Göründü
Yenə
cilovlandım izə, cığıra,
Nə ucqar göründü, nə yön
göründü.
İmansız dayanıb dünya
çağında,
Nə Tanrı göründü, nə din
göründü.
Şeytan, çiçəklərə,
gülə yeriyib,
Küləyə
yeriyib, selə yeriyib,
Əkinə, biçinə elə yeriyib,
Dini-bərəkəti,
nə dən
göründü.
Od-ocaq
şəklənib, tüstü şəklənib,
Canda da hənirti,
isti şəklənib,
Bu yerin
alt qatı, üstü şəklənib,
Ayı,
ulduzu da gendən
göründü.
Qurdu
nağıl döyür, neçə mif döyür,
Qalıbdı
çaqqala elə çək- çöyür,
Yığıb
çərdəyinə kim gəldi, deyir,
Ağıl
da başında dən-dən göründü.
İşə
bax, saqqala, bığa dirənib,
Kamana dirənib,
oxa dirənib
Ömür
də kəfənə,
ağa dirənib,
Dərdindən
göründü,
qəmdən göründü?
14.01.13
Ölümə çəkdi
Ömür
dənmiş dəyirmanda,
Üyüdüb bəlimə çəkdi.
Fələyin
mənlə şərti varmış,
Gördüm, kəlmə-kəlmə
çəkdi.
Dumana bax,
qaramatdı,
Dağ
başında qara, matdı,
Göz ağ qaldı, qaram, atdı,
Gördüm, ilmə-ilmə
çəkdi.
Sözü
düzdüm söz eşqinə,
Ocaq oldum
köz eşqinə,
Bir mələyin
göz eşqinə,
Öldürüb, ölümə çəkdi.
05.02.2013.
Bu itin yiyəsi hardadı görən
Bu itin yiyəsi
hardadı görən,
Bu it qarğaraya, pinə qayıtmır.
Hər
yoldan ötəni dalayıb keçir,
İtirib döngəni, tinə, qayıtmır.
Qudurub necədə,
quduzu çıxıb,
Başının
üstündə ulduzu çıxıb,
Davadan,
dalaşdan hər dizi çıxıb,
Başı
daşdan-daşa
yenə, qayıtmır.
Yanında-yörədə tulaya
bir bax,
Düşdüyü
xətaya, bəlaya bir bax,
Fəlakətə
bir bax, fələyə bir bax,
Tutulub qəzəbə, kinə, qayıtmır.
Bezib
azdırıblar haraya gəldi,
Gecəsi,
gündüzü
araya gəldi,
Yalmanıb
dostları haraya, gəldi,
Ürməkdən
dodağı,
çənə
qayıtmır.
Yolmanıb
tükləri, dazı çıxıbdı,
Bu il də bir təhər, yaza
çıxıbdı,
Canından
şuxluğu, nazı çıxıbdı,
Ay itin
sahibi,
Neynədin
ki, bu it, sənə
qayıtmır?
İtib
haqq-ədalət,
arxacı, alsın,
Canında
havanın tıxacı, alsın,
Bu itin
günahı kimə sayılsın,
Dönüb
dağarcığa
sinə,
qayıtmır.
Bu itin yiyəsi
hardadı görən,
Bu it qarğaraya, pinə qayıtmır.
Hər
yoldan ötəni dalayıb keçir,
İtirib döngəni, tinə, qayıtmır.
22.01.2013.
Buluda bax
Buluda bax,
qəsdə durub elə bil,
Altında nələrdi, üstdə nələrdi.
Görünməz
oyunlar qurub elə bil,
Çənində
nələrdi,
sisdə nələrdi.
Köç
edir, görünmür ucu, bucağı,
Hansı xoş ovqata köklənib gedir.
Duman
alaçığı, çən alaçığı
Bu dağa, dərəyə yüklənib gedir.
Açılmır
nə gədik, nə daş, nə qaya,
Üzündə, gözündə şər gilələnib.
Tutub sinəmizi
kamana, yaya,
Dərdi gilələnib, sər gilələnib.
Durnası
yol azıb pərən
düşübdür,
Quzğunu dolaşır, qarğa dolaşır.
Qara,
borana bax, erkən
düşübdür,
Qasırğa
dolaşır, qovğa
dolaşır.
Qalmır
əməlindən doluya tutub,
Elə bil zülmətə, şərə
varıbdı.
Üzünü
Toqata, Boluya
tutub,
Vadilər varıbdı,
dərə varıbdı.
Buluda bax,
qəsdə durub elə bil,
Altında nələrdi, üstdə nələrdi.
Görünməz
oyunlar qurub elə bil,
Çənində nələrdi, sisdə nələrdi.
15.01.13
Mən, dan üzünə
açılıram
Dan
üzü azan səsiylə açılır,
mən dan üzü,
bu azan səsinin
altında
türk
köylərinin birində
bir
terroristin əlləriylə güllələnirəm.
Dan
üzü azan səsiylə açılır
dan
üzü,
bu azan səsinin
altında
sərhəd
zonalarının birində
atəşgah pozulur,
mən,
bir erməni
silahlısının əlləriylə
snayper
gülləsinə tuş gəlib güllələnirəm.
Dan
üzü azan səsiylə açılır,
mən
dan üzünü,
bu azan səsinin
altında doğudan batıya
neçə şeytan olmuşların əlləriylə
zaman-zaman
mənə dəymiş
və dəyəsi
gözlənilən zərbələri çözə-çözə,
ağırlığına dözə-dözə,
gözlərim diri-diri,
kipriklərim güllənə-güllənə açıram.
Dan
üzü azan səsinə,
mən, dan üzünə
ağrılarımla,
girələnə-girələnə açılıram...
16.01.13
Ruhumuz didərgin, alnımız
açıq
Sinirlərim
buz bağlamış damlar kimidi
İçim
əriyə dönmüş şamlar,
Gün döydükcə tarım olub sökülür.
Şaxtaya
bax, damarı,
taxtı sınır
Dünya
şeytan dünyası-
kiminin
baxtı,
kiminin
haqqı sınır.
Sinirlərim
buz bağlamış damlar kimidi
Kirəmidi
mil-mil
Taxtasının,
çatqısının mismarları
Kürəyimdə
çarmıx izi,
Laxta-laxta
qana bax sən
Solub,
vaxtı keçmiş payız yoncasıdı,
öləzimiş, solmuş kimi.
Həndəvərimdə,
çəpərimdə
min illərin buynuzlu şeytan
başı göyərirmiş
ovurdları girdələnmiş, bükülmüş tək
yalanıyla, palanıyla yaşı-yaşamı
göyərirmiş.
Belə
yerə rəva bilmə bizi Tanrım!
Ruhumuz didərgin
olsa da
Sənin
də
bizə
verdiyin təkcə bir yolun var
mərdlik-mərdanəlik
alnımız,
alnımız açıq
17.01.13
Dünyanın təzadları
Dünya
təzadlara bağlı kimiymiş,
Oxuya bilmədik, görə bilmədik.
Seçib
nakəsini, bədxahı bir-bir,-
Dənnəyə bilmədik, dərə bilmədik.
Başımız
üstündə yalan dolaşdı,
Başımız
üstündə ilan dolaşdı,
Şəri,
qaramatı olan
dolaşdı,
Əldən,
ətəymizdən
verə bilmədik.
Hiyləsi
köynəkdən
keçib, ilişdi,
Bu
içə, bu çölə köçüb ilişdi,
Doğrayıb
ilişdi, biçib ilişdi,
Yun deyil, dərd imiş, sərə bilmədik.
Ağıl, küləyini,
mehini tutdu,
Gecənin
torannı, şehini tutdu,
Boş
qalmış dalanı, tinini tutdu,
Qalası
daş imiş, girə bilmədik.
Dərədə
qalmışıq, düzdə qalmışıq,
Elə
astarında, üzdə qalmışıq,
Nağılda
qalmışıq, sözdə qalmışıq,
Nəfəs
dara düşdü,
dərə, bilmədik.
Dünya
təzadlara bağlı kimiymiş,
Oxuya bilmədik, görə bilmədik.
Seçib
nakəsini, bədxahı bir-bir,-
Dənnəyə bilmədik, dərə bilmədik.
20.01.13.
Dünya bir alaçıq
Dünya
bir alaçıq yaylaq kimicə
Tavanı görünmür, damı görünmür.
Tüstü
çəkən yeri çəkib aparır,
Bacası görünmür, camı görünmür.
Buludu
dolanır, çəni dolanır,
Şeytanı
dolanır, cini dolanır,
Canda da
sevgisi, kini dolanır,
Çırağı
görünmür, şamı
görünmür.
İntizar
içində göz ölüb gedir,
Cahil məclisində
söz ölüb gedir,
Ömür
öz içində gizlənib gedir,
Bütövü
görünmür, tamı
görünmür.
Hər kəs
də axtarır, gəzir qul kimi,
Hər
sual önündə bezir qul kimi,
Üzür
canımızı, üzür qul kimi,
Qoşqusu
görünmür, samı
görünmür.
Havası
aldadır, suyu aldadır,
Cana təpər
olmuş oyu aldadır,
Cana təpər
olmuş yayı aldadır,
Necə düz-qoş olub, xamı görünmür.
Dünya
bir alaçıq yaylaq kimicə
Tavanı görünmür, damı görünmür.
Tüstü
çəkən yeri çəkib aparır,
Bacası
görünmür, camı görünmür
27.01.2013.
Yurd ağrısı
Qalıb
qəriblikdə, qalıb ayaqda
Elə, yuxularda çinə dönübdü.
Gedənin
gözündə sığanıb qalır,
Gələnin gözündə kinə dönübdü.
Qoca da,
cavan da əli üzündə,
Yara gözənməyib
qolda, dizində,
Ot-alaq
izində, alsın izində,
Dərdi dənələnib dənə
dönübdü.
Təpər
ağırlaşıb, təpər kal düşüb,
Elə heyi gedib, dinməz, lal
düşüb,
Neçə
xətalardan, haldan ötüşüb,
Arzusu
dumana, çənə
dönübdü.
Gecəsi,
gündüzü çəkib aparır,
Ağrıya,
acıya büküb aparır,
Özünü
özündən söküb aparır,
Elə, havalanıb cinə dönübdü.
Açılmır
toranı, danı gecikir,
Hər şeyə
ömürü, canı gecikir,
Qıl
üstə zamanı, anı gecikir,
Baxta bax,
bir qara günə dönübdü
Qalıb
qəriblikdə, qalıb ayaqda
Elə, yuxularda çinə dönübdü.
Gedənin
gözündə sığanıb qalır,
Gələnin gözündə kinə
dönübdü.
29.01.2013
Evin yıxılsın adam
Evin
yıxılsın adam
Adam da bu qədər alçaq olarmı?
Tanrı
ağzını bağlaya bilməyən adam,
Adam da bu qədər
hara gəldi
ağzı açıq olarmı?
Gülün,
gülzarın içində tikan otu
Təkəmseyrək
olurdu axı,
Tikan otu yol
ağzında
Yol gedən eşşək üçün olurdu
axı.
İçimizdə,
çölümüzdə nə çoxuymuş
Min illərdi
özünü ipək kimi aparıb da
Düşmənlərə
rəvac verən, güc verən
Qara-qura tikanlarmız.
Deyirəm
axı, bu adamlar tülkü kimi,
Çaqqal
kimi girəvə
gözləmədə,
Qıraqdaymış.
El-obamız,
məkanlarmız
Alt-üst
olub yağmalanan da
əl
köpəkləri tək izləmədə,
marıqdaymış.
Evin
yıxılsın adam
əyilməyin, bükülməyin bəlli bir iş
ya
qanında, ya südündə
zaman-zaman
kirişlənmiş, bərkimiş.
qanın
çəkib, südün
çəkib sözüm yox,
bu millətdən
çəkdiklərin,
içdiklərin, yediklərin qənim olsun.
Bu Vətənin
havasıyla eninə-uzununa
şan-şöhrətə gəldiklərin qənim olsun.
ya gələcək,
ya uzaqgörən deyə-deyə
sanki elə,
uşaq başı aldatmısan.
Bu idim nə, bu vərdiş nə?
Öyrəşmisən
yadların kasıb-künə süfrəsinə
Orda-burda
yallanırsan,
Elə
bil ki, bal
dadırsan.
Öz dünyanda bu gəzinti, bu gərdiş nə?
nankor
adam, alçaq,
alçaq adam,
yad
könülə,
özgələrə xoş duyğulu,
özümüzə
əli
qılınclı,
qılınclı
adam. 31.01.2013.
Fəxri Müslüm
525-ci qəzet.-
2013.- 4 may.- S.30.