Azərbaycanda gənclər siyasəti: varislik, müasirlik, gələcəyə baxış

 

GƏNCLƏR ÜÇÜN AÇILAN GENİŞ PERSPEKTİVLƏR ÖLKƏ RƏHBƏRLİYİNİN BU SAHƏDƏKİ UĞURLU TƏŞƏBBÜSLƏRİNİN REAL NƏTİCƏLƏRİDİR

 

Müstəqilliyimizin ilk illərində xarici təcavüz və vətəndaş müharibəsi ilə yanaşı ölkəmiz dərin iqtisadi tənəzzülə düçar oldu. Bizim də daxil olduğumuz böyük bir iqtisadi sistemin süqutu kommunizm ideologiyasının acı məğlubiyyəti və bu ideologiyanın diqtə etdiyi planlı iqtisadiyyatın gözdən düşməsi ilə nəticələndi. Liberalizm ideologiyasının və bazar iqtisadiyyatının cəzbedici parıltısına aludə olan bəzi siyasi liderlər öz siyasi təcrübəsizliklərinin güdazına gedərək yeni sistemi qurmaqda çətinlik çəkir və onlardan qısa müddətdə böyük nailiyyətlər gözləyən səbirsiz kütlənin tapdağı altında qalırdılar.

Bu, 90-cı illərin əvvəllərində bəzi post-sosialist ölkələrdə müşahidə olunan mənzərə idi. O zamanlar Azərbaycanda vəziyyət daha dramatik xarakter almışdı. Ölkədə siyasi, sosial-iqtisadi və etnosiyasi gərginlik kritik həddə çatmışdı. Müstəqilliyimiz və dövlətçiliyimiz təhlükə altında idi. Belə bir zamanda xalqın təkidi ilə hakimiyyət sükanını öz əlinə alan təcrübəli siyasi lider, ulu öndər Heydər Əliyev dövlətimizi məhv olmaqdan xilas etdi. Qısa zaman ərzində Ermənistanla atəşkəsə nail olub siyasi sabitliyi təmin edən Heydər Əliyev iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsi olan zəngin karbohidrogen yataqlarımızın işlənməsi üçün ciddi addımlar atmağa başladı. Lakin bunun üçün böyük vəsait tələb olunurdu, o vəsait isə yox idi. Eyni zamanda, neftin hasilatı və daşınması üçün yüksək texnoloji avadanlıqlar tələb olunurdu, Azərbaycanda isə, neft infrastrukturu köhnəlmiş, bərbad və dağılmış vəziyyətdə idi. Ölkədə mövcud olan bu infrastruktur keçmiş Sovet İttifaqının ümumi energetika sisteminin bir parçası idi və o sistemə uyğunlaşdırılmışdı. Buna görə də yarımçıq və yarıtmaz vəziyyətdə olan bu infrastrukturun bərpasına, yaxud yenidən qurulmasına ehtiyac var idi. Vəziyyətdən yeganə çıxış yolu ölkəyə böyük xarici investisiya cəlb etmək idi. Xarici investorlar isə, bildiyimiz kimi, hər hansı bir ölkəyə daxil olarkən ilk növbədə gəlirləri və riskləri qiymətləndirirlər. Təbiidir ki, siyasi qeyri-sabitlik, iqtisadi böhran (bunun nəticəsində yaranmış yüksək inflyasiya) hökm sürən və qonşusu ilə müharibə aparan dövlət investorlar üçün cəlbedici sayıla bilməz. Belə bir şəraitdə, qısa zaman ərzində bu problemləri həll edib, nüfuzlu investorların inamını qazanmaq, demək olar ki, qeyri-mümkün görünürdü, lakin Heydər Əliyev bu işin öhdəsindən uğurla gəldi. 20 sentyabr 1994-cü ildə yeddi ölkəni təmsil edən on bir şirkət tərəfindən imzalanan “Əsrin müqaviləsi” müstəqilliyimizi zəmanət altına alan çox mühüm bir beynəlxalq sənədə çevrildi.

2003-cü ildə hakimiyyətə gələn İlham Əliyev dövlət quruculuğunda siyasi varislik prinsipinə sadiq qalaraq ulu öndərin başladığı işləri uğurla davam etdirdi və ölkənin ümumi inkişafını yeni mərhələyə yüksəltdi. Neft satışından əldə olunan gəlirlərin gələcək inkişaf üçün daha faydalı olması üçün gələcəyə uğurlu yatırımlara ehtiyac olduğunu vurğulayan prezident “qara qızıl”ın insan kapitalına çevrilməsi zərurətini ortaya qoydu. Qabaqcıl ölkələrin təcrübəsinə əsaslanan bu baxış əslində ölkə başçısının gənclər siyasətinin konturlarını ifadə edirdi. O, məhz bu sosial təbəqəyə prioritet verərək, gəncləri gələcək inkişafımızın əsas hərəkətverici qüvvəsinə çevirdi. Sosial problemləri qabardaraq müxtəlif populist bəyanatlar səsləndirən və strateji ehtiyatları bu problemlərin “həllinə” sərf etməyə çağıran uzaqgörənlikdən uzaq siyasi qüvvələrdən fərqli olaraq, Prezident məhz daha çox gələcək üçün investisiya yatırılmasına üstünlük verdi. Əslində investisiya üçün o qədər də cəlbedici olmayan və uzaq perspektiv üçün gəlir vəd edən elm və təhsil yüksək inkişaf etmiş sənaye ölkəsinə çevrilməyi qarşısına məqsəd qoymuş respublikamız üçün strateji əhəmiyyət kəsb edən sahələrdir. Prezident İlham Əliyev məhz gənclər siyasətini dövlətin ümumi sosial-iqtisadi inkişaf strategiyasının mühüm sahəsi kimi müəyyən etdi və ölkədə gənclərin elmə-təhsilə marağının artırılması istiqamətində mühüm işlər görüldü.

Misal üçün, Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın və dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65 müəyyən olundu. Bu, əmək qanunvericiliyində çox ciddi bir islahat olaraq dəyərləndirilə bilər.

Prezidentin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq olunmuşAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyasında da elm, təhsil gənclər siyasəti ilə bağlı görülmüş işlərə qarşıda duran vəzifələrə geniş yer verilir. Konsepsiyadan götürdüyümüz aşağıdakı məlumatlar gənclərin inkişafı sahəsində son illərdə görülən işlər barədə müəyyən təsəvvür yaradır:

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramıçərçivəsində indiyədək 1204 nəfər Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə, xaricdə təhsil almağa göndərilmişdir. Ümumilikdə isə, Proqram digər mənbələr şəxsi təşəbbüslər hesabına hazırda 10700 nəfər azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alır.

Təhsilin informasiyalaşdırılması sahəsindəki nailiyyətlər ürəkaçandır. 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşdüyü halda, hazırda hər 20 şagirdə bir kompüter nisbəti təmin olunmuşdur.Xalq kompüterilayihəsi çərçivəsində 10 mindən çox müəllim kompüterlə təmin olunmuş, 1200 təhsil müəssisəsi internet şəbəkəsinə qoşulmuş, inzibati, pedaqoji texniki heyət əhatə olunmaqla, 75 min nəfər müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmişdir. Müxtəlif fənlər üzrə elektron tədris resursları hazırlanıb məktəblərə verilmiş, 20 məktəbdəelektron məktəblayihəsi həyata keçirilməyə başlanmışdır.”

Bütün bu işlərin arxasında dövlətin böyük maliyyə dəstəyi durur. Qeyd edək ki,  dövlət büdcəsində bədən tərbiyəsi, gənclər siyasəti turizm ayrıca bənd kimi götürülür. Misal üçün, 2013-cü ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən bu sahənin inkişafına cari ildə 51 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bu Qanunun tətbiqi ilə bağlı müvafiq Fərmana əsasən həmin vəsaitin bölgüsü aparılır gənclər siyasətinə 27 milyon manata yaxın vəsait ayrılır. Hər il İdman Gənclər Nazirliyinin xətti digər mənbələr hesabına da müvafiq sahənin inkişafı üçün əlavə vəsait ayrılır. Elm, təhsil, İKT digər sahələrə ayrılan vəsait dolayı olaraq gənclərin marağına xidmət edir bu vəsait gənclər siyasətinin həyata keçirilməsinə dəstək funksiyasını yerinə yetirir. Burada müxtəlif dövlət proqramları çərçivəsində ayrılan vəsaiti xüsusi vurğulamaq lazımdır.

Misal üçün, Prezidentin müvafiq fərmanları ilə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi məqsədi ilə Dövlət Neft Fondunun büdcəsi hesabına 2011-ci ildə 15 milyon manat, 2012-ci ildə isə, 20 milyon manat vəsait ayrılmışdır. Ölkə başçısının 30 dekabr 2012-ci il tarixli Fərmanına əsasən 2013-cü ildə Dövlət Neft Fondundan bu məqsədlə 34 milyon 56 min manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Göründüyü kimi, dövlətimiz gənclərimizin inkişafına, onların problemlərinin həllinə maliyyə dəstəyini əsirgəmir, hər sahədə gənclərimizə qayğı göstərir. Bu qayğı təkcə ümumi deyil həm fərdi xarakter daşıyır. Misal üçün, Prezidentin müvafiq fərman sərəncamları ilə doktorantlara, “Qızıl kitab”a adları yazılmış gənc istedadlara, olimpiya çempionlarına, gənc yasıçı rəssam bəstəkarlara, Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələrə, əla, əla-yaxşı yaxşı-kafi kriteriyaları üzrə bakalavrlara, magistrlərə, orta ixtisas təhsili müəssisələrinin tələbələrinə, ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə digər kateqoriyalardan olan gənclərə fərdi (həvəsləndirici) təqaüdlər mükafatlar müəyyən edilmişdir.

Ölkə başçısı 29 dekabr 2011-ci il tarixdə gənclərə maliyyə dəstəyi göstərmək üzrə ixtisaslaşmış ayrıca bir qeyri-kommersiya qurumununAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında Fərman imzalamışdır. Həmin Fərmanla təsdiq olunmuş Fondun Nizamnaməsində qeyd olunur ki: “Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət digər sosial sahələrə yönəlmiş ictimai sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək Fondun əsas məqsədidir. Fond gənclərin, gənclər təşkilatlarının, eləcə yerlərdə gənclər siyasətini həyata keçirən dövlət yerli özünüidarəetmə qurumlarının elmi-tətbiqi, sosial əhəmiyyətli idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyir, dövlətin cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını iştirakını artırır, ideyaların yaradılması idarəedilməsində bacarığını stimullaşdırır”.

Gənclər siyasəti ilə bağlı ölkənin ictimai-siyasi həyatında baş vermiş digər bir mühüm hadisə Heydər Əliyev Mərkəzinin yaradılması onun fəaliyyəti ilə bağlıdır. Belə ki, tarixi varislik fəlsəfəsinə əsaslanaraq yaradılmış bu Mərkəzin üzərinə dahi liderin zəngin idarəetmə təcrübəsinin, onun vətənpərvərlik ruhu ilə köklənmiş mənəvi-ideoloji baxışlarının öyrənilməsi gənc nəslin bu ruhda tərbiyə olunması baxımından böyük məsuliyyət düşür. Mərkəzin müasir memarlıq üslubunda tikilmiş binası sanki ölkəmizin zəngin tarixi ənənələrə əsaslanan müasir inkişaf strategiyasını onun əsas hərəkətverici qüvvəsi olan gənclərimizi simvolizə edir.

Heydər Əliyev Mərkəzi ümumi konseptual məsələlərlə yanaşı konkret təşəbbüslərlə çıxış edir.  Prezidentin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında 21 yanvar 2013-cü il tarixli Sərəncamı çərçivəsində ulu öndərin adını daşıyan Mərkəz tərəfindən bir sıra maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərin əsas benefisiarları gənclərdir.

Bu cür təşəbbüslər gənclərimizin müstəqil düşünmə, araşdırma qabiliyyətinin inkişafına böyük təsir göstərir, onların dövlətimizə layiqli vətəndaş kimi yetişmələrinə xidmət edir. İnanırıq ki, Heydər Əliyev Mərkəzi bu istiqamətdə fəaliyyətini genişləndirəcək gələcəkdə daha çox gənci öz ətrafında birləşdirərək, onların Heydər Əliyevin siyasi irsinə yiyələnmələrinə, gələcəyin böyük sərkərdələrinin, siyasətçilərin, ziyalıların, elm xadimlərin, yazıçıların, diplomatların yetişməsinə öz töhfəsini verəcək.

 

 

Emin HƏSƏNLİ,

politoloq

 

525-ci qəzet.- 2013.- 3 may.- S.5.