Hamılıqla yolumuz
Şuşayadır
O gün mən həm gəncliyimə qayıtdım, həm də dərdlərlə çulğalaşan ürəyimin lap dərinliyində dərdimə bir yük də qatdım. 1972—1977-ci illərdə 626-cı qrupda 5 il jurnalistikanın—qəzetçiliyin, nəşriyyat işinin, radio və televiziyanın incəliklərini birər-birər tələbələrə aşılayan müəllimlərin mühazirələrini birgə dinləmişik. İstər Nəriman Zeynalov, Nurəddin Babayev, Seyfulla Əliyev, Nüsrət Bağırov, istərsə də Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Tofiq Rüstəmov, Cahangir Məmmədli, Nəsir Əhmədov, Akf Rüstəmov və digər müəllimlər bizə tədris etdikləri fənnlər üzrə nəzəriyyə öyrədirdilər, yazmaq yox... Nəyi, nə zaman və necə yazmaq isə qalmışdı öz qabiliyyətimizə və Allahdan verilən istedadımıza. Universiteti bitirəndən sonra jurnalistikanı tərk edib başqa sahələrə gedənlər də oldu, bu şərəfli peşənin təmənnasız sevgi quluna çevrilənlər də...
Flora Xəlilzadə təqdimata
ehtiyacı olmayan jurnalistlərimizdəndir.
Nə yaxşı ki, illərini
sərf etdiyi peşəsinin bəhrəsini
ona gec də olsa bu il
verdilər: respublikanın əməkdar jurnalisti
adını. Doğrudur, o
Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən “Tərəqqi medalına”, Prezident mükafatına layiq
görülüb, amma
əməkdar adı hər bir jurnalistin umduğu yüksək
addı... Kimsə elə düşünməsin ki,
Flora ad-san həvəsindədi, əsla yox! Sadəcə
hansı yollarlasa bu ada sahiblənib
də onunla öyünənləri görəndə
insanda qəribə hisslər yaranır.
Nə isə...
15 kitab müəllifidir. 15 kitabın səhifələrini
saysaq və hər səhifədəki
yazıları yenidən
oxusaq, onun hansı yük çəkdiyi haqqında
nə və yaxud nələrsə deməyə ehtiyac qalmır. Mənim tələbə dostum zəhmətkeşdir—daim axtarır,
tapır; məhsuldardır—bu
qədər qələm
nümunəsi var; nə istədiyini bilir—gözünün nurunu
tökdüyü yazılarını
küləyə verməyib,
toplular halında ən azından balalarına yadigar qoyub; onu xatırlamağa
və xatırlatmağa,
nəsil davamçılarına
tanıtmağa...
Özünü təqdimata ehtiyac olmasa da, ürək
yağını əridib
ərsəyə gətirdiyi
kitablarının təqdimata
ehtiyacı olub. Məni xatırlayıb
da növbəti—”Ruhumuzun ünvanı Şuşa” kitabının
təqdimat mərasiminə
dəvət etmişdi.
Elə oradaca—Atatürk mərkəzində
düzənlənən toplantıda
kitabla tanış
oldum. Bilmirəm, tanışlıq idi, ya
varından yox olmaq... Bu barədə Yaradanımın mənə
verdiyi səbrə söykənib bir qədər sonra...
Hə...
kitab 23 çap vərəqi həcmində,
tanıdığım ziyalılar
içində öz milli mənliyi ilə seçilən, insanlara münasibətdə
hamını “Allah yaratdı”
bilən, yıxılanın
qolundan tutan, eləcə varlığı
ilə kimlərə-kimsələrə
arxa-dayaq olan, həyatını ədəbiyyata
həsr edən, titullarını saymadan belə adının hörmətinə minlərlə
ədəbiyyat fədaisini
arxasınca apara bilən Qəzənfər
Paşayevin redaktorluğu
ilə işıq üzü görüb. Və tədbirdə Qəzənfər müəllimin
kitab haqqında, orada toplanmış məqalələr barədə,
müəlliflə bağlı
söylədiyi fikirlər
imkan verir deyək ki, professor Flora xanımı yaxşı tanıyır, onun yaradıcılıq imkanlarına
və potensialına yetərincə bələddir
və toplu halından əvvəl qəzetlərdə dərc
olunan bu yazıların hər birini qəlb ağrısıyla oxuyub.
Kitabda toplanmış məqalələri
oxuyan və yaxud da, ümumiyyətlə,
Flora Xəlilzadənin yaradıcılığına
bələd olan hər kəs gözəl bilir ki, müəllif nədən yazırsa, yazsın, şablon sözlərə varmır,
dilimizin gözəl, özəl incəliklərindən
bəhrələnərək düşüncələrini,ürəyindən
keçənləri oxuculara
çatdırır. Zalım
ürəkdən də
nələr keçmir
ki!.. Bax
beləcə:”Bilmirəm,
nədəndi, “Şuşa”
kəlməsini eşidən
kimi ürəyim titrəyir. Elə bil qəlbimin
şüşəsinə toxunulur.
Çiliklənib sınacağından qorxuram. Amma heç qorxmağa
da dəymir. Bütün varlığıma bir ağrı hopur, gözlərim dolur, xəyalım haralara qanadlanmır?! Şuşa mənim
üçün sehirli
bir ünvan idi. doğulduğum
yurda da, təhsil aldığım
paytaxta da gəlişim-gedişim onun
qala divarlarının
ətəyindən keçərdi.
Hərdən də bu dağlar zirvəsində qərar tutmuş Şuşaya qalxar, gözəlliyini, qeyri-adiliyini
könlümə yığardım”.
İndi siz deyin, Şuşa həsrətini qəlbində
gəzdirən birinin
fikirlərini bundan gözəl, bundan təsirli və sadə verək olarmı?.. Tarixçilərin
fikrinə əsaslansaq,
deyərik ki, Flora özü də Şuşalıdı, Şuşa qəzasının
Urud kəndindəndi.
İndi gör, Qarabağ hələ illər öncə ta haralara qədər
uzanıb gedirmiş?..
Flora Şuşa və şuşalılarla bağlı
tədqiqatlar aparıb,
arxivlərdə, kitabxanalarda
işləyib, elə
zəngin faktlarla, işıq düşməmiş
məlumatlarla, məxəzlərlə
rastlaşıb ki, özünü dəryada
hiss edib və oradan sahilə çıxıb nəfəs
dərməyə imkan
belə tapmayıb, bir də onda
ayılıb ki, artıq 100 məqaləyə
gözünün nurunu
axıdıb. O, bu axtarışlar nəticəsində
çox ilkləri üzə çıxarıb.
Əslən şuşalı olan və orada
doğulub boya-başa
çatan şuşalılar
belə müəllif
tərəfindən aşkarlanan
bir sıra faktların indiyə qədər onlara məlum olmadığını
etiraf edirlər.
Florada bütün
yaradıcı insanlara
xas qəribəliklər
var, bu, özünü Atatürk
mərkəzində dostlarının,
jurnalistlərin, millət
vəkillərinin onun
başına toplaşıb
sevincini paylaşdığı
həmin toplantıda da özünü göstərmişdi. Millət vəkili Nizami
Cəfərovun giriş
nitqindən dərhal sonra gözləmədiyimiz
halda Flora xanım təkidlə sözü kitabın ilk oxucusu, yazıçı-jurnalist Şəfəq
Nasirə vermişdi.
İndiyə qədər onun
haqqında dərc edilən yazıların içində səmimiyyəti
ilə seçilən
bir məqalə yazdığına görə.
Şuşanın Azərbaycan mədəniyyəti
tarixindəki yerindən
və rolundan, xalqımıza bəxş
etdiyi görkəmli şəxsiyYətlərindən söz açılan bu kitabda
Flora görün nə
yazır? Deyir ki:
Daş da bizdən vəfalı,
Quş da bizdən vəfalı,
İldə bir yol Şuşada,
Qış da bizdən vəfalı.
Daşa, quşa, qışa həsəd apara-apara ömrümüzü xərcləyirik
hər birimiz. Yuxarıda
Tanrımdan səbr istəmişdim... Dedim axı, Flora mənim universitet illərindən tanıdığım Floradı.
Bizim qrupda 1946-1956-cı illərdə
dünyaya göz açan uşaqlar oxuyurdu. Amma nəslimizin yarpaq
tökümü çox
tez başladı.
Cığırı Nüşabə
Hacıağayeva açdı,
güzdəkli balası,
onun dalınca ucarlı Ələkbər
Hüseynov, sonra qazaxlı Qəzənfər
Rüstəmov və Ağamalı Əfəndiyev,
İsmayıllıdan olan
Rəfail Nağıyev,
beyləqanlı Əliyar
Mürsəlzadə, sabirabadlı
Rafiq Qurbanov... Son itkimiz ağcabədili
qızımız Təranə
oldu. Güləndə
gözlərindən gülən,
təbəssümü üzündən
əskik olmayan Təranə...
1992-ci ilin mayında
Tovuza qardaşımın
təzəcə dünyaya
gəlmiş körpəsini
görməyə getmişdim. Bacı-qardaşlarım ata yurduna toplaşmışdıq.
Hava gözəl olduğundan hamımız həyətdə
iri tut ağacının
kölgəsində hazırlanmış
stolun ətrafında oturmuşduq. Naftalanda ədəbiyyat
müəlliməsi işləyən
bacım Tərlanı
içəri telefona çağırdılar. Onun az qala
qışqıraraq dediyi
kəlmələr indi
də qulağımdadır:”Nə danışırsan
bala, Qacar kimi qaninçənin duruş gətirmədiyi Şuşanı deyirsən
erməni dığaları
aldı?” Zəng edən 18 yaşlı
oğlu Vüqar idi. Könüllülər dəstəsinə yazılmışdı, anasının
təkidlərinə “oğlum
çağrılanda gedərsən”
kəlmələrinə qulaq
asmayıb “dərs deyəndə hansı qəhrəmanlıqdan danışacaqsan?
Uşaqlar deməyəcəklərmi ki, Vətəni qorumaq belə şərəflidisə oğlun,
niyə ön cəbhədə deyil?” deyə cəbhəyə yollanmışdı. Cəmi
bir il
sonra Vüqar şəhid olacaqdı. Bu gün isə
o qara xəbəri, ümumi dərdimizi anasına çatdırmağa
tələsmişdi. Təbii
ki, hamımız evə televizorun önünə keçib
xəbərləri gözlədik...
Eşitdiklərimiz bizi
sarsıtmışdı, bu
ata yurduna niyə yığışdığımızı
belə unutduq...
Şuşa alınmaz qala idi, aldılar... Xalqımıza çalın-çarpaz dağ çəkdilər.
Nə qədər şəhid verdik, nə qədər itkin. Nə qədər ailənin damla-damla tikib başa çatdırdığı
imarətləri yağı
əlində qaldı.
Bizim Təranə də Şuşada yaşayırdı,
axı. İşi, həyat
yoldaşı, sevgisi,
sevinci, balaları Şuşayla bağlı
idi. Flora düz deyir, onun hərəkətlərində
qeyri-adiliyi, öz-özünə
danışmağı, əl-qol
atmağını mən
də sezmişdim.
Amma özümün ailə faciəm, dərdlərim başımı elə qatmışdı ki, onun kritik anlarından
xəbərsiz oldum.
Bir də onu eşitdim ki, bu səmanın
altında, bu yerin üstündə, tələbə
yoldaşlarımızın sırasında o gözəl sima
daha görünməyəcək. Ölüm
var, ölüm kimi, ölüm var, zülüm kimi. Təranənin ölümü zülümlü
ölümlərdən oldu. O dünyasını dəyişdi,
Şuşa həsrəti ilə. Amma Şuşasız hər gün neçə yol
ölürdü. Flora yazır: “Yaşaya bildi ki, Təranə?!
Şuşa dərdi bir çalağan kimi beləcə
sıramızdan apardı”... Flora indi onun “Şuşa harayı” kitabı ilə təsəlli
tapır. “Bax beləcə çilikləndi Təranənin
ürəyi” deyir. Canım Flora, bu sətirləri
yaza-yaza qəlbim qan ağlayır, gözlərimin suyunu elə
bilirsən dərdlərim qurudub? Yox, yenə
üzüaşağı axır, saxlamağa tabım yoxdur,
Təranəyə yazdığın ağını oxuyuram:
“Hərdən yarıciddi, yarızarafat halda unudulmaz dostumu yada
salaraq “deyəsən mən də sənin yolunla gəlirəm,
Təranə” pıçıldayıram. Biz bir
dərd şələsi götürdük, qəm çiçəyi
bitirdik, namərd qonşularımızın ucbatından
yurdumuzu itirdik”. Bəlkə də mən səhv
edirəm, amma yox, ağı elə belə olur...”Mən dəqiq
deyə bilmərəm ki, bu saat Təranənin ruhu
hardadır? Cıdır düzündə, Qarqar
çayının sahilində, Xəzinə qayasının
yanında, vaxtilə işlədiyi, indi xarabazara
çevrilmiş “Şuşa” qəzetinin yerləşdiyi
binada, yoxsa öz evinin uçqunları altındadır.— Bildiyim odur ki, O, Şuşadadır...
Gözlə bizi, Təranə, sevimli dostum, biz mütləq
Şuşaya gələcəyik! Amma nə
olardı, ruhumuzdan öncə cismimiz dönəydi o yurda!”
Kitab
haqqında fikirlərim çulğaşıq... Neçə ki, Şuşada yağı düşmən
at oynadır, neçə ki, Xarı bülbül
“haykanuşların” tapdağı altındadır, itirdiklərimiz
də, itkilərimiz də davamlı olacaq. Hələ
çox ağlı yerindən oynayanların—Təranələrin
Şuşa ağısı oxunacaq... Şuşanı sevmək üçün orada
doğulmaq gərəkməz. Qəlbən Vətən
həsrəti çəkənlər, yaralı, şəhid
görənlər, ürəyində insanlıq hissi
qalanların hər biri məncə şuşalıdı... Dərdli adama dərddən oxumaq, yazmaq nə gərək?
Qarabağ ümumi dərdimiz, üstü qaysaq
bağlamayan, qanı axan yaramız. Floranın bir arzusuna
şəksiz yoldaşlıq etmək, “hamılıqla yolumuz
Şuşaya doğru” demək istəyirəm...Heç
olmasa, bir igidin ömrü—21 ildən sonra!!!...
Zərifə BƏŞİRQIZI
525-ci qəzet.- 2013.- 8 may.- S.5.