Bu saat gəlirəm
Oktyabrın
əvvəlində gələcəkdim
Bağışla
bir az gecikirəm
Bir
az əlimdə ömür var
Bir
azda qəm...
Mən
gələnəcən mənimlə olduğun yerlərə
get
Xüsusən
dəniz qırağına
Balıqçıdan
soruş, sən məni
Qəşəmlə
görməmisən ki?
Desə
hə
Onda
mən sabaha gəlirəm
Məni
bizə çay verən qadının yadına sal
De bir
kök kişi,
Saçı
dağınıq
Yorğun,
parıltısız dişi
Düymə
gözlü
Adı Qəşəm
Orda, bir
vaxtlar
Pəncərənin
qabağında
Mənimlə əyləşən görməmisən
ki?
Desə
görmüşəm
Onda bu
gün gəlirəm
Ayağın
altında nazlanan toza
Quşların
ağzından tökülən səsə
Və
yaxud gizləndiyimiz adamlara
Sual versən
Mən
onunla bu küçədə addımlayırdım
Gördünüzmü?
Əgər
xatırlasalar
Elə bu saat gəlirəm.
Simayi-şəms
Dağların-
Gözəl
dağların
Başı
qarlı əzəl dağların
Ələsgərdən
nişan qalan dağların
başında bir oda qurdum odum yox
vaxt
dayanıb
dəvə ayağının çuxuruna baxır:
qum dənəcəkləri
bir-birinin
əlindən tutub diyirlənir
elə
bilir ki,
uşaqlardı, bir azdan böyüyəcək
dodağım-
mimdi
dodağım
sözlə söndü dodağım
Ay kimi
bulağa endi dodağım
Gördüm
ki, içməyə bircə udum yox
Xəbərin
varmı ki,
mən
hər axşam ağaca gedirəm
və hər
səhər ağacdan düşüb gəlirəm.
Yaratdın-
Sən
yaratdın
Sən
hamını tən aratdın
Ürəkdə
eşq çöhrədə qəm yaratdın
Bu dünyada özgəm yoxdu, yadım yox.
Yenə
unutmaq sevməklə başladı
Günəş
çörəyə bənzədi
Ölüm
yuxuya
Nə
yaxşı ki, belə oldu
İnsan gəldi dünyaya.
Sənindi-
dözüm sənindi
görən gözüm sənindi
varım-yoxum, sazım-sözüm sənindi
mən
sənnənəm sənnən ayrı adım yox.
Gülün
bir lətifənin üzünə
İstəyirsiniz
ürəyinz ağrımasın,
Sevinin
Məsələn, mənim bu təzə şeirimə
sevinin.
Günəş şüasıyla oynayan pişiyə
sevinin.
Ayağı
ilə göyə ağac şəkli çəkən
Quşa sevinin.
Allah
haqqı düz deyirəm,
Qonşunun evinə sevinin.
Evinin
hündürlüyünə sevini
Qəlbinizdə bir xatirə yoxdumu?
Gülümsəyin o xatirənin üzünə.
Çırtma
çalın oynayın,
Gülün bir lətifənin üzünə.
Ay üzünə
İçimdəki
bir yaradan keçib gəlirəm
ay
üzünə.
Aləmdən
qaçıb gəlirəm ay üzünə
Ürəyimin
ağrısını yuyur ay üzün....
Məni
yaman vurdular
Qürurum
sınan yerdən
Qürurumu ay üzün sarıyır.
Gündə
min dəfə yıxılıram
Məni ay üzün qaldırır.
Mən
qorxağam, igid deyiləm
Mən
güclü deyiləm zəifəm....
Mən kişi deyiləm insanam
Mən həqiqət deyiləm səhvəm.
Ölümdən
çox qorxuram-
məni
aldadırlar-
deyirlər ölümdən sonra
həyat
var...
Durub gəlirəm
ay doğana-
durub gəlirəm
ay üzünə....
Səni uzaqlarda qoyub
gəlsəydim...
Səni
uzaqlarda qoyub gəlsəydim
doyunca
ağlardım
aramıza qış girsəydi,
aramıza qar yağsaydı,
qar deyirəm
sənə, lopası quş-quş
desəydilər uzaqlara təyyarələr uçmur
qar
yağsaydı məni yandırmaq üçün
mən
hazır olardım bu yerlərdən getməyə...
Deyirlər
ucuzdu təyyarə biletləri
göylər nə
yaman ucuz olubdu.
Minib təyyarəyə
getsəydim
Sən məni necə qarşılardın?
Səni
qoyub gəlsəydim
Görüm necə ağlardın?
Səni
uzaqlarda qoyub gəlsəydim
burda hər
şeyi atıb gedərdim.
çıxıb gedərdim yanına
indi gedə
bilmirəm amma...
Natəvan klubu axşamüstü
Axşamüstü
Natəvan klubuna baxın siz
Sınmış
aparıcının yellənən naqil səsi
Bir az öncə burada alovlanan alqışlar
Yanıb
qurtarıb indi gərəksiz kağız kimi...
Divarları
soyudub adamların nəfəsi
Dolurdu ciyərimə yavaş-yavaş nəmişlik.
Dolanırdı
dost kimi əllər, səslər havada
Aşağı
endilərmi, düşməndi həmişəlik
Mərhumu
tərifləyib çıxmışdılar aradan,
Girmişdi içəriyə qaranlıq bulud kimi.
Çiyin-çiyinə
durub qədim qoca divarlar
Qaldırıblar klubu səsin tabutu kimi.
Əlli nəfər
danışıb... siyahıya bax indi
Düşüb
qalıb siyahı döşəmənin üstündə
Səhər-səhər
klubu süpürən qoca qadın
Dərin
xəyal dalıb siyahının önündə
Bir əli
süpürkə də bir əli də üzündə
Bu bağ evimizdən
yaxşıdı...
Bu bağ
evimizdən yaxşıdı,
Arvaddan irəlidi bu ağac.
Min
oğula dəyər quşlar
Min gəlindən
yaxşıdı
çiçəklərin ağır-ağır tərpənməyi
Sular
televizordu, damcılar rəqqasələr .
Bu bağ
evimizdən yaxşıdı
Yarpaqlar nəlbəki, güllər stəkan.
Gecə
göy üzünə çəkilmiş pərdə
Aysa pəncərədən gileylənən şam.
Bu bağ
evimizdən yaxşıdı
Ayağını yerə vur yadında qalsın yerin.
Əllərini
yaylıq kimi sal çiynimə
Bəlkə hardasa çəkilir şəklin.
Bu bağ evimizdən yaxşıdı.
Yuxu tül yastıqdı başımız altda.
Quşlar
yuvasında yuxuya batıb
Biz də islanırıq yuvanın altda.
Bu bağ
evimizdən yaxşıdı
Bu bağda oğlumuz, qızımız olsun.
Kipriyin
toxunsun üzümə mənim,
Bu duyğu ən gözəl yazımız olsun.
Günahsız
O gəldi
evinə at, at
Qızı
yüyürdü qabağına don-don
Oğlu
diyirləndi dərs-dərs
Arvadı
suyuldu ot, ot
Televizor-televizor
yoruldu kişi.
Bir dostu zəng
elədi it, it
Pişik-pişik bir zəng də gəldi.
Arvad
qurdalandı yerində bit-bit
Durub lap
telefonun yanına gəldi
Nə
olub soruşdu ərindən bit, bit
Telefon-telefon
yoruldu kişi.
Arvad
gileyləndi toz-toz
Üzünü
bozartdı boz-boz
Sonra
dingildədi qoz-qoz
Kişi
gülümsündü duz-duz
Arvad,
arvad yoruldu kişi.
Kreslo-kreslo
ötüşdü günlər
şifoner-şifoner ağardı saçı.
Kişi gəlin-gəlin,
qız-qız sınıxdı
Kürəkən-kürəkən
yoruldu kişi.
Bir
günahı da yox,
başı qarışsın
Əli vərəq-vərəq, ürəyi
ağ-ağ.
Günahkar
olanda adam yorulmur
Günahsız olanda yorulur ancaq.
Qırış
fikirləri səslə ütülə
Boş
saatlarında, dəqiqələrində
Çəkil pəncərəyə, aç pəncərəni.
Üç
ay bundan qabaq sənə yazdığım
Məktubun
sonuncu sətrində dayan:
Görsən
ki, dayanıb fikirli uşaq,
Çağır
Qırış
fikirləri
Səslə ütülə.
Saçını
qarışdır,
Adını
soruş...
Bağla
köynəyinin
Kimsəsizlik
yeganəsi
Açıq
qalan düyməsini...
Köynəyin
nəmini, tərini hürküt,
Orda donub qalan soyuğu kirit.
Aç
gündəliyini
Özünə
oxşayan ikisinə bax,
Atası
məktəbə gələn deyil,
Keçirt
o uşağı , küçədən
keçirt...
Bulud
Qoyun bu
küçədə dayanım fikirləşim
Başım bulud kimi yatıb qalsın havada.
Üstümdən
maşın keçsin kefi istəyən kimi
Su
calansın maşının təkərinin altına
Asfaltın
ortasına bir bulud düşüb ölsün...
Canım
yaman ağrıyır fikirli ağac kimi
Mənə
payız gəlmədi, mənə adamlar gəldi
Məni
yağış vurmadı, məni göz yaşı vurdu
Üst
başım yara oldu
Əynim-başım köhnəldi.
Təzə
köynək almıram,
köhnəyə söz yazmışam,
Ölən günün izidi köynəyimdə ləkələr.
Başım-beynim
yuxulu ürəyim fikirlidi
Damarımdan
su çıxsa
Bəlkə ruhum dincələr.
Özümü atıram bu maşının altına.
Qoy desinlər
bu axşam maşın bir bulud vurub
Sürücü
düşüb desin nə gözəldi bu ölü
Bir adamla maşının təkərləri yuyulub.
Məşhur adamın gülümsəməyi
Məşhur
adamlarla şəkil çəkdirməyə
Düzələn sıraya gülməyim tutur.
Məşhur
adam da həmişə ortada gülümsər
Bir dəqiqəlik.
Şəkilçəkən
adamları əvvəlcədən belə öyrədib:
Bir az gülümsəyin.
Adamlar
yan-yörəsinə elə dartınırlar ki,
Təki
çiyinlərinə dəysinlər,
amma dəymirlər.
Elə
bil içlərində mıx var
əslində hamımız beləyik
bizi
içimizdəki
iri
taxtaya mismarlayıblar.
Hər
gün arvadı şəklin tozunu silər
Ortada məşhur
adam, yanında əri.
Bir az da böyüyər balaca kişi
Şəkillə ovudar evindəkiləri.
Evdə ümid yavanlığı
olar –
Şəkil,
Bir
gün kişinin oğlunu tutdular...
Kişi
sandıqdan çıxarıb şəkli
Ölə-ölə
tapdı məşhur adamı
Kişi təəccübləndi,
bir az da qorxdu
Üzü büsbütün çılpaqdı məşhur
adamın.
Şəkli
qorxa-qorxa qoydu ortaya
Bu mənəm,
bu da sizsiz –
dedi.
Məşhur
adam nə qədər elədi
heç
kəsi
Tanıya bilmədi.
Şəkil
öldü...
Stola toz
kimi töküldü,
Şəkildəki çürümüş təbəssümlər.
YA ALLAH
Adam
öləndə
ilk dəfə
üstündən adı düşür,
Adamların
dilləri uzanar
o
adı götürməyə,
Amma gecikərlər.
Günlər
külək kimi əsər
Əlində
yarpaq kimi ürəyimiz yellənər,
Neçə
sinə yüyürər bir ürəyi tutmağa
Amma gecikərlər.
Məncə,
yıxılan adam
göyün əlindən düşür.
Əlindən
düşəni götürməyə,
amma
göylər gecikməz.
HAYIF
Əlimin
qırışında
Yeriyən vaxta hayıf.
Saçımın
yatışında
Taxta hayıf.
Köynəyimin
rəngi ilə
Solur vaxt
Ayaqqabım
tozlandıqca
Ölür
vaxt
Hayıf,
hayıf deyən
Dilinə hayıf.
Dodağın
tərpənəndə
Təbəssüm
qaymaqlı
Vaxta
hayıf
Bir dəfə
mənim olmağın
Yadıma
düşdü
Ömrümün
içində
“O vaxta”
hayıf.
Bu havadan
bir
Şırım
aç
Bu
küçədən yol salginən,
Ürəyimdə
xalın yoxdu
Ürəyimə
xal salginən,
Ürəyimə
düşməyən
Xalına hayıf.
Qəşəm Nəcəfzadə
525-ci qəzet.-
2013.- 30 mart.- S.29.