"XII-XV əsrlərdə Azərbaycanın
mənəvi mədəniyyəti” kitabının təqdimatı
keçirilib
Bakı
Slavyan Universitetində (BSU) Əsgər Əhmədin “XII-XV əsrlərdə
Azərbaycanın mənəvi mədəniyyəti” adlı
monoqrafiyasının təqdimatı olub.
Kulis.Az-ın
verdiyi məlumata görə tədbirdə
çıxış edən müəllif kitabın Azərbaycan
tarixinin hadisələrlə zəngin, ziddiyyətli bir
dövrü olan XII-XV əsrlərin mənəvi mədəniyyət
məsələlərinin tarixi-etnoqrafik
araşdırılmasına həsr olunduğunu bildirib:
“Monoqrafiyanın yazılmasında əsas məqsəd Azxərbaycan
xalqının XII-XV əsrlərdəki mənəvi həyatının
xarakterik xüsusiyyətlərini araşdırmaq, mənəvi
həyatda baş verən təkamülü izləmək, eləcə
də mənəvi mədəniyyətin əsas inkişaf
meyllərini və istiqamətlərini müəyyənləşdirməklə
onu tarixi-etnoqrafik baxımdan tədqiq etməkdir”.
Tədbirdə
çıxış edən Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin professoru Niyazi Mehdi
monoqrafiyanı dəyərli araşdırma kimi hamının
oxumasını məsləhət bilib.
BSU-nun
ədəbiyyat kafedrasının müdiri Rüstəm Kamal
isə kitabda informativ məlumatların çoxluğunu qeyd
edib.
Ceyhun Abasov
525-ci qəzet.- 2013.- 14 mart.- S.2