Böyük xanəndə Xan Şuşinskinin virtual muzeyi
təqdimat olundu
Beynəlxalq Muğam Mərkəzində
dahi muğam ustadı Xan Şuşinskinin virtual muzeyinin
- memorial saytının (Khanshushuniski.az) təqdimat mərasimi keçirilib.
Rabitə
və İnformasiya texnologiyaları Nazirliyinin
maliyyə dəstəyi,
Mədəniyyət və
Turizm Nazirliyi, Xan Şuşinski Fondu və “Musiqi dünyası” jurnalının təşkilatçılığı
ilə yaradılan sayt Azərbaycan, rus və ingilis
dilində fəaliyyət
göstərir. Tədbiri giriş
sözü ilə açan musiqişünas
Səadət Təhmirazqızı
Xan Şuşinski yaradıcılığının ən mühüm məqamlarına toxunub, onun milli musiqimiz
olan muğamın zirvəsini fəth etdiyini, dünyasını
dəyişməsindən illər
ötməsinə baxmayaraq
hələ də xalqın yaddaşında,
xatirələrində sevgi
ilə anıldığını
deyib. Sonra Virtual muzey qonaqlara
təqdim edilib. Onlar əvvəlcə
virtual muzeydə muğam
ustasının həyat
və yaradıcılığı,
fotoşəkilləri, audio, video yazıları, həmçinin
bir çox xanəndələr haqqında
məlumatlarla tanış olublar. Tədbirdə çıxış
edən professor, layihənin
icraçısı Tariyel
Məmmədov
bu layihənin həm Xan Şuşinski
kimi dahi şəxsiyyətin bütün
həyat və yaradıcılığının, ümumilikdə Azərbaycan
milli musiqisininin dünyaya çatdırlmasında
atılan uğurlu bir addım olduğunu vurğulayıb.
Rabitə və İnformasiya nazirinin müavini Elmir Vəlizadənin sözlərinə görə,
virtual muzey dizaynı və materialları ilə birlikdə ensiklopediyanı xatırladır. Nazir müavini muzeyin üç dildə fəaliyyət göstərməsini
diqqətə çatdıraraq
virtual muzeyin müxtəlif
ölkələrdə rahat istifadə ediləcəyini söyləyib:
“ “Xan Şuşinski Fondu” dan bizə
belə bir müraciətin olunması,
bizim üçün
böyük bir şərəf oldu və bu layihəni
məmnuniyyətlə dəstəklədik.
Bu gün təqdimatına
yığışdığımız bu layihə əslində zəngin bir mənbədir. Burda təkcə audio, video materiallar deyil, kitablar, xatirələr toplanıb. Nə qədər ki, Azərbaycan
xalqı var, və bizlər bunları yaşadırıq
Azərbaycan dövləti,
mədəniyyəti gündən
günə inkişaf
edcək”. Azərbaycan
Milli Konservatoriyasının
rektoru Siyavuş Kərimi ölkə rəhbərliyi tərəfindən
həyata keçirilən
milli musiqi siyasətinin həm
virtual, həm real dünyada
uğurla davam etdirilməsi Azərbaycanın
dünyaya inteqrasiyasının
göstəricisi olduğunu
deyib:“Hər
bir xalqı tanımaq üçün
onun ilk növbədə
mədəniyyətini tanımaq,
bilmək lazımdır. Bu baxımdan
Azərbaycan mədəniyəti
o qədər zəngin
və rəngarəngdir
ki, biz onu dünyaya hələ istədiyimiz kimi bəyan etməmişik.
Bu gün ölkə rəhbərliyinin,
“Heydər Əliyev Fondu” nun zəhməti nəticəsində biz bu
siyasəti uğurla həyata keçirdirik və bu istiqamətdə
belə bir layihələrin həyata
keçirilməsinin Azərbaycan
mədəniyyətinin dünyaya
intiqrasiyasında vacib
mükəmməl addım saymaq olar”.
Dahi sənətkarın oğlu Aslan Cavanşirov Azərbaycanın
beynəlxalq səviyyədə
tanındığı və
ermənilərin milli-mədəniyyətimizi
mənimsədiyi dövrdə
belə bir virtual muzeyin yaradılmasının
əhəmiyyətli olduğunu
vurğulayıb. Sənətkarın qızı “Xan Şuşinski Fondu” nun rəhbəri Bəyimxanım
Verdiyeva layihənin həyata keçirləməsində
əməyi keçən
bütün insanlara öz minnətdarlığını
bildirb.
Təqdimat konsert proqramı ilə davam edib. Qonaqlar Fikrət Verdiyevin rəhbərlik etdiyi ansamblın müşaiəti
ilə xanəndələr
Sevinc Sarıyeva, Zakir Əliyev, Xalq artisti Nəzakət
Teymurova və başqalarının ifasında
Xan Şuşinskinin bəstələdiyi mahnıları
dinləyiblər.
GÜNEL
525-ci qəzet.- 2013.- 1 may.- S.7.