Professor Kamran Əliyevin 60 yaşı Yazıçılar Birliyində qeyd edilib

 

Azərbaycan Yazıçılar BirliyininNatəvanklubunda filologiya elmləri doktoru, professor Kamran Əliyevin 60 illik yubileyilə bağlı tədbir keçirilib. Tədbiri AYB-nin katibi, professor Arif Əmrahoğlu açıb, K.Əliyevin həyat yaradıcılığından, elmi fəaliyyətindən bəhs edib. Bildirib ki, Kamran Əliyev elmi yaradıcılığında ədəbi proseslərə ciddi diqqət yetirib: “Kamran Əliyevin elmi fəaliyyətində folklorşünaslıq, xüsusən epos yaradıcılığı məsələləri  geniş  yer tutur. Bunun əyani təsdiqiRomantizm folklor”, “Eposun poetikası: “Dədə QorqudKoroğlumonoqrafiyalarıdır. O folklor romantizmi bədii düşüncə sistemi konstekstində ilk növbədə geneloji hadisə kimi götürüb”.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnsitutunun direktoru Muxtar İmanov Kamran Əliyevlə dostluq münasibətlərindən danışıb, onun hələ tələbəlik illərindəki fəaliyyətdən, Ədəbiyyat İnstitutunda çalışdığı illərdə gördüyü işləri vurğulayıb. Alimin işlədiyi bütün mühitlərdə bir canlanma yaratdığını deyən M.İmanov Kamran Əliyev üçün maraqsız, mənasız mövzu olmadığını, romantizmdən yazan əksər araşdırmaçıların onun kitablarından bəhrələndiyini diqqətə çatdırıb: “Kamran Əliyevin romantizm problemlərinə marağı davamlıdır. OnunAzərbaycan romantizminin poetikası”, Azərbaycan rus dillərində nəşr olunanAzərbaycan romantizminin nəzəriyyəsi”, “Romantizm folklormonoqrafiyaları ədəbiyyatşünaslığımızda romantizmin xüsusiyyətləri baxımdan az öyrənilən, bəzən heç öyrənilməyən məsələlərə həsr edilib. Azərbaycan romantizminin aktual, ümumi, konseptual problemlərinin araşdırılması, təşəkkül formalaşma mənbələrinin ilk dəfə sistemləşdirilməsi, romantiklərin ədəbi-nəzəri görüşləri ilə bədii yaradıcılıqları arasındakı vəhdətin aşkarlanması, XX əsr Azərbaycan romantizm poetikasının incəliklərinin meydana çıxarılması Kamran Əliyevin adı ilə bağlıdır”.

Professor Qəzənfər Paşayev deyib: “Kamran Əliyev istənilən bir əsəri vərəqləyib, onun haqqında geniş dərin danışa bilir. Bu da ondan irəli gəlir ki, o həm elmlidir, həm öz işinə son dərəcə məhəbbətlidir. Mən Kamran Əliyevin bir ədəbiyyat tarixçisi kimi ədəbiyyatımızın ayrı-ayrı nümayəndələrinin həyat yaradıcılıqları ilə bağlı kitablarını oxumuşam. Mirzə Fətəli Axundov, Mir Mövsüm Nəvvab, Cəlil Məmmədquluzadə, Rəsul Rza, Nəbi Xəzri, Anar və başqa görkəmli ədiblər haqqında müxtəlif mətbuat orqanlarındakı məqalələri ilə tanışam. Azərbaycan tənqidinin və ədəbiyyatşünaslığının öyrənilməsində də Kamranın rolu danılmazdır. Onun ədəbi tənqidi fikrin aparıcı simalarından olan Firudun bəy Köçərli, Abbas Zamanov, Yaşar Qarayev və bir çox alimlərlə bağlı apardığı araşdırmalar ədəbi-elmi ictimaiyyət tərəfindən diqqətlə qarşılanıb. Mən bu kitabları, yazıları oxuduqca hiss etdim ki, onun öz işinə nə qədər böyük məhəbbəti var”.

Professor Nizaməddin Şəmsizadə Kamran Əliyevin Azərbaycan ədəbiyyatşünaslıq elmindəki rolundan, əsərlərinin əhəmiyyətindən danışıb: “Kamran Əliyev həm də Cavidşünas alim kimi tanınır. Onun Hüseyn Cavid haqqında yazdığı monoqrafiyaları bu sahədə davamlı mövqe tutmasının təsdiqidir. Hüseyn Cavidlə bağlı yazılarında Kamran Əliyev daha sərbəst, daha müstəqil, ən başlıcası isə daha bənzərsizdir” .

Tədbirdə iştirak edən elm və ədəbiyyat nümayəndələri də alimi 60 yaşı münasibətilə təbrik edib, onun  şəxsi keyfiyyətlərindən danışıb və yaradıcılığındakı ən mühüm nüanslardan söz açıblar.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2013.- 1 mart.- S.7.