Qocalırsan deyəsən, Vaqif Bəhmənli,
qocal!
Ana itirmək
İçim
bir məbəddi... Anam içdədi –
Yatıram, qalxıram anama görə.
Ölməyə nə var ki? Ölüm heç nədi –
Ölməyə qorxuram anama görə.
Anasız
düz qəddim dönər kələfə,
bal
ömrüm çevrilər acı soğana.
Mən
ölsəm öləcək ikinci dəfə,
qatil
olacağam məni doğana!
24.06.12
Alo
Əl
atıram telefona
qurtulum
deyə təlaşdan...
– Alo,
hardasan, oğlum?
Qığıltı
gəlir o başdan:
–
Beşikdəyəm, ata, beşikdə!
... Boynumu
qısıb
at
yalmanına yatan kimi
yatıram telefona:
– Layla əmirsənmi,
bala,
anan
durubmu keşikdə?
Qığıltı
kiridir uşağı,
Genəlir
içimin göy qurşağı...
– Alo,
hardasan, oğlum?
– Məktəbdəyəm,
ata, məktəbdə...
–
Hamıya ifallı ol, bala,
məktəb böyük məktəbdi,
şagirdi var hər təbdə...
– Alo,
hardasan, oğul?
–
Bulvardayam, ata, bulvarda...
– Bulvar
açıq talvardı,
tez
qayıt evə, oğlum,
nə
itin azıb orda?!
– Alo,
hardasan, oğlum?
– Kiyevdəyəm,
ata, Kiyevdə
– Unutma,
qurban olum,
Atan
darıxır evdə,
Anan
darıxır evdə...
– Alo,
hardasan, oğlum?
– Londonda...
Moskvada...
Dünyanı
qapı-qapı
gəzib
dolaşır oğlum.
dünya
çəməndi sanki
hər
otdan bir dad alır,
yamaclar
aşır toğlum...
– Hardasan,
oğlum, harda?
–
İstanbulda, Dubayda...
Bir
gün xəbər tutaram
ya
Marsdadı, ya Ayda!
Bir səs
gələr o başdan –
ya baharda,
ya qışda:
– Alo,
hardasan, Ata?..
Əl
atar telefona
həsrət əyən baş daşım:
– Köhnə
bazardayam, bala...
Təzə
məzardayam, bala!
25.10.12
Ana yurd
Sətin
köynəyimi yumşaq bağlayıb
öpmürdü üzümdən dəqiqəbaşı.
Qoymurdu ac
qalaq,
yaşmaq
bağlayıb
müdam
qızdırırdı dolmanı, aşı.
Anam
Günəş idi,
gəzirdi
Ay tək
ehtiyat
tikəydi sevgi sinədə.
Çox
idi balası,
çəkdiyi
pay tək
israfla
bölürdü sevgisini də.
Demirəm
övladı doğdu, unutdu;
Ana
–Ayrılıqdı, ayrılıq Ana.
O bizi
özündən aralı tutdu,
qorxdu
ki, dözmərik ayrılığına.
24.06.12
Barışıq aşı
Çalışdım
qəlbinə toxunmasın qəm –
yumru
ürəyində bir tikiş yoxdu...
çünki
mən
hamıdan yaxşı bilirəm
könül sındırmaqdan sarsaq iş yoxdu...
Ömrə
dad verirsə mehribançılıq
nədən aşımıza su qatmalıyıq.
Ömrün
uzununu o verir; xaliq –
Biz xoşbəxt anları uzatmalıyıq.
Gərək
can saxlayaq candan sonraya –
Unut
incikliyi,
bəri
ver əli –
ya sən
qalacaqsan məndən sonraya,
ya mən
öləcəyəm səndən irəli...
04.11.12
Qocafəndi
Qanı
qaçmış qafil təni
qaşıyıram qocafəndi.
Köhnə-kürüş
qafiyəni
döşəyirəm qocafəndi.
Şəllənibən
qış yükünü,
tullayıban daş yükünü,
bərk
dünyanın boş yükünü
daşıyıram qocafəndi.
Yol bitdi
taa...
qalan
yeri
yaradanım dalan verib.
Köks
basıb, salam verib
baş əyirəm qocafəndi.
24.06.12
Sözlə nə işim?
Nahaqdan
verilməyib Vaqifə şair adı –
Çünki qoymuram qaça qələmdən bircə
sözü.
Tanrım
göydən kişləyir, mənəm yerdə cəlladı
–
Başını bircə-bircə üzürəm sərçə
sözün.
Bilmirəm
nə möcüzə, bilmirəm bu necə iş,
nə təhər
uşaq qaçar ana, ataya tərəf –
bir
sözün qıl boynuna baltanı endirməmiş
min
söz göndərir hakim qanlı kötüyə tərəf.
Düzdü,
bütün hallarda qatil olmaq günahdı,
Amma
neynim, təkəm, tək...
Söz gəlir
qoşun-qoşun
Cəlladda
nə günah var, hökmü verən Allahdı,
O
sözü göndərməsə mənim sözlə nə
işim?!
08.11.12
Üçbucaq
Qucağa
doğulur insan anadan,
bütün qucaqların
üç
bucağı var.
Bucaqlı
qucağı bizə tanıdan
uşaqlıq, qocalıq, gənclik çağı var!
O kimdi...
şamdanı yollarda yanır;
Gəmidən,
qatardan,
uçaqdan
düşmür.
Adam var,
toğlu tək
bəsləyir canı –
saçına dən düşür, qucaqdan düşmür.
Tarçının
sinəsi tara qucaqdı,
Ana
qucağı var,
yar
qucağı var.
Dibi dar dərələr
qara bucaqdı,
qara
torpaqların kor bucağı var.
Bucaq yoxa
çıxar;
səddini
aşıb
azalsa
doxsandan sıfıra kimi.
Azadlıq
çevrədi – lap uzaq başı
pərgarı fırladır fırfıra kimi.
Dörd
yan qan-qan deyir...
budur
dəhşəti –
bir yan
itkin düşüb,
üçü
qanlıdı.
Üçbucaq
yaylarda qatil şəhvəti,
Üçbucaq oxların ucu qanlıdı.
Bir canda
dörd cəhət birləşən deyil –
bir
yanı yel çəkir taxtalı ömrün.
Yaz,
payız, bir də yay –
üçbucaqdı
il
Qış fəsli özüməm şaxtalı
ömrün.
Cin fələk
cismimi çarmıxa dartır,
Son mismar
ruhumdu,
haqq
bəndəsiyəm.
Kamança,
saç
yolur,
tar yaxa
yırtır...
Mənsə
qoca dərdin xanəndəsiyəm!
Durnanın
üçbucaq qatarı firqət –
qürbətdi burnunun ucuna kimi.
Dördbucaq
dünyanın zatına lənət,
Adamı
çürüdür üçünə kimi,
Çürüdür
çölündən içinə kimi...
Tabutu kim yondu? Qəbri kim qazd –
Dördyolda ayrılıq, dərd bucaq olur.
Ha əlləş,
ha vuruş,artımı azdı –
üçbucaq uzağı dörd bucaq olur.
04.07.12
Fərq etməz
Vaqif Səmədoğlu üslubunda
Dalandan-dalana
keçib
yorulmaq
harda yaxşıdı –
internetdə,
yoxsa
küçədə?
Doğrudan
yalana keçib
Vurulmaq
harda yaxşıdı –
Internetdə, yoxsa küçədə?
Harda yer
tapıb durasan
canını salmayıb çətinə?
Harda
şapalaq vurasan
namərd
kəsin sifətinə –
internetdə,
yoxsa
küçədə?
Qara
başım qalacaq darda
dalımca hər söz deyirlər.
Nə fərqi
var atamı harda,
Anamı
harda söyürlər –
internetdə,
yoxsa
küçədə?
Qurbandı
doğruya can,
qardaş,
Satılmaz
haqqın tək üzü!
Harda
doğrayasan,
qardaş,
buynuz,
baş atan öküzü? –
internetdə,
yoxsa
küçədə?
Yapışma
candan beşəlli
Can piyada,
vaxt
atlıdı...
Doğulmaq
harda düşərli,
ölmək harda urvatlıdı –
internetdə,
yoxsa
küçədə?
17.06.12
Sərçə
Baxma gəzir
damında
boğur
səsini divar.
Hər sərçənin
canında
yüz
bülbülün eşqi var!
24.06.12
Can evi
Qəlbində
yuva tap, sığın;
bu
dünya evcikdi, evcik...
yetər
saraylar yapdığın,
Bu səfər
içində ev tik!
30.06.12
Nə yazardı Füzuli?
Aşsaydı
beş yüz ili
heyrətli
kəlməsi tək,
bürünsəydi deyirəm,
möcüzəli
xalata,
Dövranların
yaşıdı
bir
Bayat nəfəsi tək
gəlib
çıxsaydı bizim
qatqarışıq
həyata
nə
yazardı Füzuli?
necə
yazardı görən?
İlahi
eşqin adı
yoxdu it dəftərində,
Leyli
şərab düşkünü...
görsəydi
Məcnun susur,
Həm də
ki, iş düzəlmir
ah
çəkməklə dərindən,
görsəydi yeddi cama
yeddi
milyard qan qusur –
nə
yazardı Füzuli?
necə
yazardı görən?
Əkinlər
heç, səhra da
tutulmuş xana-xana
Məcnun
qaçmağa bir yer
bulmazdı,
ölməsəydi,
Yersiz
salama görə
bassaydılar
zindana,
rüşvətlə də canını
qurtara
bilməsəydi
nə
yazardı Füzuli,
necə
yazardı görən?
Amerkan
siqarına
bir dərin
qullab vurub
minsəydi təyyarəyə,
ya
“Mersedes” sürsəydi,
Fərqinə
varmadan heç
konyak,
ya gülab vurub,
üstünə alabaş yox,
“buldoq-muldoq” hürsəydi–
nə
yazardı Füzuli,
necə
yazardı görən?
Sonuncu diləyini
yerinə
yetirir Qərb
Kəsir
Şərqin başını
üzü
qibləyə tərəf.
Tən
hardadı, can harda...
görsəydi
çürüyüb qəlb,
kimsənin qolu qalxmır
müqəddəs
neyə tərəf –
nə
yazardı Füzuli,
necə
yazardı görən?
Görsəydi
hər ağızda
hikmətinin
dadı var,
Amma
bununla belə
ortalıqda
şər gəzir,
Füzuli
rayonunun
özü
yoxdu, adı var;
görsəydi ki, adının
üstündə
kafər gəzir –
nə
yazardı Füzuli,
necə
yazardı görən?
12.01.13
Qadın
səsi
Üzeyir
bəy,
Bethoven,
Bax,
Şubert,
Sostakoviç,
Qarayev
Qara!
İstəyirsiniz
məni
dirəyin divara,
yığışsın bağırtıma
ərəb, əcəm...
Yenə də
kainatda
ən zəngin
musiqi
qadın
səsidi deyəcəyəm!
24.06.11
Həyat
Doymuş
qadın –
köhnəlmiş
döşək kimidi...
tulla,
getsin!
Doymuş
kişi
qocalmış
eşşək kimidi...
çulla, getsin!
11.11.12
Müəllim
Deyir –
özü bilər,
nəyi kim
deyir;
hər fikir
tam deyil, bir az yarımdı.
Bir
çoxu həyata müəllim deyir,
mənim
müəllimim...
b
a l a l a r ı m d ı!
Balamdan
öyrəndim tərsə getməyi –
qır
oldu damarda rəngi qanın da,
öyrəndim təkrarən dərsə getməyi,
təkrarən öyrəndim əlifbanı da.
Məsəl
var, həmişə təzədən təzə:
hərə bir kişidi özünə görə...
Ayağın
öpdüyüm qadını bəzən
Danladım bir uşaq sözünə görə.
Qovluqlar
genəltdi dar qoltuğumu,
Getməkdən dabanım cadar bağladı.
Anladım
zəhmətin nə olduğunu –
yazmaqdan
barmağım qabar bağladı.
Anladım
atasız canda qan olmur;
əyilir,
əzilir, boğulur uşaq,
Bətnlər
boşluqdu, anadan olmur,
Atanın
gözündən doğulur uşaq...
...təlaşlar həyəcan, başa vuran qan...
Dəhliz
sirrin ayrı tayında olur!
desəm
– ata doğur uşağı, inan!
Çünki
doğuş vaxtı zar-zarıyan
analar
canının hayında olur!
Balaya əyilir
ananın qəddi,
balada
dirilir atanın cəddi –
nə
namaz, nə Quran...
cümlə
hədərdi;
ən
möhkəm atanın səbrinin həddi
bala
çöldən evə dönən qədərdi.
Sökülür
divarı, çürüyür vaxtı
Kimlər ki, güvənir qalaya görə.
Padişah
balaya tapşırır taxtı,
Rəiyyət
dilənir balaya görə!
...Deyir,
özü bilər nəyi kim deyir,
hər
fikir tam deyil,
bir
az yarımdı.
Bir
çoxu həyata müəllim deyir,
mənim
müəllimim balalarımdı!
03.11.12
Allaha
qurban olum
Bəxt
güldü; zər yetirdi –
qoydu paşa, xan
olum.
Mənə
nəzər yetirdi,
Allaha qurban olum.
Suladı
eşqi məni,
qıymadı ki, qan olum.
Sürüdən
seçdi məni –
Allaha qurban olum.
Iş
Allahın işidi,
O gətirdi
meydana.
Oğlum
yekə kişidi,
Qızım
ağbirçək ana...
Allaha qurban olum.
Dənimin
cəmi qəşəng,
gözümdə darı gülür.
Altımda
güllü döşək,
böyrümdə qarı gülür –
Allaha qurban olum.
Yanıma
düzdü nəvə –
dedi,
yanbayan olum.
Çöldən
qaytardı evə–
Allaha qurban olum.
Qaçar
ömrüm at oldu –
Çapdım ki, hər yan olum.
Düşmən
çatbaçat oldu–
Allaha
qurban olum!
23.06.12
Kişi
Dərdimiz
nə idi olsaydı, qardaş,
aşağı, yuxarı və hər yan kişi.
Lənkəran,
Balakən, Kürdəmir, Ağdaş,
Füzuli,
Gədəbəy, Naftalan... kişi
Ağzının
dovşanı çullu sayılır
ceyranı gözündən oxlayan kişi.
Dövlətli,
sərvətli, pullu sayılır –
yaxşı ki, sayılmır hər kalan–kişi!
Hiyləsi
başında, çirki döşündə
Gədə tanıyıram; adı Xankişi.
Mənə
göstər görüm, bərkə düşəndə
Haqqın
küməsini yıxmayan kişi.
Yalandı
cin kişi, xoxan kişi var –
Allaha
baxginən, qorx, dayan, kişi!
Dünyada
arvaddan qorxan kişi var,
bir də
var arvaddan qorxmayan kişi!
17.06.12
Daxili mübarizə
...doğuluş
Əzbərlədim
quş kimi
ərzin
əzəl mətnini;
Atamın
gen eşqini,
Anamın
dar bətnini
tulladım bir kənara.
...bələk
Yarıdım
döşəyimdən,
taxdım
qızıl lələyi.
Sıçradım
beşiyimdən
çıxardıb nəm bələyi
tulladım bir kənara.
...bəbək
Hərfləri
artlayıb
sözü sıxdım lumu tək
uşaqlığı çırtlayıb
günəbaxan tumu tək
tulladım bir kənara.
...gənc
Gəncliyi
çiçək bildim,
nəfəs çəkdim, meh gəldi
ilk
eşqi köynək bildim –
geyən
kimi köhnəldi...
tulladım bir kənara.
...ailə
Uçub
gəldi xanımım...
zəbt
elədi yarımı...
gördüm yeyir canımı
zalım
balalarımı
tulladım bir kənara!
...iş
Üzüm
güldü söz gülsə
Lənət
dedim pis sözə –
bir kəlmə
saxta gəlsə
büküb min xalis sözə
tulladım bir kənara.
...nəticə
Kamına
yetdi hərə,
buldular
dincliyini...
Endim dərinliklərə,
göyün genişliyini
tulladım bir kənara.
...axirət
Dedim, bu ney, bu surdu! –
can enmədi
dağından;
namərd
üzümə durdu...
yapışıb boğazından
tulladım bir kənara.
11.11.12
Qocalırsan
Doğulmuşdun
bələyə ümidi tək ellərin,
İndiki
bu halına ellər məəttəl olmuş –
Koppuş
əllərin vardı, vardı qara tellərin,
Əllərin
quru budaq, tellərin xəzəl olmuş –
Qocalırsan
deyəsən,
Vaqif Bəhmənli? –
Qocal!
Nə var ki, sənə qalan? –
yel
örtən pozuq ləpir!
Nə
durmaqdan usanıb,
nə
getməkdən bezirsən.
Ömrün
qızıl dənini nə təhər gəldi səpib
Eşələnib
sərçə tək, indi də dən gəzirsən –
Qocalırsan
deyəsən,
Vaqif Bəhmənli?
Qocal!
Bıçaq
altda dana tək bərəldərək
gözünü
Can
hayında da gördün zilqaranı, ağı da.
O
üzünə vurdular, çevirdin bu üzünü –
Min sifətli
dünyanın sənsən bir yanağı da,
Qocal,
Vaqif Bəhmənli,
Vaqif Bəhmənli, qocal!
Min yerdə
məhlə tutub, yüz yerdə ev tikdirən
bilmir
sonu çaladı, hamar düzənlik deyil.
Dərisini
dəyişib sifətini çəkdirən,
başına tük əkdirən bu dünya sənlik deyil –
Qocal Vaqif
Bəhmənli,
Vaqif Bəhmənli,
qocal!
Xəbərin olurmu heç neçə ilik, qan
ölür?
–
birini
zindan yeyir, birini sürgün ya da.
Biri ana bətnində,
biri lap cavan ölür;
Qocalıq
hər bəndəyə qismət olmur dünyada,
Qocal,
Vaqif Bəhmənli,
Vaqif Bəhmənli,
qocal!
Allahın
yaratdığı, Allahdan da bahalı,
Faciə yox olmaqdı, qocalıq xırda bir qəm.
Hələ
bax, məbəd içrə canın didilmiş xalı–
Şükr
et, ayaqlar altda şərəfsiz öl,
demirəm
Sənə
qocal deyirəm... Vaqif Bəhmənli, qocal!
10.11.12
Vaqif BƏHMƏNLİ
525-ci qəzet.-
2013.- 8 mart.- S.28-29.