Böyüdüb
köçürtdük
gəlincikləri...
“Əlvida”
deyərək bu gözəlliyə
Bir
gün duyarıq ki, torpağıq-daşıq,
Havalı
bir eşqlə sevirdik deyə –
Bəxtəvər olsaq da, nakam qalmışıq.
Böyüdüb
köçürtdük gəlincikləri,
Qoynumuz
evləri-eşikləriydi,
Gənclik
çağımızın yelləncəkləri
Məsum xəyalların beşikləriydi.
Səsini
duyuram xatirələrin,
Əhlikef
olanlar baxıb-uğunub,
Ağarıb
çiynimdə ölən tellərin
Hər biri bir soyuq baxışdan donub.
Bir leysan
tutmuşdu; hələ də yağar,
Nə sevinc ovudur, nə qəm kiridir.
Ürəkdə
iz salıb qalan damarlar
Sevgi yağmurunun şimşəkləridir.
Zamanım
olmadı güləm doyunca –
Darısqal günləri, ayları saydım.
Hərdən
düşünürəm: “Şair olunca
Kaş, ruhu olmayan daş yaranaydım”.
Hər
şeirim insana məhəbbət himni,
Zamanın
xıltıyla qanım axacaq,
Doğuşda
keçinən bir ana kimi
Misralar
üstünda canım çıxacaq...
05.01–15.02.2013
Dəniz...
Dindirilmir,
yenə salıb sular karlığa,
Coşub,
sonra kor-peşiman olardı dəniz,
Aradabir baş vuraraq bəstəkarlığa.
Mənnən şeir sorağını alardı dəniz.
Yerlər-göylər
quruyanda batıb, azalıb,
Zirvələrdən
nəfəs çəkib salamat qalıb,
Qış
fəslində tənhalıqdan pərişan olub,
Yaza qədər gözü yolda qalardı dəniz.
Dalğaları
qarlar tutmuş yoxuşlar kimi,
Qayaları
unudulmuş naxoşlar kimi,
Sahillərin
qucağında canlı tar kimi,
Dərdlərini sarı simdə çalardı dəniz.
Tanrıdanmı, şeytannanmı gəldi bəxtimiz?
Sən o
cürə, mən bu cürə yerbəyerik biz,
Hərə
bir cür qərq olundu, ay Vahid Əziz,
Hərəmizi bir tərəfə apardı dəniz.
Xəzər,
olub-keçənlərdən yazdığım bu gün,
Xatırlanmır
ümmanları qınamaq üçün;
Hərdən
kimin-kimliyini sınamaq üçün,
Gəmiləri
burulğana salardı dəniz...
18.02.2013
22.30
İnanma...
Bir
zamanlar ləngiyəndə bircə an
Dönə-dönə
səslənərdi: “Yubanma!”,
Söylənərdi:
“Nə intizar, nə hicran?”
Mənə
inan, ayrılığa inanma!”.
Oxuyardı:
“Sənə ümid bağlaram,
Təkcə
səni ürəyimdə saxlaram,
Unudulsam,
elə sellər ağlaram –
Bu cür
dəli leysan yağa, inanma!”.
Ovsunladı
bir sehirli gülüşnən,
Atıb
getdi saçımdakı gümüşnən,
Tox oldusa
bir ötəri görüşnən –
Yalvarsan da, qayıtmağa inanma.
Xatırlayıb
yalan andlar içəni,
Varaqladım
o yağmurlu gecəni;
Görməyincə
yar könlünnən keçəni –
Ürəyində
saxlamağa inanma...
Kimə
çatdı bəslədiyin güllərin
Nə bilərsən həsrətisən kimlərin?
Qəfil
gəlib, oxşadığın əllərin
Gözlərini
bağlamağa inanma...
16.02.2013
00.55
Axı, kiprikləri süngülər
yonur...
Çiçəyim
budaqdan-budağa qonur,
Görünür,
yanına istəmir gələm,
Qaşları
çatmalı, gözləri qonur –
Gizlədər, sirrini istəmir biləm.
Canımın
bitməyən ağrısı onun,
Divanə
könlümün yanğısı onun,
Deyəndə:
“Ömrümün yarısı onun” –
Alır hamısını istəmir böləm.
Könlümü
göynədir hər gələn bahar,
Ruhumu titrədir
dəli suallar,
Balçəkən arıyla nə söhbətin var?
İstəmir eşidib yanıb-töküləm?
Hərdən
qəribliyə salır sözümü,
Xəlvətcə
içimnən alır özümü,
Saçının
zülməti çalır üzümü –
Özgənin üzünə istəmir güləm.
Çiçəyim
budaqdan-budağa qonur,
Görünür
yanına istəmir gələm,
Axı,
kiprikləri süngülər yonur –
Bəs
niyə deyir ki: “İstəmir öləm,,,”.
15.02.2013
05.30
Bu cür oyuncaqlar
olsaydı məndə...
Dağıdıb-sındırır,
kəsilir qənim,
gör,
dəcəl nəvəmə nələri aldım!
Bu cür
oyuncaqlar olsaydı mənim,
Vallah, körpəlikdə dahi olardım.
Raket,
bilgisayar, peyklər, qatarlar...
Yabançı
dillərdə çoxunun ismi,
Qutular
üstündə ilan-çayanlar,
Nə Vətən şəkli var, nə sevgi rəsmi.
Dükanlar
gətirən bu evciklərin
içində hələ bax, nələri vardı?!
Amma o
zamankı gəlinciklərin
“cehizi” bunlardan gözəl olardı.
Vallah,
cavanlığın ağlı azalıb –
Mirzəmiz
hər şeyin haqqına yazdı,
Nəvəm
“Aynalını” divardan salıb,
Mıxçadan oxuyan şəklini asdı.
Çoxunun
diliylə – zövqündə böhran –
ekrana
baxmaqdan gözü qaşınır,
“təmizlik” adıynan daş binalardan
ulu
tarixlərin izi qaşınır.
Bir
cür bəlası var hər yeni nəslin –
o qədər
zadəgan kişilər qaçıb!
“Bisavad”
babalar yaradan dilin
başına “alimlər” oyunlar açıb.
Qəribə
məxluğuq, ay dədə-nənə!
Hara daşınırıq, hara axırıq?
Düşmənin
şəninə sağlıq deyənə
İrişə-irişə qəhmər
çıxırıq.
İblislər
bəslənib evlərimizdə,
Ordular məhv
olub, yurdlar batıbdı,
Kişilər,
bəlkə də millətimizdə
Təftiş
aparmağın vaxtı çatıbdı...
16.02.2013
23.15
Çərşənbə
tonqalı
həvəslə yanar...
Çərşənbə
tonqalı həvəslə yanar,
Toran
çınqıllardan qırpar gözünü,
Havalar
isinər, günlər uzanar,
Dünya bizə tərəf əyər
özünü.
Nəvəm
də tonqalla sınayar gücün
Ömrünün
ikinci ilk baharıyla,
Elə
bil torpağı ayıltmaq üçün
Döyər “şəkərbura” ayaqlarıyla.
Qulaqlar
söhbətdə, gözlər xəbərdə;
Novruzda hərcayı
sözlər anılmaz,
Bahara
açılan çərşənbələrdə
Yanlışlar, yamanlar yada salınmaz.
Adətlər
qıtlaşar daha şəhərdə –
Qoy,
“market” milləti başına yığsın;
Amma ki,
evlərdən çərşənbələrdə
Azı bir sovqatın ətiri çıxsın.
Gözəl
Novruzumun çox sehri vardı –
İşlər
nizamlayar od ilə suynan,
İlləri
dəyişən bizim bahardı –
Dünya vidalaşar qış yuxusuynan.
Dağ-dərə
tərpəşib sular çağladır,
Günəş
həniri var külək səsində,
Adamda nəyəsə
ümid bağladır
Novruzun “yalançı çərşəmbəsi” də.
Çərşəmbə
tonqalı həvəslə yanar,
Düşən
qaranlıqlar qırpar gözünü,
Novruzda
ürəklər yumuşaq olar –
Qəlbin
tutan evə yetir özünü...
17.02.2013
22.30
Keçdi...
Çat verdi bir ülvi eşqin aynası,
Günahkar
olsaq da, oldu da, keçdi!
Bizim
sevgimizin toyuyla-yası
Bir vaxtın içində oldu da, keçdi.
Ömrüm
qismət imiş zalıma mənim,
Nədən nankor çıxdı yoluma mənim?
Girməyin nəyidi qoluma mənim? –
Cavabı:
“Bilmədim, qoldu da, keçdi”.
Get-gedə
göynədər sevdalı çağlar,
İtər
uzaqlarda çənli cığırlar,
Daha fərq
eləməz hara aparar,
Ömrümnən-günümnən yoldu da, keçdi.
İndi dərdlə
savaş, canınla əlləş;
şəkər, qan təzyiqi, üşütmə, atəş...
danış öz-özünə, özünlə dərdləş,
təskinlik elə ki: “Haldı da, keçdi”.
A
zalım, hikkənə pismi dözürdüm,
Özümü yolunda azmı üzürdüm?
Sevgi
çəmənində çiçək gəzirdim,
Əynimdə
tikanlı koldu da, keçdi...
30.04.09
22.25 –
22.50
Oxşamır...
Səsi
elə həzin gəlir;
Amma,
kamana oxşamır,
Nədən deyib, nədən dinir? –
Kömək umana oxşamır.
Şumda
oldum öküz tayı,
Bu üz
bizim, o üz – tayı,
Yaxşılığın
ekiz tayı,
Yaman-yamana oxşamır.
Odlananın
canı yanar,
Külə
dönər damar-damar,
Dövran
– kimə desən yanar,
Mənə yanana oxşamır.
Günəş
gətirər sabahı,
Doğmuş
üfüq hələ zahı!
Qalma
burda, söz sərrafı –
sənin
yuvana oxşamır.
Qırmaz
onu qorxu-hədə
Aşiq qəfəsə
düşsə də,
Ürək
həvəsə düşsə də,
Könül cavana oxşamır.
Qeydimə qaldığın nədi?
Nə verdin, aldığın nədi?
A
dünya, çaldığın nədi –
Köhnə
havana oxşamır...
27.04.09
16.30 –
16.45
Ürək saz kimidir köynək
içində...
Hamı
sızıldatdı, incitmə sən də –
Bir azca
könlünü alsan, oxuyar,
Ürək
saz kimidir köynək içində –
Sinənin üstündə çalsan, oxuyar.
Gözlərim
köynəyin ipək üzüdür,
Dilimdə
dolaşan sazın sözüdür,
Ən
yaxşı təlimçi həyat özüdür –
İlləri yadına salsan, oxuyar.
Qundağın
öyrətdin dodaqlarına,
Qolu
alışırdı barmaqlarına,
Baxma,
darıxarıq daralmağına,
Yenə də yanında qalsan, oxuyar.
Ürək
mənimdisə – bələdəm ona,
Nə var bilmədiyi öyrədəm ona?
Olsun, bu
möcüzə səndə alına –
Qeydinə qalanı olsan, oxuyar.
Guya
bilmirsən ki, dərdi nədəndi,
O vaxtdan
qoşulub sənnən gedəndi?
Qəlbim
körpəlikdən şirni sevəndi,
Bilsə ki, dodağı balsan, oxuyar.
Sənsiz
hər dönəmi keçər il kimi,
Sənsiz
hər pərdəsi batmış dil kimi,
Üstündə
havalı bir bülbül kimi,
Onun həsrətinnən
solsan, oxuyar...
21.03.2012
23.00
Xoş gəlir Xəzərin
şirin avazı...
Xoş gəlir
Xəzərin şirin avazı,
Səmalar
tər-təmiz, zərli aynadır,
Elə
bil yuxulu qaraçı qızı
Qıvrım saçlarında daraq oynadır.
Günəşlə
güllərin bitər hicranı,
Mehlər
ləçəklərdən şəbnəm qoparar,
Üfüqlə
yeriyər bulud karvanı,
Çəkib, külək adlı sarvan aparar.
Hələ
ki, qaranlıq səssiz-səmirsiz
Yığıb
ulduzları gümüş əridir,
Qəmli
söyüdlərlə-qayğılı dəniz
Sarı saç, göy gözlü rəsm əsəridir.
Ləpələr
yenə də təpərli, qıvraq –
Xəzəl
olanlara üzmək öyrədər,
Sularla
havanı qarışdıraraq
Dəniz torlar üçün balıq böyüdər.
Gəmilər
fit verib səfərə gedir,
Balıqçı qayığı güzərdən
dönür.
Enişə
gedənin tüstüsü itir,
Yoxuşa qalxanın burnu görünür.
Dənizin
soyuqdan halı qarışıb –
İsidər
üfüqdə alışan ocaq,
Gecələr
o üzə bu üzə aşıb,
Səhərlər
saçına daraq salacaq...
08.09.2012
04.40
Vahid Əziz
525-ci qəzet.-
2013.- 16 mart.- S.28.