Oralarda kimlər var: Aqil
Abbas-60
Çox
hörmətli Rəşad Məcid əsl qəzet
patronları kimi hərəkət eləyir son vaxtlar.Çox
az yazı yazır və bununla da hələ yazmağa davam
etdiyini sübut edir.Əsl qəzet patronları dedikdə, mən
məsələn, Aydın Doğan kimi qəzet maqnatlarını
nəzərdə tuturam ki,
çox az vaxt yazılar yazar.Əlində neçə
qəzet olsa da. Rəşad Məcid də əlində olan hüquqdan və artıq
dünyanın başqa bir səmtinə yönəldiyindən
istifadə edərək dostu,
yazar, millət vəkili və (o biri çinləri saymaq səhifəmizə yerləşməz)
Aqil Abbas haqqında keçən ilin martın 31-də bir yazı
yazdı. Yazıda xəbər verilirdi ki, bəs bir il sonra Aqil
Abbasın 60 yaşı tamam olacaq.
Aqil Abbasın həqiqətən aprelin 1-də doğulduğunu mən deyə bilmərəm.
Bu yazar indiki məqamlardan
baxsaq, çox uğursuz gündə doğulub: yəni aprelin
birində- Dünyanın yalan günü. Artıq
dünyanın yalan günü məsələsi öz əhəmiyyətini
itirib, çünki həyatımız bütün yalan
içində keçdiyindən artıq adamların bir-birini aldatmağı
qalıb arxa planda.Bu qədər yalan içində yaşayan
insanlara daha hansı yalanı danışmaq olar?
Və
düşünürəm: dünyanın nə gözəl
çağları olub. İnsanlar bir-birini aldatmaq
üçün darıxdığından ilin bir
gününü xüsusi olaraq bu məsələyə həsr
ediblər.İlahi, nə bəxtəvər zamanlar
varmış!!!!!!!!!!!!
Nə bəxtəvər
günlər varmış!!!!!!!!!!!!!!!.
Bu belə.
Və
aprelin 1- Azərbaycanın böyük şairi Rəsul Rzanın dünyasını dəyişdiyi
bir gündür ki,bu da bizim ədəbiyyatımız
üçün ağır itkidi. Amma bir təsəlli var:
bir gözəl şair dünyasını dəyişib və
GƏLƏCƏYİN BAŞQA BİR YAZIÇISI VƏ
İCTİMAİYİ XADİMİ doğulub.
Rəşad
Məcid Aqil Abbasın 60 illik yubileyinə düz bir il əvvəl
bir yazı yazmışdı və orada inadla deyirdi ki, O
HEÇ DƏYİŞMƏYİB (
Ayrıntı bizimdir).
Rəşad
bəyin yazısı dostanə bir yazı idi və bir çox insan bu
yazını bəyənsə də mənim bir neçə şəxsi
düşüncələrim də var ki, bunları tam
açıqlamasam da deyə bilərəm ki,Aqil Abbas necə
də olsa bir az dəyişib və bu dəyişiklik
yalnız mənim zərərimə işlədiyi
üçün demirəm və həm də elə məsələlər
var ki, bunun aydınlatılması zor işdi, hələlik bəzi
şeylərin heç məqamı da deyil.Bəzən ən
böyük həqiqətlər çox narahat
qarşılanır, xoşumuza gəlmir və biz bu həqiqətlərdən
intiqam almaq üçün çalışmayaq.
Mən də
Aqil haqqında bir neçə dəfə yazmışam və
inanın ki,indiki məqamda həqiqətləri
yazmağa gücüm çatmadığı
üçün, baxdım ki, bu orijinal addımı nəylə
mübarək edə bilərəm.
BİRİNCİ YAZI OLARAQ ARXİVİMDƏN
ALDIĞIM YAZINI TƏQDİM ETMƏYİ
DÜŞÜNDÜM.
Və bir
də mən bilən bizim ədəbi camiəmizdə
müasirimiz olan bir yaradıcının bir il
öncədən yubiley tədbirlərinə başlamaq məsələsi
ilk dəfədi ki, baş verirdi.
Adamların yubileyi (DOĞUM GÜNÜ YOX HA,MƏHZ YUBİLEYİ) hər zaman gecikir və
ya heç olmur. Amma Rəşad çox böyük ürəkaçıqlığı
ilə bunu diqqətə çatdırırdı və
güman edirəm ki,diqqətdə oldu.Nədən
də olmasın?
Yazar son
illər böyük ictimai işlər müqabilində
həm də son dərəcə məhsuldar işləyib.Əlini
hara atıbsa ordan bir maraqlı ədəbi hadisə ola biləcək
yazılar çıxarıb və bütün
yazıları uğurlu yazılar və mübahisə
doğuran yazılardı ki,alimindən tutmuş mənim kimi
sıravi oxucu da bu qədər işin içində onun bu
yazıları nə vaxt yazdığından baş
çıxara bilmir. Və bu qədər
iş məsələsində bir dost jurnalistin Aqil haqqında
yazısından bir məqam bu sözləri yazanda boy verdi içimdən.
Millət
vəkillərinin
xalqa görüşlərindən və çox
işləməsindən söhbət düşəndə həmin
jurnalist çox gözəl bir şey demişdi : Məsələn,
Aqil Abbas daima işləyir: O SƏHƏR TEZDƏN NƏŞRİYYATA
GƏLİR VƏ BİR DƏ AXŞAM ORDAN GEDİR.
Bu fikrin
bir sarkazm və ya ədalətli-ədalətsiz deyilişindən mən
bir türlü baş çıxara bilmədim.
Hər
halda mənə ön söz olaraq bu qeydləri yazdıran Rəşad
Məcidin orijinal addımıdır ki, bir il öncədən
bir yazarın 60 illiyini
xəbərdarlıq etdi. Və yazdı
: “Gələn il aprelin 1-i Aqil Abbasın 60 yaşı
tamam olacaq. Amma Aqillə bağlı ürək sözlərini
demək, haqqında yazmaq üçün bir il
gözləməyə nə hacət? Aqil elə adamdı ki,
ən az görüb tanıyan kəs də
onun barəsində məmnunluqla, ağızdolusu
danışa bilər. O da olaydı mən – az
qala otuz il Aqili tanıyan, onu ən müxtəlif ovqatlarda
görən, duyan, müşahidə edən adam. Bütün
sözlərin, müşahidələrin cəmini, toplusunu
bir yerə yığıb, ən müxtəlif məqamlarda
– kədərin adamın cızdağını
çıxardığı, sevincin qanadlarını döyəcləyib
şahə qalxdığı vaxtlarda, ən sakit anlarda, ən
çətin situasiyalarda onun elədiklərini,
davranışını beynimdən keçirib bir fikrin
üzərində dayanıram – AQİL UNİKAL ADAMDI”.
MƏNİMSƏ
YAZIMIN ADI BELƏYDİ: XALQ ADAMI AQİL ABBAS...
Onu
tanıtmağa və onun vəkili olmağa gərək
yox.Zatən onu tanımayan yox və
əlimizdə olan bilgilərə görə yazar və naşir
Aqil Abbas başını başlara qatıb millət vəkili
olmaq istəyir.Bu xəbər artıq reallaşıb və
Aqil Abbas bu yolun müəyyən bir hissəni keçmiş
durumda və mənə elə gəlir ki, o bu yolun o başına qədər gedə
biləcək. Mən bunu arzu edirəm bir dost kimi, bir həmkar
kimi və düşünürəm ki, Milli Məclisimizin
indiki durumuna baxanda,orada görünən bir neçə
ziyalı, ədəbiyyat insanları daha çox
qabarıqdır, nəinki adını-familini hələ də
bilmədiyimiz bir çox insan. Təbii ki, aşağıda mənim
Aqil Abbas haqqında qeydlərimi oxuyacaqsınız, amma mən
bu yazını yazmamışdan qabaq bir neçə ədəbiyyat
adamından onun haqqında soruşdum və onlardan biri Lətif Mustafaoğlu mənə
əl yazmasında onun haqqında fikirlərini yazıb verdi və
mən eynən onu yazımın başlanğıcına
alıram:
Bu
günün prizmasından baxanda yazar və naşir Aqil Abbas
bizim yeni ədəbi qüvvələrə hüquq qəzeti
olan “Ədalət”də (məhz buna görə də qəzetin
üstündə bir yazı var: hüquq qəzetidir) ədəbiyyata
bu qədər meydan verəndə, gənc idi, deyək ki,
qırx yaşı vardı ya yoxdu.Amma onun üz-gözünə
baxan heç zaman ona bu yaşı verməzdi, daha
yaşlı görünür : saçlarının
ağlarına baxanda (buna görə də vaxtilə bir tənqidçi onun haqqında
yazısını “AĞ SAÇLARIN İŞIĞINDA”,
başqa bir yazar isə “NEÇƏ YAŞIN VAR, AQİL
ABBAS?” deyə yazdılar) və oturuşuna-duruşuna baxanda.
Və onun ədəbiyyata bu qədər deyək ki,
qeyri-normal yer ayırması heç zaman bir mənalı
qarşılanmayıb və necə də ki,
qarşılanmır.Bu da çox təbiidir və bir şeyi
deyim ki, bunu aparıb hər hansı demokratiya ilə
bağlamağa heç bir lüzüm yox, çünki Aqil
Abbas da bizim kimi bu Azərbaycan adlı kiçik bir məmləkətdə
yaşayır və Azərbaycan mühitini də bizim hər
birimizdən daha yaxşı tanıyır, çünki qəzeti
elə bir qəzetdi ki, hər zaman başının
üstündə qorxu var: sataşdığı adamlar və
toxunduğu mövzular hər azman ona təhlükə imkanı yardır.
Aqil
Abbasın naşirliyi ortada, bunu danmaq olmaz və ədəbiyyata
da bu qədər yer ayırmasını hərə bir cür
qarşılayır: nə bilim qəzeti satılmırdı,
nə bilim Aqil Abbas unudulmuşdu, nə bilim nəsə var
bunun içində... Bütün bu arqumentlərin nə dərəcədə
doğru vəya yalan olduğunu mən bilmirəm, bilmək də
istəmirəm: mız qoymaq bizim əski adətimiz.
Bu gün
ortada bu var: Aqil Abbas bu ədəbiyyata meydan verəndə bəlkə
də işin bu dərəcədə şişib
partlayacağını da,bu qədər səs-küy
vəya inciklik yaradacağını da bilmirdi, amma bilməmiş
olmazdı...
Bütün
bunlardan sonra bu gün Aqil Abbas özünü millət vəkili
kimi görmək istəyir və buna haqqı da var.Güman ki, onun haqqında
yazılar yazılacaq.Amma mən onu tanıyan bir çox ədəbiyyatçı
və qəzetçilərlə bu barədə söhbət
edəndə, onlar bütün qeyri-obyektivlikləriylə, yenə
də Aqilin bu adı qazanacağını rədd edə
bilmirlər və hətta öz yaxın dostlarının
adı bu məsələdə keçsə də,
üstünlüyü Aqil Abbasa verirlər.
Aqil Abbas
demokratiyası bəzən öz əndazəsindən
çıxır.Belə ki,onun qəzetində
ədəbiyat səhifəsi aparan yazarlardan biri dedi: mən
Aqil Abbasın filan povestini tənqid eləmək istəyirəm.
Öz qəzetində.
Baxdım...
baxdım... və deyəcək bir şey tapa bilmədiyim
üçün dedim: nədir ajiotajmı yaratmaq istəyirsən,
yoxsa Aqil Abbasın demokratiyası qıcqırtdı bəzi
şeyləri.
Baxın,Aqil
Abbası da tənqid eləmək olar və tənqid
olunası şeyləri varsa, tənqid eləmək olar ( VƏ
ELƏDİLƏR DƏ ), amma daha bunu adamın öz qəzetində
eləyib adamı pis vəziyyətə qoymaq nə demək və
nə dərəcədə etikaya uyğundur.Bax, burası zor
bir iş...
Məsələ
bunlarda deyil, yazar Aqil Abbas indi zamanın bu çətin
vaxtında,millətin bir çox şeyə
və şəxslərə inamını itirdiyi bir vaxtda millət vəkili olmaq istəyir və
bu çətinliklərə baxmayaraq artıq onun xeyli təcrübəsi
var bu işi qaldırmağa. Seçilsə də,
seçilməsə də, bundan sonra Aqil Abbas heç bir
şey eləməsə və heç bir şey yazmasa da
bizim ƏDƏBİYYATIMIZDA onun elədikləri (qəzetçilik,
naşirlik və yazıçılıq baxımından ) gələcək
nəsillər tərəfindən xatırlanacaq və hətta
gələcək ədəbi nəsil tərəfindən rəğbətlə
anılacaq, adı çəkiləcək bir məqama gəlib
çıxıb. Və məhz buna görə də Aqil bəy
daha çox şeylər görmək istəyir bu millət və
bu xalq adına. Bunu danmaq
çox çətindir. Bəlkə bu ajiotaj
dünyasında seçilsə heç bir iş də
görə bilməyəcək,amma iş
görəcək bir təpərdədir və gücdədir.Buna
onun mədəniyyəti də, əxlaqı da çatır.
Susmaq məqamında
susa bilir.
Söymək məqamında söyə bilir.
Qışqırmaq
məqamında qışqıra bilir və sairə...
Biz adətən
elə öyrənmişik ki, mütləq gərək adamın
ağzından dürr tökülə. Var təbii ki, bu cür insanlar. Amma
o dürr heç nəyə yaramır. Yalnız
dürr olaraq qalır.Aqil bir ziyalı və bir yazar olaraq
bütün bunların fövqündə durur.Təbii
insandır və bir çox zaman da tutduğunu buraxan deyil.Taki
öz məqsədinə nail olmayınca.
Aqil Abbas sosralizmin bizə bəxş etdiyi bir çox məqamlardan
qopa biləmiş nadir yazarlardan və naşirlərdən
biridir. Bəlkə də yeganəsidir. Biz bəzən ZOPA ƏSƏRLƏR,ZOPA
ROMANLAR,ZOPA POVESTLƏR ilhaqından qopa bilmirik.Bu zopa şeyləri
yazanları XALQ YAZARI görürük.Halbu ki,bütün
dünyada mən bilən qəribə bir naşirlik haqqı
deyilən haqq var ki, bir yazarın üstündə mübarizə,
əsl ədəbi mübarizə aparılır və hətta
bunu böyük bir xəbər-reklam kimi yazırlar.Aqil Abbas
işin bu tərəfini də gözəl duyur.
Aqil Abbas
bir yazar olaraq yox, bir nasir olaraq yox ( təbii işin içində
bunlar da var) məhz bir NAŞİR olaraq bunun dəyərini
verir,öz qəzetində ƏDƏBİYYAT əlavələrinə
bu qədər yer ayırır və baxıram ki, hətta ədəbiyyat
səhifələrindən qırağa bir də hər bir
şair üçün ÖZƏL
SƏHİFƏ ayırır.Təəssüflər ki, Aqil
Abbas şairlərə daha çox üstünlük
verir.Halbu ki, nasirlar və hətta başqa janrlarda (təbii
dramaturgiya xaric) yazanlar da bura daxil ola bilər (ədəbiyat əlavələrində
çox zaman hətta dram əsərləri də
çap olunur, əcnəbi
yazarların dram əsərlərinə də yer
ayrılır,Azad Yaşarın tərcümələrini bura
aid etmək olar).
Yoldaşlar,
bunlar az iş deyil!!!!!!!!!! (Nida
işarətləri korrektura səhvi deyil).
Aqil Abbas
istedadlı yazardır, amma vallah, artıq bu sözün
şiti çıxdığından bunu da bəlkə daha
başqa bir sözlə əvəz etməyin məqamı gəlib.Aqil
həqiqətən daha başqa keyfiyyətə malik istedad
sahib olmasını ifadə edəcək sözü bu gün
bəlkə də tapmaq zordur, amma bu var ki,Aqilin
qəzeti bir çox qəzetlərin yoxa
çıxdığı zaman kəsiyində hələ də
ayaqdadır,ayaqda durmaqda davam edir,nəinki davam edir,Aqil Abbas onu
birincilər sırasına çıxarmağı
başarıb. Halbuki, Aqil Abbasın nəşr etdiyi qəzetin,yuxarıda
dediyim kimi bir sahə qəzeti
olması da bəlli, hüquq qəzetidir, amma YENİ DÜNYA
DÜZƏNİin ona verdiyi haqqı çox istedadla dəyərləndirərək
o qəzeti HÜQUQ QƏZETİ olaraq çıxarmaqla,həm
də günün ən çox danışılan qəzetlərindən
birinə çevirdi...Olanlar
ortada.
Mən
bir səs eşidirəm: Aqil Abbas yalnız öz
populyarlığını güdür.
Mən bunu danmıram.Aqil bəy həqiqətən
qısqanılacaq dərəcədə tanınır və
bir neçə dəfə yol yoldaşlığı məqamında
mən onun bu populyarlığının və təpərli
danışıqlarının, hərəkətlərinin
şahidi olmuşam.
Baxın,
bu da olsun, kim populyar olmaq istəmir və
üstəlik də Aqil öz imkanı daxilində neçə
adama qonorar verir və bu gənclər çoxusu işsizdir və
yaxud işi elədir ki, onların aldığı maaş
çay içmək imkanını ödəmir.Biz bu incə
bir məqamı da unuduruq. Halbu ki, bu qədər qəzet
içində bir neçə qəzetin adını çəkmək
olar ki, yazarın əməyini, lap min manat olsun belə, dəyərləndirir
və Aqil bunu hansı yollarla eləyir, bu da az iş deyil.Bunun
üçün də bir təşkilatçılıq
lazımdır.Düşünürəm ki, Aqilin “Ədalət”
qəzetinin əlavələrini buraxanlar da onun kimi
adamlardır, amma Aqil onlardan bir-baş yuxarı olmalı ki, bu
işi eləyir və mən heç şübhə etmirəm,
bu uzun sürməyə də bilər,amma o zaman Aqilə
düşmən kəsiləcək dostlara indidən xəbərdarlıq
edirəm: amandı, bunu düşünməyin.Hər
şeyin bir sonu olduğu kimi, Aqilin də ədəbiyyata bu qədər
meydan verməsinin bir sonu ola bilər. O zaman düşmən kəsilmək
gərək deyil.Bu həyat davam edir, bu həyat davam edəcək.Bu
baxımdan, heç bir şey əbədi deyil və bir
gün indi düşmən bir məbədə çevrilən
bir qurum da sona ərəcək və o zaman bir çox
insanın mübarizəsi də öz axarını dəyişəcək
və son çatacaq.
İndiki məqamda xalq və ədəbi camiədə
böyük hörmət sahibi olan bir yazarın necə olursa
olsun, bu millətin ali məclisində oturmaq haqqı daha
çoxdur. Bunu təbii ki,Aqil Abbasın
seçicilərinin insafına buraxıram və onlara
inanıram. Onun o yerlər üçün elədiyini
yaddan çıxarmamışlar məncə.
Aqil
Abbasın özünün seçilmək haqqında bir
yazısını xatırladım və orada haqlı olaraq
seçiləcəyi yerdən olmayan insanların cibi və arxası zoruna seçilmənin
daha az şansı olduğunu deyir ki, bu məntiq məhz onu
millət vəkili eləmək yolunda bir addımdır.
Mizahı,
esprisi və qələminin gücü qədər,
naşirliyi ilə də Mirzə
Cəlili xatırladan bir ziyalı öz işinin
başındadır və nəinki işinin
başındadır və bu qədər zorluqların
içindən sıyrılıb “BATMAN QILINC”, “ÇADIRDA ÜZEYİR
BƏY DOĞULA BİLMƏZ”, “QİYAMƏT GECƏSİ” kimi samballı əsərlər yazmağa da zaman
tapır və yaşamağa da
zaman ayırır.
Və millət vəkili olmaq istəyir.Olsun, onu da
görək.
lll
Not:
Böyük və unudulmaz yazıçımız Ənvər
Məmmədxanlının 100 illik yubileyinə həsr etdiyim
ikinci yazı önümüzdəki həftənin şənbə
günü çap olunacaq.
Tofiq ABDİN
525-ci qəzet.-
2013.- 30 mart.- S.23.