis, İnsan hüquqları komitəsinin
sədr müavini
Mantas Adomenas və bir sıra digər
nüfuzlu siyasətçilərlə
görüşlər keçirilərək
məsələ ilə
bağlı müvafiq
müzakirələr aparıldı
və ilkin nəticələr əldə
edildi. Bunlarla bərabər, Litva Azərbaycanlıları
Cəmiyyəti və
“Litva – Azərbaycan” Assosiasiyası
adından kütləvi
məlumat vasitələri
ilə müxtəlif
dillərdə bəyanatlar
yayımlandı, müsahibələr
və məqalələr
dərc edildi.
Mətbuatda sözügedən
yönümdə Litva Azərbaycanlıları
Cəmiyyətinin təşəbbüsü
və dəstəyi ilə çap olunmuş yazılardan tarixçi və ictimai xadim, “Litva – Azərbaycan” Assosiasiyasının
prezidenti İmantas Melyanasın “Tarixçinin
elmi səviyyəsi və siyasətçinin vicdan saflığı haqqında fikirlər” adlı məqaləsini xüsusilə vurğulamaq
istərdik. 28 mart 2013-cü il tarixində Litvanın
www.balsas.lt xəbərlər portalında litvaca yer almış bu publikasiya ermənipərəst Litva tarixçisi
və siyasət adamı Algis Kaşetanın
“1988-1991-ci illərdə Litva və Ermənistan, eləcə də Dağlıq Qarabağ
milli azadlıq hərəkatlarının
bir-birinə oxşarlığı”
mövzusunda bu ilin mart ayında Litvanın www.delfi.lt internet qəzetində
dərc etdirdiyi analitik məqaləyə cavab olaraq hazırlanmışdır.
Qeyd edək
ki, sözügedən tarixçi
və ictimai-siyasi xadim Algis Kaşeta
1996-cı ildən indiyədək
davamlı olaraq Litva Respublikası Seyminə üzv seçilir. O, bir müddət Seymin idarə strukturlarında rəhbər
vəzifələrdə çalışıb.
A. Kaşeta 2005-ci ildə
Litva Parlamentində qondarma
erməni soyqırımının
tanınmasını təşkil
etmiş əsas şəxslərdən biridir.
Erməni xalqı qarşısında “xidmətlərə
görə” Ermənistan
Respublikasının orden
və medalları ilə təltif olunub, Fəxri Fərmanlara
layiq görülüb.
O, hazırda Seymin
Milli təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür.
Uzun illər ərzində
Litvanın Ermənistanla
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun sədri olub və indi
isə həmin qrupun sədr müavinidir. 14 mart 2013-cü il tarixində Seymdə “Dağlıq Qarabağla parlament dostluq qrupu”nu yaradanlardan biridir. Yeri gəlmişkən
qeyd edək ki, həmin Qrupa ermənilərin “haqq işinin” havadarı olaraq tanınmış daha bir Litva tarixçisi – millət vəkili Dalya Kuodite də daxildir.
Tarixçi İmantas
Melyanasın sözügedən
məqaləsində təqdim
olunan tarixi faktlar və paralellər, ictimai-siyasi tutuşdurmalar, analitik ümumiləşdirmələr və
məntiqi nəticələr
litvalı siyasətçilər
və elm adamlarının
böyük qismi tərəfindən çox
müsbət qarşılanmış,
həmçinin geniş
ictimaiyyət dairələrində
yaxşı dəyərləndirilmişdir.
Yazı ilə bağlı Litva mətbuatında
dərc olunmuş şərhlərdə, İ. Melyanasın
intellektual səviyyəsi,
geniş dünyagörüşü
və vətəndaş
cəsarəti yüksək
qiymət almışdır.
Bu məqalə litvalı
ermənipərəst tarixçi
A. Kaşetaya və Seymdə fəaliyyət göstərən “Dağlıq
Qarabağla parlament dostluq qrupu” üzvlərinə tutarlı
cavab olaraq nəticə etibarı ilə onları susdurmuşdur.
“Litva-Azərbaycan” Assosiasiyasının
prezidenti İ. Melyanasın
publikasiyasında araşdırılan
mövzuya olan geniş marağı nəzərə alaraq məqalə Litva Azərbaycanlıları
Cəmiyyətinin xətti
ilə rus dilinə tərcümə
olunmuş və 2 iyun 2013-cü il tarixində
Azərbaycanın www.day.az saytında
“Litovskiy istorik razoblaçil loj armyan i ix druzey”
başlığı altında
yerləşdirilmişdir.
Mahir
HƏMZƏYEV
Litva Azərbaycanlıları Cəmiyyətinin
sədri, Litva Respublikası
Hökuməti yanında
Milli İcmalar Şurasının
üzvü
525-ci qəzet.-
2013.- 6 iyun.