Qocalma, Vaqif, qocalma!
Elə ilk dəfə tələbə olmağımızın qırx illiyi ilə əlaqədar bir cızmaqara hazırlayım deyirdim ki, “525-ci qəzet”də Vaqif Bəhmənlinin şeirlərinə rast gəldim.
Sevə-sevə oxuduğumu deməyim belə artıqdır. Amma seirlər toplusuna da sərlövhə olmuş başlıq xoşuma gəlmədi.
İnsan oğlunun acınacaqlı halı fiziki olaraq qocalıb ruhən cavan qalmasıdır. Anam yaşının, Allahın lütfü ilə, doqquzuncu onilliyini xırdalayır. Di gəl ki, bir az qocafəndi paltar alanda “bu nədi almısınız, – deyir, – mən o qədər qocayam?” Onun qocaldığını biz görürük, o isə elə bilir ki, Ənvər Rza demiş:
Göylər
daha guruldamır.
Elə
bilir
Sular
daha əvvəlkitək şırıldamır.
Elə bilir tilsimlənib
Yaylaq yolu,
Dağlar
qaçıb uzaqlaşıb,
Təbiətin ağlı çaşıb.
Yəni elə bilir ki, hər şey
dəyişib, korlanıb,
korşalıb, özü
isə elə cavan qalıb. Əfsus ki,
elə deyil və elə olmur. Biz dəyişirik,
biz qocalırıq, Günəş
həmin Günəşdi,
təbiət həmin
təbiətdi.
Amma yenə
birdən-birə Vaqif
qocalıqdan danışanda,
nə gizlədim, cırnadım. Nə tez, dedim, gəldi
keçdi bu cavanlıq? Dünən deyildimi ürkək-ürkək
Bakıya gəldiyimiz?
Bir-birimizlə danışmağa da cəsarət eləmədiyimiz? Bir
az Bakıda
çox qalanda kəndimizə xəyanət
elədiyimizi düşündüyümüz?
“Bircə bu
tələbəlik qurtarsın,
görün nə oğullar doğub analar” deyib qürrələndiyimiz?
Diplom alıb işsiz qalanda bir-birimizə ürək-dirək verməyimiz?
Qəzetlərdə imzamızı, televizorda
simamızı görəndə
göyün yeddinci qatına çıxmağımız?
Yazıram, sonra da gözümün
qabağına o illər
gəlir. Hanı o illərin Bakısı?
Yefim Saratov
küçəsində ağzının
sarısı getməmiş
biz cücələr. Bu təzə xammaldan cəmiyyətə yararlı
vətəndaş hazırlamaq
üçün külüng
çalanlar: Həyasından
hər mühazirədə
bığ yeri hərfən tərləyən
Tofiq Rüstəmov, şahin baxışlı,
həlimxasiyyət Nəriman
Zeynalov, zəhmli-zabitəli
Nüsrət Bağırov,
Seyfulla Əliyev, bizi jurnalistika qatarında səyahətə
çıxaran Nəsir
İmanquliyev, marksizmin
bir ideologiya kimi müəmma olduğunu dərk eləyən əzəmətli
Xəlil Əlimirzəyev,
şifahi ədəbiyyatı,
dilimizin zənginliyini,
ədəbiyyat tarixini
gözlərimiz önundə
canlandıran Vaqif Vəliyev, Zinət Əlizadə, Famil Mehdi, Mir Cəlal Paşayev, Firuz Sadıqzadə, Əzizə
Cəfərzadə, tərcümə
sənətini dili zənginləşdirməyin bir
yolu sayan Cəlil Xəlilov kimi gözəl insanlar taleyimizdə iz buraxıblar. O məktəbin Şirməmməd
Hüseynov, Yalçın
Mahmudov, Cahangir Məmmədli kimi ağsaqqal və peşəkarları bu gün də cavanlara sənət dərsi keçirlər. Əlbəttə, hamısının adını çəkmək
mümkün deyil.
Hələ bu gün jurnalistikanın məşhur simalarına çevrilmiş Zeynal Məmmədlinin, İlham
Mazanlının, Ələddin
Əsədovun, Qulu Məhərrəmlinin, Adil
Cəmilin, Ramiz Əsgərin, Aqil Dadaşovun tələbə
yoldaşlarımız olduğunu
düşünəndə qürürlanmamaq olmur.
Gələk Vaqifin “qocalması” məsələsinə. Onu anlamaq
asandır ki, son 20-25 ildə başımıza
gələni yaşayıb
cavan qalmaq arsızlıq olardı.
Dilbər güşələri itirib, Kazımağa, Alı, Salatın, Çingiz kimi övladları şəhid
verib, qisaslarını
almadan, qanlarını
yerdə qoyub cavan qalmaq şüursuzluq
və namərdlik olardı. Amma qocalmaq, qocalığı
etiraf eləmək təkcə təbiət qarşısında itaət
olmaqla qalmır, həm də şüurlu olaraq geri çəkilmək, təslim olmaq mənası da verir. Bəlkə tezdi, Vaqif!?
Qocalanda uduzmaq var, küsmək
var, əylisliləşmək
var, özün demiş, çullanmaq var.
Bəlkə gözləyək
bir az da?..
Bilirsən, şairlik ilahi vergidir və “şairəm” demək böyük məsuliyyətdir. Minlərlə
nəzməçəkənimiz, qafiyədüzənimiz olsa
da, içində sən olmaqla fəxr ediləsi cəmi 5-6 şairimiz var. Odur ki, aşağıdakı
bəndləri sənə
şairlik iddiasıyla
deyil, türklər demiş, əfvinə sığınaraq dostcasına
ünvanladığımı bilməyini istəyirəm.
Hələ qocalma, görüləsi çox
iş var.
Allaha ağıl öyrətmə,
Qocalma, Vaqif, qocalma!
Sevənlərini incitmə,
Qocalma, Vaqif, qocalma!
Üzünə “üz” çəkdirmirsən,
Başına saç əkdirmirsən.
Heç villa da tikdirmirsən.
Qocalma, Vaqif, qocalma!
Utanc başı
dik saxlamaz.
Ağıllı baş tük saxlamaz,
Sən nə qədər ək, saxlamaz.
Qocalma, Vaqif, qocalma!
Kazımağanın yası var,
Xocalının qisası var,
Şuşanın alınması var.
Qocalma, Vaqif, qocalma!
Demə
quruyub arxımız,
Demə
dönübdü çarxımız,
Hələ çıxmayıb qırxımız.
Qocalma, Vaqif, qocalma!
Mart, Moskva
Cəfər Sadıq
525-ci qəzet.- 2013.- 15 mart.- S.7.