Qanla suvarılan tütək
YAZIÇI ƏLİ İLDIRIMOĞLUNUN “DAŞ YAĞAN GÜN” ROMANI HAQQINDA DÜŞÜNCƏLƏR
Bədii əsərin dəyəri bəşəri ideyalara, ülvi hisslərə xidmət etməsindədir. İnsanlığı, milli-mənəvi dəyərləri təbliğ etməyən, reallıqlara, həyat hadisələrinə arxalanmayan, faktları düzgün qiymətləndirməyən hər hansı bir bədii nümunə oxucunun yalnız ötəri marağına səbəb ola bilər, insanı dərindən düşündürməz. Bədii əsər yaradıcı təxəyyülün məhsulu olsa da, o həyat hadisələrini, obyektiv gerçəkliyi, tarixi faktları inkar etməməlidir. Fikrimcə, milli olmayan insanın bəşəri olması ağlasığmazdır.
Bəşərilik millilikdən yaranır və bunu yaradıcılığa da şamil etmək olar.
Öz millətini, torpağını, dilini, dinini, tarixini sevməyən, yaradıcılığında bu dəyərləri əks etdirməyən yazıçının bəşəri ideyaları təbliğ edən sanballı əsər yazmasına, başqasının dilini, dinini, tarixini sevməsinə inanmıram. Öz millətinin ağrı-acısını duymayan özgəsinin dərdini duymaz. Özünə qiymət verməyən başqasını qiymətləndirə bilməz.
Dünyaya açıq gözlə baxan hər bir insan, yaradıcı şəxs bu qənaətdədir ki, insan öncə öz torpağının övladı olmalıdır, öz kökünə arxalanmalıdır, milli-mənəvi dəyərlərini qoruyub yaşatmalı və sonra bəşəri ideyaların daşıyıcısına çevrilməlidir.
Bu həqiqəti öz xalqını, Vətənini ürəkdən sevən insanlar daim yüksək qiymətləndirilmişlər. Ulu öndərimiz Heydər Əliyev dönə-dönə qürurla söyləmişdir: ”Mən fəxr edirəm ki, azərbaycanlıyam! Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır. Mənim ürəyim daim öz doğma Vətənim Azərbaycanla bağlı olubdur”. Azərbaycana bağlılıq, öz xalqını, Vətənini ürəyi, canı qədər sevməsi məhz Heydər Əliyevə ümumxalq məhəbbəti, dünya şöhrəti qazandırdı, onu bəşəriyyətin gözündə ucaltdı. Heydər Əliyev öz xalqını uca tutduğu, sevdiyi, öz torpağını qiymətləndirdiyi, milli-mənəvi dəyərləri yaşatdığı və öyrətdiyi, təbliğ etdiyi üçün əzizdir, bəşəridir, unudulmazdır.
Ümummilli liderimizə xas olan yüksək vətənpərvərlik, azərbaycançılıq, bəşərilik, humanizm hər bir azərbaycanlıya örnək olmalıdır. Yaradıcı insanların bu örnəyə arxalanması, milli dəyərlərimizin bəşəri ideyalar səviyyəsində təbliğ edilməsi, dilimizin, dinimizin, tariximizin bədii əsərlərdə reallıqla əks olunması bu günümüz və gələcəyimiz üçün çox vacibdir.
Azərbaycan yazıçısı özünü əgər xalqının görən gözü, döyünən ürəyi adlandırırsa, deməli, ilk öncə xalqının qayğıları ilə yaşamalı, qələmi ilə Vətəninin, torpağının keşiyində durmalı, namusunu qorumalı, millətinin səsinə səs verməli, yeri gəlsə suyunu içib çörəyini yediyi, qoynunda pərvazlandığı torpağın uğrunda canını qurban verməyə hazır olmalıdır. Əks halda, yazılan hər hansı bir əsər oxucu rəğbəti qazana bilməz, müəllifinə heç vaxt hörmət qazandırmaz. Biz bunu Əkrəm Naibovun timsalında aydın gördük və xalqın dönük yazıçıya sonsuz nifrətinin şahidi olduq. Bu, təbiidir və xalqın heysiyyatına toxunan, milli-mənəvi dəyərlərini alçaldan, vətəndaşı olduğu ölkənin, qucağında boy atdığı torpağın adına ləkə gətirən, millətinin mövqeyini düşmənə satan, elinə-obasına, dininə, dilinə, adət-ənənəsinə naxələf çıxan bir yazıçı hər cür nifrətə layiqdir. Çünki “Daş yuxular” kimi mənfur bir əsər (əgər buna əsər demək olarsa) daş qəlbli, xalqına, tarixinə, mənəviyyatına qara daş atan, əqidəsi daşlaşmış, kimlərinsə əlində oyuncağa çevrilmiş satqın bir yazıçı-Əkrəm tərəfindən yazıla bilər. Və şükürlər olsun ki, Azərbaycanda iddiası, təmənnası istedadından qat-qat yuxarıda dayanan Əkrəm kimiləri istisnadır.
Azərbaycan yazıçısı bu gün xalqla birdir. Vətənini, torpağını sevir, milli-mənəvi dəyərlərini yaşadır, keçmişini və bu gününü qiymətləndirir. Vətənpərvərlik, humanizm, tolerantlıq, reallıq, həssaslıq Azərbaycan yazıçısını səciyyələndirən başlıca xüsusiyyətlərdir. O, nadanlıqdan, satqınçılıqdan, riyakarlıqdan, təhqirdən, faktları təhrif etməkdən, usanmadan ağa qara deməkdən, kiminsə əlində alətə çevrilməkdən uzaqdır.
Yazıçı-publisist Əli İldırımoğlunun ”Daş yağan gün”romanını oxuyanda bir daha Azərbaycan yazıçısının yüksək mənəvi keyfiyyətlərinin şahidi oldum, yazıçı-vətəndaş mövqeyinin aliliyinə, sənətkarın bəşəri hisslərə arxalandığına inandım. Əli müəllimi istedadlı bir jurnalist-yazıçı kimi çoxdan tanıyıb, yaradıcılığı ilə tanış olsam da, bu romanı oxuyandan sonra Əli İldırımoğlu mənim üçün yenidən kəşf olundu, onun Vətən yanğısına, torpaq qeyrətinə, vətəndaş mövqeyinə, ağsaqqal baxışına, xalq sevgisinə heyran qaldım.
Əkrəmin “Daş yuxular”ı məni nə qədər qəzəbləndirib nifrətimə səbəb olmuşdusa, Əli müəllimin ”Daş yağan gün”romanı məni o qədər sevindirdi, qəlbimdə yazıçıya böyük rəğbət oyatdı. Hər iki əsərdə adın, fikrin, düşüncənin daşıyıcısı daş olsa da, Əli müəllimin təsvir etdiyi daş Əkrəmin daşından tamamilə fərqlidir. Ə.İldırımoğlunun mövzu seçdiyi daş ulu göylərdən yağan daşdır, nifrətin, qəzəbin, həsrətin ürəklərdə düyünləşmiş simvoludur, düşmənin başına yağan daşdır. Əkrəmin daşı isə nadan bir yazıçı tərəfindən böhtandan, yalandan yoğrulmuş, düşmən tərəfindən deyil, öz içimizdən özümüzə atılan daşdır. Əli müəllimin “daşı” canlı məxluq kimi erməni vandalizminə qarşı fəryad qoparır. Torpaqlarımızın xeyli hissəsi yağı düşmənə tapdaq olanda buna dəvə də tab gətirmir, dönüb daş olur. Əkrəmin “daşı” isə qərəzdən, xəyanətdən yoğrulmuş və müəllifi kimi məkrli, çirkin niyyətli, düşmənlərimizi sevindirən, dostlarımızda ikrah, nifrət hissi yaradan, erməniləri məmnun edən daşdır.
Bu müqayisəni aparmaqda məqsədim, ancaq yazıçıları deyil, daşları da qiymətləndirməkdir. Əli İldırımoğlu öz əsəri ilə sübut edir ki, o, öz ölkəsinin əsl vətəndaşıdır, Vətənin bir zərrəsi, bir daşıdır. Əkrəm Naibov isə göstərdi ki, o, düşmənin daşıdır, xislətində xəyanət olan bir vətəndaşdır, öz nəslinə-kökünə naxələf çıxan, heç bir yerə hörülməyə layiq olmayan yöndəmsiz bir daşdır.
Əli İldırımoğlunun “Daş yağan gün” romanı erməni millətçilərinin uzun illər boyu azərbaycanlıların, türklərin başına gətirdikləri faciələrə, bəlalara, təsviri çətin olan müsibətlərə, ağlasığmaz qəddarlıqlara həsr olunmuşdur. Əsər xalqımıza tarixən düşmən kəsilən ermənilərin iç üzünü, analoqu olmayan vəhşi hərəkətlərini, erməni şovinizminin mahiyyətini, nədən, haradan qaynaqlandığını, hansı məqsədlərə xidmət etdiyini, bu faciələrin, hadisələrin arxasında kimlərin durduğunu və nəyə hesablandığını, əsrlərlə törədilən bu bəlaların nəinki iki xalq, bəşəriyyət üçün təhlükəli olduğunu açıb göstərmək baxımından çox qiymətlidir. Əli müəllim əsərində daha çox yazıçı təxəyyülünə, mübaliğələrə, süni dekorasiyalara deyil, əsasən şahidi olduğu hadisələrə, təkzibolunmaz faktlara, tarixi həqiqətlərə istinad edir, erməni qaniçənləri tərəfindən törədilən faciələrin canlı tablosunu yaradır. “Böyük Ermənistan” xülyası ilə yaşayıb əsrlərlə erməni xalqını düşmənçiliyə, ədavətə, qətllərə, soyqırımlarına təhrik edən erməni ideoloqlarının çirkin əməlləri romanda kəskin ifşa edilir. Müəllif erməni millətçilərinin pozulmuş əxlaqının nələrə qadir olduğunu və ən dəhşətli faciələr törətdiyini, bu şovinizmin bütün bəşəriyyət üçün qorxulu bir bəlaya çevrildiyini nəzərə çatdırmaqla bərabər, həm də dünya siyasətçilərini belə təhlükələrə qarşı amansız olmağa, haqqı-ədaləti bərqərar etməyə çağırır. O, həyəcan təbili çalaraq göstərmək istəyir ki, millətçilik, qaniçənlik, başqalarının torpağına göz dikmək, yaltaqlıq, riyakarlıq, oğurluq xisləti ermənilərin qanındadır, genindədir, əxlaqlarının kökündədir.
Əsərdə müəllif öz obyektivlik ənənəsinə sadiq qalaraq bütün erməni xalqını deyil, ayrı-ayrı erməni rəhbərlərini, siyasətçilərini, ziyalılarını faşist, qatı millətçi, insanlığın düşməni kimi qələmə verir, ancaq sadə, zəhmətkeş ermənilərə haqq qazandırır. O, əməlləri xoş xatirələrdə yaşayan Hovanes Tumanyanları, Qrant Matevosyanları, Sayat Novaları, Armen Cıgərxanyanları... səmimiyyətlə qeyd edir, amma erməni xalqını bəd əməllərə sövq edən Zorri Balayanları, Robert Koçaryanları, Silva Kapitukyanları, Serj Sarkisiyanları, Aqambekyanları nifrətlə lənətləyir.
Əsər fəlsəfi, siyasi-ictimai, əxlaqi yükünə görə samballıdır, bəşəri dəyərlərə söykəndiyinə və insani keyfiyyətləri təbliğ etdiyinə, tarixi həqiqətlərin aydın mənzərəsini canlandırdığına görə dəyərlidir. Əli İldırımoğlu millətçi ermənilərin əli ilə sağalmaz dərdə mübtəla olmuş, məşəqqətli həyat sürən Nəcəfin taleyi fonunda erməni nakəslərinin iç üzünü açır, şovinizmi kəskin tənqid edir, millətləri və xalqları millətçiliyə təhrik edənləri nifrətlə damğalayır.
Nəcəf ermənilərin əli ilə doğma kəndi yandırılıb xarabazarlığa çevrilən, atası, anası, iki qardaşı, altı bacısı, qohum-əqrabası vəhşicəsinə qətlə yetirilən bir azərbaycanlıdır. Əmisi Mikayıl qundaqda olan Nəcəfi qoltuğuna alıb ölümün cəngindən xilas edir. Ölümdən qurtarılan bu körpənin sonrakı həyatı da məşəqqətli keçir. O, əmisinin qoyunlarını otarır, çobanlıq edir. Bəzən günlərlə ac-susuz qalır, soyuq havada gecələyir, təhqir və təqiblərlə üzləşir. Buna baxmayaraq, Nəcəf qəlbində bir Vətən yanğısı, doğma el məhəbbəti yaşadır. O, hər gün, hər an ermənilər tərəfindən yandırılmış, sakinləri didərgin salınmış Köhnə Həsənlini xatırlayır, əzizlərinin faciəsinə yas tutur, öz dərdini qanla suvarılmış tütəyinin dili ilə aləmə car çəkir. Ata-anasının, bacı-qardaşlarının ermənilər tərəfindən işgəncə ilə öldürüldüyünü ürək ağrısı ilə xatırlayaraq daim göz yaşı axıdır. “Mənim atam-anam, bacı-qardaşlarım öləndə nə ağlayanları olub, nə də yas tutanları. Çünkı onlar öz əcəlləri ilə yox, namərd ermənilərin əli ilə urvatsız ölüblər. Qəbirlərinin yeri də bilinmir ki, hərdən onların dəfn olunduğu torpağı ziyarət edim”- deyən Nəcəf nə qədər əziyyət çəksə də, həyata bağlıdır, insanları sevir, təmiz qəlblidir, vicdanlıdır, namusludur, torpağının vurğunudur. O, erməni millətinə heç də düşmən gözü ilə baxmır. Ancaq erməni millətçilərinə, erməni faşizminə sonsuz nifrət bəsləyir. Yaylaqda ermənilərlə bir yerdə qoyun otarır, çay içir, çörək yeyir. Təmiz ürəkli olduğu üçün Nəcəf onunla yoldaşlıq edən ermənilərin xəyanətinə inanmır, onlara etibar edir, buna baxmayaraq, məqamı gələndə Arsen adlı zabit tərəfindən namərdcəsinə öldürülür.
Nəcəf xarakterik bir obrazdır. O, hərəkətləri, söhbətləri, duyğuları, düşüncələri, arzuları ilə oxucunu cəlb edir və onu düşündürür. Millətini, torpağını sevəndir, qətiyyətli olduğu qədər də sadədir, mehribandır, namusludur. Şəxsiyyətini, elinin-obasının mənafeyini canından əziz tutan bir insandır. Məhz buna görə də o, dağbəyi Andranik Poqosyanın çirkin əməllərini, təhqiredici sözlərini həzm edə bilmir, onu qətlə yetirir.
Nəcəf əsgəri xidmətdə olarkən
komandiri Arsenin həyat yoldaşı Qretaya ermənilərin
onun ailəsinin başına gətirdikləri müsibətləri
söyləsə də, millətçilərə kəskin
nifrətini bildirsə də,
Qretanın onunla intim yaxınlıq etməsindən boyun
qaçırır və bunu özünə rəva bilmir. “ Mən bu evdə çörək kəsmişəm,
müsəlmançılıqda çörəyə xəyanət
olmaz” deyə erməni xanımını fikrindən
daşındırır. Nəcəf belə bir
nəcib hərəkəti ilə mənsub olduğu millətin
əxlaqını, namusunu, qeyrətini ucalığa
qaldırır. Nəcəf ona
yaxınlıq edən komandiri Arsenin onu arxadan
vuracağını heç vaxt ağlına gətirmir.
Ancaq- “Arsen,
müsəlman gədəsi ilə etdiyin
yaxınlıqdan ruhum halıdı! Ona görə sənə
nifrət edirəm! Eşit, agah ol ki, ermənilərin cənnətə
gedən yolu türk meyitinin üstündən keçir! Əli
türk qanına bulanmayan erməniyə Andranikin uyuduğu cənnətdə
yer yoxdu! Mən burada özümü yaxşı hiss edirəm.
Çünki tökdüyüm
müsəlman qanının ləkəsi saxladığınız soyxamdan
getməyib, Arsen!...” – Beləliklə, babası Manukun ruhu Arseni yolundan
döndərir, onu rahat buraxmır, türklərin düşmən
obrazını, erməni ruhlarının qisas dolu
çağırışlarını hər an onun gözləri
önündə canlandırır və nəticədə
Arsen bir türk qatilinə çevrilir, vəhşi kimi tərbiyələnir
və əvvəllər hörmətlə
yanaşdığı Nəcəfi bir gecə namərdcəsinə
arxadan vurur.
Türklərə, azərbaycanlılara nifrət ermənilərin
qanındadır, anadangəlmədir. Yazıçı Əli
İldırımoğlu bu qaniçənlik xislətini erməni
Andranik Poqosyanın timsalında canlı boyalarla təsvir etməyə
müvəffəq olmuşdur. Andranik
Poqosyan türklərin və azərbaycanlıların qatili
Andranikin adını daşıdığı
üçün fəxr edir və bütün hərəkətlərində
ona oxşamağa çalışır. O, millətçi
olduğu qədər də şərəfsizdir, yaltaqdır,
pulagirdir, alçaqdır. Harada oturub-durursa,
“Türklərin kökünü yer üzündən kəsmək
lazımdır, türkü görəndə kefim korlanır.
Ondan uzaq durun. Bacarsanız girəvəyə
salıb başını əzin”,- deyən
Andranik işi düşəndə azərbaycanlılara – kirvə,
kirvə – deyib yazıqlaşır, yaltaqlanır.
Tələbə
qızının müəlliminə, yəhudi əsilli
professor, qoca Solomon Betkerə qeyri-qanuni
ərə getməsini özü üçün şərəf
sayır, qızını ata-babası kimi uzaqgörən adlandırıb tərifləyir,
qoca professorun var-dövlətini, şöhrətini ləyaqətindən,
namusundan üstün tutur. “Başımın tükü qədər
türk qırmışam. Yenə ürəyim soyumur. Əlimə
girəvə düşsə hamısının boynunu daldan kəsərəm”
– deyən Andranikin timsalında yazıçı erməni
millətçilərinin insanlığa xas olmayan mənfur
xislətini açıb göstərir. Andranikə cavab olaraq
gürcü Çeburdanidzenin dili ilə bunu milli faciə,
milli bədbəxtlik adlandırır. Solomon Betker də
qaynatası Andranikə münasibətdə bu fikirdədir,
onun millətçi düşüncələrini rədd
edir, gürcü Çeburdanidzə kimi o da azərbaycanlıları
xeyirxah, mehriban, əməksevər insanlar kimi təqdim edir.
Əsərdə
yadda qalan xarakterik obrazlardan biri də erməni qızı
Qretadır. Millətçi ata-babalarından fərqli olaraq o,
uzaqgörəndir, insani xüsusiyyətlərə malikdir. Əslən
bakılı olan Qretanın atası azərbaycanlıdır.
Atasının azərbaycanlı olması onun və
anasının başına min bir müsibət gətirir. Ermənilər
Qretanın anasının-erməni əsilli bir qızın azərbaycanlıya
ərə getməsini xəyanət hesab edir, qadını lənətləyirlər.
Son məqamda isə həyat yoldaşı Əjdəri zəhərləyib
öldürürlər. Sonra
ermənilər ailəni Bakıdan Ermənistana
köçürürlər. Burada da Qreta və anası təhqir
və təqiblərə məruz qalırlar. Nəhayət, gənc
qız Tibb Universitetini
qurtarıb Arsen adlı erməni hərbçiyə ərə
gedir. Qəlbində azərbaycanlılara məhəbbət, ermənilərə nifrət bəsləyən
bu gənc qadının sonrakı taleyi də acınacaqlı
olur. O, hər an, hər saat erməni
millətçilərinin, Arsenin qohumlarının antitürk
söhbətləri, hərəkətləri ilə
üz-üzə gəlir. Bu danışıqlar onu bezdirir,
öz millətinə nifrətini birə-min artırır. Elə
buna görə də Qreta Arsenə, onun nəslinə nifrət
bəsləyir. Ermənidən uşaq doğmaq istəmir.
Arsen tərəfindən qonaq dəvət edilən Nəcəfi
görəndə və ondan erməni millətçiləri
tərəfindən ata-anasının,
bacı-qardaşlarının
öldürüldüyünü, kəndlərinin
xarabalığa çevrildiyini eşidəndə Qreta bir daha sarsılır, gənc əsgərin qəlbinin
nisgilini, nifrətini diqqətlə dinləyir, ermənilərə
nifrətdə Nəcəflə həmfikir olduğunu dilə
gətirir və öz ürəyini ona açır. Qreta
deyir: “Bizim ailələrdə uşaqları tifillikdən
başa salıb inandırırlar ki, ata-babalarımızı
türklər qırıb. Əli türk qanına batmayan əsl
erməni ola bilməz. Ona görə də mən uşaq
doğmaq istəmirəm. İstəmirəm ki, süd verdiyim
uşaq böyüyəndə quldur, cəllad, qaniçən,
şəhər və kəndləri xarabazarlığa
çevirən vəhşi bir məxluq olsun”. Çox təsirli
və düşündürücü sözlərdir.
Yazıçı bu kəlmələri Qretanın dilindən
səsləndirməklə sadə ermənilərin millətçilərin
əlindən nələr çəkdiyini, hansı hisslərlə
yaşadıqlarını göstərir. Həm də erməni
xalqını düz yol seçməyə, düşmənçiliyə,
qəddarlığa son qoymağa çağırır. Əli
İldırımoğlu bu qənaətdədir ki, nə qədər
erməni millətçiləri öz məkrli niyyətlərindən
əl çəkməyib, Nəcəflərin, Qretaların,
milyonlarla azərbaycanlı və erməninin taleyi qara gələcək,
andraniklərin, aqambekyanların, köçəryanların,
silvaların, zorrilərin, serjlərin sayı artacaq və
insanlar daim qorxu-təlaş içərisində yaşayacaqlar.
Əsrlərlə qonşuluq edən bu xalqların nicat yolu,
xoş gələcəyi erməni millətçilərinin dəf
edilməsindən, ədavətin aradan
qaldırılmasından, bəşəri duyğulara,
düşüncələrə, fikirlərə sahib olmaqdan
keçir.
Əli
İldırımoğlunun əsərində belə bir epizod
diqqətimi xüsusilə cəlb etdi. “Nəcəfin ona
baş çəkməyə gələn yeddi yaşlı
dostu qoyun sürüsünə yaxınlaşanda çoban
itləri ilə rastlaşıb vahimələnir və
qaçmaq istəyir. Bunu görən Nəcəf – Qorxma!
Qorxma! – deyib dostuna ürək-dirək verir və əlavə
edir ki, arxayın ol, mənim itlərim heç vaxt
arvad-uşağa toxunmaz. Nəinki mənimki, kənddəki
itlər də arvad-uşağı qapmır. Qapsa, heyləsini bircə gün də
qapıda saxlamazlar, aparıb azdırarlar”. Bunu oxuyanda
Xocalıda ermənilərin al qana boyadığı
qadınların, körpə uşaqların görünməmiş
vəhşiliklə qətlə yetirilməsi kino lenti kimi gəlib
durdu gözlərimin qabağında və öz-özünə
düşündüm: İlahi, it itliyi ilə
arvad-uşağa dəyib
toxunmur. Robert Köçaryan, Serj Sarkisyan isə hamilə
qadınların, tifil körpələrin ermənilərin
süngüsünə keçirilməsindən qürur duyur
və usanıb xəcalət çəkmədən bu bəd əməlləri ilə
fəxr etdiklərini dünyaya car çəkirlər.
Bax, budur erməni xisləti, erməni
əxlaqı....
“Millətçiliyi,
erməni şovinizmini lənətləmək, onun törətdiyi
bəlaları, vurduğu yaraları açıb göstərmək,
hər iki xalqın bu fəlakətlərdən nələr
çəkdiyini, hansı taleləri
yaşadıqlarını
insanlara, bəşəriyyətə bəyan etmək,
bunun baş verməməsi üçün dünyanı silkələyib
ayağa qaldırmaq, sinəsinə dağ-düyün çəkilmiş
gözüyaşlı anaların, bacıların,
günahsız körpələrin fəryadlarını
eşitməmək üçün siysətçiləri,
ölkə rəhbərlərini sülhə, haqqa-ədalətə
səsləmək...” “Daş yağan gün” romanının əsas
qayəsidir. Bu çağırış Əli
İldırımoğlunun vətəndaşlıq borcudur,
öz xalqına, torpağına, insanlığa məhəbbətindən,
gələcək nəsillərin xoşbəxt yaşamaq istəyindən
irəli gələn bəşəri bir borc...
Əsər
yazıçı-vətəndaş mövqeyinin parlaq ifadəsi
kimi dəyərləndirilməyə layiqdir. Əli müəllim
bu romanı ilə ömrünün ağsaqqal, ahıl
vaxtında özünün Vətən sevgisinə, xalq məhəbbətinə,
torpaq təəssübkeşliyinə əbədi bir heykəl
ucaltmışdır.
Tahir Rzayev,
Milli Məclisin deputatı
525-ci qəzet.- 2013.-
13 mart.- S.7.