Dərdin təzəsinə daha
tabım yox
Özümə
oxşayan vallah, babım yox.
Hardan biləydi ki, ayaqqabım yox,
Gecə səhərəcən yağan
qar zalım.
Bu nədir, elə bil qala ucalıb
Ömrümə, günümə bəla ucalıb.
Daxmamın yanında villa ucalıb,
Girir gözlərimə
dövlət, var zalım.
İlahi, təmizlik olsa da qarda.
Ehtiyac çoxunu
qoyubdu darda.
Qış ölür, əriyən
sırsıralarda,
Kəsib kələyini bu bahar zalım.
Başımı saxlayan xeyir bəsimdi,
Mənə gün ağlayan
özgə əlimdi.
Bu dünya yumşaqdı, vallah həlimdi,
Adamlar zalımdı,
adamlar zalım.
lll
Görsəniz üzümə gülmədi
bu yaz,
Görsəniz qayğıyla açıldı
sabah.
Məni
ağlamayın, toxtayın
bir az.
Məni ağlamayın, dostlar, siz Allah.
Məni
ağlasanız, ruhum inciyər,
Düz ilqar olubdur könül varınız.
Mənə hər biriniz doğma, can, ciyər,
İstəmirəm axsın göz yaşlarınız.
Nə qədər
kədərlə qaldım
üz-üzə.
Çəkmişəm neçə yol sitəm dünyadan.
Qorxuram ayılıb qoşulam sizə,
Ağlaya-ağlaya gedəm dünyadan.
lll
Səhvlər cəllad kimi durub qəsdimə.
Qızınan oldumu görən istimə.
Xatirə yağışı yağdı
üstümə.
Hər dəfə
keçəndə daş
küçələrdən.
Sevgi ocaqları qalanar gecə,
Səhərin başına dolanar gecə.
Gözlərin yaşından sulanar
gecə,
Mən keçə
bilmərəm yaş
küçələrdən.
Bir gözəl
itirdim xal yanağında.
Eşqin odu vardı al yanağında.
Bir gün gəncliyimin payız çağında,
Yığdı ayağımı yaş küçələrdən.
Bülbülün mehrindən bağda gül yaşar.
Ocaqda köz olsa, yenə kül yaşar.
Mənim
ürəyimdə bir
nisgil yaşar,
Həsrətim boylanır boş küçələrdən.
lll
Dərdimi, sərimi yada demirəm,
Çatır harayıma hövsələ,
səbir.
Elə
bil kürədən
çıxan dəmirəm,
Mənim qızmağımla, soyumağım
bir.
Nə şaxtalı qışam,
nə də sazağam,
Gül-çiçək bitirən baharam, bahar.
Mən kiçik tikəmə dərddən uzağam
Böyük tikəm olsa, mənə dərd olar.
Varımı, yoxumu alır əlimdən
Harın bəndəsini görəndə
tanrı.
Varınla öyünmə, lovğalanma
sən,
Alan da Tanrıdı, verən də Tanrı.
Elə ilahidən toxam, doymuşam,
Rahatlıq içində keçir ömür-gün.
Ömrü yaxşılığa girov qoymuşam,
Dünyadan təmiz ad aparmaq üçün.
lll
Sadəlövh deyiləm, sadə
adamam,
Sadəlövh ayrıdı, sadə ayrıdı.
Familyam hələ də “ov”da qalıbdı,
“Ov”un “ov”
dərdi var, zadə ayrıdı.
Xəncərdi, girməyib qına
dilimiz,
Daim işıq saça, yana dilimiz.
Bal kimi şirindir ana dilimiz,
Bəli, buyur ayrı, ədə ayrıdı.
Açar qucağını dərələr
selə.
Xəzəllər quş kimi uçar
qışgilə.
Adamlar ağaca oxşayır elə,
Kök, rişə
ayrıdı, gövdə
ayrıdı.
Bilirsən yığdığın harda
qalacaq.
Qaranlıq məzarda, gorda qalacaq.
Nəyim
var, nəyim yox burda qalacaq,
Doymayan göz ayrı, mədə ayrıdı.
Dostluğun, vəfanın hər sınağı var.
Şərin öz tüstüsü, öz yanığı
var.
Mənim
ürəyimdə dost sınığı
var
Sınıq ayrı şeydi, zədə ayrıdı.
Fəxrəddin Teyyub
525-ci qəzet.- 2013.- 2 mart.- S.30.