Mədəniyyət və İncəsənət
Universitetində rejissor
Kamil Rüstəmbəyov yad edilib
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər
davam edir.
Təhsil
ocağının ədəbi iş və ekran
dramaturgiyası kafedrasının təşəbbüsü
ilə universitetin ilk məzunlarından biri, kinorejissor Kamil
Rüstəmbəyovun xatirəsinə həsr olunmş tədbir
keçirilib.
Sənətşünaslıq
fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə
doktoru, dosent Vəfa Əliyev kinorejissorun çoxşaxəli
yaradıcılığından söhbət
açıb.
Sonra
ədəbi yaradıcılıq və ekran dramaturgiyası
kafedrasının müdiri, professor Aqşin Babayevin görkəmli
sənətkarın həyat və
yaradıcılığı ilə bağlı məruzəsi
dinlənilib. Bildirilib ki, uzun müddət televiziya və kino
sahəsində işləmiş Kamil Rüstəmbəyov
rejissor məktəbinin fədailərindən biridir. Onun
yaradıcılığı yetişməkdə olan
yaradıcı nəsil arasında təbliğ
olunmalıdır.
Kino
rejissoru və operatoru kafedrasının professoru, Xalq artisti
Tofiq İsmayılov, kinoşünaslıq kafedrasının
müdiri, professor Aydın Dadaşov, kinoşünaslıq
kafedrasının dosenti, Əməkdar incəsənət
xadimi Aydın Kazımzadə, Əməkdar incəsənət
xadimi Ayaz Salayev, aktyor sənəti fakültəsinin dekanı
Ötkəm İskəndərov, televiziya rejissoru
kafedrasının müdiri Oqtay Babazadə
çıxış edərək Kamil Rüstəmbəyov
haqqında xatirələrini bölüşüblər. Qeyd
olunub ki, “Axırıncı aşırım”, “Dağlarda
döyüş”, “Dərviş Parisi partladır” və s.
filmləri ilə tamaşaçıların xatirəsində
dərin iz qoymuş kinorejissorun bu il 90 illiyi tamam olur və bu
tədbir də həmin yubileyə hazırlıqdır.
Sonda
sənətkarın qızı Aygün Rüstəmbəyova
tədbirin təşkilatçılarına təşəkkürünü
bildirib.
GÜNEL
525-ci qəzet.- 2013.- 4 may.- S.17.