Ziqlinde Hartman: “Mən hər il Azərbaycana böyük həvəslə gəlirəm”  

 

Almanların dəqiq millət olduğu özləri ilə səmimi  söhbət əsnasında da dəqiqliklə hiss olunur. Əlbəttə, sözdə işdə dəqiqlik hamı üçün birmənalı məsələdir.

Görüş üçün təyin etdiyimiz mehmanxananın qarşısında saatın əqrəblərinin 12 üzərində qərarlaşmasını gözləyirdim. Belə etdim. Vaxt tamam oldu. Mehmanxanaya daxil olaraq resepşına yaxınlaşdım. Mehmanxana nümayəndəsi ilə söhbət zamanı məlum oldu ki,  ünvanı səhv salmışam. Daha dəqiq desək, həmin mehmanxananın “28 may” ünvanında da binası var. qədər geciksəm əlavə vaxt itirmədən yola düşdüm. İçəri Şəhərmetrosu ilə “28 may” arasında məsafə o qədər uzun deyil. Axır ki, yarım saat gecikmə ilə ünvan yerinə gəlib çata bildim. Qonaqlarla görüşüb onları məlum səbəblərə görə gözlətdiyim üçün üzr istədim. Əlbəttə, alman dilini bilmədiyimə görə tərcüməçinin köməyi ilə...

Cavabında qonağımız gülümsəyərək, heç olmaz,  yarım saat gecikmək olar, deyə cavab verdi. Bu an alman millətinin dəqiqliyi haqda ifadə yadıma düşdü bu ironiyanı yaxşı anladım...

Müsahiblərim Almaniyadan Azərbaycana Ali Təhsil müəssisələrinin Bolonya sistemi üzrə hazırlanmış layihə çərçivəsində fəaliyyət göstərmək üçün təşrif buyurublar. Professor xanım Ziqlinde Hartman doktor cənab Yorn Bokman Almaniyanın Vürçburq Universitetinin professor- müəllim heyətini təmsil edir. Bu əməkdaşlıq çərçivəsində Vürçburq Universiteti ilə Bakı Slavyan Universiteti arasında birliyi yaranıb.

Xanım Hartman Cənab Bokman, sizi ölkəmizdə görməkdən məmnunuq.

Təşəkkürlər.

İlk olaraq özünüz çalışdığınız sahə barəsində məlumat verərdiniz.

Ziqlinde Hartman: 2010-cu ilin mart ayından Bakı Slavyan Universitetində çalışmağa başlamışam. Universitetdə alman dilində təhsil alan tələbələrəAlman dili orta əsrlər ədəbiyyatıfənnini tədris edirəm.

Bolonya sistemi üzrə fəaliyyət göstərdiyiniz layihəyə vaxtdan başlamısınız?

–Bu layihəyə 2009-cu ildən start verilib. Bakıya ilk səfərim isə 2010-cu ildə olub. Həmin ildən Bakı Slavyan Universitetində dərs deməyə başlamışam.

Maraqlıdır, necə oldu ki, iki təhsil müəssisəsi arasında əməkdaşlıq yarandı?

Öncədən qeyd etdiyim kimi, 2009-cu ildən bizim birgə əməkdaşlıq əlaqələrimiz yaranmağa başladı. Həmin vaxt Bakıda beynəlxalq səviyyəli simpozium keçirilmişdi. 2011-ci ildə isə ikinci simpozium Almaniyada baş tutdu. Hal-hazırda da Bakıda növbəti simpoziuma hazırlaşırıq. Bu artıq üçüncü tədbirimiz olacaq.

Xanım Hartman, hazırda əməkdaşlığınız hansı mərhələdədir?

Belə demək olar ki, biz indi əməkdaşlığımızın tam orta xəttində qərarlaşmışıq. Layihənin yekunlaşmasına isə iki ilimiz qalıb.

Almaniya təhsil sistemi ilə müqayisədə bizim təhsili necə qiymətləndirirsiniz?

Bizim hal-hazırda Almaniyada fəaliyyət göstərdiyimiz Vürçburq universiteti  çalışır ki, sistemimizi bütün Avropaya yaysın. Bu istiqamətdə çalışmalarımız davam edir. Eyni zamanda bu sistemi Azərbaycana da gətirmək istəyirik. Lakin təəssüflər olsun ki, mənim sizin təhsil sistemi barədə geniş məlumatım yoxdur. Qeyd edim ki, Slavyan Universitetinin rektoru professor Kamal Abdullayev çalışır ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi sırf alman sistemi ilə fəaliyyət göstərsin. Bizim gələcək planlarımızdan biri almanşünas tələbələr yetişdirməkdir. Bu illərdə AlmaniyaAzərbaycan təhsil mübadilə prosesi çərçivəsində Bakı Slavyan Universitetinin 8 tələbəsi xüsusi alman təqaüdü qazanıb.

Almaniyada təhsil sistemi hansı əsaslarla idarə olunur?

Bizim ölkədə hər universitetin öz qaydaları var. Lakin biz çalışırıq ki, bütün universitetlər Bolonya sistemi üzrə fəaliyyət göstərsin. Bu işə 2000-ci ildən start verilib. Artıq 2015-ci ilə kimi bütün universitetlər Bolonya siteminiə keçidi başa vurmalıdır.

Ölkəmizdə tələbələrin bilik səviyyəsi sizi qane edirmi?

Əlbəttə qane edir. Lakin mən yalnız Slavyan universitetinin tələbələrindən danışa bilərəm. Həm qeyd edim ki,  Azərbaycan tələbələri çox səmimidir. Alman tələbələrlə müqayisədə sizin tələbələr daha səmimi xoşagəlimlidir. Alman tələbələr isə professor müəllimlərlə məsafə saxlayırlar. Bəlkə bu, ondan irəli gəlir ki, alman tələbələr sizin tələbələrdən yaşca böyükdür. Azərbaycanda 17 yaşından, Almaniyada isə 19 yaşından etibarən gənclər tələbə adını qazana bilirlər.

Bildiyimə görə Almaniyada tam orta təhsil 12 ildir?

Bəzən 13 il..

Bəs, gələcəkdə digər yerli ali təhsil müəssisələrimizlə əməkdaşlıq nəzərdə tutulub?

–Bu haqda dəqiq bir söz deyə bilmərəm. Çünki maliyyədən çox şey asılıdır.

Azərbaycanla təhsil sahəsində əməkdaşlıq ideyası necə yarandı?

Layihə Bakı Slavyan Universitetinin təşəbbüsü ilə baş tutub. Bura məni universitetin rektoru Kamal Abdullayev dəvət edib.

–Bu təklifi necə qarşıladınız?

Təbii ki, bu, mənim üçün gözlənilməz oldu.

Xanım Hartman, tələbələrimizin səmimiliyindən söhbət açdınız. Ümumiyyətlə, bizim xalqı qonaqpərvər sayırsınızmı?

Azərbaycan xalqı həm səmimi, həm çox qonaqpərvər xalqdır. Mən hər il Azərbaycana böyük həvəslə gəlirəm.

Azərbaycanın tarixi, mədəniyyəti , adət-ənənələri, coğrafiyası barədə hansı məlumatlara maliksiz?

Təbii ki, bura gəlməzdən qabaq yetərli qədər məlumat toplaya bildim. Məhz Bakıda keçirilənAvroviziyamahnı müsabiqəsindən sonra ölkəmizdə Azərbaycanı daha yaxşı tanımağa başlayıblar.

Ölkəmizdə hansısa memarlıq abidəsi sizi cəlb etdimi? Ümumiyyətlə, paytaxtımızı necə görürsünüz?

Bakıdakı binalar mənim çox xoşuma gəlir. Bu binalarda qədimilik qorunub saxlanılıb. Məndə maraq yaradan şəhərin qarışıq memarlıq quruluşuna malik olmasıdır. Bu baxımdan qədimiliklə yanaşı müasirlik bir-birini tamamlayır. Eyni zamanda memarlıq quruluşunda Şərqilik diqqətə çarpır. Paytaxtda xüsusi olaraq Şirvanşahlar sarayı, “İçəri Şəhərkompleksini Qız Qalasını qeyd edərdim.

- Cənab Bokman, siz özünüzü təqdim edərdiniz?

Yorn Bokman: Qeyd etdiyiniz kimi  burada xanım Hartmanla birgə fəaliyyət göstərməyə başlamışıq. Lakin mən 4-5 gündür ki, Bakıdayam. Hələ təhsilinizin keyfiyyət məsələləri ilə bağlı heç bir məlumatım yoxdur. Tanıdığım tələbələrin sayı da əfsuslar olsun ki, hələ barmaqla sayılası qədərdir. Hər ikimizAlman dili orta əsrlər ədəbiyyatıüzrə dərs deyirik. İxtisasca filoloquq.

Qeyd edim ki, “Kitabi-Dədə Qorquddastanının ilk nüsxəsi alman tədqiqatçısı Fridrix Dits tərəfindən Drezdendə tapılıb.

Təbii ki, bu haqda mənim kifayət qədər məlumatım var. Çünki xanım Hartmanla bərabər proqram iştirakçısı olaraqKitabi-Dədə Qorquddastanı ilə almanlarınNibelunqlar nəğməsikitabəsinin qarşılaşdırılması birgə araşdırılması üzərində çalışırıq.

 

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2013.- 14 mart.- S.5.