Aluendən Ağdama....
Hər kəsə
doğulduğu, boya-başa
çatdığı torpaq
daha əziz, daha şirindi. Yaşa
dolduqca hər birimizdə bu hisslər bir qədərdə qabarıq
şəkildə özünü
göstərir...
Ağdamda isə sözlə ifadəsi mümkün olmayan əlamətlər
lap çox idi. Dostluğu, bacarığı,
fərasətliyi, səmimiliyi
ilə seçilən
şəhər sakinləri
daimi birincilik arzusuyla yaşayırdı.
Hətta düşmənçilik
edəndə fərqlənirdi
Ağdam...
Şuşa Ağdam üçün
İÇƏRİŞƏHƏR qədər
əziz idisə, Qarabağda AZƏRBAYCAN üçün
İÇƏRİŞƏHƏR kimi əziz bir yerdir...
Elmi mənbələri
araşdırdıqda, habelə
tarixin dərin qatlarına baş vurmaq istədikdə Ağdama, Şuşaya, Qarabağımıza olan qısqanclıq hissinin haradan qaynaqlandığını
görmək olar. İlahi
bu torpağa elə bir əsrarəngiz
gözəllik vermişdi
ki, onu hamı
görmək və duymaq eşqilə yaşayırdı...
Tarixçilərimizin Qarabağda apardıqları araşdırmalardan
belə qənaətə
gəlmək olar ki, bu ərazilər
dünyada ən qədim yaşayış
məskənlərindən biri olub...
Zaman gələcək Ağdamda,
Qarabağda Azıx mağarasına bərabər
tutula biləcək onlarca zəngin mədəniyyət abidələri
aşkar ediləcək.
Buna heç şübhəmdə
yoxdur...
İslamdan əvvəl ərazilərdə
hökm sürmüş
atəşpərəstlik, o cümlədən xristianlıq
bu ərazilərdə
yaşayan əhalinin yaşam tərzinə öz təsiri göstəməsi
bir fakt olaraq qalır...
Beləliklə, bu yazının əsas qayəsi Ağdam şəhərinin
salınması ilə
bağlıdır. Şəhərin
salınması bəzi
mənbələrdə 1741-ci il, bəzən isə 1752-ci il qeyd
olunur. Ağdamın, xüsusəndə
Qarabağ xanlığının yaranma dövründə çəkisinin
artdığı göstərilir. O da faktdır ki, xanlığın inkişafı
dövründə Ağdamın
xüsusi çəkisi
yüksəlişə doğru
gedirdi. Çar Rusiyasının əsarəti dövründə
isə şəhər
bilavasitə ticarət
mərkəzi kimi inkişaf etməyə başladı. Buna həmdə
şəhərin yerləşdiyi
coğrafi ərazidə imkan
verirdi. İstər yayda, istərsə də qışda tacirlərin şəhərə
gəlişində problem yaşanmırdı.
Çar Rusiyası əraziyə sakitlik gətirsədə, Yuli Sezarın “parçala hökm sür” ideyasını əldə
rəhbər tuturdular.
İmperiya qüvvələrinin, xüsusi ilə Qafqazda yaşayan xalqlar arasına düşmənçilik toxumunun
səpməsi XX əsrin
əvvəllərində münaqişələrin
artmasına səbəb
oldu. Regionda əhalinin yaşayış
səviyyəsi dözülməz həddə çatdı...
Bundan xeyli əvvəl, yəni 1835-ci ildə
Alban kilsəsinin ləğvi,
həmin illərdə
İran, Suriya və Türkiyədən
yüzlərcə erməni
ailəsinin məqsədli
şəkildə Qarabağa
köçürülməsi, yerli alban tayfalarının
erməniləşdirilməsinə təkan verdi. Qarabağın dağlıq zonasında
yaşayan albanlar süni şəkildə erməniləşdirildi. Bu
gün Qarabaga erməniləşmiş albanların
antrpoloji görkəmi
Ermənistanda yaşayanlardan
ciddi şəkildə
fərqlənir. Albanları erməniləşdirməklə
Çar Rusiyası regionda erməni əhalisinin sayını artırmaq istəyirdi.
Ermənilərdə Çar Rusiyasının
onların üzərlərinə
qoyduqları missiyanı
çox ustalıqla yerinə yetirir, gələcəkdə üzləşə
biləcəkləri acınacaqlı
vəziyyəti belə
göz önünə
gətirmək istəmirdilər.
Özünü humanist göstərməyə
çalışan Çar
Rusiyası ermənilər
vasitəsi ilə yerli xalqlara, əsasən, müsəlmanlara
təzyiq göstərməyə
çalışır və
bunun üçün
az qala
min oyundan çıxırdılar...
İnanmıram ki, yerli erməniləşdirilmiş
alban əhalisi müharibə dövründə
öz xoşlarına
qarşı tərəfə
güllə atmış
olsunlar. Onlar məhz bu günə
qədər Ermənistandan
gələn “silahlı
ziyalıların” təhriki
ilə bu addımı atırlar...
Qayıdaq şəhərin salınmasına...
Azərbaycan ərazisində dövlətin
formalaşmağa başladığı
bir dövrdə, yəni eramızdan əvvəl V-IV əsrlərdən
Ağdam ərazisində
alban tayfalarından biri olan Qarqarlar
məskən salmışdı. Qədim yunan
və roma müəlliflərinin əsərlərində
qarqarların özünəməxsus
dilləri olduğu deyilir. Mənbələrdə göstərilir ki,
onların danışığında
özünəməxsus boğaz
səsləri var idi. Professor Rəşid
Göyüşovun araşdırmalarında
qeyd olunur ki, Qafqaz Albaniyasının
26 tayfasından biri olan Qarqarlar qisməndə olsa digər tayfa və qəbilələrdən
seçilirmiş. Məhz
bu dövrdə VII əsrdə yaşamış
Alban tarixçisi Moisey
Kalankaytuklu özünün
“Avqan tarixi” əsərində göstərirdiki,
Aluen (bəzən Aquen də deyilir,
indiki Ağdam ərazisi, o dövrdə Aluen adlanırmış V.T.) Alban çarlarının
yay iqamətgahı idi. Tarixdə məhşur hadisələrdə
biri olan Aluen yığıncağı
488-ci il may ayının 13-də keçirildiyi
deyilir.
R. Göyüşovun tədqiqatında
göstərir ki,
1958-ci ildə Alban hökmdarlarının
birinin qəbri olan möhtəşəm
məbədin qalığı
da məhz Ağdam ərazisindəki
Sofulu kəndində olan Govurqalada aşkar edilmişdi...
Şəhərin strateji cəhətdən yerləşdiyi ərazi ticarət yolunun üzərində olması
burada müxtəlif sənətkarlıq sahələrinin
yaranmasına şərait
yaratmışdı. Bundan sonra tarixi mənbələrdə Azərbaycanın
ərəblər tərəfindən
işğalı zamanı
xilafət qoşunlarına qarşı ciddi müqavimətin göstərdiyi ərazilərdən
biri məhz adıçəkilən regionun
olduğu qeyd olunur. Adıçəkilən ərazi
islam dinini qəbul edən əraziləndən ən
sonuncusu idi. Bu fikirləri də R. Göyüşov
tədqiqatında bir
daha təsdiq edir...
Tarixi mənbələrdə
üç məqama daha çox diqqət yetirilir. Xarəzmşah
Məhəmmədin oğlu
Cəlaləddinin dağınıq
vəziyyətdə olan
ordusu XIII əsrdə Ağdam
ərazisində məskən
saldığı deyilir.
İkinci məqam Əmir Teymurun Ankara döyüşündə Sultan Bəyazidə qalib gəldikdən sonra, təxminən 1402-ci ildə, iki il ərzində Ağdam ərazisində dayanmaqla qoşunlarına istirahət verməsi göstərilir. Üçüncü
məqama isə Ağdamda nəşr olunan “Lenin yolu” qəzetində rast gəldik. Qəzetin arxivində diqqətimizi tarix
elmləri namizədi Nəriman Babayevin “Tarixi keçmişimizdən”
adlı məqaləsi çəkdi. Müəllif qeyd edirdi ki, “Azərbaycan
SSR Elmlər Akademiyası
Böyük Britaniya muzeyindən fars dilində yazılmış “Əfzələd
tovarix” əsərinin
mikrofilmini almışdır. Əsərin müəllifi Fəzli
İsfahanidir. O, uşaqlıq
və gənclik illərini Qarabağda keçirmiş, Bərdə
və Arran hakimi Peykər xanın xidmətində olmuşdur. F.İsfahani Arran Bərdə,
Ağdam, Qəbələ
və başqa yerlər haqqında maraqlı məlumatlar verdiyi bu əsərini
1617-ci ildə qələmə
almışdır. Məqalə müəllifi qeyd edir ki, tariximizin
müəyyən bir dövrünü əhatə
edən həmin əsərin yeganə əl yazması hazırda İngiltərədə
Kral muzeyində saxlanılır. I şah Təhmasibin
(1524-1576) hakimiyyəti dövründən
bəhs edən həmin əsər Azərbaycan tarixinin öyrənilməsi baxımından
qiymətli sayıla bilər. Müəllif göstərir ki,
1549-cu ildə Bərdə
şəhəri yenidən
bərpa olunmu, şəhərdə bir neçə karvansara, hamam, bazar tikilmiş
və bağ salınmışdır. F.İsfahani
əsərində xidməti
vəzifəsi ilə
əlaqədar dəfələrlə
həmin dövrdə
Ağdamda olduğunu qeyd edir...
Göründüyü kimi, şəhərin salınma tarixi çox-çox uzaqlara,
XIII əsrdən də
xeyli əvvələ
gedir. Ancaq biz nədənsə şəhərimizin
yaşını bilərəkdənmi
ya yox azaltmağa meylliyik. Şəhərin tarixinin Qarabağ
xanlığının yaranması
ilə əlaqələndirmək
düzgün olmazdı.
Nəzərə alaq ki, Pənahəli xan İmarəti inşa etdirmək üçün
torpaq sahəsini məhz Agdamda yaşayan tanınmış seyidlərdən
aldığı deyilir.
Demək yaşayış məntəqəsi
kimi Ağdam artıq var idi. Odur ki,
şəhərin salınma
tarixinin 1741-ci il göstərilməsi deməklə, biz ən böyük yanlışlığa yol
veririk.
Bu istiqamətdə apardığımız
təhlillər göstərir
ki, şəhərin salınması ilə baglı məqamın, o cümlədən Aluen adının
Ağdam adlandırılmasının
tarixinin ciddi şəkildə araşdırılmasına
ehtiyac vardır...
Yalnız o dəqiqdir ki, şəhər statusu Ağdama 1828-ci ildə verilmişdir. Belə ki, 1974-cü ildə Moskva şəhərində
SSRİ Ali Sovetinin nəşriyyatında
çap edilmiş
“SSRİ-nin inzibati ərazi bölgüsü”
kitabındakı məlumatda
göstərilir ki, yaşayış məntəqəsi
kimi Ağdama rəsmən
1828-ci ildə
şəhər statusunun
verilməsi təsdiq edilmişdir...
Son olaraq belə
qənaətə gələ
bilərik ki, 185 yaşlı AĞDAM ŞƏHƏRİnin
iki minillik tarixi vardır. Qalır
sadəcə onun erməniləşmiş albanlardan
deyil, məhz erməni silahlılarından
azad etmək və
zəngin tarixi daha dərindən tədqiq etmək...
Vüqar Tofiqli
525-ci qəzet.- 2013.- 13 mart.- S.2.