Soyqırım, itirilmiş
məqamlar, dünyasını dəyişən şahidlər
Bu gün
düşünsək ki, 1918-ci il hadisələri
haqqında bütün
məlumatları əldə
etmişik, bu, çox yanlış yanaşma olar. Bu vaxta qədər aparılan
və ictimaiyyətə
təqdim olunan araşdırmaları, bu sahədə yazılan yazıları nəzərdən keçirdikdən
sonra bu qənaətə gəlmək
olar ki, soyqırım hadisələrinin
heç 30 faizi araşdırılmayıb. Axı
hadisələr yalnız
Bakıda və digər mərkəzi şəhərlərdə
baş verməmişdi.
Bir sözlə 1918-ci il soyqırımının coğrafiyası çox geniş olub. İlk öncə ondan başlayaq ki, Azərbaycanın elə yaşayış məskənlərində
qətliamlar baş verib ki, onun
yenidən tədqiqatına
ehtiyac var.
Belə
yaşayış məskənlərindən
biri Qobustan rayonunun Sündü kəndidir (vaxtilə Şamaxının inzibatı ərazisi
olub). Onu da qeyd
edək ki, 5 min illik tarixi olan
Sündü kəndinin
əhalisinin bir gecənin içərisində 40 faizə yaxını qətlə yetirilib. Ən dəhşətlisi
odur ki, bu soyqırımlar
haqqında bu vaxta qədər çox səthi və bir çox
hallarda statistik məlumatlara rast gəlmək olur. Belə faktların və
yaşayış məntəqələrinin
siyahısını xeyli
artırmaq olar. Bu hadisələr
zamanı kifayət qədər şahidlər
olub.
Həmin
nəslin nümayəndələri
demək olar ki, 1918-ci il
erməni vəhşiliklərinin
canlı şahidi olublar. Ancaq sovet
dovründə kimin nə həddi vardı bu barədə
danışsın. Elə
insanlar olub ki, o hadisələr zamanı yaxınlarını itiriblər. İndi artıq onlar dünyalarını dəyişiblər.
Sovet ideloji silahı, saxta tarixşünaslıq bu faciəni unudurmağa çalışdı. Demək
olar ki, qisməndə olsa buna nail oldular. Lakin nə qədər tarixi saxtakarlıq, ideloji basqılar olsa da həqiqəti
tam gizlətmək mümkün
deyil.
Azərbaycan müstəqiliyinə
qovuşduqdan sonra belə yaşayış məntəqələrini, kəndləri
gəzib həmin ərazilərdəki yaşlı, məlumatlı, ən azından o hadisələri
öz gözləri ilə görən insanlardan məlumatlar toplamaq mümkün deyildimi? Təbii ki, mümkün və zəruri idi. Belə sorğu-araşdırmaya yalnız
professor Seyfəddin Qəniyevin kitabında rast gəldik. Təəssüf ki, digər müəlliflər mövcud
arxiv materiallarını
təkrarlamaqla
kifayətləniblər.
1992-ci ildə baş verən Xocalı faciəsi qədər dəhşətli
olan azərbaycanlıların 1918-ci il soyqırım hadisələri
yetərincə araşdırılmayıb.
Bu sahədə çap
olunan geniş tədqiqat kitablarının sayı azdır. Məhz bu səbəblərdən bu
faciə haqqında yerli ictimaiyyətin, beynəlxalq aləmin yetərincə məlumatı yoxdur. Soyqırımın coğrafiyasına
və faktlara nəzər salanda bir
daha aydın olur ki, həmin dövrdə hansı dəhşətli
hadisələr baş
verib.
Məlum məsələdir ki, Xocalı faciəsi hamımızın gözü
qarşısında baş
vermişdi. Yüzlərlə canlı şahidin
verdiyi informasiyalar, lentə alınan video görüntülər, xüsusilə,
mərhum telejurnalist Çingiz Mustafayevin Xocalı qətliamından
çəkdiyi süjetlər
nəinki Azərbaycanda,
hətta dünyada ictimai rəyə böyük təsir göstərdi.
Təəssüf ki, 1918-ci il hadisələri haqqında məlumatların
yayılmasında vəziyyət
fərqlidir. Qapalı
cəmiyyət olan
SSRİ məkanında 70 il
bu qanlı hadisələr yerli
və beynəlxalq ictimaiyyətdən gizlədilib.
Sovet dövründə tarix
kitablarında həmin
hadisələr vətəndaş
müharibəsi kimi təqdim olunub. O dövrün tarixşünaslığının
bu qədər saxtalaşdırılması tariximizdə
bir ləkə kimi hələ də qalmaqdadır.
Ötən əsrin 90-cı illərindən
sonra bu sahədə yazılar yazılsa da, kitablar nəşr olunsa da ictimaiyyət tam məlumatlanmayıb. Həmin hadisələrin soyqırım aktı kimi dünyada tanınması və qəbul olunması faktına rast gəlmirik. 1918-ci il soyqırım
aktını dünyada
qəbul etdirmək məqsədilə ilk öncə Azərbaycanın
daxilində bu hadisələr dərindən
tədqiq edilib ictimaiyyətə
geniş şəkildə
çatdırılması vacibdir. Burada elmi araşdırılmalarla,
kitabların kütləvi
nəşri ilə bərabər bu soyqırımın mahiyyətini
açıb göstərən sənədli və bədii filmlərin çəkilməsinə
ehtiyac var.
Biz son illər QHT təmsilçisi
olaraq 1918-ci
il hadisələrini qismən də olsa tədqiq etməyə çalışdıq. Soyqırımın
coğrafiyasını nəzərə
alaraq Azərbaycanın
5 rayonun (Quba, Şamaxı, Şabran, Qobustan, Ağsu) 30-a yaxın kəndində olaraq 80-ə yaxın
insanla söhbət aparmışıq.
Birbaşa 1918-ci il hadisələrinin iştirakçıları, canlı
şahidləri təbii
ki, barmaqla sayılası qədər azdır. Lakin yaşlı, məlumatlı, bu hadisələri uzun müddət araşdıran insanlar var.
Elə insanlar var ki,
onların verdiyi informasiyalara heç bir arxiv materiallarında
və yaxud yazılan kitablarda rast gəlinmir. Apardığımız araşdırmaları,
əldə etdiyimiz məlumatları təhlil edərək, sonda bu qənaətə
gəlmişik ki, 1918-ci il hadisələrini-ermənilərin
törətdiyi vəhşilikləri bir daha beynəlxalq ictimaiyyətə
təqdim etmək
məqsədilə yeni bir kitab çap
etdirək.
Onu da qeyd etmək
istərdim ki, araşdırmalarımız bir
neçə istiqamətdə
olub. İnsan faktoruna dəyən ziyanla bərabər həmin dövrdə Azərbaycanın
maddi və mədəniyyət resurslarlarına,
tarixi-memarlıq abidələrinə,
ziyarətgahlarına qarşı törədilən vəhşiliklər
haqqında məlumatlar
toplanılıb. Təbii
ki, kitabda araşdırmalarla
bərabər müxtəlif
arxiv materiallarına da istinad olunacaq.
Əkrəm Bəydəmirli
525-ci qəzet.- 2013.- 29 mart.- S.5.