Mətn dilçiliyinin yeni nailiyyətləri

 

Məlum olduğu kimi , ümumi nəzəriyyə sistemində mətn dilçiliyi adlanan cavan bir elm sahəsi yaranıb. Keçən əsrin 60-70 –ci illərində sürətlə inkişaf edən bu elm sahəsi bu gün də öz aktuallığını itirməyib və dünya alimlərinin diqqət mərkəzindədir.

Mətn dilçiliyinin ən maraqlı eyni zamanda , ən mürəkkəb mübahisəli kateqoriyalardan  biri mürəkkəb sintaktik bütöv ( MSB) sayılır. MSB forma, məzmun vəzifəsinə görə təhlili quruluşca revelant elementləri üzə çıxarmağa imkan yaradır, onların məcmusu MSB-ni sabit sistem modeli kimi nəzərdən keçirməyə imkan verir.

Dilin sintaktik səviyyəsi bu ya digər dil üçün səciyyəvi olan söz birləşmələri cümlə modellərini birləşdirməklə yanaşı , mürəkkəb sintaktik bütövləri əhatə edir, yəni MSB söz birləşməsi cümlə ilə yanaşı dil vahidi kimi çıxış edir.MSB yüksək semantik struktur bitkinliyi ilə səciyyələnir. Əlbəttə, bu mühüm Kateqoriyanin öyrənilməsi böyük elmi maraq doğurur. Bu nöqteyi-nəzərdən Azərbaycan dilində mürəkkəb sintaktik bütövləradlı dərs vəsaiti xüsusi əhəmiyyət kəsb edir.

Oxucuların diqqətinə təqdim olunan bu sanballı tədris vəsaiti Əməkdar elm xadimi, AMEA –nın müxbir üzvi , professor K.M.Abdullayevin rəhbərliyi iştirakı ilə müəllimlər qrupu tərəfindən hazırlanıb (A.Y.Məmmədov, M.M.Musayev, K.N.Üstünova, N.S.Novruzova, Ş.Q.Hüseynov, G.N.Rzayeva, K.B.Hacıyeva, L.V.Ziyadova, S.Q.Fətəliyeva, G.Q.Nağıyeva, G.A.Məhərrəmova, S.T.Zeynalova, F.Q.Səlimova, V.H.Məhərrəmova). Biz prof. K.M.Abdullayevi uzun illərdən bəri sintaksis sahəsində aktiv surətdə çalışan, sintaktik hadisə kateqoriyaları dərin nəzəri ümumiləşdirmədən keçirməyi bacaran , Azərbaycan sintaksisinə bir sıra yeni mövzular anlayışlar gətirən ciddi tədqiqatçı kimi tanıyırıq. Bütün bu keyfiyyətlər prof. K.M.Abdullayevin bu dərs vəsaitində öz bariz əksini tapıb. Cəsarətlə demək olar ki, ondakı ideya fikirlər, əsas nəzəri müddəalar Azərbaycan sintaksisinin gələcək inkişaf  yollarını müəyyənləşdirməkdə əvəzsiz rol oynayacaq.

Mətn sintaksisixüsusi dilçilik predmeti kimi on illərdən bəri universitetlərin filologiya fakültələrininÜmumi Dilçilik müasir dil fənləri üzrə əsaslı proqramlara daxildir. Lakin Azərbaycan ali məktəblərinin böyük ehtiyac duyduğu münasib monumental bir dərs vəsaitinin olmaması həm dərs prosesini həm gənc mütəxəssis tədqiqatçıların bu sahədə əməli işlərini çətinləşdirir. Əlbəttə, illərlə ali məktəblərdə proqram materialı kimi öyrənilən bir tədris fənni üzrə sanballı dərs vəsaitini ortaya qoymaq çox çətin son dərəcədə məsuliyyətli işdir. Ona görə bu dərs vəsaiti çox mühüm dəyərlidir.

 Onu da qeyd etmək lazımdır ki, Azərbaycan dilçiliyi tarixində mətn dilçiliyi problemlərinin ilkin araşdırıcısı, bu ixtisas üzrə ilk proqram tərtibatçısı, araşdırmalara sistemli məntiqi yanaşması ilə seçilən professor K.M.Abdullayevin öz ideyadaşları ilə birlikdə belə mürəkkəb dilçilik probleminin nəzəri-praktik həllində etdiyi diqqətəlayiq cəhdini dərin minnətdarlıqla qəbul etmək lazımdır.

Dərs vəsaitiGiriş”, dörd hissə, “Əlavələr”, Ümumi ədəbiyyat siyahısı”ndan ibarətdir. Hər bir hissə fəsillərdən paraqraflardan ibarətdir. Fəsillərin sonunda mövzuya aid maraqlı suallar tapşırıqlar verilir.

Dilçilikdə mürəkkəb sintaktik bütövün tədqiqi tarixindənadlanan birinci hissə iki fəsil on səkkiz paraqrafdan ibarətdir. Bu hissədə xarici dilçilikdə , türkologiyada mürəkkəb sintaktik bütövün öyrənilməsi tarixi izlənilir. Maraqlı tarixi ekskurslar edilir, sintaktik sistemdə mətnin yeri müəyyənləşdirilir, həmçinin izahedici qeydlər verilir.

Dörd fəsil iyirmi yeddi paraqrafdan ibarət olan ikinci hissədə mürəkkəb sintaktik bütövün quruluşu hərtərəfli işıqlandırılır. MSB –nin sərhədləri müəyyənləşdirilir, mətnin kompozisiyası tərkibi, koqeziyası konkret faktlar əsasında təhlil olunur. ” MSB – formal semantik əlaqə növləri adlanan üçüncü hissədə üç fəsildə əlli altı paraqrafda təkrarlar əlaqə vasitəsi kimi , formal əlaqə vasitələri, ( bağlayıcılar, determinantlar, xiazm, inversiya , deyktik elementlər , ellipsis ) MSB – semantik əlaqə üsulları maraqlı faktlar misallar əsasında izah olunur. Xüsusi qeyd olunur ki, Mürəkkəb sintaktik bütövlər formal semantik əlaqələrin məzmundan ibarət möhkəm sistemə malikdir , yəni komponentlər arasında struktur əlaqəni təmin edən tekst yaradıcı faktorlar bir-biri ilə sıx əlaqədədir.

Dördüncü hissə dörd fəsildən yüz bir paraqrafdan ibarət olub, MSB-nin tədqiqi prespektivlərindən bəhs edir.

MSB-lər arası əlaqə üsulları ( formal semantik əlaqə ) cümlənin MSB-nin aktual üzvlənməsi kimi mühüm məsələlər şərh olunur, çox düzgün göstərilir ki, aktual üzvlənmə mətn problemlərinin qarşılıqlı münasibəti sintaksisin bir çox maraqlı sahələri üçün yeni qiymətli nəticələr verər , yeni maraqlı istiqamətlər aça bilər.

Vəsaitin təqdirəlayiq cəhətlərdən biri odur ki, onun əsas hissəsinin strukturuna bu ya digər səbəblərdən daxil olmayan , lakin mətn dilçiliyinin müxtəlif aspektlərinə həsr olunmuş rus, Azərbaycan türk dillərində yazılmış ciddi tədqiqat işləri referat həcmində kitabınƏlavələrhissəsinə daxil edilib.

Professor K.M.Abdullayevin konsepsiyalarından bəhrələnən bu tədqiqatlar oxucuların müxtəlif məsələlərə baxışını genişləndirməyə , mətn dilçiliyinin bütöv bir elm sahəsi kimi adekvat qavranılmasına ciddi kömək göstərəcək . Bu tədqiqat işi olduqca vacib yararlıdır.

Təqdim olunan dərs vəsaiti faktiki olaraq Mətn sintaksisinin ensiklopediyasıformatında hazırlanıb. Qeyd edək ki, bu format özünü təkcə vəsaitin həcmində (608 səhifə) göstərmir. Nəzərdən keçirilən məsələlər bu kitabda özünün mətn dilçiliyi müstəvisində hərtərəfli şərhini, ciddi elmi-nəzəri qoyuluşunu tapıb.

Biz belə hesab edirik ki, Azərbaycan dilçiliyində mürəkkəb sintaktik bütövləradlı monumental  dərs vəsaiti bütün mütəxəssislərin, alimlərin, gənc tədqiqatçıların, tələbələrin böyük marağına səbəb olacaq bu sahədə çalışanlar üçün mühüm mənbə olacaq.

 

 

Sənubər ABDULLAYEVA,

BDU-nun professoru

 

525-ci qəzet.- 2013.- 8 may.- S.7.