Yusif Günaydın- Nazəninlərə
ithaf
(Şeirlər)
Çoxdan, gənclik illərində bir nazənin xanıma şeir ithaf etmişdim, amma bu şeiri
ona təqdim etməyə nədənsə
cəsarətim çatmırdı. Nə düşündümsə, yazdığımı
o vaxtlar bir neçə bədii-publisistik layihə üzərində birgə
çalışdığımız rəhmətlik Xəlil Rza Ulutürkə göstərdim. Bilənlər
bilir, Xəlil bəyin yaradıcılığının
xüsusilə ilk dövrləri
üçün səciyyəvi
olan çox nəfis aşiqanə – məhəbbət lirikası
var. Xəlil bəy bu beş bəndlik
ithafı oxuyub, yəqin mənim heysiyyatıma toxunmamaq üçün, yazı haqqında rəy bildirmədən, onun adı ilə maraqlandı, soruşdu :
– Madriqal nədir?
Mən orta əsrlər Avropa poeziyasının bu janrı haqqında bildiklərimi tələm-tələsik
şair dostuma danışdım. Xəlil bəyin dodaqları xoş bir təbəssümlə
gərildi, azca pauza verib dedi
ki, gözəldi! Amma dərhal anlamadım bu xoş epitet yazdığıma aiddir, yoxsa onun sərlövhəsinə...
Ardıyca şair dedi ki, madriqaldansa, “ Nazəninlər türküsü” yaz!
İllər ötdü, indi
o uzaq çağların
madriqalından hafizəmdə
qırıq-qopuq ifadələr
qalıb yalnız...
Oxuculara,
təqdim etdiyim bu nümunələr sonradan müxtəlif illərdə
müəyyən əlamətdar
tarixlər-ad günləri,
Yeni il, Novruz bayramı, özəlliklə Qadınlar
günü münasibəti
ilə, bəzən də nazəninlərin özünün xahişi
ilə yaranıb. İlk dəfə mətbuata təqdim etdiyim bu ithaflarla
bütün nazənin
xanımları beynəlxalq
Qadınlar günü
münasibəti ilə
təbrik edirəm!
Zümrüdə
Səni
unutmaqmı olar,
Anıram,
Züzü, anıram.
Od olub, düşdün canıma,
Yanıram, Züzü, yanıram.
Son eşq, son ümid, son röya,
Sonrası – qaldı sonraya.
Tapındım ulu Tanrıya
Tanıram, Züzü, tanıram.
Bir çiçəklə bahar
olmaz,
Durğun sular axar olmaz.
Səndən də mənə
yar olmaz,
Qanıram, Züzü, qanıram...
Naznaz
Kaş birdə görəydim o gül üzünü,
Ürəyim təskinlik tapardı,
Naznaz!
İlıq qumlar üstə
düşən izini
De, hansı küləklər
apardı, Naznaz?
Çıxsam da yoluna mən dönə-dönə,
Bir də qovuşmadı kölgəm kölgənə,
Hardasan,
üz-üzə dayanaq
yenə
Ömür çox iti bir axardı, Naznaz!
Qalsın
xatirələr başlı-başına,
Bir bax yuva quran qumru
quşuna.
Mən qədəm qoysam da ömrüm qışına,
Yenə
yer üzündə bahardı, Naznaz...
Lamiyə
Bir kərə telini saldın çiyninə,
Amandı,
bir daha salma, Lamiyə!
Ən zalım gözəl də bir yol
can alar,
Rəhm
elə, yüz dəfə alma, Lamiyə!
Yaz gəlsin yurduma, gəlsin, nə gəlsin,
Süsənlər, sünbüllər çəmənə
gəlsin.
Nə
ki dərd- qəmin var, qoy mənə gəlsin,
Bir də qəm- qüssəyə dalma, Lamiyə!
Tanrıdanmı gəlib pay c
amalına,
Çox
gəzdim, tapmadım tay camalına.
Ağ duvağ yaraşar ay camalına
Gəl toyu təxirə salma, Lamiyə...
Tünzaləyə
Yaz gəldi, günəş güldü, düzən laləlik oldu,
Dan parladı, şeh
düşdü, çəmən
jaləlik oldu.
Biçarə könül inlədi
hicran ələmindən,
Yandıqca onun çarəsi
Tünzaləlik oldu!
Yenə Tünzalə üçün
Yaman ümidliyəm vüsal anına,
Sən canın, gəl vurma üstünü, Tünü!
Ruhum can
atmada daim yanına
Duy göylərdən gələn
istini, Tünü!
Nazlı-qəmzəlisən, məyər danıram,
Bir “şirin” sözündən
alovlanıram
Elə alışıram, elə
yanıram
Gör başımdan çıxan
tüstünü, Tünü!
Bu eşq müqəddəsdi,
bu eşq tanrısal,
Səni görəcəyəm, hara
qanrılsam.
Mənim
həm dinimsən, həm də tanrımsan,
Neynirəm Buddanın büstünü,
Tünü!!
Bənövşə gözlüm
Sənin
gözlərində gördüm
baharı,
Bahar elə sənsən, bənövşə gözlüm!
Tufan geri dönər sevda yolundan
Mənə sarı dönsən,
bənövşə gözlüm!
Baxıram üfüqə qızaranda
dan,
Bəlkə dan yeliylə gələ səs, sədan...
Ruhumu oxşayan, qəlbimə yatan,
Könlümdən keçənsən, bənövşə gözlüm!
Uymayıb baharın xoş
növrağına,
Mələk tək çəkildin
səma tağına
Yer üzü çevrilər
cənnət bağına
Göydən yerə ensən,
bənövşə gözlüm!
İlahə
İstedadlı müğənni İlahə
İbadovaya
Vallah bu gözəllik ilahidəndi,
Gör harda qurmusan taxtı, İlahə!
Demə bu sevdaya düşdüm nədəndi,
Bu da bir qismətdi,
baxtdı, İlahə!
Bu nalə çox qədim çağdanmı
gəlir,
Çoxdanmı ucalıb, çoxdanmı
gəlir,
Saf nəfəs, xoş avaz haqdanmı gəlir
Yalnız
haqdan gələn haqdı, İlahə!
Kimi qəhr edirsən, fələk, sən kimi,
Məzlum tapammadın deyən mən kimi.
Ceyran gözlərini süzdürən
kimi
Nur olub, qəlbimə axdı İlahə!
Heç məhəl qoymadım
ulduz falına,
Xoş ümidlə
çıxdım sevda
yoluna.
Bəlkə rəhm elədi
rəbbim quluna,
Bəlkə bəndəsinə baxdı
İlahə?
Duydum bir hikməti, anladım, aha!...
Duyan tək tapındım ulu Allaha.
Hicrində taqətim qalmadı
daha
Durma, al
canımı, vaxtdı,
İlahə!...
N.S.
Gülüm gül üzümü
məndən çevirib,
Xara meyl elədi, xar oldum, oldum.
Rindü rusvalığım tutdu aləmi
Günbəgün cahana car oldum, oldum.
Neylədim yaxına, yada, bilmədim,
Nədən ömrüm getdi bada, bilmədim.
Vüsal
şərbətindən dada bilmədim
Hicran ağusundan
zar oldum, oldum.
Yoxmuş
etibarın, a güvəndiyim,
Yetər qara geyib, göy
bələndiyim.
Məni
bəyənmədi mən
bəyəndiyim,
Neynim, özgəsinə yar oldum, oldum...
Alagöz gözəl
Qəlbimi sındırıb, əzməksə
qəsdin,
Bu qəlbim, bu da sən ala, əz, gözəl!
Sənə olmaz deyən
məsud olmasın,
Sənə hər şey olar, alagöz gözəl!
Hicran can
üzəndi, könül
qırandı,
Demirəm tab elə, ya da
döz, gözəl.
Nədən sevda yolu alatorandı,
Bəlkə sən biləsən, alagöz gözəl?
Yaz gəlib, nur saçır od
çərşənbəsi,
Mənimsə qəlbimi sarıb
buz, gözəl
Hərdən iş başına
yubansan nə qəm,
Görüşə yubanma, alagöz
gözəl!
525-ci qəzet.- 2013.- 2 mart.- S.30.