Bakıda kitab bayramı olub

 

Bu gün Azərbaycan Dövlət Filarmoniyasının bağında Azərbaycan Naşirlər Poliqrafçılar İctimai Birliyinin  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr etdiyi kitab sərgi–yarmarkası keçirilib.

525.az-ın məlumatına görə, Bakı şəhər Mədəniyyət Turizm İdarəsi Azərbaycan Naşirlər Poliqrafçılar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin 50-dən çox tanınmış nəşriyyatı, kitab evləri yayım assosiasiyalarının 9 min adda 40 min nüsxədən çox kitabı sərgilənib. Sərgi-yarmarkanın açılışının rəsmi hissəsində Mədəniyyət Turizm nazirinin birinci müavini Vaqif Əliyev kitaba olan marağın ildən-ilə artmasının nəşriyyatların işlərinin düzgün qurulmasıyla əlaqələndirib. O, kitabçılıq işində Heydər Əliyevin rolunun danılmaz olduğunu söyləyib. V.Əliyev əlavə edib ki, H.Əliyevin prezidentliyi dövründə dünyanın tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə Azərbaycanda ədəbiyyat günləri keçirilib, kitab evləri, kitabxanlar açılıb.

Mədəniyyət Turizm İdarəsinin rəisi Əlikram Əliyev isə Heydər Əliyevin ötən əsrin görkəmli siyasi dövlət xadimi kimi bütün dünyada yaxşı tanınmasını artıq öz sağlığında tarixə düşən nəhəng şəxsiyyət olduğunu qeyd edib.

Daha sonra yazıçı Aqil Abbas keçirilən kitab bayramının vacibliyini qeyd edərək əlavə edib ki, bu təşəbbüslər kitabın ədəbiyyatın Azərbaycandakı təbliğatını formalaşdırır oxucuların, əsasən gənclərin kitaba marağını artırır; “Amma yaxşı olar ki, elə tədbirlər rayonlarımızda da keçirilisin Bununla bağlı biz layihə hazırlamışıq nazirlik artıq buna imza atıb”.

“525-ci qəzet”in baş redaktoru, yazıçı Rəşad Məcid Azərbaycanda kitabçılıq işinin inkişafında həm dövlət, həm özəl qurumların payının olduğunu söyləyib. Bu il ölkədə keçiriləcək III Beynəlxalq Kitab Sərgisinin artıq bir ənənəyə çevrildiyini deyən R. Məcid Mədəniyyət Turizm Nazirliyinin bu sahədə gördüyü işləri təqdirəlayiq adlandırıb. Eyni zamanda nazirilyin AYB-nin müxtəlif yazıçıların yubileylərini, kitab təqdimatlarını keçirtməsi kitaba olan marağın artırılmasına xidmət edir. Artıq ölkədə keçirilən kitab bayramlarına yeni yaranan Naşirlər Poliqrafçılar İctimai Birliyi qoşulacaq”.

Sərgi zamanı millət vəkili, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun «Heydər Əliyev ideyalarının zəfər yürüşü» (Azərbaycan rus dillərində) yazıçı-dramaturq Hüseynbala Mirələmovun «Zərifə Əliyeva» (Azərbaycan, ingilis, rus Ukrayna dillərində) kitablarının təqdimatı olub. Yaqub Mahmudov kitabın nəşrində dəstək olanTəhsilNəşriyyatının rəhbərinə təşəkkür edib. Şair Ənvər Əhməd isə Zərifə Əliyeva haqqında xatirələrindən danışıb.

Son sözüTəhsilNəşriyyat-Poliqrafiya MMC-nin baş direktoru Bəhruz Axundov deyib.O, Naşirlər Poliqrafçılar İctimai Birliyinin  təşkil etdiyi, nəşriyyatlar arasında keçirilən Birinci Ümumrespublika «Kitab sənəti» müsabiqəsinin qaliblərini mükafatlandırıb. Kitabın məzmunu əsas olsa da, poliqrafik keyfiyyətlərinə tərtibatına görə seçilən kitabları mükafatlandırmaq istədik. Amma çox təəssüf ki, qran-pri mükafatı öz sahibinə qovuşa bilmədi. Çünki mütəxəssislərimiz bu mükafata layiq kitab tapa bilmədilər. Ancaq Azərbaycanda son dövrdə nəşriyyat poliqrafiya işləri çox inkişaf edib. Hazırda nəşriyyatlarımız dünya poliqrafiyasında uğurlar qazanır”.

Beləliklə, “Bakı haqqında 20 etüd” (“Şərq-Qərb”) nəşri müsabiqədə birinci yeri tutub. Bəhruz AxundovMən niyə naşir olmaq istəyirəm?” inşasının qaliblərini elan edib, onlara mükafat diplomlar təqdim edilib.

Sərgi-yarmarka keçirilən ərazidə Bakı Şəhəri Musiqi İncəsənət Məktəbləri şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.

Kitab bayramına oxucularla yanaşı yazıçılar, şairlər, kitab müəllifləri qatılıblar. Gün ərzində Sabir Rüstəmxanlının, Aqil Abbasın, Rəşad Məcidin, Niyazi Mehdinin, Çingiz Abdullayevin digər yazıçıların oxucularla görüşü təşkil olunub.

 

 

PƏRVİZ

 

525-ci qəzet.- 2013.- 7 may.- S.7.