Məhəmməd Əmin Rəsulzadə-
Əsərləri
Araşdırıb toplayanı, ərəb əlifbasından
latın qrafikasına çevirəni, ön sözün
müəllifi, lüğətin tərtibçisi
Transliterasiya
redaktorları: professor Şamil VƏLİYEV, elmi işçi Samir MİRZƏYEV
IV cild
(1917-aprel
1918)
6-cı məclis
1
Mayın 7-də altıncı məclis iniqad etdi. Bugünki məclisdə
Əlimərdan bəy Topçubaşov ilə Fateh Kərimi
cənabları sədarət ediyorlar. Xəlq
hər günkündən çox, zal dopdolu. Zalın ortasındakı yolda da vəkillər
duruyorlar. Bu gün bütün syezdi bir həftədən
bəri məşğul edib də iki gündən bəri əsəbiləşdirən
məsələ, idarə məsələsi həll olunacaq.
Məclis açıldıqda Hadi Məqsudi cənabları
söz alaraq syezd naminə gələn dilək dəftərlərinin
xülasəsini ərz ediyor. Bu diləklərin
hamısında ümumi olan bir məsələ vardır ki, o
da Rusiyadakı türk dünyasını birləşdirmək
məqsədindən ibarət. Bundan əlavə,
Hadi əfəndinin məruzəsindən anlaşılıyor
ki, yüzdən ziyadə gələn dilək dəftərindən
yarısı muxtariyyətli xəlq cümhuriyyətini istəyib,
o biri yarısı isə şəklindən bəhs etməyərək
ancaq xəlq cümhuriyyətinə rəy vermişdir. Sonra şəkli-idarə şöbəsinin rəisi
Nəcib Xələfin cənabları şöbə işləri
həqqində hesab verərək şöbənin
iki-üç gündən bəri kəmali-ciddiyyətlə
mübahisədə olduğunu anlatıyor. Bu anlatmaya görə şöbə adətən
şöbəlikdən çıxıb təqribən
bütün vəkillərin iştirak və hüzuru ilə
iclas edərək nəticədə hər iki tərəfdən
məhəllə təklif olunan qətnamələri məclis
oxuyur. (Qətnamələr
oxucularımıza məlumdur).
Xələfin cənablarından sonra müvəqqəti
Büronun dəvətnaməsi üzərinə məclisə
təbrik üçün gələn Kadet firqəsi Moskva
komitəsinin rəisi knyaz Dolqorukova söz veriyor. Dolqorukov
müsəlmanların məhəbbətini itirmiş bir firqə
nümayəndəsi olmaq üzərinə bir də nitqdən
məhrum olduğundan syezd tərəfindən güc-bəla
dinlənilir. Hələ nitqin məzmunu soyuqluğu bir az da artıyor. Knyaz Dolqorukov cəbhəyə
getdigini və orada müsəlman əskərinin mərdcə
öldügünü gördügünü nəql edərək
bu ölməyi bilmək milli bir xasiyyətmidir, yoxsa dini bir
hikmət? Orasını çox bilmədigini,
fəqət ona qalırsa bu həmiyyətin dindən gəldigini
söylüyərək məclisin həyati-diniyyəsini
oxşamaq istəməklə hala “müsəlmanların
hissiyyat dövründən çıxmadıqları həqqində
rəyi-sabit sahibi olduğunu” göstərdi. Bittəbii
səmimiyyətdən ari olan bu nitq məclisi
darıxdırıb kürsüdən endi:“Yaşasın
müsəlman milləti” sözünü bir neçəsi
alqışladılarsa da, əksəriyyət haman qalmaqal
qalxızıb kadet vəkili şu qalmaqal içində məclisi
tərk elədi. Qalmaqal yatsın – deyə məclisə
bir neçə dəqiqəlik tənəffüs verildi.
Tənəffüsdən sonra şəkli-idarə məsələsinin
müzakirəsinə başlandı. Müzakirə məclisi
nizami böyləcə məruzəçilərin nitqləri
ilə başlamalıydı. Birinci məruzəçi
olmaq üzrə Əhməd bəy Salikova söz verildisə
də imtina elədi. Onun kibi Məhəmməd
Əmin Rəsulzadə cənabları da hələlik söz
almadı. Bu surətlə müzakirə
federalizm tərəfdarı Nijni vəkili Süleymani əfəndi
nitqi ilə başladı. O gün saət 2-yə qədər
bir (federalist) ədəmi-mərkəziyyət, bir də mərkəziyyət
tərəfdarı tərəfindən natiqlər biri-digəri
ardından mübahisəyə iştirak edərək
qızıqlı danışıqlar olmuş federasiya lehinə
Volqaboyu intelligensiyasının əksəri, müəllimlərindən
qismi-mühümmi, mətbuat ərkanından Fateh Kərimi
(“Vəqt” mühərriri), Hadi Atlasi, Tuqtarov, Zakir Əlqədari
(“Turmuş” mühərriri), üləmadan bir çoxu,
sosial-revolyusioner məsləkindəki əmələlərlə
kəndçilər, tatar soldatlarından bir qismi,
qadınlardan bir hissəsi federasiya lehinə söz söyləyərək
vilayət nümayəndələrindən Türkistan,
Qırğızıstan, Krım və Qafqasiya nümayəndələrinin
demək olar ki, haman hamısı bu nöqteyi-nəzəri
müdafiə ediyor. “El” mühərriri Ayaz əfəndi
İshakov ilə Volqaboyu əmələ və kəndçi
vəkillərindən ibarət işçi qismi ilə
soldatlardan bir hissəsi və əksəriyyəti Volqaboyu
qadınlarından ibarət olan ünas şöbəsi ilə
bir qism tatar gəncləri, Qafqasiyadan dəxi Şimali
Dağıstan nümayəndələrindən bir-ikisi mərkəziyyət
üsuli tərəfində idilər.
Saət ikidə məclisə tənəffüs verilərək
saət 6-da təkrar məclis bərpa oldu. Bu dəfə
hər tərəfdən müəyyən beşər adama
söz verilərək tərəfindən natiqlər
çıxıb, o cümlədən Fateh Kərimi, Əlimərdan
bəy Topçubaşov, Ayaz İshakov və sairləri bəyanatda
bulunuyor. Nəhayət, gecə saət 1-də
doğru natiqlər qurtarıb söz məruzəçilərə
verilir.
Əhməd
bəy Salikov bir qədər hiddət və şiddətlə
söylədigi nitqində federalistləri şiddətlə tənqid
edərək onları hətta əskilik və burjuyluqla, həqiqi
millət mənfəətini düşünməməklə
töhmətləndirərək aşağıdakı vəchlə
nitqini xülasə edib qərarnaməsini məclisə təklif
elədi:
Rusiya dövlətini bir federasiyalı (muxtariyyət
idareyi-raziyə) əsaslarına bina edərək təşkil
etmək topraq məsələsinin həll edilməsini çətinləşdirəcəkdir. Çünki
müsəlman xəlqinin də hissə alacağı yer sərmayəsinin
(zemelni fond) vücudə gəlməsinə mane olacaqdır.
Məmləkətin kənar vilayətlərindəki
topraq sərmayəsi istemlak və mühacirət (kolonizatsiya)
məqsədlərinə xidmət ediyor. Lakin
rus mühacirətini yerli müsəlmanlar hesabına yapan və
öylə də davam edən istemlak (kolonizatsiya) siyasətini
dayandırmaq gərək. Yerli müsəlman
xəlqlərini yer cəhətdən təmin etdikdən sonra
artıq qalan topraqlar nəsildaş və milətdaş
bulunan sair yersiz müsəlmanlar üçün bir növ
yer sərmayəsi təşkil etməlidir. Yer məsələsinin bu surətdə həlli
ancaq mərkəziyyətlə idarə olunan dövlətdə
mümkündür. Buna görə də
krestyanlar federasiya əleyhinə rəy verməlidirlər.
Hər muxtariyyət daxilində olan əmələlər
bütün məmləkət üçün mərkəzdən
nəşr olunan əmələ qanunlarının feyzindən
məhrum qalacaq hər kəs öz daxilindəki qanuna tabe
olacaq. Buna
görə də Şərq muxtariyyətlərindəki əmələlər
hələ bir çox zaman zəhmət və məşəqqətdə
olub 8 saətlik iş günü və dövləti
sığorta kibi təminlərə əlləri
çatıncaya qədər çox zəhmət və əziyyət
çəkəcəklərdir. Buna görə
işçilər də federasiyaya zidd getməlidirlər.
Yerli muxtariyyət üsuluna bina olunan üsuli-idarə
müsəlmanların ruhani təşkilatlarının mərkəzdən
ayrılmasına bais olacaq. Çünki hər
ştat öz ruhani təşkilatı dairəsində bulunub
mərkəzi idarə təftişinə çox
ağırlıqla qatlanacaq, bu surətlə hasil olan
kiçik muxtariyyətlərdə bir çox məzhəb zəlalətləri
və ya füzulluqlar doğacaq. Buna
görə də imamlar, mollalar federasiyaya qarşı rəy
verməlidirlər.
Rusiyanın Şərq ölkələrində olan yerli
federasiya İdil boyundakı müsəlmanların ticarət və
sənaye siniflərinin qisminə zor maneələr
çıxaracaq və çox müşkülat açacaq. Çünki
ticarət məsamələrinin birlik və
azadlığını itirəcəkdir. Buna
görə də tüccar və sənaye sahibləri
federasiyaya qarşı rəy verməlidirlər.
Yerli muxtariyyət idarəsi Türkistanda, Qafqasiyada
qadınlar məsələsini həll etməgə mane olacaq. Çünki
oradakı qanun çıxaracaq müəssisələr
xatunlara bir qul və əsir kibi baxan kişilər əlində
olacaq. Buna görə müsəlman
qadınları federasiya üsulinə qarşı
çıxmalıdırlar.
Yerli muxtariyyət milli məsələləri həll
etməyəcəkdir. Çünki nə qədər ştat
olsa, o qədər də milli məsələ olacaq. Əgər Rusiyada böylə üsul qəbul edilsə,
o zaman bir neçə yüz min müsəlmanlar rus vilayətləri
içində qalıb ruslaşacaqlardır.
Yerli muxtariyyət müsəlmanların var-çox
siyasi qüvvələrini də itirəcək, onları
biri-birindən ayırıb yek-digərinə düşmən
edəcəkdir. Bu siyasi ayrılıq siyasətən bir
olub da bir mərkəzə bağlı olmaq əvəzinə
müsəlman qəbilələrini biri-birindən
ayıracaq, hər muxtariyyət özünəməxsus bir
politika təqib edəcəkdir. Böylə
olunca da hər Rusiya müsəlmanlarının öhdələrində
olan tarixi vəzifə və məqsədlərini,
Böyük Asiya mədəniyyətinin dirilməsini və
müsəlman millətlərinin Avropa burjuaziyası
boyunduruğundan qurtarması kibi böyük vəzifələrin
ifasını çətinləşdirəcək.
Şərq ölkələrində olan yerli muxtariyyət
ancaq xanlara, bəylərə, hər növ baylara, hakəza
şəhər burjualarına və mühafizəkar ruhanilərə
faidəlidir.
Fəqət Rusiyanın və kənar vilayətlərinin
ayrılığı və xüsusiyyətləri nəzəri-etibarə
alınmaq üçün Qafqasiya, Türkistan, Dala vilayətləri
üçün geniş idareyi-məhəlliyə təşkili
mətlubdur.
Milli məsələlərin həlli isə milli-mədəni
muxtariyyət idarəsinə tapşırılmalıdır. Bunun
üçün mərkəzi bir müsəlman parlamenti
vücudə gətirməlidir. Buna görə də
syezdə təklif olunuyor: bu qərarı alsın ki:
Rusiya üsul-idarəsi ədəmi-mərkəziyyət
əsasına bina olunan parlamentli cümhuriyyəti-ənam
üsulunda olmalı və bununla bərabər, Qafqasiya,
Türkistan, Dala vilayətlərinə və Sibirya
oblastlarına geniş bir idareyi-məhəliyyə (mestnoye
samoupravleniye) verilməlidir.
lll
Əhməd bəy Salikovdan sonra ikinci məruzəçi
olmaq sifətilə Məhəmməd Əmin Rəsulzadə
cənabları son nitqini söylüyor. Alqışlar içərisində
minbərə çıxan xatib: millətdaşlar, deyə
başlıyor və müarizim buraya çıxdıqda nədənsə
səmimi düşünməyi və millət fikrinə
qalmayı ancaq özü ilə həmməsləklərinin
inhisarında (monopoliyasında) təsəvvür edərək
o surətlə söyləşdi və bizləri millətə
müzürr kibi göstərdi – şübhəsiz bu bir
açıq əlamətdir ki, həqqaniyyəti isbata yaramaz
– diyor və nitqində davam ediyor ki, məncə bu
kürsüyə çıxan hər bir natiq vicdan məsuliyyəti
nə olduğunu dərk ediyorsa kəndi düşüncəsindən
və millət faidəsindən xaric bir söz söyləmək
cəsarətində bulunamaz. Bən kəndim
buraya səmimiyyətlə söyləmək, etidaq elədiklərimi
anlatmaq üçün çıxdıqda
başqalarını da kəndim kibi təsəvvür etmək
istiyorum. Məruzəni tənqid ediyorumsa
bu onun doğrudan söylədiginə şübhələndigim
üçün degil, yanıldığına, yaxşı dərk
etmədiginə qane olduğum üçündür. Başqa dürlü olamaz da. Çünki
həqiqəti söyləmək monopoliyaya alınacaq şeylərdən
degildir.
Məruzələrimizin mətləbini yaxşı dərk
eləmədiklərini və təsəvvürlərində
yanıldıqlarını isbat etmək üçün hər
şeydən əvvəl Əhməd bəy Salikov cənablarının
birinci dəfə oxuduğu dokladını təhlil edəcəgəm. Bu doklad bir
çox təzad və tənaqüzlərə malikdir.
Dokladçı özü boynuna alıyor ki, hər bir millətin
qüvayi-siyasiyyəsi ancaq özünə məxsus müstəqil
və azad bir cümhuriyyət şəkli sayəsində təmin
oluna bilir və bu sözünü qüvvətləndirmək
üçün məşhur üləmadan Blunçlinin: “hər
millət ayrı bir hökumət təşkilinə mükəlləfdir
və bunu yapmalıdır. Dünya kəndisində
mövcud millətlərin sayları miqdarında dövlətlərə
bulunmalıdır. Qoy hər millət bir
dövlət və hər dövlət milli bir üzviyyət
təşkil etsin” sözünü nəql ilə diyor ki,
“milliyyət məsələsinin ən təbii və məntiqli
həlli budur. Fəqət təəssüf
olunuyor ki, məsələnin bu şəklində həlli bizə
mümkün degildir. Çünki biz
müsəlmanlara ayrı bir hökumət xəyalı
müqəddər degildir”, əvət öylədir. Müsəlmanlar ayrı hökumət düzəltmək,
türklər Rusiyadan ayrılmaq niyətində degildirlər.
Fəqət milliyyət məsələsinin həlli
üçün ən müvafiq olan milli hökumət
lüzumu məna və məntiqinən qəbul edildikdən
sonra “dövləti-milliyyə”nin bir şəkli-məhdudi
olan muxtariyyəti-məhəlliyə əcəba,
neçün qəbul edilməyib – milli mənfəətlərə
müğayir görülüyor da federasiya miliyyət məsələsini
həll edəməz – deyə iddia oluyor. Bu
öz-özünə qarşı getmək, fikrən tənaqüzdə
bulunmaq degilmidir? Madam ki, ən mətlub
olan müstəqil bir hökuməti-milliyyə bilfeil
mümkün degilmiş, o halda buna yaxın.
Qadınlar, sizi əsirlikdə saxlamaq istiyorlar. Haydı qoymayın bu
qatı qəlbli federalistləri!.. Bunlar sizi cəhənnəmə, biz isək
behiştə aparıyoruz. Çünki təkəlli
cümhuriyyətdə bütün siniflər rahət olacaq,
qurd qoyunla gəzəcək!
Əfəndilər,
bir az diqqət ediniz, nərədə məntiq?
– deyə sorun. Hanki sinfin mənafeyini
müdafiə ediyorsunuz. Sual veriniz – syezdə
– zəhmətkeşləri düşünüyoruz – deyə
cavab verərlər. O halda burjualarla, “molla” zərdləri
ilə nə işləri? Aşkardır ki,
burada əmələ dərdindən də, burjua dərdindən
də, molla ilə qadın qayğısından da başqa bir
dərd, başqa bir qayğı vardır. Federasiya əsası üzərinə qurulmuş xəlq
cümhuriyyətindən kimsəyə qorxu yoxdur. Çünki dəfələrlə dedik, yenə təkrar
ediyoruz. Zatən bəllidir ki, qanun əsası
mucibincə hüquqi-bəşəriyyə ilə siyasiyyə
bütün federasiyalarda təmin edilmiş olacaq. Diyorlar ki, “bu ancaq kağız üzərində
olacaq”. Fəqət böylə bir irad
muxtariyyətsiz cümhuriyyət həqqində də
mövcud olamazmı?
Topraq məsələsi bu günün məsələlərindəndir. Ehtimali ki, rus
Məclisi-Müəssisanı özü bu məsələni
həll edəcək. Fəqət məsələ
federasiyaların həllinə buraxılarsa ilk illərdə həll
olunmayıb qalsa da sonralar haman demokratiyanın
istədigi kibi həll olunacaq. Bu kürsüdən
dedilər ki, İdil boyundakı tatarlar yersizdirlər. Halbuki Türküstan səhraları
adamsızdır. Və dedilər ki,
Türkistan ərazisi bölündükdə o yerlər
öz yersiz millətdaşlarına verilsin. Fəqət
bu məsələ ümumi Rusiya məclisində həll
olunursa kim təmin edə bilər ki,
Türküstana İdil boyundakı tatar degil, başqaları
göndərilməyəcək və bu təmin hanki bir məntiqə
istəniləcək. Şübhəsiz ki, yer
onu əkənin əlinə keçməli. Fəqət hanki əkənin? Bunda
heç bir fərq yoxmudur? Federasiya əmələ
məsələsi, əmələ hərəkətinin iləriləməsini
təmin edən qanunları əngəl edə bilir – dedilər.
Bən birinci dokladımda bu iradı qarşılayaraq Almaniya
konfederasiyasını nişan vermiş, ən
müvafiq işçi qanununun burada tətbiq olunduğu ilə
Almaniya əmələsinin ən müntəzəm təşkilata
malik bir əmələ olduğunu göstərmişdim. Bir həftədən bəri davam edən müzakirələri
diqqətlə dinlədim. Arada syezd əzalarına
dərs üçün gələn “professor”a da qulaq verdim,
bu dəqiqəyə qədər yuxarıdakı fikrimi cərh
edəcək bir şeyə təsadüf etmədim. Kimsə buna cavab verəmmədi.
Əfəndilər, sizi burada yalnız qorxutmaqla
qalmadılar.
Ən rəqiq hissiyyatınıza belə
icrayi-təsir etmək istədilər. Məlum
a, qadınlar bizcə möhtərəmdir. Xatirləri sayılır. Onlar
ağladıqda ürək davam edəmiyor, mütəəssir
oluyor.
Bir şəklə malik olan muxtariyyət məqsədi
daha müvafiq görülməzmi? Salim məntiqlə
düşünülürsə əlbəttə ki, böylədir.
Fəqət müarizim öylə düşünəmiyor,
diyor: “çünki milli hökumət şəkli
mümkün degildir, ona görə də mərkəziyyətə,
muxtariyyətsiz cümhuriyyətə tərəfdar
olmalıdır” – nərədə məntiq?
Fəqət məntiqsizlik bir bu degildir, mərkəziyyət
nəzəriyyəsində də müarizimiz muxtariyyət məsələsindəki
tənaqüzü işlədiyor. Bizə tarixlər, hekayələr,
dəlillər, sübutlar, rəqəmlər, ədədlər
nişan veriyor; sabit etmək istiyor ki,
dünyanın tərəqqisi dövlətlərin bir mərkəzdən
idarə olunmasına müncərdir. Bugünki
federativni hökumətlər əvvəlcə konfederasyon
imişlər. İmdi də tamamilə
birləşib “unitarnı” olmaq meylində imişlər.
Ən mükəmməl şəkli-idarə mərkəziyyət
imiş. Böylə ikən gözlənirdi
ki, dokladçı Rusiya xəlqi bir cümhuriyyət olmaqla bərabər
eyni zamanda mərkəziyyət üzərinə dəxi
binalanacaq. Məgərsə öylə gəlmiş
bu cümhuriyyət ədəmi-mərkəziyyət üzərinə
bina olunub da vilayətlərə geniş surətdə
idareyi-məhəlliyə ixtiyarları verilməli imiş.
Görünüyor ki, mərkəziyyət
aşiqi olan müarizimiz idealına yaxınlaşdıqca
özü də qorxuyor. Nabələd bir yolçu kibi
uçurum kənarına çatınca haman
səndələyib dayanır. Federasiya
dünyanın tərəqqisinə mane və mərkəzdən
qaçmaq qüvvətini artırıcı bir əsas ikən
rədd edildikdən sonra hanki məntiqlədir ki, başqa
növdən bir “ədəmi-mərkəziyyət” istənilir.
Bu da bir təzad degilmidir?
Əgər
bu “ədəmi-mərkəziyyət” mərkəziyətə
getmək üçün bir “rəhlə” isə onda nədən
federasiya əvvəlinci bir “mərhələ” kibi qəbul edilmiyor.
İştə, bir sual? Dokladın
bundan başqa biri-digərini cərh edən maddələri
yenə də yox degil. Fəqət mətləbin
kəşfi üçün bu ikisi də bəsdir, zənn
edirəm. Əsas mətləb yalnış və
mütənaqis fikirlər üzərinə qurulduğu kibi
müdafiəsi də haman mütənaqis
dəlillərə istinad ediyor. Sizə təklif
olunan qətnamədə deniliyor ki, federasiya kəndçinin,
əmələnin, mollanın, tacirin, qadınların,
xülasə bütün sünufi-millətin arzularına və
faidələrinə müzürrdür. Böylə
ikən doğrusu bəndən ötrü qeyri-müntəzir
bir surətdə bağrılıyor ki, “federasiya zəhmətkeş
xəlq əleyhində olub ancaq varlılara və bir takım
baylarla burjualara və mürtəce mollalara faidəlidir”.
Yenə haman sual – nərədə məntiq?
Burada o qədər də məntiq yox degil, var.
Bütün sinifləri qorxutmaq lazım. Kəndçilər,
federalistlər sizi mülkdarlara satmaq, onlara qul etmək
istiyorlar. Əmələlər, sizi
burjualara satıyorlar. Mollalar sizi
aldadıyorlar.
İştə, sizi riqqətə gətirmək
üçün şu cins lətif nümayəndələri
kürsiyi-xitabəyə çıxardılar. Federasiya bizi məhv
edər, dedilər. Qırğızıstanda
qadınları satıyorlar, Qafqasiyada onları syezddən
qovub xəncərlərlə təhdidliyorlar – deyə ah-vay
etdilər. Fəqət bir az
düşününüz. Yenə muxtariyyətli
cümhuriyyətin demokratik əsaslar üzərinə
qurulacağını unutmayınız. Nazik
qəlbli olduqlarından qadıncığazlar bittəbii o
biri siniflərdən daha çox qorxmuşlar. Fəqət bica biz görüyoruz ki,
qırğızlar kəndi aralarından nümayəndə
olaraq məclisimizə qadın göndərmişlər.
Həm bu, qadınların degil qırğız
cəmaətinin nümayəndəsi, Qafqasiya xanım vəkilləri
də buradadırlar. Qafqasiya
qurultayından qadınların qovulduğu doğru degildir.
Doğru, orada qadınlar əleyhində idareyi-kəlam
edildi. Fəqət bu idareyi-kəlam edən zat şəhərin
ən möhtərəm bir şəxsi ikən məclis
parlaman adından xaric olsa da kəndisinə danışmaq imkanı
vermədi və nəhayət iştə, bu qətnaməyi qəbul
etdi: “Qafqasiya müsəlman qurultayı müsəlman
qadınının imdiki əhvalını nəzərə
alaraq və bu əhvalı olduqca qeyri-təbii bularaq müsəlman
qadınının hüquqi-vətəniyyə, ictimaiyyə
və siyasiyyədən istifadə edəcək bir hala
qoyulmasını lazım bilir”.
Əgər köhnə Qırğızıstanda
“qadınları satmaq” eybini muxtariyyətli
Qırğızıstan hesabına çıxmaq olarsa o zaman
üçün Rasputin kibi bir hərif der ki, köhnə mərkəzi
Rusiyadakı rüsvayçılıqlarını gələcək
mərkəziyyətli cümhuriyyət hesabına qoymaq
olmasın?
Əfəndilər, görüyorsunuz ki, qorxuyu qüvvətləndirmək
üçün vaqeələr nə kibi rənglərlə
sizə təqdim olunuyor. Fəqət qorxmayınız, bərfərz
qadınların halı muxtariyyətlərdə ibtidai halda fəna
olsa da, getdikcə islah olunacaq. Buna mütəhəmmil
olmayıb kəndi evinin islahını başqalarından
gözləmək, öz övladından naümid olub da yad
ellərə müraciət etmək analarımızın
şanına yaraşmaz. Bərfərz Türkiyə,
İran qadınları əhvalımız fənadır, deyə
Avropa dövlətlərinə müraciət edib də
müdaxilələrini istəməyi vicdanlarına rəva
görmədikləri kibi Rusiyadakı bacılarına dəxi
sırf kəndi mənfəətlərini düşünərək
federasiya əleyhinə çıxamazlar. Bunu
analıqlarına, qadınlıqlarına rəva görəməzlər.
Muxtariyyətə hazır degiliz, cəmaətimiz əvamdır,
deyən əfəndilər görüyorum ki, mərkəzdəki
xəlqin idrakına çox güvəniyorlar. Hətta bu
kürsüdən dedilər ki, böyük Kerenskinin
vicdanına inanalım da müqəddəratımızı
Rusiya demokratiyasına təslim edəlim. Kerenskiyə
bən də ehtiram edirəm. Bütün
syezdə ehtiram edər. Bu
ehtiramımızı bateleqraf kəndisinə dəxi bildirdik.
Yalnız bununla bərabər demək istərəm
ki, Kerenski vicdanına olduğu qədər millətin də
vicdanına inanmaq lazım. Onun
özünü idarə edə biləcəginə dəxi
ehtiram gərək. kəndisindən
naümid olub bütün diləklərini başqalarından
gözləyən bir millət, millət olaraq yaşayamaz.
Məlumi-alinizdir ki, burada islamiyyət bir din və bir
beynəlmiləliyyət (internasyonalizm) ikən onu bir millət
yapdılar. Müsəlmanlar bir millətdir – dedilər və bu
milləti rahi-nicatə çıxarmaq üçün Rusiya
mərkəzində bir yer və topraq xaricində milli muxtariyyət
əsası üzərində binalanmış bir parlaman təsis
etmək istədilər və dedilər ki, bu məclisdə
yanacaq “məşəli-mədəniyyət” bütün aləmi-islamı
işıqlandıracaq. Buna görə də istiyorlar
ki, ayrı-ayrı islam millətləri və
ayrı türk qövmləri muxtariyyətli məclislərə
malik olmayıb bu “mərkəzi-səadətə” tabe olsunlar.
Böylə ikən əcəba, bu xəyalçılar nədən
islam aləminin hasarını Rusiya həddilə
çəkmək istiyorlar. Məntiq icab etməzmi ki, İran
da, Türkiyə də bütün sair islam
məmləkətləri də bu “mərkəzi-səadət”dən
feyziyab olsunlar. O halda nədən İstanbulun ilhaqını
istəmiyoruz? Nədən islam məmləkətlərinin
istiqlalına qarşı xəyanət bəsləyən
Avropa imperializmini protest ediyoruz? Nərədə
məntiq?
Yox əfəndilər,
islam adında bir millət yoxdur. İslam dinində millətlər vardır. Bu millətlərin mərkəzi-səadətləri
özlərində, öz milli hökumətlərindədir.
İslamı parladacaq bu şey məsud millətlər
arasında təmin etdigi irtibati-mədəniyyədir ki, o da
bir millət degil – beynəlmilliyyətdir.
Rusiya milli-məhəlli
əsaslar üzrə muxtariyyətlərə
bölününcə Rusiya türk-tatarlığı
Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan
kibi bir neçə muxtariyyətlərə bölünəcək,
bunlar birər türk sütunu təşkil edib də onlar
üzərində müəzzəm bir tağ qurulacaqdır ki,
bu da müştərək mədəni-milli və dini məsələlərin
həlli ilə məşğul olacaq, bir müəssisə
halında bulunacaqdır.
Məhəlli muxtariyyət fikri Rusiya millətlərinin əksəri
tərəfindən qaldırılmış bir
şüardır (lozunqdur). Bu lozunqu Qafqasiya,
Türküstan, Qazaxıstan kibi böyük türk elləri
də qalxızmışlar. Kazandakı
müsəlman müəllimlərinin syezdi ilə müsəlman
tələbələrinin Moskvada bulunan syezdi də bu
şüarı qəbul eləmişlərdir. Əksər vilayətlərdən gələn dilək
dəftərləri dəxi bu tələbi qeyd ediyorlar. Böylə ikən muxtariyyət əsasını
müdafiə edənlərə müarizim çıxıb
da “siz kimsiniz?” xitabını vermək cəsarətində
bulunuyorlar. Fəqət unudurlar ki, buna qarşı daha
böyük səlahiyyətlə həqlidir desələr ki:
– Siz
kimsiniz?
Əfəndilər, vəqtim bundan artıq söyləşməgə
müsaid degildir. Buna görə daha çox söyləyəcəklərimdən
sərf-nəzər edərək bu kürsüdən getmədən
əvvəl sizə demək istərəm ki: milli-şəxsi
muxtariyyət (naüionalğno-personalğnaə avtonomiə)
nəzəriyyəsini müdafiə edərək burada
“Şpinger-Bauer, Bauer-Şpinger” deyə bir kitabı vərəqlədilər.
Bunların
alim olduqlarına söz deməyərək burasını
söyləməliyəm ki: bu nəzəriyyə ilə təskin
bulub da kəndi milli məsələsini həll edə biləcək
və o hala qane olacaq dünyada bir millət vardır ki, nə
yeri var, nə yurdu. Bu – yəhudi millətidir. İlahülhəmd
bizim yerimiz də var, yurdumuz da!
Dəfələrlə
şiddətli alqışlarla qət olunub sürəkli
alqışlar içərisində tamam olan bu nitqdən sonra
biri məhəlli muxtariyyəti, digəri məhəlli
muxtariyyətsiz xəlq cümhuriyyətinə məxsus iki
qutu qoyulub, gizli rəy vasitəsilə səslər toplanmaya
başlanmış və səhər saət 4-də dan yeri
ağardığı zaman ümummüsəlman
qurultayının 271 rəyə qarşı 446 rəy əksəriyyətlə
milli-məhəlli muxtariyyət üzərinə qurulu xəlq
cümhuriyyəti lehinə olduğu elan olunmuşdur.
(Ardı var)
525-ci qəzet.- 2013.-
4 may.- S.26-27.