Qəbələdə III Beynəlxalq
İncəsənət
Sərgisi
açılıb
Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90 illik yubileyinə həsr edilmiş Qəbələ
III Beynəlxalq incəsənət sərgisi
açılıb.
SalamNews
xəbər verir ki, Azərbaycan Mədəniyyət Fondunun və
SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi
Assosiasiyasının birgə təşkilatçılığı
ilə Qəbələ Mədəniyyət Mərkəzində
keçirilən beynəlxalq sərgidə sərgidə
dünyanın 23 ölkəsini təmsil edən 158 rəssamın
291 əsəri nümayiş etdirilir.
Mərasimdə
çıxış edən SEBA-nın sədri Ruhəngiz
Heydərova bu sərginin mədəniyyətimizin
genişmiqyaslı təbliği istiqamətində
reallaşdırılan layihələrin davamı olduğunu
bildirib. Mərasimdə Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodik Mərkəzinin direktoru Vilayət İsmayılov,
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı
Fərhad Xəlilov, Azərbaycanın və Rusiyanın Xalq Rəssamı,
akademik Tahir Salahov, Koreya Respublikasının ölkəmizdəki
səfiri Çoi Suk-İn çıxış edərək
sərginin mədəniyyətlərarası dialoqun tərkib
hissələrindən biri olduğunu bildirib, bu incəsənət
bayramının ənənəvi olaraq keçirilməsini
arzulayıblar.
Sərgi
iştirakçılarından 24 nəfər müxtəlif
nominasiyalar üzrə diplomla təltif olunub.
Beynəlxalq
sərgi mayın 19-dək davam edəcək.
Həmidli S.
525-ci qəzet.- 2013.- 8 may.- S. 7.