ADAM AXTARAN ADAM

 

Gör neçə dad verir bir sözün tamı,

Min çalar tapırsan bir tam içində.

Ölçürsən birbir,

Biçirsən birbir,

Lax yumurta kimi vurub dişinə.

O kimdir,bu kimdir, seçirsən birbir,

Adam axtarırsan adam içində.

 

Basa düşüləndir arzun çox da ki,

İşin hərcayıdır, atamqardaşım,

Adamlıqdır adam,

Tamlıqdır adam,

O da ki

Bazarda satılmır alam, qardaşım.

 

Qış yaza dönsə , yaz qışa möhtac,

Gün günə şərikdir, an ana yoxsa?

Balıq su içində yağışa möhtac,

Sən dünya dolusu insan içində

İnsana yoxsa?!

 

Enişlər yoxuşlar tanış ki bütün,

O nələr, bu nələr,

Əldə nümunələr bəs olmadımı,

Yetmədimi bəs?

O sən axtardığın adam var ki ha,

Tüfəng kəşf olandan,

Lap o zamandan

Atıb bu dünyanı getmədimi bəs?!

 

Kök ayrı, zoğ ayrı bir gövdə üstə,

Hər şey təzələnir, a köhnə kişi.

Bu dünya deyilən qoz ağacının

Tutub budağından silkələ bir az,

Bax belə bir az,

Gör nələr ələnir, a köhnə kişi

 

Özü bir sürüdür sürüdən azan,

O calaq toxumlar,

O cürük tumlar,

Lülümlüt şoular,

Utanc duyumlar...

Birdi ki, beşdi ki sadalayasan!

Canavar onların,

Çoban onların,

Güzəran onların,

Dövran onların ...

 

Elə axtarırsan, oldu sonu,

Gör sən haydasan, millət hayda,

İndi çoxlarının eni, uzunu

Qoysan yanaşı

Lap uzaqbaşı

Yediyi çörəyin şatısı boyda.

 

Sən tək, bəşər ha çox, axtar ki, axtar,

Hardan gəldin, hara çıxdın gör axı,

Axtaran tapacaq, gecitezi var,

 

Deyiblər axı.

Tap görək matahın nədir ki belə,

Dərzidirmi, iynədirmi, sapdımı.

Eh, deyim, isaqmusaq quşları

 

Min illərdi gəzir elə nədirsə,

Bilən yoxdu gəzdiyini tapdımı?!...

Bəşər soy yığını, soyad yığını

Ay adam axtaran, bu da , axtar

Geyib ayağına dəmir çarığı,

Götürüb əlinə dəmir əsanı,

Sonra gec olar ha, axtardığını

Qırmızı kitab”a düşməmiş axtar.

 

 

SÖZÜN SƏFİ POZULDU

 

Bir ömür yandı düşdü,

Gün sındı, el qırıldı.

Görən oldumu görən,

Göydən bir ulduz uçdu,

Göydən bir gül qırıldı.

 

Şah yoxdu, taxtı varmış,

Taxtın da vaxtı varmış,

Pəncərəni ha bağla,

Ayın da baxtı varmış,

Arxadan tül qırıldı.

 

Dərd bir idi, yüz oldu,

Yüz səmtə yozuldu,

Ta danışa bilmədim,

Sözün səfi pozuldu,

Dolaşdı dil, qırıldı.

 

Əhali gur, kənd iri,

Sən naşısan, sən kiri,

bilim bu dünyanın

çürük imiş kəndiri,

çəkdim, qəfil qırıldı...

 

 

BİR YER AXTARIRAM

 

Sözüm tamdan düşüb,

dilim deyingən.

Açım, xırdalayım: nəyi, gərək?

Uludanulusdan mənim deyilsə,

Qəfildən yer üzü boşalsa belə,

Başdan ayağacan boş olsa belə,

Yiyəsinə qismət...

Nəyimə gərək?

Yıxılsam, durası halım yox daha,

Eveşik qurası halım yox daha.

Bir parça daşam,

Oturub günümü saymaqdı peşəm,

Bir yer axtarıram vaxt öldürməyə.

 

Yurdum yurd olundu, vuruldu getdi,

Gözüm yetər burdan, əlim yetirməz.

Zoğzoğ, pöhrəpöhrə qırıldı getdi,

Burda yat, burda dur, ora bax, olmur.

Yurdu birbirinə calamaq olmur,

Yurd yeri Vətəndir,

Calaq götürməz!

Ölçməyəbiçməyə lüzum qalmayıb,

Ta Vətən deməyə üzüm qalmayıb,

Ulayaulaya bayquş aparıb,

Dolu parçalayıb, yağış aparıb,

Artıq o yerlərdə izim qalmayıb,

Bir yer axtarıram vaxt öldürməyə

Döyülən qapıdır, vaxt döyür, tanı,

Yol hara burulsa, ordan keçəcək.

Üyüdür dənimi vaxt dəyirmanı,

Unum da, urfam da ondan keçəcək.

Gününgüzəranın ağrısı ha çox,

Elə ha düşünürdaşınır başım,

Daşınadaşına aşınır başım,

Qalxır Ziyarətin buludu yenə,

O dağın buludu doludu yenə,

Bəlkə tufandı, doludu yenə,

Cavabsız suallar lillənir orda,

Dolur çalaçökək, göllənir orda,

Bir barmaq ümid xəzələ dönüb,

Saralasarala yellənir orda.

Bilmir yuxuludur, oyaq, neyləsin,

Buna baş neyləsin, ayaq neyləsin,

Bir az baş qatmasam, olmayacaqdır,

Başı aldatmasam, olmayacaqdır.

Bəlkə azdançoxdan dincələr, görüm,

Ta sonra başıma gələr görüm...

Bir yer axtarıram vaxt öldürməyə.

 

Ah, bu vaxt deyilən!

Bir vaxt az idi,

çıraqla gəzərdin, tapılmaz idi,

Onda yoxluğuydu, indi çoxluğu...

Qurub saatını gəzir əlində,

Millətin yarısı əsir əlində,

Adam var  tıncıxır, nəfəsi darda,

Adam var dilini dişində tutub

Keçirir gününü çayxanalarda...

Üzə vurmağın da mənası yoxdur,

Hamı duyub axı,

Anlayıb axı:

Kim vaxtı apara bilməsə, əgər

Şübhə yox, vaxt onu aparacaqdır.

O da bir fürsətdir, bir tapılmaz,

Hara üz tuturam çoxdan tutulub,

Bu boyda dünyada yer tapılmaz,

Bir yer axtarıram vaxt öldürməyə.

 

 

ÖZÜ ÖZ ÜSTÜYLƏ

 

YERİYƏN ADAM

 

 Aqil Abbasa

 

Tədbir tədbir dalınca,

dəvətlər dəstədəstə,

görüşlər vaxtlıvaxtsız,

hərəsi bir ovqatda,

hərəsi bir təb üstə.

 

Hələ qəzet,

hələ digər yazıpozu qayğıları,

umular, küsülər,

daha nələr...

Bəlkə bu şeiri oxumağı da

saxladın sonraya,

bilirəm, işin çoxdu.

Əslində bir il sonra,

Altmış yaşına yazılmalıydı bu şeir,

Ancaq...

etibarsız günlərdə yaşayırıq,

yalanı yoxdu.

 

...O kim idi elə? –

Əlindəki beli torpağa sancıb

yüyürdü qabağına,

uzaqdan maşınını

tanımışdı bəlkə, ?

Yanından düz keçəcəyindən

nigaran idi,

nəsə duymuşdu bəlkə, ?

Düzdür, sən onu görürdün,

ancaq onda da

maşını dəli kimi sürürdün.

 

...Boynunu qucaqlayan

O qarı

qulağına deyirdi bəs?

Kotanı kötüyə ilişib eləmi?

Oğlumu, nəvəsimi

İşdən çıxarılıb,

ya imtahandan keçə bilmir,

hardasa, hansısa haqlıhaqsız

çətinə düşüb eləmi?

 

...Ağzından od püskürən

o cavana necə baxırsan?

təpədırnaq istedaddır,

çadırlarda doğulduğundan

özünü tapa bilmir,

heç bilməyəcək ,

boş yerə haqqına

çatmaq istəyir, yox?

Bəlkə,  Dolu”ya  düşüb,

gözləri dolub,

boşaltmaq istəyir yox?!

Addımın təpərli,

kürəyin yüklü,

ürəyin dolu,

gendən baxanda

hamıdan biri Aqil Abbas.

 

Səslə, nəfəslə açılan

qapı kimisən,

dəstəyində qədər

nəfəs izi, səs yeri,

Aqil Abbas.

 

Hardanharacan,

kimdənkiməcən

körpü eləmisən həyatını,

gəlibgedir adamlar

uzaqdanyaxından,

kənddənşəhərdən,

öz üstündə özün

qoşulub onlara

yeriyirsən hərdən.

Yolun açıq,

yoluna çıx,

yeri, yeri, Aqil Abbas.

 

 

QINAMAYIN QARAĞACI

 

Yarpaqlıdır, dözməyəcək budaqlar,

Sındıracaq qar ağacı, neyləsin,

Qar yağdığı olmamışdı bu vaxtlar,

Qınamayın qarağacı, neyləsin.

 

Yer qurtardı, aya barmaq qoydular,

Elə bilmə dolandılardoydular,

Dərman deyib qabığını soydular,

Qurumasın nar ağacı, neyləsin.

 

Bir balığıq, mən dərində, sən üzdə,

Harda barmaqorda qarmaq, sən izlə,

Dalğa vurub dağ yıxırsa dənizdə,

Bir çubuqdu dor ağacı, neyləsin.

 

Çox nizamda az da birdi, çox da bir,

Səbrin olsun açıqlayım, toxta bir,

Baxıb gördü var da birdi, yox da bir,

Ta bar vermir bar ağacı, neyləsin.

 

Ha dedilər haqqı danma, o dandı,

Ocağını kül elədi, od andı.

Asan adam, asılan da adamdır,

Ağacdı ki, dar ağacı, neyləsin!...

 

 

GÜNLƏRİM ŞEH İÇİNDƏ

 

İtdim bir meh içində,

Qövsü-qüzeh içində,

Duman gedər, çən gələr,

Günlərim şeh içində,

Süzülüb  damcı-damcı

Tökülər budağımdan.

 

O meh aldımı nəsə?

Yerdə qaldımı nəsə?

Qəfil girdi araya,

Qırıb saldımı nəsə?-

Açdı hər budağımdan.

 

Ta yarpağım allanıb,

Xal-xal olub, xallanıb,

Keçdi ömrün baharı

Neçə payız sallanıb

Düşər hər budağımdan.

 

Hələ göy dolu su var,

Leysanı, dolusu var,

Gör dünyada qədər

Payız sevdalısı var,-

Yığ doldur  bir səbətə,

Pay göndər budağımdan...

 

Bərdə

 

 

Xasay Mehdizadə 

 

525-ci qəzet.- 2013.- 30 aprel.- S.28.