Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi (davamı)

 

1904-cü ilin yayında Təzəpir məscidinin tikintisinin Nabat xanım Aşurbəyova tərəfindən maliyyələşdirilməsi haqqında Bakı şəhər dumasının rəsmi qərarı elan olundu. Qərarda Nabat xanımın Təzəpir məscidini Mehriyyə, yəni ona bağışlanan kəbin pulu hesabına tikdirmək fikri xüsusi vurğulanırdı.

Nabat xanım Aşurbəyova kim idi? Azərbaycan tarixşünaslığının banisi A.BakıxanovGülüstani-İrəməsərində əfşar-türk tayfasından olan iri feodal Aşur xan haqqında məlumat verərək yazır ki, Azərbaycan sərdarı Aşur xan özünü Hüseyn şahın oğlu kimi qələmə verən fırıldaqçı Sam Mirzə ilə mübarizə aparmaq üçün Fətəli xan Əfşarla birgə öz qoşunu ilə İrəvandan getdi. 1743-cü il dekabrın 24-də qazıqumuxlu Surxay xanın oğlu Məhəmməd Şirvanın qeyri-nizami qoşun dəstələrini başına yığaraq Aşur xanı Fətəli xanı Ağsu şəhərinin yaxınlığındakı Şah Bağının yanında qarşıladı. Burada döyüş başladı. Fətəli xan Aşur xan düşmənə qalib gəldilər. Məhəmməd min nəfərə yaxın itki əsir verərək yaralı halda Dağıstana qaçdı. Sam Mirzə isə Gürcüstana çəkildi. Bu qələbədən sonra Aşur xan Fətəli xan az sayda qoşunun sığındığı Ağsu şəhərini mühasirəyə aldılar bir neçə gündən sonra şəhəri ələ keçirib talan etdilər.

Aşur xan nəslinin 1743-cü ilə aid ailə şəcərəsindən məlum olur ki, Nadir şah Abşeronda üç kəndiSabunçu, Zabrat Keşlə kəndlərini Aşur xana bağışlamış, vilayətdə asayişə nəzarət etməyi düşmənlərdən qorumağı ona tapşırmışdı. Beləliklə, Aşur xanın həmin neft verən torpaqları rus çarizmi Azərbaycanı işğal etdikdən sonra rus inzibati orqanları tərəfindən Aşurbəyovlar soyadı ilə zadəgan nəsli kimi qeydə alınan törəmələrinin mülkiyyəti kimi təsdiq olunmuşdur.

Bəs Təzəpir məscidini tikdirən Nabat xanım Aşurbəyova–Rzayeva kim olmuşdur? Aşur xan nəslinin adlı-sanlı, dövlətli xanımlarından olan Nabat xanım Qoca bəy qızı 1795-ci ildə anadan olmuşdur. Nabat xanım Bakının imkanlı ailələrindən olan Rzayevlərin evinə gəlin köçəndən sonra daha çox xeyriyyəçi kimi şöhrət qazanmışdı. Nabat xanım Təzəpir məscidinin tikintisinə qədər H.Z.Tağıyevin təşəbbüsünə qoşularaq Bakıya Şollar su kəmərinin çəkilməsində, başqa milyonçularla yanaşı, ən böyük məbləğdə vəsait sərf edənlərdən biri olmuşdur.

1905-ci ildə Bakıda quraqlıq aclıq zamanı Zabrat kəndinin sakinləri Nabat xanıma müraciət edərək onlara taxılla kömək etməsini xahiş edirlər. Nabat xanım taxıl anbarlarının açarlarını kəndin sakinlərinə göndərərək ehtiyacı olduqları qədər taxıl götürmələrini xahiş edir. O, Sabunçudakı  Seyyidlər xəstəxanası”nın tikilməsinə külli miqdarda vəsait xərcləmişdir. Bu xəstəxanada xəstələrin müalicəsi uzun müddət Nabat xanımın hesabına aparılmışdı. Nabat xanımın Bakıda keçmiş Tatarski (indiki Ə.Topçubaşov) küçəsində tikdirdiyi hamam həftədə bir gün kasıblar üçün pulsuz işləyirdi. O, qulluqçularına tapşırmışdı ki, qapısına gələn kasıbları naümid qaytarmasınlar. Qapısına gələnlərə baş örtüyü kimi bir cüt yaylıq, bir girvənkə qənd, çay 3 manat pul verməyi adət şəklinə salmışdı. Bakı xeyriyyə cəmiyyətinin bütün yığıncaqlarında Nabat xanım iştirak edir özünün səxavəti xeyriyyəçilik fəaliyyəti ilə hamıya nümunə olurdu.

Nabat xanım tikiləcək məscidin memarının azərbaycanlı olmasına xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə Peterburqda təhsil almış ilk azərbaycanlı memar, əslən Şamaxıdan olan Zivər bəy Əhmədbəyovu dəvət edərək, məscidin tikintisi ilə bağlı öz arzularını onunla bölüşdü. Bu məqsədlə Zivər bəy Əhmədbəyova böyük miqdarda pul verərək onu İstanbula ərəb ölkələrinə göndərdi. Ezamiyyətin məqsədi bu ölkələrin məşhur məscidlərinin memarlığı ilə tanış olmaq idi. Maraqlı səyahətdən qayıdan Zivər bəy Nabat xanıma  şərq üslubunda çox gözəl, iki minarəli bir məscidin layihəsini təqdim etdi. Bu, gələcəkdə tikiləcəkTəzəpirməscidinin layihəsi idi. Təzəpir məscidinin tikintisinə 1905-ci il iyulun 23-də Məbəs bayramı günü başlandı.

Məşhur mesenat H.Z.Tağıyev Nabat xanımın məscid tikdirmək təşəbbüsünü razılıqla qarşılasa da, başa düşürdü ki, belə möhtəşəm bir məscidin tikintisi ağır işdir, çoxlu vəsait tələb edir. Hacı Nabat xanıma kömək məqsədilə maddi yardım təklif edir. Hacıya böyük ehtiramı olan Nabat xanım ona minnətdarlığını bildirməklə yanaşı: “Əgər imkanınız varsa, siz bir məscid tikdirin”–deyir.

Məscidin bünövrəsinin qoyulması izdihamlı bir mərasimə çevrildi. Ziyarətə gələnlər, məscidə yaxın məhəllələrin sakinləri, hökumət rəsmiləri baş memar Zivər bəy Əhmədbəyov başda olmaqla tikintini aparan heyət məscidin bünövrə daşını qoymaq üçün bütün şəriət qaydalarının yerinə yetirilməsinin canlı şahidlərinə çevrildilər. İlk əvvəl din xadimləri Məbəs bayramı münasibəti ilə müqəddəs Quranın oxunmasına başladılar. Hər şey əvvəldən hazırlanmışdı. Hamı məscidin ilk daşının qoyulmasını gözləri ilə görmək istəyirdi. Məscidin həyətində qurban kəsənlərin sayı-hesabı yox idi. Həyətdə ehsan vermək üçün çoxlu qazanlar asılmışdı, kəsilən qurbanlar o qədər çox idi ki, kasıblara da paylanırdı.  Hacı Zeynalabdin Tağıyevə hörmət əlaməti olaraq o, bütün bənnaların başçısı sayıldığından, məscidin bünövrəsinin ilk daşını da o qoydu. Beləliklə, Təzəpir məscidinin tikintisi başlandı. Tikintinin baş memarı Zivər bəy buraya ən bacarıqlı sənətkarları cəlb etmişdi. Baş bənna Hacı Abbas, daş qoyanlar usta Hacı Xeyrulla, Məmməd Hənifə, məscid interyerinin təşkilatçıları Kərbalayı Mirzə, Salman Atayev Soltan adlı şəxslər idi.

110-dan çox yaşı olan Nabat xanım hər gün əynində çaxçur, üzündə rübənd, başında örpək fayton ilə tikinti yerinə gəlir, fəhlələrə pul verir, ərzaq paylatdırırdı. Onun fəhlələrdən yalnız bir xahişi olurdu: –Yaxşı işləyin! Məscidin tikintisinə muzdsuz işləmək istəyənlər gəlirdi. Bunların içərisində hətta varlı adamları da görmək olurdu. Çoxları buna əhd etdiklərini bildirirdilər. Nabat xanımın tapşırığı ilə varlılar istisna olmaqla, tikintidə çalışan kəsin pulunu ödəyirdilər.

Məlumdur ki, 1905-ci ilin fevralında Bakıda erməni-müsəlman qırğını baş verdi. Bir neçə gün ərzində hər iki tərəfdən min nəfərdən artıq insan qətlə yetirildi, əmlakları isə talan olundu. Erməni katolikosu qırğından bir il sonra  hökumətin ermənilərlə bağlı gördüyü tədbirlərlə yaxından tanış olmaq üçün Bakıya gəldi. Erməni kilsəsində çıxış edən katolikos bir gün qabaq Təzəpir məscidinin tikintisilə tanış olmuşdu. Bakı ilə bağlı katolikosdan təəssüratını soruşanda demişdi: “Bakıya bir pud dərdlə gəlmişdim, min pud dərdlə geri qayıdıram. Mən elə bilirdim ki, Bakı da Tiflis kimi erməni şəhəridir, hər şey bizimdir, amma yox, Bakı müsəlmanlarındır. Bu dərd məni öldürəcək”.

Bakı Təzəpir məscidi tikilən dövrdə həm dini, həm siyasi mərkəz kimi diqqəti cəlb edirdi. 1905-ci ildə Bakı şəhərində erməni-müsəlman qırğını başlananda qubernator Nakaşıdze erməni müsəlman din xadimlərini Təzəpir məscidinə yığaraq qırğının qarşısını almaq üçün məsləhətləşmələr apardı. Çox maraqlıdır ki, Nakaşidzenin ölümünə qərar verən müəyyən siyasi qüvvələr bu qətli Təzəpir məscidinin həyətində həyata keçirməkdən imtina edərək tikinti gedən ərazidə ona toxunmadılar. Nakaşidze öz yerinə qayıdan zaman yolda bu siyasi qətli həyata keçirdilər. Yəni, siyasi qüvvələrin mənsubiyyətindən asılı olmayaraq, Bakıda yaşayan müxtəlif millətlərin nümayəndələri Təzəpir məscidinə xüsusi ehtiramla yanaşırdılar.

 

(Ardı var)

 

 

Anar İSGƏNDƏROV,

Tarix elmləri doktoru, professor

 

525-ci qəzet.- 2013.- 1 may.- S.6.