“Heydər Əliyev və sənət
müasirləri” adlı sərgi açılıb
Azərbaycan Milli İncəsənət
Muzeyinin ekspozisiya zalında “Heydər Əliyev və sənət müasirləri”
adlı sərgi açılıb. Sərgidə ümummilli liderin
Azərbaycan mədəniyyətinə
diqqət və qayğısını əks
etdirən fotoşəkillər,
ulu öndərin müasirlərinin və onun yaradıcılığına
xüsusi önəm verdiyi rəssamların tabloları nümayiş etdirilib.
Nümayiş olunan 70-dən çox fotoda Heydər Əliyevin iştirak etdiyi mədəni həyatımızla bağlı
tədbirlərin bir qismi əksini tapıb. Ulu öndərin
Nəsiminin, Nəriman
Nərimanovun, Cəfər
Cabbarlının heykəllərinin
açılışında iştirakı, “Nizami”
metro stansiyasının açılışı
zamanı Xalq rəssamı Mikayıl Abdullayevin eskizləri əsasında hazırlanmış
mozaik pannolara tamaşa etməsi,
1996-cı ildə Xalq
rəssamı Maral Rəhmanzadənin 80 illik yubileyi münasibətilə
İncəsənət Muzeyində
təşkil olunmuş
sərgidə iştirakı
və s. hadisələr
fotoların yaddaşında
canlanır. Sərgidə
görkəmli heykəltəraş,
Xalq rəssamı Ömər Eldarovun ağ mərmərdən
hazırladığı “Heydər
Əliyev” əsəri
də maraqla qarşılanıb.
Tədbirdə
çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki,
Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın
dövlətçilik tarixində
müstəsna yeri var: “Azərbaycançılıq
məfkurəsinin parlaq
daşıyıcısı kimi Heydər Əliyevin müdrik siyasəti, tarixi uzaqgörənliyi dövlət
müstəqilliyimizi əbədi
və dönməz etmişdir. Azərbaycanda müasir, demokratik,
hüquqi və dünyəvi dövlət
quruculuğu, vətəndaş
cəmiyyətinin təşəkkülü,
milli mənəvi dəyərlərə qayıdış,
elmin, təhsilin və mədəniyyətin
inkişafı Heydər
Əliyevin adı ilə bağlıdır.
Çox
sevindirici haldır ki, bu gün
ulu öndərin 90 illik yubileyi bütün mədəniyyət
müəssisələrində böyük təntənə
ilə qeyd edilir. Bütün bunlar bir daha sübut edir ki, ulu
öndərin mədəniyyət,
elm və təhsil sahəsinə yetirdiyi diqqəti, bizə yadigar qoyduğu mədəni irsi qoruyaraq gələcək nəsillərə ötürməli,
onun əməllərinin
davamçıları olmalıyıq.
Bizim hər birimiz Heydər Əliyev məktəbindən bəhrələnərək
daxilimizdə azərbaycançılıq
təfəkkürü və
ideyasını yaşatmalı,
inkişaf etdirməliyik”.
Qeyd olunub ki, ulu
öndər milli mədəniyyətimizin, o cümlədən
təsviri sənətimizin
inkişafı naminə
misilsiz işlər görüb: “Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz
hissəsi olan rəssamlıq məktəbi
ilə bağlılığı
heç kimə sirr deyil. O, yaradıcı şəxslərlə
daim maraqlanıb, onların yaradıcılığında
milli dəyərlərin
əks olunmasına böyük önəm verib. Azərbaycanın tanınmış sənət
adamlarından Mikayıl
Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Nadir Əbdürrəhmanov,
Ömər Eldarov, Maral Rəhmanzadə və başqaları ilə dəfələrlə
şəxsən görüşən
Heydər Əliyev mədəniyyətimizin daha
da zənginləşməsi
üçün yaradıcı
insanlarda öz diqqəti və əməli fəaliyyəti
ilə böyük stimul yaradıb. Onun fəaliyyət dövrünə
nəzər salanda, ulu öndərin nə qədər sərgilərin, heykəllərin
açılışında iştirak etdiyinin şahidi oluruq. Heydər Əliyevin müasir Azərbaycanın rəngkarlıq
məktəbinin formalaşmasında
əvəzsiz rolu olub. Bu gün
sərgidə nümayiş
olunan əsərlər
ümummilli liderin uzun illər boyu ünsiyyətdə olduğu sənət adamlarının yaradıcılığında
önəmli yer tutur. Heydər Əliyev bu əsərlərin bir çoxu ilə bilavasitə tanış
olub, onların yaradılması prosesində
öz tövsiyələrini
verib. Bu boyakarlıq,
qrafika və heykəltəraşlıq əsərlərinin
hamısı Azərbaycan
Milli İncəsənət
Muzeyinin kolleksiyasından
götürülüb. Bu əsərlərin sırasında portret, natürmort, mənzərə
janrlarını görmək
olar. Təqdim edilən əsərlər
sənətkarların yaradıcılığının
müxtəlif dövrlərini
səciyyələndirir”.
Tədbirdə
çıxış edən
Rəssamlar İttifaqının
sədri, Xalq rəssamı Fərhad Xəlilov qeyd etdi ki, Heydər
Əliyev sənəti
daxilən sevən insan idi: “Onun
şəxsən rəssamlığa
münasibəti və
bu sahəyə diqqəti nəticəsində
bizim sənət tariximizdə misilsiz əsərlər yarandı.
O, yaradıcı insan
idi, incəsənətin
bütün sahələrinə
maraq və diqqət göstərirdi”.
Xalq rəssamı, Rəssamlıq
Akademiyasının rektoru
Ömər Eldarov çıxışında ulu
öndərlə bağlı
xatirələrini dilə
gətirib. Rəssamlıq Akademiyasının yaradılmasında
ümummilli liderin göstərdiyi təşəbbüs
və dəstəyi xüsusi qeyd etdi. Xalq rəssamı ulu
öndərin sağlığında
yaranmış yeganə
heykəl nümunəsinin
də məhz bu muzeydə saxlandığını bildirib.
Sərgidə ulu öndərin
müasirləri olan rəssamlardan Tahir Salahovun çox canlı tərzdə yaratdığı "Heydər
Əliyevin portreti"
əsəri qonaqlarda böyük maraq doğurub. Əsərdə Heydər Əliyev
obrazı çox real
şəkildə kətan
üzərində əbədiləşdirilib.
Səttar Bəhlulzadənin
"Füzuli", "Xəzərdə
axşam", "Torpağın
arzusu", Oqtay Sadıqzadənin "Akademik
Zərifə Əliyevanın
portreti", "Şairə
Natəvanın portreti",
Elmira Şahtaxtinskayanın "Şah İsmayıl Xətai" və "Məhsəti Gəncəvi"
plakat-portretləri, Mikayıl
Abdullayev, Hüseyn Əliyev, Maral Rəhmanzadə, Böyükağa
Mirzəzadə, Tağı
Tağıyev, Xalidə
Səfərova, Nadir Əbdürrəhmanov,
Toğrul Nərimanbəyov
və digər sənətkarların əsərləri
nümayiş olunub.
GÜNEL
525-ci qəzet.- 2013.- 9 may.- S.7.